Üzeyir hacibəYLİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix01.12.2016
ölçüsü2,34 Mb.
#541
1   2   3   4   5   6   7   8   9   ...   21

DÖRDÜNCÜ PƏRDƏ 

 

 

BİRİNCİ ŞƏKİL 



 

Ş a h ı n  s a r a y ı n d a  vaqe olur. V ə z i r və b e ş    n  ə f ə r  əyan məclis 

qurubdurlar. Müqəddəmədən sonra pərdə qalxır. 

 

V ə z i r (çahargah)--Tamam altı aydır ki, padşahdan bir xəbər yoxdur. 



                  

(M u s i q i)  

 

Çün nigaranam, çox pərişanam, çox da heyranam! 



 

(M u s i q i) 

 

B i r i n c i  ə y a n--Bəli, padşahın bu səfəri çox uzun çəkdi. Bu qədər zaman 



paytaxtdan ayrıldığı heç yox idi.... 

 

(M u s i q i) 



 

İ k i n c i   ə y a n--Dilim-ağzım qurusun, bəlkə padşahın başına.... 

V ə z i r--Sus! Oylə söz demə, yoxsa camaat xəbərdar olsa haman dəm şuriş düşər. 

 

(M u s i q i) 



 

Ü ç ü n c ü  ə y a n--Mənim fikrimcə, hər halda vəliəhdi paytaxta çağırmaq lazımdır, 

yoxsa sonra gec olar. 

 

D ö r d ü n c ü  ə y a n--Məncə, heç bir şey lazım deyildir; inşaallah, padşah tezlik ilə 



gələr. Bu qədər iztirab əbəsdir. 

 

İ k i n c i  ə y a n--Xeyr, əbəs deyildir!  



 

D ö r d ü n c ü  ə y a n--Xeyr, əbəsdir!  

 

Ü ç ü n c ü  ə y a n--Heç əbəs deyildir!  



 

__________________Milli Kitabxana___________________ 

72 


 

B e ş i n c i  ə y a n--Əbəsdir, əbəsdir!... 

 

B i r i n c i  ə y a n--Mən çox nigaranam!  



 

B e ş i n c i  ə y a n--Mən heç də nigaran deyiləm!  

 

D ö r d ü n c ü  ə y a n--Mən də nigaran deyiləm!  



 

İ k i n c i ə y a n--Sənin üçün təfavüt yoxdur!  

 

B e ş i n c i  ə y a n--Xeyr, sənin üçün təfavüt yoxdur! 



 

Ü ç ü n c ü  ə y a n--Ağzının sözünü danış!  

 

B i r i n c i  ə y a n--Əbləh taifə!  



 

B e ş i n c i  ə y a n--Əbləh sənsən!  

 

D ö r d ü n c ü  ə y a n--Sizsiz əbləh taifə!  



 

İ k i n c i ə y a n--Sizsiz!  

 

B i r i n c i  ə y a n--Sizsiz!  



 

B e ş i n c i  ə y a n--Sənsən!  

 

D ö r d ü n c ü  ə y a n--Sənsən! 



 

Səs-küy düşür. 

 

V ə z i r--Sakit! Əhalidən əvvəl siz şuriş salırsınız. Səbr ediniz, görək bu işin çarəsi 



nədir. Binəva Xurşid günüz axşama qədər yaş töküb ağlayır. Hər halda biz hələ bir neçə 

gün səbr edək, görək nə olur. 

M u s i q i. N ö k ə r daxil olur.  

 

N ö k ə r--Xurşid banu izn istəyir!  



V ə z i r--Buyursun, buyursun! 

 

M u s i q i. X u r ş i d daxil olur. 



  

X u r ş i d (müxalif)-- 

Gün gedib, aylar dolandı, padşahim gəlmədi,  

Atəşi-hicrə tənim yandı da, şahim gəlmədi,  



__________________Milli Kitabxana___________________ 

73 


 

Gözləməkdən yolunu qan ağlayır bu gözlərim,  

Düşmən oldumu mənə bu xeyirxahim gəlmədi!  

 

Qəlbimə düşmüşdü əvvəl vahimə kim, bu səfər  



Padşahın canına haşa yetirməzmi xətər!  

Altı ay keçdi o gündən, gəlmədi heç bir xəbər,  

Noldu ki, yarəb, mənim dadü pənahim gəlmədi.  

 

M u s i q i: təsnif başı.  



 

V ə z i r  v ə  ə y a n l a r (təsnif)-- 

 

Xurşid, nəyə lazım bunca cəfa; (2 dəfə)  



Səbr et, bala, bala, sən cəzə-fəzə eyləmə! (2 dəfə) 

Şahın bu səfəri millətə edər xidmət; (2 dəfə)  

Səbr et, bala, sən cəzə-fəzə eyləmə!  (2 dəfə)  

 

X u r ş i d-- 



 

Qorxum bunadır kim, şahim gedər gəlməz, (2 dəfə)  

Bəs mən necə edim cəzə-fəzə eyləməyim? (2 dəfə) 

 

M u s i q i. X u r ş i d əlləri ilə üzünü örtüb ağlayır.  



 

V ə z i r  v ə  ə y a n l a r-- 

 

Xurşid, nəyə lazım bunca cəfa?! (2 dəfə) 



Səbr et, bala, bala, sən cəzə-fəzə eyləmə! (2 dəfə) 

 

(M u s i q i) 



 

X u r ş i d (mənsuriyyə) 

 

Gecələr sabaha tək yatmam yataqda, ağlaram,  



Ah edib, nalə qılıb, öz sinəmi mən dağlaram,  

Sən gedərkən yalvarırdım, ey şahım, apar məni,  

Ta xətər vaxtında qalxan eyliyim mən sinəmi. 


__________________Milli Kitabxana___________________ 

74 


 

 

V ə z i r (çahargah)-- 



 

Ahü nalə fayda verməz, əbəsdir göz yaşı,  

Hər işə tədbir lazımdır, gərək bu müşkülü  

Həll üçün bir neçə gün səbr eyləyək.  

 

Ə y a n l a r-- 



 

Şübhəsizdir ki, gərək səbr eyləyək! 

 

V ə z i r--Xurşid, sən get bir qədər istirahət elə. Qorxma sənin duan şahın üstündədir. 



(Xurşid gedir). Siz hər gün burada hazır olarsınız, hər halda ehtiyatı  əldən buraxmaq 

olmaz, amma bu barədə camaat heç bir söz bilməsin, Əgər beş günə qədər şah gəldi, gəldi 

və ila gəlməsə.... 

 

N ö k ə r (daxil olur)--Vəzir sağ olsun, bir nəfər Şirazdan gəlib sizi görmək istəyir. 



 

H a m ı--Aha!... 

 

V  ə z i r--Yəqin bu şəxsi padşah göndəribdir.  İlahi, sənə  şükür! Siz gediniz o biri 



otaqda gözləyiniz. 

 

M u s i q i. Ə y a n l a r çıxırlar, M ə s t a v ə r daxil olur, qoltuğunda bükülü keçə var. 



 

V ə z i r (rast)--Söylə görək mətləbin nədir? 

 

M  ə s t a v ə r--Şiraz  şəhərində bir dərviş bu keçəni toxuyub, sizin hüzurunuza 



göndəribdir. 

 

V ə z i r (kənara)--Ah, şahın keçəsidir, mən tanıdım! (Ona). Xob, keçə qalsın burada, 



sən çıx get. (Kənara). Gedim Xurşidə müjdə verim (gedir). 

 

M ə s t a v ə r (öz-özünə acıqla)--Gedim? Bəs pul, bəs pul? 



 

(T ə s n i f) 

 


__________________Milli Kitabxana___________________ 

75 


 

Aldatdı məni mühil dərviş,  

Göndərdi məni sərayi şahə.  

Pul vermədilər, pis oldu bu iş;  

Sərf oldu bu qədr vəqt rahə,  

Gör mən sənə neylərəm, a dərviş!  

Durmam, gəlirəm sənə cəzaçün;  

Gəlcək sənə eylə sancaram niş,  

Ta xalq tamam vəhşətə gəlsin! 

 

M u s i q i. Gedir. 



 

M u s i q i. V ə z i r və X u r ş i d b a n u bir tərəfdən, əyanlar dəxi o biri tərəfdən 

gəlir. 

 

V ə z i r (şikəsteyi-fars)-- 



 

Müjdə olsun sənə, Xurşid, yarından xəbərim var.  

Sağ səlamət o şəhinşah, yanından xəbərim var.  

 

(Rasta enir). 



 

Gör, budur, naməsidir padşahın, bu keçə, 

Bunda çəkmiş, gəl-gəl etmiş, nişanından xəbərim var. 

 

X u r ş i d keçəni görcək ağlayır və keçəni öpür. 



 

X u r ş i d--Bu gecə mən bir yuxu görmüşəm, sizə nəql eyləyim! 

H a m ı--Söylə, söylə (qulaq asırlar). 

 

(M u s i q i)  



 

X u r ş i d-- 

 

Gecə olcaq başlamışdım mən ahi, (musiqi)  



Yuxu tutdu, gördüm onda mən şahi, (musiqi)  

İtiribdir nə isə şahim rahi, (musiqi)  

Məni görcək söylədi: gəl-gəl-gəl-gəl!  

Xurşid, gəl, tez-tez gəl, hey!... 

 


__________________Milli Kitabxana___________________ 

76 


 

(M u s i q i) 

 

Baxıb gördüm şahım düşdü bir çahə, (musiqi)  



Belə baxdım, heyran qaldım dəstgahə, (musiqi)  

Yüyürüb tez çahə, baxdım mən şahə, (musiqi) 

Məni görcək söylədi: gəl-gəl-gəl! Xurşid, gəl, tez-tez gəl, hey!... 

 

(M u s i q i) 



 

Dedi: əl ver, Xurşid, məni azad et, (musiqi),  

Köməyə çağır tez xalqı, fəryad et. (musiqi),  

Əlimi atdım, mən şahdan yapışdım, (musiqi),  

Quyudan çıxcaq söylədi:  gəl-gəl-gəl!  

Xurşid, gəl, tez-tez gəl, hey!... 

Hey!... Tez gəl-gəl! 

 

(M u s i q i) 



 

V ə z i r (çahargah)--Xeyir olsun, çox gözəl yuxudur.  

 

H a m ı--Xeyir olsun, çox xeyir olsun!  



 

X u r ş i d--Fikrimə bir şey gəlir....  

 

V ə z i r--Nə var ki? 



 

X u r ş i d--Bu keçəni  göndərməkdə şahın fikri nə imiş? 

 

V ə z i r--Şübhəsizdir ki, özündən xəbər verir.  



 

X u r ş i d--Yox-yox, mənim fikrimə başqa şey gəlir.  

 

H a m ı--Nə var ki? 



 

X u r ş i d--Bəlkə padşah bir təhlükə içindədir və bu keçəni göndərməklə bizə xəbər 

verir. 

 

V ə z i r--Yox!... (Fikir edir). Amma ola bilər. Keçəni gətirən necə oldu? 



 

N ö k ə r--Çıxdı getdi! 

 


__________________Milli Kitabxana___________________ 

77 


 

X u r ş i d--Ah, bu saat onu geri qaytarın! 

 

V ə z i r--Doğrudur, onu geri döndərmək lazımdır! Görək şah nərədədir! 



 

N ö k ə r gedir. 

 

B i r i n c i  ə y a n--Xurşidin sözü mənim ağlıma batır. 



İ k i n c i  ə y a n--Doğrudan da, şah təhlükədə ola bilər. 

Ü ç ü n c ü  ə y a n--Nə eyləməli, əlac nədir? 

N ö k ə r (daxil olur)--O adam Şiraza yola düşübdür. İstəsəniz dalınca gedək. 

X u r ş i d--Yox-yox, vəzir qoşun götürüb, qarabaqara onun dalınca getməlidir. 

V  ə z i r--Mən də o fikirdəyəm. Öylə isə vaxtı itirmək lazım deyildir. Gedək. (Bir 

əyana). Əmr et qoşun hazır olsun. Biz hamımız, Xurşid dəxi bizim ilə bərabər o adamın 

dalınca yavaş-yavaş, qarabaqara gedək, görək o hara gedir; sözün doğrusu, onun sifəti 

mənim xoşuma gəlmədi, cəllada bənzər bir adamdır. 

H a m ı  b i r  y e r d ə--təsnif. 

 

Yavaş-yavaş gedək görək bu şəxs kimdir və nəçidir!  



Şah Abbası nerdə görüb, bəlkə bu bir quldur, ya düzddürmü?  

 

(M u s i q i) 



 

Allah göstərməsin, şahımda xətər olar. (2 dəfə)  

Şah Abbassız, Şah Abbassız dövlət puç olar. (2 dəfə)  

Yavaş-yavaş gedək görək bu şəxs kimdir və nəçidir!  

Şah Abbası nerdə görüb, bəlkə bu bir quldur və ya, düzddür, a!... 

Tez gedək. (Gedirlər). 

 

PƏRDƏ 


 

 

 



 

__________________Milli Kitabxana___________________ 

78 


 

İKİNCİ ŞƏKİL 

 

 

Yenə haman z i r z ə m i d ə vaqe olur. M ə h b u s l a r və Ş a h  A b b a s  bidamaq 



oturubdurlar. Müqəddəmədən sonra pərdə qalxır. 

 

Ş a h  A b b a s (kürd-şahnaz)-- 



 

Düşüb iraq yardan, oldum bəlayi-hicrə düçar!  

Görüb o zülmü ki, aşiqlər üzrə yağdırır girdar,  

Cəzavü tənbehə layiq olan şəxsə həbs bari-giran,  

Günah-cürmdən azad olana gör nədir bu rəftar?! 

 

Sərayi-şahda məskun, bütün cahana amirkən,  



Şəhin məkani bu zindan və amiri--xunxar,  

Gecə yatıb da yuxumda görüm ol məhi-xurşidi,  

Üzündə zülfi-pərişan, ahüzar edib ağlar. 

 

Nədir əlaci bu dərdin, ey xudayi-ləmyəzəli.  



Tükətdi ömrümü zindan, yox oldu səbrü qərar.  

Olarmı bir o gün allah ki, azad olam, yoxsa  

Yazıb qəza mənə böylə bu zindanda qəbrü məzar. 

 

(M u s i q i)  



 

M ə h b u s l a r (təsnif)-- 

 

Bizi burdan azad eylə, ey dərviş!  



Bizi burdan azad eylə, ey dərviş! 

Çağır allah, fəryad eylə, ey dərviş!  

Çağır allah, fəryad eylə, ey dərviş!  

Səni allah, imdad eylə, ey dərviş!  

Səni allah, imdad eylə, ey dərviş!  

Çağır allah, fəryad eylə, ey dərviş!  

Çağır allah, fəryad eylə, ey dərviş! 

 

B i r i n c i  m ə h b u s (şur)--Allahın altında Şah Abbas bizim bu halımızı bilmiş ola 



idi; yəqin ki, ədalət-pənah bu zülmü kökündən rəf edərdi. 

__________________Milli Kitabxana___________________ 

79 


 

İ k i n c i  m ə h b u s--Ah, a yazıq, bu saat Şah Abbas öz sarayında gözəl-göyçək 

hərəmlərilə eyş-işrətə məşğuldur; bu cür nadidə zülm, yatsa da onun yuxusuna girməz. 

 

Ü ç ü n c ü  m ə h b u s--Vallah, deyirlər ki, Şah Abbas çox vaxt dərviş libası geyib, 



şəhərbəşəhər gəzir ki, bir yerdə rəiyyətə zülm görmüş olsa, haman dəm rəf etsin. 

 

D ö r d ü n c ü  m ə h b u s-Doğrudur bu söz, əmma heyf ki, Şah Abbac zülmü yerin 



üstündə axtarır, altına girmir ki, biz yazıqları görsün. 

 

B e ş i n c i  m ə h b u s--Ağa dərviş, bəlkə sən Şah Abbası görmüş olasan, çünki çox 



vəqt dərviş dərvişə düçar olar. 

 

Ş a h--Mən heç vaxt ona düçar olmamışam! 



 

M u s i q i. M ə h b u s l a r bikef olub, başlarını dizləri arasında gizlədirlər. 

 

Ş a h (səmayi-şəms)-- 



 

Bunların bu sözləri yandırdı, yaxdı canımı;  

Zərbə vurdu başıma, etdi pərişan halımı. 

 

(Ürəyindən tutur) 



 

Sakit ol, ey qəlb, çırpınma alışmış sinədə,  

Ya gərək azad edim mən bunları, ya kim, töküm öz qanımı.  

 

(M u s i q i) 



 

Gər vəzirim yetməsə bu vərtədə imdadıma,  

Mən özüm çarə qılıb, cəng: eylərəm cəllad ilə;  

Çağırıb allahı, nərə çəkib fəryad ilə,  

Böylə göstərrəm hünər, layiq olar öz adıma. 

 

(M u s i q i) 



 

Əldə heç bir yaraq, ya ki, silahim yox isə,  

Gəlmiyir bu zindan içrə heç ümidim bir kəsə;  

Lakin ol haqqü ədalət məndədir, bunlar isə  

Düşməni məğlub üçün, billah, yetər fəryadıma. 

 

M u s i q i. M ə h b u s l a r qorxu ilə başlarını qalxızırlar.  



 

__________________Milli Kitabxana___________________ 

80 


 

M ə h b u s l a r (qorxu ilə)--Diyəsən gəlir ... gəlir.... 

 

Bir-birlərinə qısılırlar. M ə s t a v ə r daxil olub, qeyz ilə əllərini qoynuna qoyub, ş a h 



a baxır. 

 

M ə s t a v ə r (acıqla)-- 



Məni aldatdın, məni aldatdın, 

Məni aldatdın, oh!... (Xəncərini çəkir). 

 

(M u s i q i)  



 

İrəli dur! 

 

(M u s i q i)  



 

İrəli dur! 

 

(M u s i q i) 



 

Aldın möhlət, göndərdin şahın sarayına, 

Aldatdın dərviş məni sən! 

Öldürəm indi səni mən, öldürəm səni mən! 

Məni aldatdın, məni aldatdın, məni aldatdın! 

Ox!... (M u s i q i). İrəli dur! (M u s i q i). İrəli dur! 

 

M u s i q i. İstəyir həmlə etsin, Ş a h əlini qabağa uzadır.  



 

Ş a h (bayatı-Şiraz)-- 

Sən bədəfkar və xəbis cəllad isən,  

Qorxmuram səndən, buyur meydanə sən, a-gəl! 

 

M u s i q i.  



 

Ş a h ilə M ə s t a v ə r ötüşürlər. Ş a h onun xəncərini alıb, yerə atır. M ə h b u s l a r 

qorxularından küncə qısılırlar. M ə s t a v ə r cəld xəncəri yerdən götürüb, ş a h ı vurmaq 

istərkən bu halda qapılar tay-tay açılıb, X u r ş i d,  v ə z i r, ə y an l a r və q o ş u n əhli 

içəri daxil olurlar və əhvalatı böylə gördükdə haman dəm M ə s t a və r i  tutub, qollarını 

bərk-bərk bağlayırlar. İş böylə ikən Ş a h  A b b a s ilə X u r ş i d qucaqlaşırlar. 

 

V ə z i r (rast; Məstavərə)--Bədbəxt nakəs, sən kimin üstə əl qalxızırsan? Bilmirsənmi 



ki, bu, padşahi-cahan Şah Abbas cənnətməkandır?! 

 

Bu halda m ə h b u s l a r yerə yıxılıb, ş a h ı n ayağına sürünürlər. 



__________________Milli Kitabxana___________________ 

81 


 

 

Q o ş u n (qışqırır)--Yaşasın padşah! 



Ş a h (məhbuslara)--Durun və indi bilin ki, Şah Abbas yerin üstündəki zülmü axtarıb 

tapan kimi, yerin altındakı zülmü də tapa bilir. 

M ə h b u s l a r--Padşah!... Padşah!... (deyib, ağlamaq onları boğur, ağlayırlar). 

Q o ş u n--Yaşasın padşah!... 

Ş a h--Xurşid, doğrudan da, mən çox xoşbəxtəm ki, sənə düçar oldum və yenə 

xoşbəxtəm ki, sənin məğruranə sözlərini qəbul edib, sənət öyrəndim; bir sənət ki, məni və 

vətən övladını bir nadidə və naşidə zülmdən xilas eylədi. Görünür ki, mənim millətə olan 

məhəbbətim allaha xoş gəlibdir ki, səni mənə kömək göndəribdir. Bu gündən sonra belə 

sən, odunçunun qızı, mən İran padşahına hərəmsən! Qoy valideynin fəxr etsin. Səni bütün 

hərəmlər içrə şahizənan etdim. Yaşasın Xurşid!... 

H a m ı--Yaşasın padşah və Xurşid banu!... 

Ş a h--Bu məluni (Məstavərə) aparıb,  Şiraz  əhlinin gözü qabağında dar ağacından 

asarsınız, qoy xunxar qatil öz cəzasına çatsın! 

H a m ı--Yaşasın padşah, yaşasın padşah!... 

 

(M a r ş) 



 

Allah səni yenə şad edə, şahım! (2 dəfə) 

Millət səni yenə yad edə, şahım! (2 dəfə) 

Ey padşah, sən vətəni et (2 dəfə) 

Yad, vətəni, şad vətəni, yad vətəni et! (2 dəfə) 

Şah, çox yaşa vətənə sən! 

Qənimətsən vətənə sən, qənimətsən! 

Millətə sən qənimətsən! 

Millətə sən qənimətsən! 

 

PƏRDƏ 



 

__________________Milli Kitabxana___________________ 

82 


 

 

 



ƏSLİ VƏ KƏRƏM 

 

 

4 PƏRDƏLİ 6 ŞƏKİLLİ OPERA 



 

 

İŞTİRAK EDİRLƏR 



 

İ s f a h a n  p a d ş a h ı--50 yaşında. 

K ə r ə m (Əhməd Mirzə)--onun oğlu, 25 yaşında. 

K e ş i ş, p a d ş a h ı n  x ə z i n ə d a r ı--50 yaşında. 

Ə s l i (Tara Sultan)--onun qızı, 15 yaşında 

S o f i, K ə r ə m i n  y o l d a ş ı--30 yaşında. 

5  n ə f ə r  ə y a n. 

H ə l ə b  p a ş a s ı--45 yaşında. 

2  n ə f ə r  z ə b t i y y ə. 

Ş e y x  N u r a n i--ağsaqqal və ağ geyimli bir şeyx. 

S ə f i--bir qoca kişi. 

B ə y l ə r, k ü ç ə  a d a m l a r ı, y o l  ö t ə n. 

B i r  d ə s t ə  q ı z  v ə  s a i r ə. 

 

 



 

 


__________________Milli Kitabxana___________________ 

83 


 

BİRİNCİ PƏRDƏ 

 

 



Z ə n g i d ə, padşahın xəzinədarı olan keşiş (Arsen) xanın imarəti həyətində vaqe 

olur. Həyət gözəl bir bağçadır ki, içində cürbəcür ağaclar və güllər vardır. Sağ tərəfdə 

keşişin evi görünür, içəri daxil olmaq üçün qapısı vardır. Sol tərəfdə başı qarlı  və 

dumanlı dağlar görünür. K e ş i ş i n  q ı z ı (Əsli) bağçada bir sərv ağacının dibində 

oturubdur.  Ətrafda k e ş i ş ilə  bərabər q ı z l a r və o ğ l a n l a r oynayıb 

gülməkdədirlər. Keşiş qapısının ağzında əyləşib, bağçaya tamaşa edir. 

 

Ə s l i (kürd-şahnaz)-- 



 

Qəlbimə bir hiss girmişdir, adı bilməm nədir,  

Gah acıdır, gah şirindir, heç dadı bilməm nədir.  

Bezmişəm ata-anadan, görməyir heç şey gözüm,  

Bu pərişan halımın heç illətin bilməm özüm.  

Görmüşəm mən bir yuxu, ol yuxuda bir novcavan,  

Qədd-qamət sərv tək, gözlər qara, qaşlar kaman.  

Sarılıb incə belimdən, bus edər rüxsarımı,  

Söyləyir: sevdim səni, tapdım nəhayət yarımı. 

 

K e ş i ş, q ı z l a r və o ğ l a n l a r  Ə s l i y ə tərəf gəlib oxuyurlar.  



 

(M u s i q i: təsnif) 

 

Gülüm, söylə sən görək,  



Böylə pərişan neçin? 

 

(M u s i q i) 



 

Gülüm, söylə sən görək, 

Böylə pərişan neçin? 

Bizi eylə hali sən, 

Dərdin nədir, dərdin nədir, dərdin nədir?  

Hey ... tez söylə, tez söylə, tez söylə sən! 

 

(M u s i q i) 



 

Bunca dövlətdən məgər  

Razı deyilsən, qızım? 


__________________Milli Kitabxana___________________ 

84 


 

(M u s i q i) 

 

Bunca dövlətdən məgər 



Razı deyilsən, qızım? 

Bizi eylə hali sən. 

Dərdin nədir, dərdin nədir, dərdin nədir?  

Hey ... tez söylə, tez söylə, tez söylə sən!  

 

Ə s l i (şahnaz)-- 



 

Zərrə qədri dövlətin yoxdur gözümdə hörməti,  

Anlamam, billah, nədir dövlətlə dünya ləzzəti.  

Eşqdir dərdim mənim, aşiq olub bir oğlana,  

Hazıram qurban edəm öz canımı mən ol cana.  

 

K e ş i ş-- 



 

Sən nəsən, aşiq nədir?  

Heç həya etməzmisən?!  

Kimdir ol oğlan belə?  

Kim dəli etmiş səni?  

 

(nəvazişlə) 



 

Gəl, qızım, söylə görüm:  

Kim edib aşiq səni?  

 

Ə s l i (şahnaz)-- 



 

Görmüşəm mən bir yuxu, ol yuxuda bir novcavan,  

Qədd-qamət sərv tək, gözlər qara, qaşlar kaman.  

Sarılıb incə belimdən, bus edər rüxsarımı,  

Söyləyir: sevdim səni, tapdım nəhayət yarımı. 

 

(M u s i q i)  



 

H a m ı (təsnif)-- 

 

Yuxunun var insana böylə əsəri məgər? (2 dəfə)  



Yuxu verir insana zövqü səfa, cövrü cəfa, zövqü səfa,  

Hey, sən söylə, sən söylə, sən söylə hey!... 



__________________Milli Kitabxana___________________ 

85 


 

(bir də təkrar)  

 

(M u s i q i) 



 

Hamı Ə s l i ilə durub içəri daxil olurlar. Səhnədə heç kəs qalmır by halda K ə r ə 

m ilə S o f i o biri tərəfdən çıxıb bağçaya gəlirlər. 

 

S o f i (bayatı-Şiraz)-- 



 

Sal nəzər, şahzadə, bir bax keşişin bağına,  

Həm gülə, həm sünbülə, gendən görünən dağına.  

 

K ə r ə m--Dostum Sofi! 



 

Bu qədər güllər və sünbüllər mənə eşq artırır,  

Eşq ilə yanmış çirağa yağ olub da yandırır.  

 

S o f i-- 



 

Söylə sən, şahzadə, kimdir aşiqin bir dəm mənə,  

Bəlkə mən bu yolda göstərrəm ola xidmət sənə. 

 

K ə r ə m-- 



 

Bir yuxu gördüm, əzizim, bir nəfər nazlı sənəm,  

Bus edər hərdən məni, söylər mənə yarın mənəm.  

Qaş qara, gözlər qara, baldan şirindir ləbləri,  

Qədd-qamət sərv tək, xumardır şux gözləri.  

Qönçə tək açmış dəhanın, dişləri dür danəsi,  

Olmuşam, Sofi, o gündən ol qızın divanəsi. 

 

K e ş i ş çıxıb baş əyir. 



 

K e ş i ş (söz ilə)--Ey  şahzadə, sən bizə çox xoş  gəlibsən, səfa gətiribsən! 

Buyurun bizim xanəmizə! 

K ə r ə m--Çox sağ ol, keşiş, çox razıyıq. 

 

H a m ı s ı bərabər içəri girirlər.  



 

(M u s i q i) 

 


__________________Milli Kitabxana___________________ 

86 


 

Bir qədər sonra Ə s l i pərişan bir halda evdən çıxır. 

 

Ə s l i (söz ilə)--Odur ... özüdür ... yuxumda gördüyüm oğlandır! 



 

Bayatı-kürd 

 

Yandırıb yaxmaqdadır eşğ atəşi əndamımı,  



Düşmüşəm bir dərdə kim, bilməm özüm əncamımı.  

Bar ilahi, tez yetir gəlsin mənim cananımı,  

Ya diriltsin bəndəni, ya kim, tez alsın canımı. 

 

Kənarda bir sandaliya üzərinə yıxılıb qalır. 



 

(M u s i q i) 

 

K ə r ə m dəxi içəridən çıxır, bu da  pərişan haldır. 



 

K ə r ə m (söz ilə)-- 

 

O kim idi? ... o qız kim idi?... 



Yoxsa mən yenə yuxu gördüm ... yuxu....  

 

(M u s i q i: şikəsteyi-fars) 



 

Yenə gördüm surətin ol məhvəşin odlanmışam,  

Tazadan eşqə düşüb, suzi-cigərlə yanmışam.  

Gəl, gəl, ey dilbər, məni bu şübhədən eylə xilas,            

Gördüyüm sənsənmi, yoxsa yuxuya aldanmışam? 

 

O tərəfdən Ə s l i ayağa durub getmək istərkən bunlar bir-birini görürlər və bir 



qədər məəttəl qalıb qucaqlaşırlar, bəədə Ə s l i kənara çəkilir. 

 

Ə s l i (söz ilə)--Ah!... Oğlan, kərəm eylə, bizi görərlər.  



K ə r ə m--Əsli nədir, ey dilbər? (Buraxmayır).  

Ə s l i (dartınır)--Ah!... Kərəm eylə, keşiş babam gəlir.  

K ə r ə m--Əsli nədir, gözəlim!  

Ə s l i--Ah!... Kərəm eylə, qorxuram.  

K ə r ə m--Əsli nədir, qorxma!  

Ə s l i--Yox, oğlan, kərəm eylə, kərəm eylə.  

K ə r ə m--Ey nazlı dilbər, qoy sənin adın Əsli olsun, mənim adım Kərəm. 

 


__________________Milli Kitabxana___________________ 

87 


 

Ə s l i--Qoy olsun, ancaq qorxuram, keşiş babam çıxıb bizi görər. 

 

K ə r ə m--Canım Əsli, bir ləhzə mənim ilə otur, səni tapmışam və səndən ayrıla 



bilmirəm. 

                     (M u s i q i) 

 

Ə s l i (şikəstə)-- 



Nə gəzərsən məlul-məlul bu yerdə,  

Aman Kərəm, məni rüsvay eyləmə!  

Məni sənə qismət eyləmiş yəzdan,  

Aman Kərəm, məni rüsvay eyləmə!  

 

K ə r ə m-- 



 

Doymadım dadlı-dadlı dilindən,  

Aman Əslim, elə sözlər söyləmə!  

Gözümü qan bürüdü, qorxuram ölümdən,  

Aman Əslim, elə sözlər söyləmə!  

                        

(M u s i q i) 

 

Ə s l i-- 



  

Heç olurmu buralarda elə iş,  

Keşiş babam duyar, eyləyər təftiş,  

Duymamışkən tez olgilən qalx, siviş,  

Aman Kərəm, məni rüsvay eyləmə! 

(M u s i q i) 

 

K ə r ə m-- 



Sarılaram incə miyan belindən,  

Doymamışam dadlı-dadlı dilindən.  

Qorxuram ki, ayrılasan sən məndən,  

Aman Əslim, elə sözlər söyləmə. 

 

(M u s i q i) 



 

Ə s l i (durur ayağa)-- 

 

Ağam Kərəm, paşam Kərəm, xan Kərəm,  



Atış Kərəm, tutuş Kərəm, yan Kərəm.  

__________________Milli Kitabxana___________________ 

88 


 

Əsli olsun sənə qurban, can Kərəm,  

Aman Kərəm, elə sözlər söyləmə! 

 

K e ş i ş i n səsi gəlir. Ə s l i K ə r ə m ə baxa-baxa həsrətlə getməyə məcbur olur. 



 

K ə r ə m (segah)-- 

 

Gərcək oldu bu yuxum, tapdım məgər xan Əslimi,  



Verməsə, billah, keşiş ölləm əgər xan Əslimi.  

Ağlımı aldı başımdan səndəki sevdayi-eşq,  

Kor olmuş gözlərim təkcə görər xan Əslimi. 

 

S o f i (çıxıb Kərəmi axtarır və tapır)--Ey  şahzadə, keşiş  səndən nigarandır, 



harada qaldın gəlmədin. 

 

K ə r ə m (segah)-- 



 

Tapmışam cananımı, Sofi, mənə rəhm eylə sən,  

Noldun, ey birəhm, sən söylə, ona rəhm eylə sən.  

Gördüyüm röyadakı dilbər keşişin qızıdır,  

Söyləməm, bil kim, bu sirri tək sənə rəhm eyləsən. 

 

S o f i (söz ilə)--Yuxuda gördüyün, keşişin qızı imiş? 



K ə r ə m--Odur ... özüdür. 

S o f i--Daha bundan asan bir iş yoxdur. Şah baban əmr edər, keşiş qızını sənə 

verər. Özü də bu işə çox şükürlər edər, çünki şahzadədən artıq kimə qız vermək olar. 

K ə r ə m--Yox, Sofi, qardaş, mən keşişdən çox qorxuram. O, qızı mənə vermək 

istəməyəcəkdir. 

K e ş i ş (çıxır)--Ey  şahzadə, səndən nigaran oldum (kənara).  Şahzadə çox 

pərişanhaldır, burada bir hikmət vardır. (Onlara). Buyurun eyş-işrətə məşğul olaq. 

S o f i--Çox razıyıq. Lakin şahzadə bir qədər kefsizdir. İsfahana getməyimiz 

lazımdır. 

 

Q  ı z l a r və o ğ l a n l a r hamısı buraya çıxırlar. Ə s l i isə qapının ağzında 



dayanır. 

 

K e ş i ş--Buna heç bir sözüm ola bilməz. Əmr sizindir. (Kənara). Çıxıb getsələr 



yaxşıdır....  

K ə r ə m  v ə  S o f i--Xudahafiz, səlamət qalasınız. (Hamı baş əyir.) 



                     

 


__________________Milli Kitabxana___________________ 

89 


 

(M u s i q i) 

H a m ı (təsnif)-- 

 

Xoş gəldin, xoş gəldin,  



Xoş gəldin, şahzadə! (2 dəfə)  

Yaşasın şahzadə, ömrü onun çox olsun! (2 dəfə) 

 

K ə r ə m  v ə  S o f i gedirlər, Ə s l i özünü saxlaya bilməyib, birdən hönkür-



hönkür  ağlayır, h a m ı mat qalır.  

 

Ə s l i (segah)-- 



 

Sən məni tənha qoyub getdin, mənim canım Kərəm,  

Rəhm qıl, qoyma məni hicr oduna yanım, Kərəm!  

Bilmirəm ata nədir, ana nədir, əqvam nədir,  

Sən mənə oldun belə candan əziz, xanım Kərəm! 

 

K e ş i ş (acıqla)--Qızım, qızım, bu nə işdir görürsən. 



 

Təsnif, musiqi ilə bir yerdə. 

 

Yoxsa, qızım, şahzadəyə aşiqsən? 



Yoxsa qızım, şahzadəyə aşiqsən? 

Bəs elə imiş, bəs elə imiş, 

Onda gör səni mən necə edərəm. 

 

Ə s l i--Bəli, mən şahzadəyə aşiqəm. (Hamıda hərəkət.)  



 

K e ş i ş-- 

 

Get gözümdən tez! (2 dəfə) 



Rədd ol burdan, rədd ol! 

Mən səni sevməm, 

Get gözümdən tez, 

Get közümdən tez, 

Sən dəlisən, sən dəlisən. 

Sən dəlisən, get!... 

 

(M u s i q i)  



Get, get, get!...  

PƏRDƏ 

__________________Milli Kitabxana___________________ 

90 


 

Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin