Üzeyir hacibəYLİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə1/21
tarix01.12.2016
ölçüsü2,34 Mb.
#541
  1   2   3   4   5   6   7   8   9   ...   21

__________________Milli Kitabxana___________________ 

 



 

__________________Milli Kitabxana___________________ 

 



 

ÜZEYİR HACIBƏYLİ 

 

 

 



 

 

 



 

 

SEÇİLMİŞ          



ƏSƏRLƏRİ 

 

 

İKİ CİLDDƏ 



 

 I CİLD 

 

 



 

 

 



 

 

 



"ŞƏRQ-QƏRB" 

BAKI-2005 

  


__________________Milli Kitabxana___________________ 

 



Bu kitab "Üzeyir Hacıbəyov. Əsərləri. On cilddə. 1, II cildlər" (Bakı, 

Azərbaycan Milli Elmlər Akademiyası nəşriyyatı, 1964, 1965) və  

"Üzeyir Hacıbəyov. Seçilmiş  əsərləri" (Bakı, Yazıçı, 1985) nəşrləri 

əsasında təkrar nəşrə hazırlanmışdır 

 

Tərtib edəni və 



ön sözün müəllifi: 

   Abdulla Abasov 

 

 

782.81 - dc 21 AZE 



Hacıbəyli Üzeyir. Seçilmiş əsərləri. İki cilddə. 1 cild. Bakı,  

"Şərq-Qərb", 2005, 408 səh. 

 

Çoxəsrlik  ədəbi mədəni irsimizin inkişafında Üzeyir bəy Hacıbəyli milli bədii 



istedadın, sənətkarın və ictimai xadimin tamamilə yeni tipini ifadə edir. Sözün əsl 

mənasında xəlqi, milli bədi  şüurun oyanışının, maarifçilik və intibah enerjisinin Üzeyir 

miqyaslı nadir və universal simasına o dövrdə əvəz və tay göstərmək çox çətindir. Böyük 

bəstəkarın böyük söz ustası ilə bu səviyyədə vəhdəti dünya musiqi mədəniyyəti tarixində 

nadir hadisələrdəndir. 

Üzeyir Hacıbəyli bir bəstəkar kimi daha çox opera ustasıdırsa, bir dramaturq kimi 

məzhəkənəvisdir. Dünya komediya təcrübəsi və milli ənənə zaminində o, öz ideya 

məzmunu, bədii  əxlaqi ovqatı ilə büsbütün yeni, şuxluğu, məlahət və duzluluğu ilə 

misilsiz məzhəkələr yaradıbdır. XX əsrin  əvvəlində Azərbaycanda ictimai şüurun 

səciyyəsıni, bədii obrazlı təfəkkürün bunlarsız təsəvvür etmək olmur. 

Seçilmiş əsərlərinin bu cildində bəstəkar və dramaturq Üzeyir bəyin xalq musiqisinə 

sədaqətin, müdrık folklor-muğam stixiyası ilə en yeni dünya opera ənənəsi arasında 

qaynağa, qovuşağa düğru hərəkətin ifadəsi  olan  "Leyli  və  Məcnun", "Şah Abbas və 

Xurşid banu", "Əsli və  Kərəm", "Harun və Leyla", "Rüstəm və Söhrab", "Koroğlu" 

operaları, "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" komediyaları ilə yanaşı 

salirik hekayələri və səhnəcikləri toplanmışdır. 

 

 

ISBN 9952-418-65-2 



 

 

© "ŞƏRQ-QƏRB", 2005 



 

__________________Milli Kitabxana___________________ 

 



 

__________________Milli Kitabxana___________________ 

 



 

 

SƏNƏTKAR ÖMRÜ 

 

Azərbaycan xalqı dünya mədəniyyətinə görkəmli  ədəbi  şəxsiyyətlər bəxş 



etmişdir. Xalqımızın iftixarı, XX əsrin qüdrətli sənətkarı Üzeyir Hacıbəyli də 

belə şəxsiyyətlərdən biridir. 

Üzeyir Hacıbəyli ədəbi-bədii aləmə həyatı yaxşı və dərindən bilən bir yazıçı 

kimi gəldi.  İlk gündən də dövrü və  əsri ilə bir cərgədə addımladı. Zamanın 

qabaqcıl ideyaları səviyyəsində dayanmağa, xalqının keçmişinə hörmət etməyə, 

onun milli ləyaqətini qorumağa, indisi və gələcəyi ilə yaşamağa başladı. Bunun 

üçün ük növbədə təbliğ etmək istədiyi ideyaların xalqa xeyrini, ictimai mənasını 

düşündü, onların yayılması üçün yeni yollar, üsullar və formalar tapdı. 

Mədəniyyətə bir sıra yeni çalarlar, janrlar gətirdi. Bu yolda gərgin  əzab və 

əziyyətlərə dözdü, dəhşətli çətinliklərlə üzləşməyə  məcbur oldu. Bir an da olsa 

əqidəsindən dönmədi, ictimai mövqeyindən geri çəkilmədi. Əksinə, əsrdən-əsrə, 

ildən-ilə ucaldıqca tərəqqiyə, inkişafa böyuk ehtiyacı olan müqəddəs xalqına, 

doğma torpağına daha dərindən bağlandı, əlinin gücündən, vətəninin qüdrətindən 

qüvvət aldı, özünün böyük daxıli dünyasına, coşqun vətənpərvərliyinə, sədaqətli 

vətəndaş olmağına qədirbilən xalqını inandıra bildi. Bununla da özünə böyük bir 

dayaq və arxa qazandı. Xalqına həqiqi oğulluq elədiyi üçün adı  əbədiləşdi, 

əsrlərə və nəsillərə nümunə oldu. XX əsrin tarixi ona öz qızıl səhifələrində yer 

ayırdı. Onu əsrin boyük oğlu, milli operanın banisi, musiqili komediya janrının 

ilk yaradıcısı, mahir jurnalist, yeni çalarlı publisistik ədəbiyyatın banilərindən 

biri, ilk maarif və mədəniyyət işçisi, qüdrətli dramaturq və güclü vətəndaş yazıçı 

kimi qəbul etdi. Onun məna dolu zəngin  ədəbi-bədii irsi, hər cəhətdən kamil, 

insani hiss və duyğulardan yoğrulmuş müdrik şəxsiyyəti, əzablı və şərəfli həyatı 

böyük bədii və elmi əsərlər üçün zəngin materialdır. Bu qüdrətli sənətkarın  ən 

birinci obyekti insan, onun həyatı,  ən birinci qəhrəmanı isə xalq və onun 

mübarizəsi olmuşdur. Ona görə  də Üzeyir sənəti indinin özündə  də müdrik 

fikirlər, böyük səciyyələr və ehtiraslar sənəti kimi müasir mədəniyyətə işıq salır. 

Üzeyir irsi yalnız xalqı düşündürən, onun tələb və ehtiyacları ilə bağlı olan, 

bəzən onu həyəcana gətirən, bəzən də sevindirən mətləblərdən yarandığı üçün 

həm son dərəcə sadə və həm də qüdrətlidir. Üzeyir irsinin gücü insan ləyaqətini 

alçaldan, ona hər cəhətdən düşmən kəsilən qeyri-sağlam  şəraitə, feodal 

dünyasının çürük qayda-qanunlarına qarşı yönəlməsində, cəmiyyətə  səadət və 

xoşbəxtlik arzulamasında, daima irəliyə, gələcəyə  səslənməsində, güclü həyat 

eşqi təbliğ etməsindədir. Məhz buna görə də XX əsr mədəniyyə- 


__________________Milli Kitabxana___________________ 

 



tini, ictimai fikir tarixini Üzeyir Hacıbəylisiz tesəvvür etmək qeyri-mümkündür. 

Keçən  əsrin  əvvəllərində C.Məmmədquluzadə yeni realist-satirik publisistikanın, 

hekayənin, M.Ə.Sabir yeni şerin,  Ə.Haqverdiyev yeni dramın bayraqdan idisə, 

Üzeyir Hacıbəyli inqilabi-demokratik publisistikanın yeni çalarlarının, "ədəbiyyat 

tariximizdə misli görünməyən yeni, realist məzhəkələrin"

1

 yaradıcısı olmuşdur. 



Böyük Üzeyirin çoxçalarlı  zəngin yaradıcılığı  həmişə müasir tənqid və musiqi 

ədəbiyyatşünaslığının diqqət mərkəzində olmuşdur. Onun məftunedici musiqisi, 

publisistikası, etik, estetik və ictimai-siyasi görüşləri, jurnalistik fəaliyyəti və 

dramaturgiyası haqqında S.Vurğun, M.Arif, M.C.Cəfərov, Ə.Sultanlı, M.İbrahimov, 

F.Köçərli, F.Hüseynov, R.Nağıyev, Q.Məmmədli, Q.Qasımov, E.Abbasova, 

X.Məlikov, C.Quliyev, Y.Şirvan və s. kimi görkəmli alim və yazıçılar qiymətli 

fikirlər söyləmişlər. Bundan sonra da Üzeyir irsi haqqında yeni-yeni əsərlərin 

yaranacağı şübhəsizdir. 

Üzeyir  Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci il sentyabrın 18-də Azərbaycanın 

səfalı güşələrindən biri olan Ağcabədidə anadan olmuşdur. Atası  Əbdülhüseyn 

Hacıbəyli  Şuşanın maarifpərvər ziyalılarından biri olmuş, ağcabədili Kərbəlayı 

Ələkbər bəyin qızı  Şirin xanımla evlənmıişdir.  Əbdülhüseyn Hacıbəyli təxminən 

1901-ci ildə  vəfat etmişdir. Üzeyir Hacıbəylinin uşaqlıq və  gəncliyinin ilk çağları 

Şuşada keçmişdir.  Şuşa yalnız öz təbii gözəlliyi, tarixi yaraşığı ilə deyil, həm də 

özünün elmə, mədəniyyətə,  ədəbiyyat və incəsənətə verdiyi böyük şəxsiyyətləri ilə 

nəzəri cəlb etmişdir. Pənahabad kimi tarixə daxil olan, Şuşa kimi məşhurlaşan bu 

şəhər Vaqiflərin, Zakirlərin, Natəvanların, Cabbar Qaryağdıoğlaarın, Seyid və Xan 

Şuşinskilərin ilham mənbəyi olmuşdur. Respublikamızın ilk musiqi ocağı kimi şöhrət 

qazanan Şuşa Üzeyir Hacıbəyli üçün də ilk yaradıcılıq qaynağı idi. Üzeyir Hacıbəyli 

haqlı yazır ki, "...Mən ilk musiqi təhsilimi uşaqlıq zamanı Şuşada, ən yaxşı xanəndə 

və sazəndələrdən almışam. O vaxt mən "Muğam" və "Təsnif oxuyardım. Səsim 

xanəndələrin xoşuna gələrdi. Onlar məni oxudar və öyrədərdilər..."

2

Üzeyir Hacıbəyli 



ibtidai təhsilini  Şuşada, Nikolayevski adına rus-tatar məktəbində almışdır. 

Uşaqlıqdan təbiətdən zövq alan, el ruhunda tərbiyələnən Üzeyir sənətə böyük həvəs 

gostərmiş, zəngin xalq yaradıcılığı ilə maraqlanmağa başlamışdır.  Şagird ikən bir 

neçə kiçik nağıl toplamış, üzünü köçürmüş  və bir kitabça tərtib elmişdir. Üzeyir, 

1899-cu ildə  Şuşa rus-tatar məktəbini bitirdikdən sonra təhsilini davam etdirmək 

məqsədi ilə Zaqafqaziya müəllimlər seminariyasına daxil olur. Seminariya illəri 

Üzeyirin dünyagörüşünün inkişafında mühüm rol oyna- 

                                                            

1

 

Ə.Sultanlı, Azərbaycan dramaturgiyasnın inkişaf tarixindən. B., Azərnəşr, 1964, səh.276.



 

2

Q.Məmmədli. Üzeyir Hacıbəyov. 1895-1948. Həyatı  və yaradıcılıq salnaməsi. B, Yazıçı, 1984. 



səh.7. 

 


__________________Milli Kitabxana___________________ 

 



yır. Tələbəlik həyatı, buranın müxtəlif millətlərdən olan qabaqcıl dünyagörüşlü insanları 

Üzeyirdə  vətən qürurunu daha da qüvvətləndirir. O, kütləvi fənlərlə yanaşı, bilavasitə 

musiqi təhsili və  nəzəriyyəsi ilə bağlı olan elmlərlə  də maraqlanır, bir sıra alətlərdə 

çalmağı öyrənir. Tələbəlik illəri haqqında Üzeyir Hacıbəyli yazır: "...Seminariyada 

skripkada, violonçeldə  və  nəfəsli alətlərdə çalmağı öyrəndim. Mən orada musiqi 

nəzəriyyəsi haqqında da az-maz məlumat ala bildim". 

Üzeyir Hacıbəylinin seminariya təhsili haqqındakı məlumatlarda diqqəti daha çox iki 

məsələ  cəlb edir. Onlardan biri Üzeyirin xarakterinə tam uyğun olan vətəndaşlıq borcu, 

digəri isə bu borcu yerinə yetirmək cəhdi. Üzeyir Hacıbəyli boş yerə əmək və vaxt sərf 

etməmiş, hər günün qədrini bilmiş, hər anın ictimai dəyərini nəzərə almışdı. Həqiqi 

istedadını tapana, üzə çıxarana qədər özünü müxtəlif sənət sahələrində yoxlamış, sınaqdan 

keçirmişdir. Gah müxtəlif musiqi alətlərində çalmış, gah resm çəkmiş, bəzən şən, gümrah 

olmuş, bəzən də uzun müddət fikrə dalmışdır. Bütün bunlarla yanaşı o, seminariya 

illərində "Şərq musiqi və nəğmə məsələlərində... misilsiz avtoritet, tənqidçi və icraçı ustad 

Üzeyir"

1

 kimi tanınmışdır. Bu tələbə müvəffəqiyyəti də Üzeyiri razı salmırdı. Ona görə də 



daha ciddi, daha məhsuldar işləyir, xalqının ehtiyaclarını yüngülləşdirmək üçün yeni 

yollar və formalar axtarırdı. Hətta bir dəfə semmariyanın son kursunda ikən imtahan üçün 

"Mən gələcəkdə nə iş görəcəyəm" mövzusunda yazdığı inşada, "mən məktəblərimiz üçün 

ana dilində  tədris olunmaqdan ötrü dərs kitabları  tərtibb edəcəyəm" yazmışdı. Bu, əsl 

vətəndaşlıq idi. Gələcəkdə xalqın, Vətənin inkişafı yolunda bütün bilik və bacarığını 

əsirgəməyən bir gəncin, tələbə Üzeyirin andı idi. 

1904-cü ildə Üzeyir Hacıbəyli Qori seminariyasını bitirib Şuşanın yaxınlığında 

Cəbrayıl uyezdinin Hadrud kənd məktəbinin 3-cü paralel sinfinə müəllim təyin olunur. 

Üzeyir Hacıbəyli yalnız dərs deməklə kifayətlənmir. Bir sıra mətbuat orqanları ilə əlaqə 

saxlayır. "Kaspi" qəzetində "U" imzası ilə yazılar çap etdirir. Qəzetin sentyabr, oktyabr, 

noyabr və dekabr nömrələrində ədibin bir neçə məqaləsi çap olunur. 1905-ci ildə Üzeyir 

Hacıbəyli Hadruddan Bakıya qayıdır və "Həyat" qəzetində işə girir. Bu barədə o özü yazır 

ki, "...1904-cü ildə seminariyanı bitirdikdən sonra bir il kənddə müəllimlik etdim, ondan 

sonra Bakıya gəldim. 1905-1908-ci illərədək pedaqoji sahədə çalışıb Bibiheybət 

rayonunda və şəhərdə müəllimlik edib, eyni zamanda redaksiyalarda çalışırdım". 

Bakı həyatı, inqilablar şəhərinin ictimai-siyasi hadisələri gənc Üzeyiro təsirsiz qalmır. O, 

tez bir zamanda ictimai həyat axınına düşür, zamanın qabaqcıl ideyalarının təsiri altında 

onun dünyagörüşündə yeni meyllər yaranır. 

                                                            

1

Q.Məmmədli. Göstərilən əsəri, səh.14. 



 

__________________Milli Kitabxana___________________ 

 



"Həyat" qəzetində çap etdirdiyi "Bir xanım  əfəndinin bizlərə hüsn-təvəccöhü", 

"Gözüaçıq tacirlərimizə xitab" və başqa publisistik yazıları ilə  ədəbi ictimaiyyətə 

daxil olur, öz imzasını əsaslandıra bilir. Üzeyir Hacıbəylinin əksər dövri mətbuatda 

iştirakı, onun məşhur jurnalist va böyük publisist kimi yetişməsinə  və  şöhrət 

qazanmasına səbəb olur. 1906-cı ildən başlayaraq Bakının və ümümən 

Zaqafqaziyanın ictimai dairələrində tanınmağa başlayır. Dövrünün 

C.Məmmədquluzadə, Ə.Haqverdiyev, N.Nərimanov, H.Ərəblinski və başqa qabaqcıl 

vətəndaş ziyalıları ilə yaxınlıq və dostluq isə Üzeyir Hacıbəylinin demokratik 

ideyalara yiyələnməsinə, müasir milli məfkurə  səviyyəsinə yüksəlməsinə köməklik 

göstərir. Bütün bu nailiyyətlər və  uğurlar Üzeyir Hacıbəylini ictimai münasibətlər, 

vətəndaşlıq borcu və  vəzifələrinə daha dərindən bağlayır. 1906-cı ildə  "İrşad" 

qəzetində katib işlədiyi vaxtdan yeni bir sahəyə, tərcüməçilik sahəsinə keçir. 

N.V.Qoqolun "Şinel" hekayəsini Azərbaycan dilinə tərcümə edir. Bu, Azərbaycanda 

tərcüməçilik işinin ilk uğurlu və realist nailiyyətlərindən biri idi. "Molla Nəsrəddin" 

jurnalı 5 aprel 1909-cu il tarixli nömrəsində yazırdı: "...İndi də mənim fikrimə bir şey 

gəlir. Söz yox, Köçərli cənablarının açıq və  mənalı  məqalələrindən. Üzeyir 

cənablarının  şirin tərcümələrindən və qeyri yazıçılarımızın Qoqol barəsində 

verdikləri məlumatdan oxucularımız haman yazıçını bir növ tanıdılar və bəlkə yaxşı 

tanıdılar"

1

. Üzeyir Hacıbəylinin böyük rus klassiklərindən - Krılovdan, Puşkindən, 



Qoqoldan misallar gətirməli, onların yaradıcılığına müraciət etməsi  ədibin və 

ümumən XX əsr Azərbaycan ziyalılarının rus xalqına, onun yüksək nıəfkurəli, realist 

ədəbiyyatına olan böyük marağın nəticəsi idi. 

Üzeyir Hacıbəylinin jurnalistlik fəaliyyəti onun pedaqoji və metodiki xidmətləri 

ilə üzvi əlaqə  və  təsirdə inkişaf edirdi. o,1907-ci ildən başlayaraq təlim-tərbiyə  və 

maarif sahəsində bir sıra mühüm işlər görmüşdür. 1907-ci ildə "Rusi-türki və türki-

rusi" lüğətini tərtib etmiş və bu sahədə uğurlu addım atmışdır. Pedaqoji sahədəki fəal 

xidmətlərinə və ümumən maariflə güclü əlaqəsinə görə Üzeyir Hacıbəyli 1907-ci ildə 

Bakıda keçirilən müsəlman müəllimlərinin qurultayına A.Şaiq, F.Ağayevlə birlikdə 

nümayəndə  və katib seçilir. Bu, Üzeyir Hacıbəylinin bir maarif işçisi kimi həm 

həvəsini və  həm də  məsuliyyətini artırır. Gərgin müşahidə  və axtarışlardan sonra 

Üzeyir Hacıbəyli xalqının böyük ehtiyacını  nəzərə alaraq 1908-ci ildə ibtidai 

məktəblərin I-II şöbələri ücün hazırladığı hesab dərsliyini cap etdirir. "Tərcüman" 

qəzeti həmin ilin 28 dekabr nömrəsində yazırdı: "Hesab məsələləri" müəllim Üzeyir 

Hacıbəylinin  əsəridir, gozəl üsul ilə  tərtib edilmişdir... Azərbaycan-türk  şivəsində 

olduğundan məhəlli məktəblər ücün faydalı və lazımdır"

2



                                                            



1

 

Q.Məmmədli. Göstərilən əsəri, səh.60-61.



 

2

 



'Tərcüman" qəzeti, 1908, 28 dekabr. 

 


__________________Milli Kitabxana___________________ 

 



1905-ci ildən başlayaraq Üzeyir Hacıbəyli demək olar ki, əksər dövri mətbuatda 

iştirak etmiş, onlarca məqalə çap etdirmişdir. "Molla Nəsrəddin", "Həyat", "İrşad", 

"Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni iqbal", "Kaspi", "Tərcüman" və başqa qəzet və 

jurnallar Üzeyir Hacıbəylinin alovlu publisist kimi yetişməsində, həm də xalqımızın 

fikir oyanışında böyük rol oynamışdır. Bununla yanaşı, Üzeyir Hacıbəyli daha çox 

"İrşad", "Tərəqqi", "Həqiqət" qəzetləri ilə bağlı olmuş, bir jurnalist və böyük 

publisisl kimi daha çox bu mətbuat orqanlarında parlamışdır. Belə ki, 1906-cı ilədək 

"İrşad"ın katibi olmuş, 1909-cu ildə gündəlik "Həqiqət" qəzetində redaktor işləmiş, 

yenə həmin ildə, az da olsa; "Tərəqqi" qəzetinə redaktorluq etmişdir. Birinci dünya 

müharibəsi illərində  nəşr olunan "Bəsirət" qəzeti 1914-cü il 23 avqust nömrəsində 

xəbər verir ki, "Qəzetlərdə intişar ediləcəyi xəbər verilən "Vətən dili" adında təzə 

gündəlik qəzet yaxın günlərdə  nəşrə başlayacaqdır. Qəzetin müdiri Üzeyir bəy 

Hacıbəyli olub, dili isə başqa qəzetlər kimi deyil, mütləq vətən dili ilə yazılacaqdır

1

". 



Həmin məlumatı 29 avqust nömrəsində "Kaspi" qəzeti də çap etmişdir. 

Üzeyir Hacıbəylinin zəngin jurnalistlik fəaliyyəti onun digər yaradıcılıq 

sahələrinə də müsbət təsir göstərmişdir. O, dövri mətbuatın imkanlarından məharətlə 

istifadə etmiş, xalqımızın maarif və  mədəniyyət cəhətdən inkişafi üçün bir sıra 

dəyərli işlər görmüşdür. 1920-ci ilə  qədər publisist Üzeyir, bəstəkar və yazıçı 

Üzeyirlə çiyin-çiyinə eyni səviyyədə inkişaf etsə  də,  əsrin birinci onilliyində  bəzən 

publisist Üzeyir, yazıçı və bəstəkar Üzeyiri üstələmişdir. 

Üzeyir Hacıbəylinin jurnalistlik fəaliyyətinin son günləri "Yeni iqbal" və 

"Azərbaycan" qezeti ilə bağlı olmuşdur. O,1915-1916-cı illərdə (fevralın 8-nə kimi) 

"Yeni İqbal" qəzetində müdir və baş mühərrir işləmiş, 1919-cu ildə isə "Azərbaycan" 

qəzetinə müvəqqəti redaktorluq etmişdir. O bir tərəfdən güclü sosioloq kimi xalq, 

dövlət, vətən və inqilab, əxlaq və  məişət məsələləri ilə əlaqədar ciddi jurnalistik və 

publisistik fəaliyyət göstərir, bir tərəfdən zamanın qabaqcıl maarif xadimi kimi çıxış 

edir, digər tərəfdən də qüdrətli bəstəkar-yazıçı kimi dövrün demokratik hərəkatı ilə 

səsləşən əsərlər yazırdı. Ona görə də XX əsrin llk onilliyi həm Üzeyir Hacıbəylinin 

və  həm də ümumən Azərbaycan xalqının mədəni həyatında  ən uğurlu və  ən 

əlamətdar illər kimi qeyd olunur. Milli operanın əsası məhz bu onillikdə qoyulur, ilk 

musiqili komediya bu illərdə yaranır, ilk lüğət, ilk maarif dərslikləri, rus 

ədəbiyyatından ilk tərcümələr bu illərdə meydana çıxıb. Üzeyir Hacıbəylinin bu 

sahələrdəki böyük xidmətləri yalnız Azərbaycan ücün deyil, bütün Şərq üçün 

əlamətdar hadisə idi. "Kaspi"qəzeti 1908-ci il 9 yanvar tarixli nömrəsində yazırdı: 

"..."Nicat" cəmiyyəti dram və opera əsəri ücün müsabiqə elan edir. 

 

                                                            



1

 

"Bəsirət" qəzeti, 1914, 28 avqust.



 

__________________Milli Kitabxana___________________ 

10 


 

Cəmiyyət bu günlərdə  gənc publisist və musiqiçi Üzeyir Hacıbəylinin tərtib etdiyi 

"Leyli və  Məcnun" operasının nəşri və quruluş haqqını almışdır. Bu, müsəlman 

həyatında ilk operadır, özü də ayın 12-də Tağıyev teatrında oynanacaqdır... 

Gənc kompozitor, Füzuli poeması  əsasında opera yazmış  və onun əsərlərindən 

operaya daxil etmişdir. Şərq mahnıları əsərə ustalıqla qoşdurulmuşdur. Truppa təşkil 

edilmiş  və müəllifin rəhbərliyi altında tamaşa hazırlanır. Operaya böyük xərc sərf 

edilmişdir"

1



Əsər həmin gün H.Ərəblinskinin rejissorluğu və Ə.Haqverdiyevin dirijorluğu ilə 



tamaşaya qoyulmuş  və böyük müvəffəqiyyət qazanmışdır. Demək olar ki, əkser 

qəzetlər Üzeyir Hacıbəylinin xidmətlərini alqışlamış,  əsəri sevinclə qarşılamışlar. 

Bununla yanaşı, "Leyli və  Məcnun"un və Üzeyir Hacıbəylinin əleyhinə  çıxanlar da 

az olmamışdır. "Təzə həyat", "Zənbur", "Səda", "Kəliniyyət", "Tuti", "Babayi-əmir", 

"Bəsirət", "Məzəli" kimi mətbuat orqanları bu cəhətdən daha mühafizəkar mövqe 

tutmuş, ''Hacı  İbrahim Qasımov", "Əbdulxalıq Axundov", "Gənc-bekar', 

"Muxbirimiz Kələmbaş", "Molla Sarsaqqulu", "Kor Aşiq", "Piyada zəvvar", 

"Tamaşaçı" kimi imzalarla müxtəlif məzmunlu karikaturalar, həcvlər, felyetonlar və 

bir sıra digər qərəzli yazılar dərc etmişlər. Lakin əsl sözü zəmanənin özü dedi. "Leyli 

və Məcnun"un müvəffəqiyyəti publisist və maarif xadimi Üzeyirin şöhrətini daha da 

yüksəklərə qaldırdı. Bu böyük sənətkar dövrünün diqqət mərkəziudə duran bir 

ictimai xadim və vətəndaş səviyyəsinə yüksəldi. Çünki "Leyli və Məcnun" bədii ruhu 

ilə  təmiz və müqəddəs xalq zovqü və istəklərinə uyğun bir əsər idi. Özü də böyük 

muğam sənəti 

üzərində qurulmuş, dərin milli və sosial köklərə malik idi. Bəstəkarın 

"Şeyx Sənan", "Rüstəm və Söhrab", "Əsli və  Kərəm", "Şah Abbas və Xurşidbanu", 

"Harun və Leyla" operalarında da "Leyli və  Məcnun"un bu gözəl  ənənələri qorunub 

saxlanmışdı. "Leyli və Məcnun" əsrin birinci onilliyindən boylanaraq Üzeyir Hacıbəylinin 

40-cı illərə qədərki yaradıcılığına işıq salmışdır. Bütün Şərq üçün əlamətdar hadisə olan 

bu əsər muğam sənətindən istifadə yolu ilə deyil, tam sərbəst və müstəqil musiqi dili ilə 

yazılsaydı, bəlkə  də bu qədər  şöhrət qazana bilməzdi. Üzeyir Hacıbəylinin  ən boyük 

xidməti onda idi ki, o, xalqını yaxşı tanımış, yaşadığı dövrün ictimai, etik və estetik 

zövqünə  və xarakterinə  dərindən bələd olmuşdur. XX əsrin  ən çətin və mürəkkəb 

çağlarında el məhəbbətini qazanmaq ücün ən düzgün yol, xalqın zövqünə uyğun musiqi 

dili ilə danışmaq, ona öz mənəviyyatını, zəngin daxili dünyasını gostərən "Leyli və 

Məcnun" yolu idi. "Kaspi" qəzeti 2 dekabr 1909-cu il tarixli nömrəsində yazırdı: "Gənc 

kompozitor Üzeyir Hacıbəylinin ilk təcrübəsi olan "Leyli və Məcnun" 

 

                                                            



1

 

"Kaspi" qəzeti, 1906, 9 yanvar. 



  

 


__________________Milli Kitabxana___________________ 

11 


 

operası Şərqin "Romeo və Cülyetta"sı idi. Bu opera kütlənin son dərəcə xoşuna gəldi 

və hər dəfə göstərilərkən teatr az qala ağzına qədər dolu olur

1

". Üzeyir Hacıbəyli bu 



böyük şöhrətdən məharətlə, xalqının, vətəninin xeyri ücün istifadə etdi. 1910-cu ildə 

Azərbaycan musiqili komediya məktəbinin ilk qaranquşu olan "Ər və arvad" əsərini 

yazdı. Yenə  də  həmin ildə Üzeyirin ikinci opera əsəri "Şeyx Sənan" Azərbaycan 

səhnəsinə vəsiqə aldı. Artıq musiqi aləminin yeni bir dövrü. Üzeyir dövrü başlandı. 

Bu haqda bəstəkar özü yazır: "...1910-cu ildə tamamilə musiqi sahəsinə keçib, 

Avropa musiqisi nəzəriyyəsini öyrənməyə başladım... Sonra Moskvaya gedib 

Moskva konservatoriyasının professor İlyinskinin kursuna daxil oldum. Burada 

harmoniyanı baş müəllim Sokolovskidən, solfecionu professor Ladoqindən 

öyrəndim..."

2

 



Əsrin ilk onilliyi Uzeyirin müxtəlif teatr cəmiyyətləri, dövrün qabaqcıl 

şəxsiyyətləri: C.Məmmədquluzadə,  Ə.Haqverdiyev, N.Vəzirov, H.Ərəblinski, 

H.Sarabski, N.Nərimanov, M.Maqomayev, Q.Pirimov və başqaları, müxtəlif 

nəşriyyatlarla əlaqə və təmasda olduğu illər kimi də maraqlıdır. 

Belə ki, XX əsrin (1920-ci ilə qədər) elə bir teatr cəmiyyəti, nəşriyyatı və ədəbi 

klubu olmamışdır ki, Üzeyir Hacıbəylinin bu və ya digər əsəri ilə əlaqədar fəaliyyət 

və xidmət göstərməmiş olsun. Tağıyev teatrı, Nikitin qardaşları sirki, müsəlman 

maarif cəmiyyəti, Orucov qardaşları  nəşriyyatı, Mailov teatrı, Musa Nağıyev klubu 

və başqaları bu sahə ilə əlaqədar bir sıra işlər görmüşlər. 

Təhsilə gedənə qədər Üzeyir Hacıbəyli bir an da olsa fəaliyyətini dayandırmamış, 

əksinə, daha məhsuldar işləmiş, yeni-yeni asərlər yaratmışdır. 1910-cu ildə 

bəstəkarın yeni bir operası - "Rüstəm və Söhrab" meydana çıxmışdır. "Günəş" qəzeti 

həmin il nömrələrinin birində yazır ki, "noyabrın 12-də Tağıyev teatrında əvvəlinci 

dəfə Üzeyir Hacıbəylinin tərtib etdiyi "Rüstəm və Söhrab" adlı  təzə operası 

oynanacaq"

3



Üzeyir Hacıbəylinin XX əsrin əvvəllərindən artmağa başlayan bəstəkar və yazıçı 

hörməti əsərdən-əsərə, ildən-ilə daha da qüvvətli bir şəkil aldı. 

1911-ci ildə tamaşaya qoyulan "O olmasın, bu olsun" musiqili komediyası Üzeyir 

Hacıbəylini böyük dramaturq kimi təsdiq etdi. Q.Şirvanski adlı bir müəllif 

"Zakavkazye" qəzetinin 29 iyun nömrəsində yazır: "...Əsərin ədəbi qiyməti haqqında 

mətbuatda çox yazılmışdır. Ona görə  də  mən ona toxunmayacağam. Ancaq onu 

deməliyəm ki, "O olmasın, bu olsun" bizim yeni doğulmaqda olan dram 

                                                            

1

 

"Kaspi" qəzeti, 1906, 2 dekabr.



 

2

 



Yenə orada.

 

3



 

Q.Məmmədli. Göstərilən əsəri, səh.85. 

 


__________________Milli Kitabxana___________________ 

12 


 

ədəbiyyatımıza böyük hədiyyədir. Onun müəllifinin adı isə artıq Axundzadə, 

Vəzirov, Haqverdiyev kimilərinin sırasında yer tut- 

muşdur..


1

'". Üzeyir Hacıbəylinin ən böyük xidmətlərindən biri bunda idi ki, o, hər bir 

yeni  əsərinin müvəffəqiyyətindən son dərəcə düzgün nəticə çixarır, arxayınlaşmır, 

həmin xətti davam etdirirdi. 

Buna görədir ki, ədib-bəstəkarın əsərlərinin yaranma tarixləri arasında o qədər də 

böyük vaxt fərqi yoxdur. "O olmasın, bu olsun"un təsiri qurtarmamış Üzeyir 

Hacıbəyli "Şah Abbas və Xurşidbanu" operasını yazır. "Baku" qəzeti 19l2-ci il 11 

aprel tarixli nömrəsində yazır: "Aprelin 9-da Tağıyev teatrında talantlı samorodok 

müsəlman kompozitoru Hacıbəyli cənablarının "Şah Abbas" operası oynandı... 

Teatr tam mənası ilə ağzınadək dolu idi. Tamaşaçılar Şah Abbasın "xalq kütləsi 

içərisinə girməsi hadisəsini" böyük diqqətlə izləyirdi... 

Tar və kamança müşayiəti ilə çalınan xalq mahnıları diqqətlə dinlənilirdi... 

Artlstlər və Hacıbəyli dəfələrlə səhnəyə çağırıldılar"

2



19l2-ci ildə tamaşaya qoyulan "Əsli və  Kərəm" operası Üzeyir Hacıbəylinin 

sənətkar  şöhrətinə  dəyərli  əlavə oldu və Üzeyirin adını görkəmli bəstəkar kimi də 

əbədiləşdirdi. Həmin ilin 20 may nömrəsində "Baku" qəzetində dərc olunan "Q.M." 

imzalı bir məqalədə deyilir: "Mən Uzeyir bəy Hacıbəylinin operalarının hamısını 

görməmişəm, lakin mayın 18-də Mayılov teatrında "Əsli və  Kərəm" operası birinci 

dəfə oynandığı zaman deyirdilər ki, bu opera bizim gənc kompozitorun qələmindən 

çıxmış operalardan yüksəkdir... 

Müəllifi çağırdılar, artistlər onu çiyinlərində  səhnəyə  gətirdilər. Hacıbəyli layiq 

olduğu şiddətli və gurultulu alqışlarla qarşılandı. 

Teatr ağzına kimi dolu idi. Tamaşaçıların xahişinə görə bu opera mayın 22-də 

təkrar oynanacaqdır". 

Üzeyir Hacıbəyli bütün bu müvəffəqiyyətlər içərisində böyük narahatçılıq 

keçirirdi. O, daha yüksək səviyyəli  əsərlər yazmaq üçün özündə  həvəs, qüvvə, güc 

hiss etsə  də, dərin musiqi savadı, mükəmməl musiqi nəzəriyyəsi və maddi imkan 

sahəsində korluq çəkirdi. Ona görə  də oxumaq, təhsilini artırmaq və dünya musiqi 

mədəniyyətinə daxil ola bilən bir istedad sahibi kimi yetişmək istəyirdi. Üzeyir 

Hacıbəyli bu arzusunu həyata keçirmək məqsədi ilə 1912-ci ildə iki il müddətinə 

Moskvaya oxumağa gedir. Maddi cəhətdən təmin olunmaq, təhsilini yarımçıq 

qoymamaq üçün yazdığı "Ər və arvad", "Leyli və Məcnun" və başqa səhnə əsərlərini 

"Nicat" cəmiyyətinin ixtiyarına verir. "Nicat" cəmiyyəti də ildə 3000 manat olmaq 

şərtilə Üzeyir Hacıbəyliyə ayda 250 manat pul göndərməyi vəd edir. Bu haqda 

Üzeyir Hacıbəyli dostu, yazıçı-bəstəkar M.Maqomayevə yazdığı məktubların birində 

                                                            

1

 



"Zaqafqaziya" qəzeti, 1911, 29 iyun.

 

2



 

"Baku" qəzeti, 1912, 20 may.

 


__________________Milli Kitabxana___________________ 

13 


 

deyir: "Nicatın fırıldaqçıları bizi aldatmaq istəyirlər. Mən nəinki onların iki ildən 

sonra mənə 

verməli olduqları  məbləğin  əlimdən çıxacağından, həm də  mənə layiq məvacib 

verməkdən bir gim imtina edəcəklərindən qorxuram. Əgər bu qorxuma sən də 

şəriksənsə, məni qabaqcadan xəbərdar et, bir tədbir görüm, yoxsa çıxılmaz 

vəziyyətdə qala bilərəm

1

". 



Nəinki dostlar, qohumlar, hətta dövrün bütün qabaqcıl ziyalıları Üzeyir 

Hacıbəylini düzgün başa düşür, onun maddi vəziyyəti və imkanı ilə əlaqədər bütün 

söhbətlərini ictimai mənada dərk edir, musiqi mədəniyyətimizin gələcək inkişafı 

üçün  əllərindən gələni  əsirgəmirdilər. "Yeri gəlmişkən bir məsələyə  də toxunmaq 

istərdik. Bu da Cabbar Qaryağdı  oğlunun 1912-ci ildə Varşavadan qayıdarkən o 

zaman Moskvada təhsil alan Üzeyir Hacıbəylinin şərəfinə bir neçə konsert verməsi 

və bundan yığılan vəsaitin gənc bəstəkarın təhsilinə  və qeyri ehtiyaclarına sərf 

edilməsi məsələsidir"

2



Üzeyir Hacıbəyli maddi vəziyyətin ağırlığı üzündən Moskvada çox qala bilmir və 



Bakıya qayıdır. Bir müddət yenidən bədii yaradıcılıqla məşğul olur. Maddi imkan 

əldə etdikdan sonra təhsilini davam etdirmək üçün 1913-1914-cü tədris ilində Sankt-

Peterburqa gedir. Professor Qalafatindən harmoniyanı öyrənməyə başlayır. 

Peterburqda ikən məşhur "Arşın mal alan" musiqili komediyasını yazır. Bu əsər 

Üzeyir Hacıbəylini bütün dünyada məşhar edir. Bir ilin içərisində "Arşın mal alan" 

yalnız Bakı teatr səhnələrində 150 dəfədən çox oynanılır, tezliklə bir sıra dillərə 

tərcümə edilir, özünə son dərəcə güclü və çoxlu tərəfdarlar, o cümlədən əleyhdarlar 

qazanır.  Əsər haqqında nə  qədər qeyri-real deyinmələr, ağız büzmələr olsa da, bu 

cızma-qaraçıların heç biri onun böyük təsir gücünü azalda bilmir, əksinə, tamaşadan-

tamaşaya əsərin müvəffəqiyyətləri artır, ços-çox uzaqlara yayılır. "Vaqt"' qəzetinin 10 yanvar tarixli 

nömrəsində  dərc olunan "1916-cı ildə Milli səhnə  və  səhnə  ədəbiyyatı" məqaləsində deyilirdi: 

"...Hesabat ilində Üzeyirbəyin "Arşın mal alan" adlı operettası rus və gürcü dillərinə tərcümə edilib 

oynanılmışdır. 

Bu gün Qafqaz səhnəsində ayrıca zikr edilməyə layiq bir şəxsiyyət varsa, o da Üzeyirbəy 

Hacıbəyli cənablarıdır, Petroqrad ali musiqi məktəbini tamam etmiş bu şəxs, Qafqaz müsəlmanların 

birinci kompozitorudur. Qafqaz operası bundan on il əvvəl onun "Leyli və Məcnun" adlı operası ilə 

başlamış idi. Hazırda Üzeyirbəy tərəfindən musiqi ilə  tərtib edilib opera tərzində oynanılan milli 

pyeslərin sayı ona çatır"

3



                                                            



1

 

Q.Məmmədli. Göstərilən əsəri, səh.l 18.



 

2

 



F

.

Əmirov. Musiqi aləmində. B., Gənclik, 1983, səh. 78.



 

3

 



Q.Məmmədli. Göstərilən əsəri, səh,216. 

 


__________________Milli Kitabxana___________________ 

14 


 

Üzeyir Hacıbəylinin belə böyük xidmətləri heç də hakim dairələrin xoşıına gəlmir. Buna görə də 

Üzeyir Hacıbəylinin evi bir neçə dəfə polis tərəfindən yoxlanılmış, o, bir sıra təhqir və məzəmmətlərə 

məruz qalmışdır. Bu hədə-qorxular Üzeyiri öz sosial məqsədindən döndərə bilmir. 

 

"Leyli və Məcnundan "Arşın mal alan"a qədərki qısa bir dövr Üzeyir Hacıbəyliyə 



əsrlərə sığmayan böyük şöhrət gətirir. Yalnız "Arşın mal alan" əsərinə əsasən demek 

olar ki, Üzeyir Hacıbəyli nəinki Zaqafqaziya və Orta Asiya respublikalarında, habelə 

Yaxın Şərq ölkələrində tanınmağa başlayır. Komediyanın Amerika, Fransa, İngiltərə 

və bir sıra digər xarici ölkələrdə tamaşaya qoyulması, dünyanın  əksər dillərinə 

tərcümə edüməsi Üzeyir Hacıbəyliyə dünya şöhrəti qazandırdı. Üzeyir Hacıbəyli 

bütün ömrünü, bilik və bacarığını müasir mədəniyyətin, musiqi elmi və musiqi 

sənətinin inkişafına sərf edir. Muxtəlif təhsil sistemli musiqi məktəblərinin açılması, 

Azərbaycan Dövlət Konservatoriyasının təşkil olunması, dünya musiqi mədəniyyəti 

səviyyəli kadrların yetişdirilməsi, Azərbaycan musiqi tarixi və musiqi nəzəriyyəsinin 

yaradılması sahəsində xüsusi xidmətlər göstərir. Bununla yanaşı, bir-birinin ardınca 

musiqi təhsili və metodikasına aid dərslik və  dərs vəsaitləri çap etdirir, yeni-yeni 

musiqi  əsərləri yazır. 1934-cu ildə "Azərbaycan xalq türk musiqisinin əsasları", 

1935-ci ildə "Azərbaycan xalq mahnılarının adlarını öyrənmək üçün təlim", 

"Çahargah" mövzusunda "Birinci fantaziya", "Şur" üzərində "İkinci fantaziya" və s. 

əsərlərini çap etdirir. 1936-1937-ci illərdə Üzeyir Hacıbəyli daha zəngin fəaliyyət 

göstərir


. Zamanla səsləşən, müasir insanın zövqünə, ruhuna yatan dərin məzmunlu əsərlər 

yaratmaq, bütün musiqi kadrlarını yeni həyata səfərbər etmək üçün yollar axtarır, bu 

sahədə gözəl nümunələr göstərir. 1937-ci ildə "Koroğlu" operasını yaradır. Bu əsər eyni 

zamanda Üzeyir Hacıbəylinin dünyagörüşünün milli mahiyyəti, Üzeyir fantaziyası  və 

istedadının qüdrət və əzəmətinin ifadəsi idi. Xəlqilik, vətənpərvərlik ideyaları ilə yoğrulan 

"Koroğlu" operası yalnız bir musiqi əsəri kimi deyil, həm də klassik irsə, xalqın tarixinə, 

el ədəbiyyatına yanaşmaq, onlardan yaradıcı şəkildə istifadə etmək və xüsusilə də mədəni 

irs və folklor ənənələrini müasir dövrün tələb və prinsiplərinə uyğun davam etdirməyin 

gözəl nümunəsi idi. İlk gündən məişətə, musiqi mədəniyyətinə daxil olan bu əsər, eyni 

zamanda Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu zəngin tarixini, xalqın əyilməzliyini, 

qəhrəman keçmişi və böyük fədakarlığının təbiiliyi və qanunaııyğunluğunu  əks etdirən 

təbliği bir əsərdir. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti 

dekadasında "Koroğlu"nun birinci yer tııtmasının səbəblərindən biri də bu idi. 

Qədirbilən xalqımız bütün vətəndaş ziyalılarının, sənətin inkişafı naminə 

fədakarlıqlar göstərən bütün qələm sahiblərinin həmişə dostu və xeyirxahı olmuş, 

onların xidmətlərini yüksək qiymətləndirmişdir. Fikrət  Əmirov "Üzeyir məktəbi" 

məqaləsində yazır: "...Üzeyir Hacıbəylinin gənclərə münasibətində  mən həmişə 

təmkinli bir qətiyyət, doğma bir tələbkarlıq duymuşam. Yeri gəlmişkən deyim ki, 

məni Üzeyir musiqisinin yetirməsi adlandıranlar var. Bu adla yalnız fəxr edirəm. 

Mən Üzeyir müəllimdən xalq musi- 

 

     


__________________Milli Kitabxana___________________ 

15 


 

qisinin paklığını  mənimsəmişəm. Üzeyir musiqisini nə  qədər dinləsəm, mənə elə 

gəlir ki, ilk dəfədir eşidirəm, hər dəfə o mənə  təzə görünür. Yaşa dolduqca dərk 

etmişəm ki, nə yaxşı bu böyük sənətkarla durub-oturmaq səadəti mənə də nəsib olub, 

onun unudulmaz məsləhətlərini eşitmişəm"

1



Üzeyir sənəti, Üzeyir irsi haqqında onlarca elmi-nəzəri məqalə, tədqiqat əsərləri 

və digər yazılar dərc olunmuşdur. Lakin elə bir əsər, xatirə  və  tədqiqat yoxdur ki, 

Üzeyir Hacıbəyli bir ictimai vətəndaş, yaradıcı  sənətkar və böyük vəzifələr 

daşıyıcısından başqa, müdrik və maraqlı bir şəxsiyyət, son dərəcə xeyirxah, nəcib, 

böyük ürək və  qəlb sahibi, mətin dost, sədaqətli yoldaş, alicənab ailə başçısı, hər 

şeydən əvvəl də sadə və təvazökar bir insan kimi təqdim olunmasın və xatırlanmasın. 

Böyük Üzeyir şəxsiyyəti haqqındakı bu həqiqətlər yalnız ayrı-ayrı elm və 

mədəniyyət xadimlərinin, yazıçıların,  şairlərin, bəstəkar və  rəssamların, heykəltəraş 

və incəsənət ustalarının və ümumən, müxtəlif sənət və elm sahəsində çalışan 

tanınmış mütəxəssislərin yazılarında, tədqiqat  əsərlərində qorunub saxlanılmır, 

bunlar eyni zamanda Hacıbəylinin zəngin ədəbi irsinin də zinət və bəzəyi kimi onun 

hər bir əsərində özünü büruzə verir. Bu da onunla əlaqədardır ki, Üzeyir Hacıbəylinin 

böyük yaradıcılığı ilə onun boyük şəxsiyyəti arasında möhkəm  əlaqə  və bağlılıq 

olmuşdur. Sənətkar  şəxsiyyəti ilə  sənətkar yaradıcılığı arasında olan bu qarşılıqlı 

əlaqə  və  təsirin nəticəsində yaranan böyük və dahi ədəbi  şəxsiyyətlər isə, yalnız 

xalqının içərisində qapanıb qalmır, bütün ölkənin rəğbət simvoluna çevrilir, 

minnətsiz və təmənnasız olaraq dünya klassikasına daxil olur. Üzeyir Hacıbəyli məhz 

belə  sənətkardır. "Biz böyük Üzeyir yaradıcılığındakı bu Antey qüdrətinin sirlərini 

hələ çox öyrənməliyik"

2



 

Abdulla Abasov 

                                                            

1

 

F.Əmirov. Musiqi aləmində, səh.143.



 

2

 



Yenə orada. səh.150. 

 


__________________Milli Kitabxana___________________ 

16 


 

 

 



 

 


__________________Milli Kitabxana___________________ 

17 


 

Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin