Üzeyir hacibəYLİ



Yüklə 2.34 Mb.
PDF просмотр
səhifə4/21
tarix01.12.2016
ölçüsü2.34 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   21

İKİNCİ PƏRDƏ 

 

 

P a d ş a h ı n  o t a q la r ı n d a n  birində vaqe olur. Müqəddimə çalındıqdan sonra 



pərdə qalxır.  Ş a h  A b b a s və ü ç  n ə f ə r  k e ç ə ç i  keçə qayırmaqla məşğuldurlar. 

Keçənin biri hazır olub bir miz üstə sərilib, camaat tərəfindən görünür. O biri də fərş üstə 

sərilib, ora-burası düzəldilməkdədir.   

 

Ş a h  A b b a s  (keçədən əl çəkib) 



 

(çahargah təsnifi)-- 

 

Vaxt olar bir gün bu sənət 



Edər mənə xidmət, edər mənə xidmət! 

Ey xudavənda, sən eylə bir gün 

Bu peşə mənə bir mədəd versin! 

 

(M u s i q i) 



 

Çəkməyən zəhmət bilməz, ah!  

Bu dünyada ləzzət.  

Ey xudavənda, sən eylə bir gün  

Bu peşə mənə bir mədəd versin! 

 

Ş a h (cahargah)-- 



 

Xurşid ilə əhd edib, sərf eylədim bir müddəti,  

Eylədim kəsfi-məharət öyrənib bu sənəti;  

Mən hələ bir mənfəət görməmsə heç bu peşədən,  

Könlümün şad olduğun hiss eylərəm mən dəmbədəm. 

 

(M u s i q i) 



 

Vaxt olar bir gün bu sənət göstərər öz xidmətin,  

Onda mən də artıraram Xurşidimin izzətin,  

Artırıb cahu cəlalın, izzətin mən ol zaman  

Xurşidi arvadlar içrə eylərəm şahi-zənan! 

 

M u s i q i. Müxalif guşəsi. 



 

Qoy odunçunun qızı (yada salın ol halını)  

Sayəsində ağlının tutsun məqami alini. 


__________________Milli Kitabxana___________________ 

56 


 

 

(Enir çahargaha) 



 

Ağa ilə şöhrət tapar zillətdə qalmış bir gəda,  

Nikbəxtdir ol kişi kim, əqli vermişdir xuda. 

 

Ş a h bu sözləri oxuyarkən keçəçilər  əllərindəki keçəni yumurluyub hazır edirlər. 



Sonra şah bu sözlərini qurtaran tək zeyldəki təsnifi oxuya-oxuya keçə təpirlər, ayaqlarını  

(takt ilə)  vururlar.  

 

H a m ı  b i r  y e r d ə (təsnif)-- 



 

Vaxt olar bir gün bu sənət 

Edər şaha xidmət, edər şaha xidmət! 

Ey xudavənda, sən eylə bir gün 

Bu peşə şaha bir mədəd versin! 

Çəkməyən zəhmət bilməz, ah! 

Bu dünyada ləzzət, bu dünyada ləzzət! 

Ey xudavənda, sən eylə bir gün 

Bu peşə şaha bir mədəd versin! 

 

M u s i q i. K e ç ə ç i l ə r  ş a h a  baş əyib gedirlər.  



 

Ş a h (rəhab)-- 

 

Maldan, mülkdən qəni bir padşah  



Keçəçilik sənətin etmiş özünə bir pənah!  

Gör bunu, ey kibr ilə əshab sənətə baxan,  

Bilginən kim, sənəti əzl bilən eylər günah. 

 

(M u s i q i) 



 

Peşədir, hər bir kəsin dərdi-qəmin az eylər,  

Sevdiyi peşəylə insan hər zaman naz eylər;  

Peşə ilə hər nəfər öz işlərin saz eylər,  

Peşəsi olmazsa insanın olar ömrü təbah. 

 

M u s i q i. X u r ş i d daxil olur.  



 

__________________Milli Kitabxana___________________ 

57 


 

Ş a h (təsnif)-- 

 

Xurşid, əhdimə yetdim,  



Keçəçilik mən etdim!  

Bil kim, sənə söz verdim.  

Durdum sözümün üstə. (2 dəfə) 

 

(M u s i q i) 



 

Bir bax, budur keçələr,  

Zəhmət çəkib gecələr,  

Bu sənəti öyrəndim;  

Durdum sözümün üstə. (2 dəfə) 

 

M u s i q i. X u r ş i d keçələrə tamaşa edir. 



 

X u r ş i d (bayatı-kürd)-- 

 

Ey şahi-dövran, 



Sən mənim tək naçizin nitqin əcəb təqdir edib, 

Keçəçilik sənətin öyrənməyi tədbir edib, 

Xəlq ara timsal olub, sənətə etdin ibtida; 

Bunun nəticəsidir ki: 

Məmləkətdə şövq edibdir sənətə xan və gəda! 

 

Ş a h-- 



 

Dövlətə etmiş olubsan sən böyük hər xidməti,  

Cəhd edib dövlətdə təşviq eylərəm bir sənəti.  

Şükr allah, mən düçar oldum sənə, ey Xurşidim!  

Çünki bu zamanda:  

Tapmaq olmaz arvadı həm ağl ola, həm surəti! 

 

X u r ş i d-- 



 

Bir söz idi mən dedim, sən də ona etdin əməl,  

Bəlkə biz bir gün görərik gər aman versə əcəl,  

Kim bu sənət göstərər bundan böyük bir xidməti,  

Həm onunla sənətin artar bütünlük izzəti. 

 


__________________Milli Kitabxana___________________ 

58 


 

Ş a h-- 


 

İndi sən söylə mənə, ey Xurşidim, doğru danış,  

Ol zaman kim, meşədə mən sənlə olmuşdum tanış,  

Mən səni görcək məhəbbət atəşi qəlbimdə oldu şöləvər, 

Ol zamandan get-gedə eşq atəşi tosi edər;  

Söylə indi bir mənə, sən də sevirsənmi məni?  

Sevməyirsənsə bu gün azad etdirərəm səni! 

 

M u s i q i. Xurşid başını aşağı salıb dayanır, şah ona baxır, bəədə X u r ş i d birdən: 



 

X u r ş i d (qatar)-- 

 

Ey şahi-dövran, səni mən ol zamandan sevmişəm,  



Sevgimin üzrə bu gün dərgahinə mən gəlmişəm.  

Ya dirilt, ya ki, məni öldür, özün bil, ey şahım!  

Mən ki, öz qəlbimdəki hissi məhəbbət bilmişəm.  

 

Ş a h-- 



 

Sevmişəm, billah, səni, bil, ey gözüm! 

Sən mənə yar olginən, budur sözüm! 

Şah sözü olmaz yalan, ey Xurşidim! 

Xurşidim sən həm məhim, həm yulduzum! 

 

X u r ş i d-- 



 

Taleimin ulduzu şölə saçıb hər bir yana,  

Yetmişəm axırda can tək sevdiyim mən bir cana.  

Ol qədər eşqin həvasi məst edibdir kim, məni,  

Ləzzət ilə eylərəm mən canımı qurban ona. 

 

Ş a h-- 



 

Yanıma gəl, Xurşidim, eylə hekayət eşqdən,  

Burda yoxdur heç kəs, bir sən isən, bir də ki, mən!  

Bil qənimət fürsəti, gəl et mənə izhari-eşq;  

Yanıma gəl, Xurşidim, gəl, gəl, gəl, ey nazik bədən! 


__________________Milli Kitabxana___________________ 

59 


 

M u s i q i. X u r ş i d və ş a h qolboyun olub otururlar.  

 

İ k i s i  b i r  y e r d ə-- 



 

Və nə xoşdur yar ilə söhbətü saz eyləmək, (2 dəfə)  

Söyləyib eşqin sözün, işvə ilə naz eyləmək. 

 

M u s i q i. Bir qədər qolboyun qalırlar; bəədə musiqiyə görə ş a h tez durub qapıya 



tərəf gedir; bu əsnada v ə z i r daxil olur.  

 

V  ə z i r (çahargah)--Ey şahi-dövran,  Şiraz  şəhərindən bir neçə  nəfər nökərlərindən 



sizə şikayətləri vardır. İzn versəniz içəri daxil olarlar. 

Ş a h--Buyur daxil olsunlar. (Xurşidə). Xurşid, sən burada qal. 

 

Şiraz ə h l l ə r i daxil olub, təzim edirlər. 



 

Ş a h-- 


 

Vəzir, rəiyyətimin şikayəti nədir? 

 

V ə z i r--Padşah sağ olsun! Əhvalatı mənə nəql edibdirlər, izn versəniz, nəql edərəm. 



Ş a h--Söylə! 

V ə z i r--Əlhəq, bunların söylədikləri qəribə bir əhvalatdır. Şiraz şəhrində, budur, beş 

ay tamamdır ki, bir əcibə hadisə üz verməkdədir; şəhər əhlindən iki yüzdən artıq nəfəri 

səhər evlərindən çıxıb, daha geri qayıtmayıbdır. Məlum deyildir ki, onlara nə olubdur, 

əlli-ayaqlı itibdirlər. 

Ş a h--Hamısı birdən? 

V  ə z i r--Xeyr, padşah, bu gün biri, sabah beşi, biri gün üçü, qərəz, bu nəhv ilə. 

Sahirlər, münəccimlər dəxi bu barədə heç bir söz deyə bilməyirlər; odur ki, indi şəhər əhli 

içinə vahimə düşübdür, bilmək olmuyur ki, bu nə sirrdir. 

 


__________________Milli Kitabxana___________________ 

60 


 

Ş i r a z l ı l a r (təsnif)-- 

 

Ey padşah, səndən əlac,  



Səndən əlacı olsa, bu təhlükə  

Bəlkə rəf ola, bəlkə dəf ola! 

Yoxsa başqa yoxdur heç bir əlacı, 

Bu sirri bil, rəhm eylə sən

Rəhm eylə, ey şah, bu zülmü aç, 

Bu zülm əgər rəf olmasa, 

Sən bil, yəqin kim, şuriş düşər! 

Xəlq ağlaşır, şivən qopur, (2 dəfə) 

Arvad-uşaq qatışır bir-birinə. (2 dəfə) 

 

M u s i q i. P a d ş a h fikrə gedir. 



 

Ey padşah, səndən əlac,  

Səndən əlacı olsa, bu təhlükə  

Bəlkə rəf ola, bəlkə dəf ola!  

Yoxsa başqa yoxdur heç bir əlacı! 

 

Ş a h (çahargah)--Siz gediniz, mən əncam çəkərəm! Qoy camaat sakit olsun. (Onlar 



gedirlər. Vəzir qalır). Vəzir, bu çox qəribə işdir, yəqin burada bir hilə vardır. Mən daha 

dayana bilmərəm, əmr et mənim dərviş libasımı tez gətirsinlər, mən gedirəm! 

 

V ə z i r--Padşah sağ olsun! Olmazmı ki, sizin əvəzinizə mən gedim, bu işi yerində 



təhqiq edim. 

 

Ş a h--Yox, yox! Özüm getməliyəm, sən əmrimi yerinə yetir. 



 

V ə z i r--Borcumdur (deyib çıxır). 

              

M u s i q i. P a d ş a h fikirdə.  

 

X u r ş i d (şüştər)-- 



 

Canıma saldı mənim vahiməni böylə səfər,  

Qorxuram bundan yetə haşa bu cana bir xətər.  

 


__________________Milli Kitabxana___________________ 

61 


 

Ey şahim, nolar ki, həm mən də gedim sənlə belə,  

Ta ki, canın hifzini çün öz canım edim sipər. 

 

Ş a h-- 



 

Qorxma, Xurşidim mənim, bunca səfər çox görmüşəm,  

Qorxmayıb düşmən qabağında hələ tək durmuşam.  

Allah eylər bu işi təhqiq edib tez qaydaram,  

İstərəm kim, qalmasın bu zülmdən heç bir əsər! 

 

M u s i q i. V ə z i r və q u l a m əlində libas daxil olurlar. 



 

Ş a h (geyinə-geyinə, çahargah-tihur ilə)-- 

 

Mən heç vəqt razı olmaram ki. 



 

(M u s i q i) 

 

Mənim məmləkətimdə zülm olsun. 



 

(M u s i q i) 

 

Vay olsun zalimlərin halına  



Ki, mənim rəiyyətimi incidirlər; 

 

(M u s i q i)  



 

Kökündən, kökündən qazıyacağam zülmü. 

 

(M u s i q i) 



 

Vəzir, dövlət ümuri yenə sənə qalır; hər bir əmri layiqincə yerinə yetirərsən və bir də 

bu Xurşid mənim gəlinimdir, ona hörmət olunsun və mən gəlincə mənim imarətimdə ona 

xüsusi yer verilsin. İndi mən gedirəm; hələ kim, xudahafiz! (tələsik gedir). 

 

PƏRDƏ 


 

 

 



 

__________________Milli Kitabxana___________________ 

62 


 

ÜÇÜNCÜ PƏRDƏ 

BİRİNCİ ŞƏKİL 

 

Şiraz şəhərinin böyük bir b a z a r ı n d a vaqe olur. Səhnənin sol tərəfində aşpaz M ə s 



t a v ə r i n dükanı görünür. Məstavər dükanının qabağına yığılmış olan adamlara xörək 

satır; o biri tərəfdə cürbəcür dükanlar vardır; bir tərəfdə qaraçılar oynayırlar. 

Müqəddəmədən sonra pərdə qalxır. Q a r a ç ı  q ı z ı oynayır. Böyük qaraçı oxuya-oxuya 

qaval vurur. Sair qaraçılar da yerində oxuyurlar. 

 

(M u s i q i)  



 

Q a r a ç ı (qaval vura-vura)-- 

 

Gəl yanıma, gözüm, mən sənə qurban!  



 

O  b i r i l ə r-- 

       

Gəl, yarım, mən ölləm, gəl, canım, mən ölləm!  



 

Q a r a ç ı-- 

      

Gir qoynuma, özüm mən sənə qurban!  



 

O  b i r i l ə r-- 

       

Gəl, yarım!... (və ilaxır).  



 

Q a r a ç ı-- 

       

Eşitmişəm sənin özgə yarın var!  



 

O  b i r i l ə r-- 

       

Ay balam, mən ölləm, ay yarım, mən ölləm!  



 

Q a r a ç ı--   

Sənin həmi gülün, həmi xarın var!  

 

O  b i r i l ə r-- 



 

Ay balam, mən ölləm!... (və ilaxır). 

 

M u s i q i. A d a m l a r buraya yığılırlar.  



__________________Milli Kitabxana___________________ 

63 


 

Q a r a ç ı-- 

 

Bir ala göz, uzun boylu (2 dəfə) 



Dərdimə dərman eyləməz! 

Nazlı balam, bircə nolu, 

Bizim çəməndə gəlib gəz! (2 dəfə) 

Eşqin oduna yanaram, (2 dəfə) 

Dərdimə dərman eyləməz! 

Gah sönərəm, gah yanaram, 

Mən yazığam, rəhm elə bəs. (2 dəfə) 

 

(M u s i q i) 



 

Sinəm olub para-para, 

Dərdimə dərman eyləməz! 

Mən nə edim, nədür çara? 

Nazlı balam, gedib gəlməz! (2 dəfə) 

 

(M u s i q i) 



 

Q a r a ç ı qavalını açıb, pul yığır; bu əsnada Ş a h  A b b a s dərviş libasında olaraq 

buraya daxil olur. Şəhər əhlindən Dostəlinin qaraçılara acığı tutur. 

 

D o s t ə l i (şur üstə)--Bu nə şadlıqdır yas günündə? Şəhərin tamam yarısı matəmə 



batıb, amma siz burada şadlıq edirsiniz. Hələ bizdən pul da istəyirsiniz; doğrudan da ki, 

qaraçısınız. 

 

(M u s i q i) 



 

Q a r a ç i l a r çıxıb gedirlər.  

 

Ş a h  A b b a s (Dostəliyə)--Söylə görüm nədir bu yas və matəmə səbəb, nədir? Nə 



olub, məyər nə bədbəxtlik üz veribdir? 

 

B i r  d ə s t ə  a d a m  bunların başına yığılır. 



 

D o s t ə l i--Ağa dərviş, görünür ki, sən buraya təzə varid olubsan. Tamam neçə aydır 

ki, şəhərimizin adamları itib yox olur. Bilmək olmur ki, onları kim oğurlayır. 

D ə s t ə--Doğrudur! 

D o s t ə l i--Bir çox külfət sahibsiz, atalar oğulsuz, bacılar qardaşsız qalıb, ah və nəva 

edirlər!  

D ə s t ə--Doğrudur! 


__________________Milli Kitabxana___________________ 

64 


 

D o s t ə l i--Bu sirdən heç kəs əyan ola bilmir; hərgah sən cadugərsənsə bu sirri faş et. 

 

D ə s t ə--Faş et, ağa dərviş, faş et!  



 

M u s i q i. D i v a n ə gəlir, o da qulaq asır.  

 

Ş a h--Bir də mənə söyləyin görüm, bu kimin dükanıdı və nə dükandır ki, hər kəs ora 



yüyürür?  

 

D o s t ə l i--Yazıq dərviş, görünür ki, sən Məstavərin ləzziz taamından yeməmisən.  



 

D ə s t ə--Yazıq!  

 

D o s t ə l i--Məstavər bir aşpazdır ki, onun kimi ləziz taam bişirən heç Şah Abbasın 



sarayında da yoxdur.  

 

D ə s t ə--Yoxdur!  



 

D o s t ə l i--Bunun məharəti qabağında heç aşpaz davam edə bilməyib, cümləsi 

dükanlarını bağladılar. Hərgah ləziz taamdan məhrum olmaq istəmirsənsə  sən də tez ol 

get, ondan xörək al ye. Tez get, yoxsa dükanını bağlar, axşamdır. 

 

D ə s t ə--Tez get, ağa dərviş, tez get! 



 

M u s i q i. H a m ı dükanlarını bağlayıb, buraya yığılır. 

 

D i v a n ə--Ha-ha-ha! Tez get, ağa dərviş, tez get! (Şur). Heç bilirsinizmi ki, 



Məstavər sizə nə yedirdir, ey mənə divanə deyib özləri məndən divanə olanlar? 

 

D ə s t ə--Bu nə deyir? 



 

D i v a n ə--Mən onu deyirəm ki, Məstavərin sizə yedirdiyi nədir, bilirsinizmi?  



__________________Milli Kitabxana___________________ 

65 


 

D ə s t ə--Ləzzətli taamdır!  

 

D i v a n ə--Ha-ha-ha!... Ləzzətli taam!... Tez get, ağa dərviş, tez get. Ey divanələr, 



Məstavər sizə insan əti yedirdir, insan!... 

 

D ə s t ə--Xamuş, nə axmaq sözdür!  



 

D o s t ə l i--Doğrudan da ki, divanəsən!  

 

D i v a n ə--Bəli, divanəyəm, amma sizdən ağıllı divanəyəm! Məstavər adamları 



oğurlayıb başını kəsir və ətini sizə yedirdir.... Tez get, ağa dərvis, tez get!... 

 

D ə s t ə (əl çala-çala)--Ay dəli şəpəli, ay dəli şəpəli, çıx bala-bala get! 



 

M u s i q i. D i v a n ə  gedir, bir neçə saniyədən sonra dəstə dəxi dağılıb, səhnədə bir 

Ş a h  A b b a s və bir də M ə s t a v ə r öz dükanında qalır. 

 

Ş a h (şur)--Dəlidən doğru xəbər.... Bu divanənin sözü o ağıllıların sözündən daha 



əhəmiyyətlidir. Doğrudan da bu aşpazın ləzzətli xörəkləri məni şübhəyə salır. Gedim bir 

onun yanına.... Nə cəllad surətli adamdır! 

              

M u s i q i. M ə s t a v ə r ə yaxınlaşır.  

 

Ş a h-- 


 

Şöhrəti tutmuş bu şəhəri namın,  

Tərif eylər hər kəs sənin taamın;  

Mən binəva dəxi çox arzuməndəm ki, sənin  

Ləziz taamından dadmış olam. 

 

(M u s i q i). 



 

M ə s t a v ə r (göz altı ilə şaha baxır)-- 

 

Doğrudur, ağa dərviş, doğrudur.  



Bəs gərək səni qonaq edim mən; (kənara)  

Çəngimə düşmüsən,  

Çox əcəb gəlmisən! 

 


__________________Milli Kitabxana___________________ 

66 


 

(Ona) 


 

Doğrudur, ağa dərviş, doğrudur! 

Bəs gərək səni qonaq edim mən! 

Keç bəri. Gəl bəri, bir az bəri, bir az daha irəli....  

Ha-ha-ha!... 

 

Bu halda ş a h  durduğu yerdə yerin içinə gedir, ha gücənir ki, yuxarı çıxsın olmur. 



Axırda bir quyuya düşən kimi yox olur. Oh!... Ha-ha-ha! (mühib bir qəhqəhə).  

 

PƏRDƏ 



 

 

 



 

İKİNCİ ŞƏKİL 

 

 

Bir  z i r z ə m i d ə  vaqe olur. Qaranlıqdır. Zirzəmidə Ş a h  A b b a s d a n başqa beş 



nəfər m ə h b u s dəxi vardır. Müqəddəmədən sonra pərdə qalxır.  

 

M ə h b u s l a r   (şaha; təsnif)-- 



 

Bədbəxt dərviş, sən nə günahın sahibisən?  

Məstavərin hiləsinə oldun nişanə!  

Gəl ağlaşaq bəs, ağa dərviş, əhvalımıza,  

Oldu bizə, ax, a yazıq, düşmən zəmanə! 

 

Ş a h (şüştər)-- 



 

Söyləyin bir dəm mənə bu hilədən məqsəd nədir?  

Çəkdiyimiz zəhmətə, dərdə, qəmə illət nədir?  

Zindəyik, ölməmişik ki, qəbrə salmışlar bizi,  

Söyləyin, Məstavərə, aya, görək neylər sizi?  

 

M ə h b u s l a r (təsnif)-- 



 

Bir-bir kəsəcək, ağa dərviş, bizi Məstavər.  

Dünyada yoxdur, əcəba, bunca sitəmgər.  

Qurban əti tək ətimizi doğram edəcək,  

Ləzizi taamlar bişirib, xəlqə verəcək! 

 

 



__________________Milli Kitabxana___________________ 

67 


 

 

Ş a h (şüştər) -- 



 

Ağlamaqla, ey rəfiqan, olmayır dərdə dava,  

Qoymayaq Məstavəri versin bizə bunca cəfa,  

Cəm olaq, həmlə edək, həbs eyləyək bu zalimi,  

Ta gərək ədli-ədalətlə ona olsun cəza! 

 

M ə h b u s l a r (təsnif)-- 



 

Bu fikirdən gəl daşın, ey bixanə dərviş!  

Nə qədər biz cəhd eylədik baş tutmadı iş!  

On bir nəfərdik, ağa dərviş, etdik həmlə biz,  

Olduq axırda, a yazıq, məğlub cümləmiz! 

 

Ş a h (təsnif)-- 



 

Nədir əlaci bu işin, bəs söyləyin siz (2 dəfə)  

Göz görə-görə olalım qurban xəbisə?!  

Ölmək gözəldir yaşamaq əgər bu isə. 

 

M u s i q i. İ ş ı q görünür.  



 

M ə h b u s l a r (qorxu ilə)-- 

 

Odur, gəlir! 



           

M u s i q i. D a h a işıq.  

 

Odur, gəlir, odur, gəlir, odur, gəlir! 



 

M u s i q i. Qorxularından b i r-b i r i n ə qısılırlar. 

 

M  ə s t a v ə r (daxil olur, əlində siyirmə  xəncər və bilo)--A!... Xoş gördük, xoş 



gördük, qoyunlar, quzularım. Mən gəldim ki, ikinizi tutub kəsim xörək bişirim. (Musiqi). 

Xörək bişirim, yüyürün mənə sarı. (Onlar yüyürürlər). Çəkilin dalı-dalı. (Onlar çəkilirlər). 

Yüyürün mənə sarı, çəkilin dalı-dalı. Öyrənibsiniz qoçaqlarım, hay, hay.   

 


__________________Milli Kitabxana___________________ 

68 


 

M u s i q i. Xəncərini  itiləyir. Bunlar əllərilə üzlərini örtüb ağlayırlar. Ş a h  A b b a s  

mat və mütəhəyyir tamaşa edir. 

 

M ə s t a v ə r--A!... Mən çobanam, mən çoban, mən çoban, siz qoyun! Mən çoban, siz 



qoyun; gəlin bəri qoyunlarım. Bir-bir düzülün; ən əvvəl sən, sən, sən. Sonra da sən-sən-

sən, ondan da sən-sən-sən! Sonra da sən-sən-sən-sən! Axırda ağa dərviş! Tez olun! Gün 

keçdi, tez olun, gün keçdi, tez olun, çox gecdir bu gün, tez olun, çox gecdir bu gün!  

 

M ə h b u s l a r (yalvarırlar)-- 



    

Rəhm et, rəhm et, bizi öldürmə. (3 dəfə)  

 

M ə s t a v ə r--A!... Düzülün bir-bir, tez olun bir-bir, düzülün bir-bir, tez! Tez-tez-tez-



tez! Mən gəldim ki, ikinizi tutub kəsəm, xörək bişirəm. (Musiqi). Yüyürün mənə sarı 

(onlar yüyürürlər). Çəkilin dalı-dalı (onlar çəkilirlər). Öyrənibsiniz, öyrənibsiniz, 

qocaqlar?m, hay-hay!... (Xəncərini itiləyir). 

 

Ş a h (öz başına; bayatı-şiraz)--Taxtın tarac ola, ey şah, bu zülmə bir çarən yox, gözün 



önündə olan zülmə şahidsən və zülm qurbanısan. 

 

M ə s t a v ə r--Tez düzülün! 



 

Ş a h--Mən ölümdən qorxmuram, qorxum mənim bu zülmdür. İntiqam almaq bu 

zülmdən gərək, zülmü tamam rəf eyləmək! 

 

M ə s t a v ə r--Tez düzülün! 



 

Ş a h--Nə edim, nə çarə qılım, nədir dərmanı bu dərdin? Xəyal pəjmürdə, ağl tutqun, 

başımda huş pərişandır.  

 

M ə s t a v ə r--Tez düzülün!  



 

Ş a h--Bari-ilahi, zehnimə bir fikir sal, eylə mədəd! 

 

Qoymayın bu zalimi töksün əbəs qanı yerə!  



 

M ə s t a v ə r--Tez düzül! 

 


__________________Milli Kitabxana___________________ 

69 


 

M u s i q i.  M ə s t a v ə r soxulub adamların içindən birini tutub yerə  yıxır və 

qılıncını hazır edir başını kəsə.    

 

Ş a h (qışqırır)--Tapdım, tapdım, keçəçilik.... Ey şəxs, (rast üstə) bir ləhzə dayan, sənə 



bir kəlmə sözüm vardır. 

 

M u s i q i. M ə s t a v ə r qurbanını əlindən buraxıb.  



 

M ə s t a v ə r--Söylə! 

 

Ş a h--Bu şəxsi qırıb, əbəs qan tökməkdə sənin muradın dövlət qazanmaq deyilmi? 



           

(M u s i q i)  

 

M ə s t a v ə r--Əlbəttə, puldur! 



 

Ş a h--Öylə isə, sən bizə bir ay möhlət ver, bir yol ilə sənə xeyli pul qazandıraram. 

 

M ə s t a v ə r--Nə sayaq? 



 

Ş a h--Mən dərviş çox gözəl keçə qayıra bilirəm. Mənim keçələrimin qiyməti çox 

bahadır, sən bir iş eylə! 

 

M ə s t a v ə r--Nə iş? 



 

Ş a h--Sən bazardan mənə yun al və keçəçi aləti al. Mən bir keçə qayırım, bunlar da 

mənə kömək etsinlər. 

 

M ə s t a v ə r--Sonra? 



 

Ş a h--Sonra sən o keçəni apar Şah Abbasın imarətinə və ver şahın vəzirinə, o sənə 

keçə əvəzində o qədər pul verər ki, bizim hamımızın bahası əvəzinə olar. 

 

M ə s t a v ə r--Mən razıyam, əgər vəzir pul verməsə?  



 

__________________Milli Kitabxana___________________ 

70 


 

Ş a h--O halda bizim qanımız sənə halaldır. 

 

M ə s t a v ə r fikrə gedir. 



 

Ş a h (öz-özünə)--İndi bütün ümidim vəzirin fərasətinədir. Yəqin keçəni görüb, 

mənim xətadə olduğumu anlar.  

 

M ə s t a v ə r--Razıyam bu işə, amma gər.... 



 

M u s i q i: təsnif 

 

Əgər görsəm yalan vardır sənin sözündə, dərviş,  



Sən bil kim, əzab ilə kəsib çak eylərəm. 

 

(M u s i q i) 



 

Mənəm Məstavər, ey dərviş, bunu əvvəlcə bil,  

Məni aldatmaq olmaz, bil, səni xak eylərəm. 

 

(M u s i q i) 



 

Bütün Şiraz yığılsa gər bunu bilməz ki, mən  

Kəsib insanları ondan da xörək eylərəm. 

A!... (Kadensiya; tez gedir). 

 

M ə h b u s l a r  (təsnif)-- 



 

Ağa dərviş, allah səndən razı olsun,  

Bu dünyada dərdin, qəmin az olsun!  

Həmə vəqti hər bir karın saz olsun! 

 

Ş a h--Xuda kərimdir, xuda!... 



 

PƏRDƏ 


 

 

 



 

__________________Milli Kitabxana___________________ 

71 


 
1   2   3   4   5   6   7   8   9   ...   21


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə