AKTYOR PSİXOLOQ OLMALIDIR
Cavid əsərlərinin tamaşa taleyi ilə çox maraqlanardı. İstə-
məzdi ki, bu və ya başqa aktyor yaratdığı surətin sözünü azacıq da
olsa öz zövqünə uyğun dəyişsin. Eləcə də obrazın bu və ya başqa
sözünü onun daxili aləmi ilə səsləşməyən ahənglə, intonasiya ilə
deməsini sevməzdi.
Yadımdadır, “Şeyx Sənan” tamaşalarının quruluşlarının birin-
də o, adəti üzrə məşqə getmişdi. Cavid bütün əsərlərinin məşq-
lərində iştirak edirdi. Aktyorların, rejissorların əsərə münasibə-
tinə, obrazın bu və ya başqa ifadəsinin təsir qüvvəsini diqqətlə
izləyirdi.
“Şeyx Sənan”ın məşqlərinin getdiyi günlərdən birində o, evə
narahat bir halda qayıtdı. Mən belə hallarda onun narahatlığının
səbəbini soruşmazdım.
Cavid nahar etdikdən, bir qədər dincəldikdən sonra münasib
bir vaxtda əsəbiliyinin səbəbini soruşardım. Həmin gün də elə
oldu. O, dincələndən sonra mən ona dedim ki, gözümə birtəhər
görünürsən. O, mənim sualımı gözləyirmiş kimi dedi:
– Bu gün birinci pərdənin məşqində Əzra Zəhranın Şeyx
Sənanla vidalaşmağa gəldiyini bildirir. Əzra “Zəhra səni vidaya
gəlmişdir” sözlərini kədərlə deməliydi. Zəhra böyük, ülvi bir
məhəbbətlə Şeyx Sənanı sevir. Şeyx Sənan bu böyük məhəbbəti
duyur, ona acıyır. Lakin... ülvi məhəbbəti ürəyində daşıyan Zəhra
uzaq yoldan Sənanla vidalaşmağa gəlmişdir. Bu taleyikəm qız
Úàâèäè õàòûðëàðêÿí
408
Sənanı pak, təmiz bir məhəbbətlə sevir. Onun bu sevgisini Əzra
incədən-incəyə duyur. Lakin aktrisa “Zəhra səni vidaya gəlmiş-
dir” sözlərini elə bir ahənglə söyləyir ki, sanki yüngüləxlaqlı bir
qız görüşə gəlmişdir. Buna görə də həyəcanlı və kədərli idim.
Axı, səhnə ustası obrazı yaradarkən, onun bütün daxili aləmini
duymalı, obrazın hər bir sözünün ağırlığını hiss etməli, intonasi-
yanı doğru-düzgün ifadə etməlidir. Aktyor əsl psixoloq olmalıdır.
AXI, O NİYƏ MƏSCİD TİKDİRDİ Kİ…
1934-cü il idi. Cavid həmin il bizi Vladiqafqaza (indiki
Orconikidze) yay istirahətinə aparmışdı. Bura çox xoş iqlimi olan
yerdir. Şəhərin gözəl və mədəni bir parkı var idi. Şəhər əhli hamı,
uşaqdan tutmuş böyüyə qədər, axşamçağı bu parka gedərdi.
O zamanlar Orconikidzedə xeyli azərbaycanlı yaşayırdı.
Bunların bir hissəsi İran Azərbaycanından, bir hissəsi isə Şamaxı
və Qarabağdan köçüb gəlmişdilər.
Şəhərdə tez-tez azərbaycanca danışan adamlara rast gəlmək
olardı.
Bir gün Cavidlə parka gəzməyə çıxmışdıq. Hava bir az lsti
idi. Evə qayıdırdıq. Bu vaxt gördük ki, bizdən bir az kənarda biri
çox yaşlı, digəri cavan iki kişi bərk deyişə-deyişə gəlirlər. Az
qalırdı vuruşalar. Onlar bizə çatar-çatmaz cavan kişi Cavidlə
salamlaşdı, üzünü ona tutub dedi:
– Cavid əfəndi, bu mənim əmimdir. Yaxşı kişidir. Zəhmət-
sevəndir. Amma yamanca dindardır. O uzaqdakı gözəl məscidi
görürsünüzmü? Onu Bakı milyoneri Muxtarov inqilabdan əvvəl
tikdirmişdir.
Onun barmağı ilə göstərdiyi məscidi biz görmüşdük. Me-
marlıq abidəsi kimi ora gəzməyə getmişdik. Azərbaycan usta-
larının bu canlı abidəsi adama çox şey deyirdi. Bu abidədə həm
zəriflik, həm də əzəmət özünü göstərirdi.
Biz hər ikimiz məscidə baxandan sonra cavan oğlan sözünə
davam etdi:
Úàâèäè õàòûðëàðêÿí
409
– Əmim gecə-gündüz məsciddə dua etməklə məşğuldur.
Cavid əfəndi, dərd tək bu olsaydı onu çəkməyə nə vardı ki?
Əmim evdəki qız uşaqlarını gündə özü ilə bərabər məscidə aparır,
“qoy orada oturub-dursunlar, adam olsunlar”, – deyir. Mən heç bu
kişini inandıra bilmirəm ki, onlar orada nə öyrənəcəklər. Əslinə
baxsanız orada heç ağıllı-başlı molla da yoxdur. Savadlı molla
olsaydı, yenə adam təskinlik tapardı. Eh, Cavid əfəndi, mən bu
qoca kişiyə necə başa salım. Axı, zəmanə bizdən başqa şeyi tələb
edir. Bu isə uşaqları da öz yolu ilə aparmaq istəyir.
Cavan oğlan əsəbi, narahat bir səslə danışdıqça, Cavidi fikir
öz qanadlarına alıb uzaqlara aparırdı. O gah qaşlarını dartıb
oğlana qulaq asır, gah da elə bil uzaqdakı bir adamı günahlandıran
baxışlarla baxırdı.
Cavid üzünü qoca kişiyə tutub diqqətlə ona baxdı və sonra
cavan oğlana dedi:
– Əzizim, axı o niyə məscid tikdirdi ki, siz indi bir-birinizlə
vuruşasınız.
Mən hiss etdim ki, qoca Cavidin fikri ilə o qədər də razı deyil.
Lakin o heç bir söz demədi.
Biz parkdan çox gərgin, əsəbi bir halda evə qayıtdıq. O gun
Cavid demək olar ki, heç çörək də yemədi.
QƏHVƏNİ İÇMƏDİ…
Cavid əsər yazmaq fikrində olarkən çox dalğın gəzərdi. Bəzən
o saatlarla otaqda bir tərəfə çəkilib düşünər, nə isə götür-qoy edər,
balaca çib dəftərçəsinə narın xətlə qeydlər edərdi. Bu vəziyyət
uzun çəkərdi. Belə vaxtlarda mən bilərdim ki, Cavid nə isə yeni
bir əsər üzərində işləyir.
Belə hallarda bəzən xörək yediyi vaxt heç bir söz demədən
yazı masasının arxasına keçər, qısa qeyd edib qayıdar, bəzən isə
saatlarla oturub işlərdi. Biz belə hallarda heç zaman onu danış-
dırmazdıq.
Úàâèäè õàòûðëàðêÿí
410
Cavid əsər üzərində işləməzdən əvvəl o haqda (əgər tarixi
əsərdirsə) bir çox bədii, elmi əsərlər oxuyardı. O, əsərlərinin
üzünü dönə-dönə köçürərdi və hər dəfə çox böyük dəyişikliklər
edərdi. İlk əlyazması nə qədər qatma-qarışıq olardısa, üzünü son
dəfə köçürərkən bir o qədər səliqəli yazardı.
Adətən, gecələr işlərdi. Çünki sakitlikdə işləməyi daha çox
sevərdi. Gündüzlər isə, özünün dediyi kimi, yüngül işlərlə məşğul
olardı, oxuyardı, əsərlərinin üzünü köçürərdi. Qurtarmamış əsərini
heç kəsə oxumazdı.
Yadımdadır, bir dəfə yorğun halda, qoltuqunda xeyli kitab
evə gəldi. İrəlidə xatırladığım kimi məni Cavid savadlandırmışdı.
1918-ci ildə, evlənməyimizdən bir qədər sonra o, evdə mənə dərs
verməyə başladı. Oxumaq, savad öyrənmək mənim çoxdankı
arzum idi. Beləliklə, mən bir qədərdən sonra sərbəst oxuya
bildim. Məndə bədii ədəbiyyata marağı da Cavid oyatmışdı. Mən
müntəzəm olaraq mütaliə edərdim. Cavid öz zövqünə uyğun bədii
əsərləri seçər, mənə verərdi, mən də oxuyardım. Bir dəfə onun
qoltuğundakı kitabları görərkən, elə bildim ki, yenə də mənim
üçün kitabxanadan maraqlı əsərlər gətirmişdir. Lakin mən səhv
etmişdim. Bu dəfə Cavid kitabları mənim üçün yox, özü üçün
gətirmişdi.
Cavid hərdən gətirdiyi kitabları mənə oxutdurub özü uşaq
marağı ilə dinlərdi. O gün gətirdiyi kitabları isə, təəssüf ki, mən
oxuya bilməzdim. Kitabların hamısı farsca idi.
Cavidə dedim ki, kitabları görərkən elə bildim ki, mənim
üçün gətirmisən. O, sakit bir ahənglə dedi: “Yox, bunları özüm
üçün gətirmişəm”. Sonra mənə böyük şair Ömər Xəyyam haq-
qında əsər yazmaq fikrində olduğunu söylədi. O, Ömər Xəyyam
haqqında yazılmış elmi əsərləri, şairin rübailərini diqqətlə oxuyur
və bəzilərini yazacağı əsərində istifadə etmək məqsədilə cib
dəftərçəsində azərbaycanca tərcümə edirdi.
Cavid uzun müddət böyük mütəfəkkir, filosof şair Ömər
Xəyyam haqqında düşünür, götür-qoy edirdi. O, çox narahat bir
hal keçirirdi. Şairin tarixi faciəsini tamaşaçı və oxuculara daha
Úàâèäè õàòûðëàðêÿí
411
yaxşı, daha inandırıcı çatdırmaq üçün bəzi səhnəcikləri, hətta
dialoqları öz-özünə uca səslə oxuyardı (ümumiyyətlə, hər hansı
bir əsəri yazarkən otaqda gərdiş edə-edə uçadan oxumaq adəti
idi). Elə bil öz-özüylə məsləhətləşirdi, bəzən amansız tənqidçi
kimi bu və ya başqa dialoqu silərdi. Belə gərgin iş zamanlarında
onun çox xoşladığı qara qəhvəni gətirib yazı masasının üzərinə
qoyaraq, sakitcə gedərdik. O çox böyük iştahla qəhvəni içər və
işinə davam edərdi.
Cavid “Xəyyam”ı yazarkən, bəzən yazı masasının yanında
qoyulmuş sandığın üstündə bardaş qurub oturar və bu vəziyyətdə
işləməyi sevərdi.
O, bu pyeslə 1935-ci ildə Azərbaycan SSR-in
*
yaxşı ədəbi
əsərlər müsabiqəsində iştirak edəcəkdi.
1934-çu ilin ortaları. Cavidin “Xəyyam” üzərində kərkin
ipylodiyi vaxtlar idi. Bir gün axşam hara isə qonaq gedəcəkdik. O
məni çağırıb dedi ki, “Sən hazırlaş, mən o vaxta qədər bir balaca
cızma-qarama baxım, sonra gedək”.
Adətinə görə işlərkən qəhvəni çox xoşladığına görə mən bir
fincan qəhvə hazırladım, masanın üstünə qoyub, getmək üçün
hazırlaşmağa başladım.
Mən hazırlaşdım... Cavid çox gərgin bir halda işləyirdi. Onun
qaşları çatılmışdı. hərdən öz-özünə dodaqaltı danışırdı. Ona mane
olmaq insafdan deyildi. Mən bir tərəfə çəkilib əlimə bir kitab alıb
oxumağa başladım. Saatlar gəlib keçirdi... İşləyən vaxt arada
durub gəzişərdi, amma bu dəfə bir dəfə də olsun yerindən qalx-
madı. O, elə həvəslə işləyirdi ki, onu narahat etməyə qıymadım.
Yazı masasının üstündəki qara metaldan olan cib saatına
baxdım. Saat 10 idi. Biz qonaqlığa düz dörd saat gecikmişdik. O
isə hələ də işləyirdi. Bir qədərdən sonra (deyəsən çox yorul-
muşdu), yerindən qalxdı, üzünü mənə tutub dedi: “Hə, hazır-
sanmı, gedək!” Mən dinmədim. Onun gözü birdən saatına sataşdı.
*
Sovet Sosialist Respublikasının. – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
412
– Baho... saat 11-in yarısıdır ki... Gör biz nə qədər gecik-
mişik. Demə, 4 saat yarımdır ki, mən birnəfəsə işləyirəm. Sonra
birdən yarızarafat, yarıciddi dedi: “Axı sən niyə məni işdən
ayırmadın, saatlarla geyimli-kecimli oturub məni gözləyirsən.
Heç sözəbaxan deyilsən. Sən mənə yaxşı dərs verdin. Daha sənə
etibarım yoxdur. Sənin ipinlə quyuya düşmək olmaz. Yaxşıca
məni özünə borclu elədin. Bu gündən belə zəngli saat alacam.
Belə işlər olanda saatı özüm quracağam. Saat ki, məni işdən
ayırmaq haqqında götür-qoy etməyəcək. O insafsız işin lap şıdırğı
vaxtında zəngini vuracaq”.
Cavid birdən bayaqdan tökdüyüm içilməmiş qəhvə fincanını
gördü və təəssüflə dedi:
– Mən qəhvəmi də içməmişəm ki...
ONLARIN DOSTLUĞU SARSILMAZDI
Cavid böyük sənətkarımız Üzeyir Hacıbəyovla, çoxdan, lap
gəncliyindən tanış idi.
Yadımdadır, Cavid deyərdi ki, mən də, Üzeyir də Tiflisdə
olarkən hər ikimiz “Şeyx Sənan” üzərində işləyirdik. O, “Şeyx
Sənan” operası, mən isə “Şeyx Sənan” faciəsi üzərində çalışırdıq.
Bir gün növbəti görüşlərimizdən birində o dedi ki, Cavid, “Şeyx
Sənan” operasını qurtarmışam, gəl librettosunu oxuyum, qulaq as,
gör bəyənirsənmi?
Mən ona dedim ki, Üzeyir bəy, sən allah incimə, mən sənin
bu istəyinə əməl edə bilməyəcəyəm. Özün bilirsən ki, mən də
“Şeyx Sənan” faciəsi üzərində çalışıram. Əgər sənin librettona
qulaq assam, qorxuram xəta edib təsir altına düşəm. Yaxşısı
budur ki, hələ qoy mən onun intizarında qalım. Sonra böyük
həvəs və məmnuniyyətlə sənin librettona qulaq asaram.
Cavid yeri düşdükcə Üzeyir bəy haqqında söhbətlər edərdi.
Bakıda Üzeyir bəylə Cavid arasında dostluq daha da
möhkəmləndi. Üzeyir bəyin bacanağı Pənah bəy Qasımovla
1
biz
1
Pənah bəy Qasımov görkəmli maarif xadimi olmuş, onunla bərabər
Darülmüəllimində dərs demişdir. – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
413
Kommunist küçəsindəki 8 №-li evin üçüncü mərtəbəsində (indiki
Azərbaycan SSR Ali Sovetinin binası)
*
qonşu idik. Üzeyir bəy,
eləcə də Müslüm bəy Maqomayev tez-tez Pənah bəygilə gəlir və
hər dəfə ya onlara getməzdən əvvəl, ya da çıxandan sonra bizə
gəlib söhbət edərdilər. Hətta bəzən Üzeyirlə Müslüm Pənahgilə
getməzdən əvvəl bizə gələrkən söhbətləri elə şirin olardı ki,
Pənahı da çağırar və daha ora getməzdilər.
Pənah böygil həmin binadan köçəndən sonra da dostluğumuz,
get-gəl davam edirdi.
Yadımdadır... 1936-cı ilin sentyabr ayının 27-də Pənah bəyin
kiçik qızı Nigarın ad günü idi. Yenə də dostlar ora toplaşdılar.
Söhbət zamanı Üzeyir bəy üzünü Cavidə tutub dedi: “Cavid əfən-
di, ozün bilirsən “Koroğlu” üzərində işləyirəm. Yaman vuruşda-
yam. Bu yaxınlarda qurtarıram. İnşallah, “Koroğlu”nu qurtaran-
dan sonra ürəyimdə tutmuşam ki, sənin “Şeyx Sənan”ına opera
yazım.
Cavid dedi:
– Üzeyir bəy, mən sənin qulluğunda həmişə hazıram. Nə vaxt
istəsən “Şeyx Sənan”a libretto yazaram.
Sonra Üzeyir bəy yarıkədərli bir halda dedi ki, özün bilirsən
də mənim “Şeyx Sənan” operamın librettosu o qədər də xoşuma
gəlmir. Sənin “Şeyx Sənan”ın mənim ürəyimcədir. Allah sənə də,
mənə də cansağlığı versin. Yaxşı bir əsər yazarıq.
Bu zaman söhbətə maraqla qulaq asan Müslüm bəy üzünü
Üzeyir bəyə tutub dedi:
– Üzeyir, özün haqqında danışırsan. Bizləri tamamilə unu-
dursan, heç ürəyimdə tutduqlarımı demirsən. Sən ki, ürəyim-
dəkilərdən xəbərdarsan.
Üzeyir bəy səsinə zarafatyana bir ahəng verdi:
– Müslüm, mən heç kəsin sirrini açan oğlanlardan deyiləm.
İndi istəyirsən sənin sirrini açıb deyim ki, çoxdandır “İblis”
operasını yazmaq istəyir. Hətta bir-iki dəfə oturub götür-qoy
*
İndiki İstiqlaliyyət küçəsi, 8. Keçmiş Parlament binası. – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
414
etmişik, sonra deyəcəksən ki, Üzeyir mənim yaradıcılıq sirrimi
açır. Deyirsən, qardaş, özün de. Bu Cavid, bu da sən. Üzeyir bəy
güldü. Gülüş uzun sürmədi...
Müslüm bəy:
– Üzeyir, nə vardı sən dedin. Cavid əfəndi, mən istəyirəm lap
bu günlər “İblis” haqqında sizinlə söhbət edək.
*
Sonralar onlar – Cavidlə Müslüm bəy “İblis” haqqında ciddi
söhbətlər etmişlər. Müslüm bəy operanı yazmağa hazırlaşırdı. Bu
söhbətlərdən biri indi də mənim yadımdadır.
1937-ci il aprelin 30-da “Koroğlu” operasının ilk tamaşası idi.
Üzeyir bəy bizi də dəvət etmişdi. “Koroğlu” tamaşaçılar
tərəfindən çox gözəl qarşılandı.
Cavid tamaşa qurtarar-qurtarmaz:
– Bu gün əsl xalq bayramı, əsl sənət bayramıdır, – dedi. Mən
Cavidlə bərabər Üzeyir bəyi təbrik etmək üçün səhnə arxasına
keçdim.
Onlar çox səmimi görüşdülər və Cavid mənə söylədiyi sözləri
Üzeyir bəyə də dedi.
Üzeyir bəy ayrılarkən Cavidin əlini sıxıb çox mehribanlıqla
dedi:
– İndi “Şeyx Sənan” operasına başlaya bilərik.
Müslüm də sözə qarışdı:
– Cavid əfəndi, “İblis” yaddan çıxmasın, sözümüz sözdür.
Cavidlə Üzeyir bəyin, Müslüm bəyin dostluğu adi bir dostluq
deyildi. Bu, sənətkarın sənətkarla dostluğu idi. Onların hər üçü
sənət naminə, sənət eşqinə, Azərbaycan mədəniyyətinin inkişafı
naminə dostluq edirdilər. Ona görə də bu dostluq çox möhkəm və
sarsılmaz idi.
*
1920-ci illərdə teatrda “İblis”in tamaşaları gedərkən bəzi qəzetlərdə
tamaşalarda M.Maqomayevin eyniadlı operasının musiqisindən istifadə
ediləcəyi haqda xəbərlər verilmişdir. – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
415
QIZILGÜL GÜLLƏRİN ŞAHIDIR
Cavid bütün şairlər kimi gözəlliyə vurğun idi. Mən gözəllik
deyərkən yalnız və yalnız zahiri gözəlliyi nəzərdə tutmuram.
Buna baxmayaraq ki, Cavid xarici gözəlliyə də aşiq idi.
Gözəllik Çavid üçün elə bil hava, sü idi. O, dəfələrlə mənə
deyərdi ki, gözəllik insanın təbiətində, insanın əməlində, insanın
böyüklüyündə, insanın insana verdiyi xeyirdədir. Əgər istər
təbiətdəki gözəllik, istərsə də insanlardakı gözəllik xeyirli bir şeyə
yaramırsa, mən onu gözəl saymıram. Ondan tam zövq almıram.
– Əslinə baxsan, Mişkinaz, o ağac ki, kölgə salmır, onu dibin-
dən çıxarıb atmaq lazımdır. O gözəllik ki, insanlara xidmət etmir,
mən ona vurula bilmərəm, ondan ruhlana bilmərəm.
Yadımdadır... Bir gun evdə heç kim yox idi. Adətən, mən tək
olarkən xörək yeməzdim. Nədənsə bərk acımışdım. Xörəyə qədər
bir şey yeməyi qərara aldım. Minalı boşqabda bir yumurta bişirib
təkcə yeməyə başlamışdım ki, bir də baxdım ki, Cavid içəri girdi.
Mən ayağa durmaq istəyərkən o, xəfifcə çiynimə toxunaraq:
“Otur, otur”, – deyə məni ayağa durmağa qoymadı. “Çörəyini ye,
deyəsən acıbsan”. Mən cavab vermək istəyirdim ki, onun gözu
qaba sataşdı.
Cavid yarıciddi bir tərzdə dedi:
– Əgər evə bir qonaq gəlsəydi, sən bu qabda nə özün xörək
yeyərdin, nə də qonağa verərdin. Yığışdır bu qabı. Həmişə evin
gözəl və yaxşı qabında xörək ye. Onda adamın iştahı olur. Gözəl
qab insanın iştahını artırmaqla, ona xidmət edir, ona yarayır, ona
görə də gözəldir.
Gözəllik həyatdır. Gözəllik bir şeyə yaramaqdır. Özün bilir-
sən ki, qızılgülü sevirəm. Qızılgül güllərin şahıdır. Axı, təbiətin
yaratdıqı bu ecazkar gül bizi xoşlandırır, bizim əhvali-ruhiyyə-
mizi dəyişir, elə bil bizə ruh verir.
Əzizim, insan da belədir. O, öz xidmətləri ilə, öz gözəllikləri
ilə insana xidmət etməlidir. Vallah, insan, elə-belə adi bir həkim
qadın, kor olmuş bir qızın gözünü açırsa, mən həmin həkimi
Úàâèäè õàòûðëàðêÿí
416
dünyanın ilahələri qədər gözəl sayıram. İnsan, insan şərafətini
qoruduğu üçün gözəldir.
Məgər qədim allahlar, ilahələr insan şəklində təsəvvür olun-
murdumu? Elə, bax Artemidaya, Prometeyə! Bunlar ən gözəl in-
sanlar deyillərmi? Mən Prometeyi Zevsdən daha çox qiymətlən-
dirirəm. Çox zaman Prometeyin obrazı mənim gözümün qarşı-
sında çanlanır. Çünki Prometey insana xidmət üçün çarmıxa
çəkilmişdir. Bax, bu, əbədi gözəllik deməkdir. Əgər bir insan, bir
sənətkar xalq üçün, vətən üçün, insanlar üçun çarmıxa çəkilirsə,
bu o deməkdir ki, o yaşayır, o, gözəllərin gözəlidir.
Mən təkrar edirəm. Qızılgülü sevirəm. Ona görə ki, təbiət onu
yaradıbdır ki, insanlara xoş ətir saçsın.
Əgər qızılgül öz ətrilə insanları xoşhal etməsəydi, bəlkə özü
də öz yaranışından heç razı qalmazdı.
– Mişkinaz! Əgər mənim yazı-pozum xalqa xidmət etmirsə,
onda mən ən bədbəxt sənətkaram, bədbəxt adamam. Onda mən
nəyə lazımam?
Qızılgül yarandığı gündən bu günə qədər, sabah da, birisi gün
də, həyat olana qədər insanları, bəşəriyyəti, hamını, gülsevənləri
xoşhal edəçəkdir. Qoy, bizim hamımız insanın xoşbəxtliyi üçün,
insanın azadlığı üçün, insanın neyləyim, nə edim deməməsi üçün
bir iş görək.
İnsan, ən kiçik peşəkardan tutmuş, ən böyük sənətkara qədər
bu amala xidmət etsə, həyat çox məsud olar.
Cavid doğrudan da qızılgülü çox sevərdi. Mən onun bu xasiy-
yətini billdiyim üçün, həmişə çalışardım ki, o, masasının üs-
tündəki gülqabında hər gün bir dənə də olsa qızılgül görsün.
Cavid yalnız qızılgülü sevmirdi. O, qızılgüldən hazırlanan bü-
tun şeyləri sevirdi. Tez-tez gülabdan istifadə edərdi. Gül ətri onun
ən çox sevdiyi ətirlərdən idi. O həmişə qızılgül ətrilə ətirlənməyi
xoşlardı. Özunün dediyi kimi, cavanlıqda, hətta maddi çətinliklər
çəkdiyi vaxtlarda belə qızılgül ətrini almağa qənaət etməzmiş.
Cavid mənə danışmışdı ki, Tiflisə təzə gələn vaxtlar bir gün
xörək yemək üçün aşxanaya gedirmiş. Yolda, özünün dediyi kimi,
Úàâèäè õàòûðëàðêÿí
417
şeytan onu çaşdırıb ətriyyat mağazasına aparıb çıxarır. Yeməyə
çatacaq pulu götürüb, bir şüşə qızılgül ətri alaraq evə qayıdır.
Cavid hələ uşaqlıqdan qızılgül vurğunu imiş. Bir hadisəni sizə
danışmaq istəyirəm.
Cavidin böyük bacısı Fatimə xanım çox sonralar mənə
danışardı ki, həyətimiz qızılgüllə dolu olardı. Hər tərəfi qızılgülün
ətri bürüyərdi. Bir gün bizim hamımız evdə oturub söhbət edirdik.
Cavid (onda onun 6-7 yaşı olardı) qucağı qırmızı gullərlə dolu
otağa gəldi. Üzünü mənə tutub dedi:
– Bacı, bunlardan mənə mürəbbə bişir. Biz onun bu sözlərinə
gülüşdük. Uşaq bilmirdi ki, bu, mürəbbə gülü deyildir.
Cavid mürəbbələr içərisində də gul mürəbbəsini xoşlardı.
Mən həmişə gül mürəbbəsi bişirərdim.
Ona elə gəlirdi ki, hamı qızılgülü və qızılgül ətrini, qızılgül
yağını sevir.
Biz bir yerə, ad gününə, toya, qonaqlığa gedərkən nə hədiyyə
aparsaydıq, Cavid onun üstünə müqləq qızılgul ətri də qoyardı.
Ona qızılgül ətrini hədiyyə verəndə uşaq kimi sevinərdi.
Ətirdən ovuc dolusu istifadə edərdi.
İndi də qızılgülü görərkən həmişə Cavid, eləcə də onun –
hamı qızılgül kimi insanın xoşhal olması üçün bir işə yarayarsa,
onda insanlar daha məsud yaşar, insana xidmət etməyən şey gözəl
deyil – sözləri yadıma düşür.
Úàâèäè õàòûðëàðêÿí
418
Əziz Şərif
Ùöñåéí Úàâèä
ən Hüseyn Cavidi Naxçıvanda
uşaqlıq vaxtımdan tanıyıram,
gənclik vaxtımda isə, Tiflisdə gimnaziyada
oxuyan zaman – 1912-1914-cü illərdə ona
xeyli yaxın olmuş, onunla tez-tez görüşmüş,
şirin-şirin söhbət etmiş və bunların hamısını
gündəliyimdə əks etdirmişəm. Məlumdur ki,
bu illər Hüseyn Cavid öz ədəbi yaradıcılı-
ğında ilk yüksəlmə dövrünü keçirir, yazdığı
lirik şeirlərlə ədəbi ictimaiyyətin və oxucu-
ların diqqətini cəlb edir, ona geniş şöhrət
qazandırmış əsərlərini, xüsusilə “Şeyx Sənan” dramını hazır-
layırdı.
Hələ gənc vaxtlarından özünə “Salik” təxəllüsünü seçmiş
Hüseyn Rasizadə şeir yazardı. O zamankı şeirlərindən birini gənc
şair Hüseyn Salik dərin hörmət bəslədiyi müəllimə Məmmədtağı
Sidqinin xatirəsinə ithaf etmişdi.
Əz cahan rəft həzrəte-Sidqi,
Səd həzəran driğü səd əfsus
1
.
beyti ilə başlanan bu şeir “Şərqi-Rus” qəzetinin 1904-cü il 23
yanvar tarixli 8-ci nömrəsində çap edilmişdi.
Hüseyn Salik təxəllüsü ilə yazılmış şeirlər bu günə kimi top-
lanmamışdır, bəlkə bu gündən sonra da toplanmağı asan olmaya,
ancaq bu şeirlərdən birinin ilk iki beyti uşaq vaxtından mənim
yadımda qalmışdır:
1
Yüz min dəfələrlə heyf və əfsuslar olsun ki, həzrət Sidqi dünyadan getdi. –
Ə.Ş.
M
Úàâèäè õàòûðëàðêÿí
419
Könlüm quşu geyib yenə matəm libasını,
Ağaz edibdi ləhceyi-millət fəzasını.
Ağla, bəlalı gözlərim, aramsan hələ,
Aləm köçüb, yatıbdı bizim miri-qəfilə...
Vaxtı ilə bu şeir geniş şöhrət tapmışdı. Yadıma gələsi, qram-
mofon valına yazılmış hansı xanəndənin isə oxuduğu muğam
üçün bu şeirin beytləri seçilmişdi, hətta Orucov qardaşlarının
Bakıda hər il nəşr etdirdiyi təqvimlərindən birində çap edilmişdi
ki, mən də şeiri həmin təqvimdə oxumuş və əzbərləmişdim. Şeir
Hüseyn Salik təxəllüsü ilə çap edilmişdir. Yadımdadır ki, sonralar
bir dəfə mən həmin şeiri Hüseyn Cavidə əzbərdən oxuyub
Hüseyn Salikin kim olduğunu soruşanda, dostum nədənsə utana-
utana “mənəm”, – deyə cavab vermişdi. Təəssüf olsun ki, bu gün
həmin şeirin qalan beytləri büsbütün mənim yadımdan çıxmışdır.
Hüseyn Cavidin zəngin ədəbi irsi üçün gəncliyində yazılmış bu
kimi şeirlər o qədər əhəmiyyətli olmasa da, böyük şairin hansı
yol, hansı təcrübə, hansı axtarış və tapıntılarda tərəqqi və inkişaf
etdiyini göstərən amillərdən idi.
İstambuldan atama yazılmış məktubların içində Hüseyn Salik
təxəllüsü ilə farsca yazılmış bir şeir də vardır ki, onun tərcüməsini
oxuculara təqdim etmək istəyirəm.
Olubdu qəlbimə hakim mənim məlali-vətən,
Başımda şur ilə məskən salıb xəyali-vətən,
Vətən, vətən deyərək hər diyarə səs salıram.
Düşərmi bircə dilimdən mənim məqali
1
-vətən?
Vətən məhəbbətini əmr edibdi peyğəmbər,
Xoş ol kəsə ona həmdəm olub vüsali-vətən...
Neçün şərafətini, fəxrini verib əldən,
Bu qədər yurduna biganədir ricali-vətən?
Ürək dolubdu nədən, sanki qan piyaləsidir,
Tapıbdır əksini qəlbimdə bəlkə hali-vətən?
1
Vətən söhbəti.
Úàâèäè õàòûðëàðêÿí
420
Zəmanə etsə də möhnətli, qanlı qəlbimdən,
Əminəm, heç də silinməz bu ibtizali
1
vətən
Tərəhhüm eylə mənə hüdhüdi-səba çatdır,
Səlamımı eşidə bəlkə növnəhali-vətən.
Gərəkdi əzm ilə, hümmətlə ittihad etmək!
Sizinlə bağlıdır iqbalü həm zəvali-vətən.
Əgər sual edələr – Salikin xəyalı nədir?
Deyin, həqiqəti ancaq olub məali–vətən.
(Farscadan tərçümə edəni İ.Çəfərpur)
Bu şeirdən çıxarıla biləcək nəticələrdən biri və birincisi bu
olmalıdır ki, hələ İstambulda oxuyarkən Hüseyn Cavid bir şair
olaraq, Azərbaycan klassik şairlərimiz kimi (Nəsimidən tutmuş
Seyid Əzim Şirvani və Sabirə qədər), farsca yazmaqdan çəkin-
məmiş və klassik formada, əruzla şeir yazmışdır. Burada verilən
şeir bəlkə də Hüseyn Cavidin bu şəkildə yazmış olduğu son
şeirdir
*
, çünki İstambuldan qayıdandan sonra şair öz yaradıcılı-
ğında bambaşqa yol seçmiş, çox vaxt əruz vəznində yazsa da,
yeni-yeni formalardan və mövzulardan istifadə etməyə baş-
lamışdı. Bu cəhətdən həmin “Vətən” şeiri Hüseyn Salik ilə şair
Hüseyn Cavid arasındakı fərqi apaçıq göstərməklə bərabər,
Hüseyn Cavid yaradıcılığında İstambul təlim və tərbiyəsinin də
rol və əhəmiyyətini aydınlaşdırmışdır.
...1912-ci il sentyabr ayında Rza Təhmasib və mən Tiflisdə
Orbeliani küçəsində bir otaqda yaşamışdıq. O zaman biz, başqa
şəhərlərdən Tiflisə oxumağa gələn məktəblilər, ayrı-ayrı şəxslərin
evində otaq kirayə edərdik, yeməyimizi də ev sahibi təmin edərdi.
Gündə üç dəfə yeməklə otağa ayda 20–25 manat verərdik. Bir ay
Rza ilə həmin otaqda qalandan sonra mən başqa bir otaq kirayə
edib oraya köçdüm, lakin yenə də Rza İlə tez-tez görüşür,
dərdləşirdik.
1
Müsibət.
*
Cavid İstanbuldan qayıtdıqdan sonra 1917-ci ilə qədər dram əsərlərilə bərabər
şeirlər də yazmışdı. – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
421
Hüseyn Cavidin bizim yanımıza gəlib, saatlarla bizimlə otu-
rub söhbət etdiyindən yazanda mən o zaman bu söhbətlərin
məzmununa və sair təfsilata fikir vermirdim. İndi də altmış il
bundan əvvəl edilmiş söhbətlərin təfsilatını bərpa etmək, əlbəttə,
asan deyildir. Bircə şeyi yəqin demək olar, o da budur ki, bu
görüşlər və saatlarla davam edən söhbətlər zamanı Hüseyn Cavid
öz İstambul tələbəliyindən və Türkiyə həyatından bizə nəql edər-
di, biz də dostumuzu son dərəcə maraqlandıran rus ədəbiyya-
tından ona danışardıq. Məktəbdə keçdiyimiz dərslər, xüsusilə
humanitar elmlər Cavidi çox maraqlandırırdı, biz də bildiyimizi
ona nəql edirdik. Gündəliyimdəki bəzi qeydlərdə Hüseyn Cavidlə
elədiyimiz söhbətlərin mövzusu də göstərilmişdir ki, növbə ilə
bunların hamısı hörmətli oxuculara təqdim ediləcəkdir.
Yuxarıda gündəliyimdən gətirilən qeydlərdə adları çəkilən
İsmayıl Şeyxov Rza Təhmasibin dayısı oğlu idi ki, o zaman ikinci
kommersiya məktəbində oxuyurdu; Teymur Əliyev və Abasəli
Kazımov gimnaziyada mənimlə bir sinifdə oxuyan yoldaşlarım
idi, Əhməd Pepinov vaxtı ilə mənimlə birlikdə “Molla Nəsrəddin”
jurnalının redaksiyasında yaşayır və Tiflisdə beşinci gimnaziyada
oxuyurdu.
Bu müxtəsər izahatdan sonra yenə gündəliyimin səhifələrinə
keçirəm.
Dostları ilə paylaş: |