Həqiqət olduğu kimi...
II cild
Məhəmməd Səmavi Ticani
1. Əbu Bəkr ibni Əbi Qühafə; birinci xəlifə.
2. Ömər ibni Xəttab; ikinci xəlifə.
3. Osman ibni Əfvan; üçüncü xəlifə.
4. Təlhə ibni Übeydullah.
5. Zübeyr ibni Əvam.
6. Səd ibni Əbi Vəqqas.
7. Əbdürrəhman ibni Ovf.
8. Əbu Bəkrin qızı Aişə.
9. Xalid ibni Vəlid.
10. Əbu Hüreyrə Dusi.
11. Abdullah ibni Ömər.
12. Abdullah ibni Zübeyr.
Bu on iki nəfəri əhli-sünnənin böyük şəxsiyyətlərinin içindən seçmişəm. Onların adı bu firqənin içində daha məşhurdur. Bu insanları çox tərif və dua edirlər. Onların dili ilə desək, bu adları çəkilənlər çoxlu rəvayət etmiş və dərin biliyə malik olmuşlar!!
Biz onların haqqında ayrılıqda və xülasə şəklində danışacağıq. Onların Peyğəmbər (s)-in sünnəsi ilə – bilərəkdən, ya səhv üzündən – müxalifətçilik etməsini sayacağıq. Hər təhqiq əhli bilməlidir ki, əhli-sünnə həqiqəti olmayan bir şeyi iddia edir. Özlərini haqq, başqalarını isə haqdan azmış bilirlər.
ƏBU BƏKR İBNİ ƏBİ QÜHAFƏ
Keçən bəhslərdə qeyd etdiyimiz kimi, o, Peyğəmbər (s)-dən beş yüz hədis yığmış və sonra hamısını yandırmışdı. Öz moizəsində xalqa belə demişdi: Peyğəmbərdən heç nə rəvayət etməyin. Hər kəs sizdən sual etsə deyin: Quran bizimlə sizin aramızdadır. Onun halalını halal və haramını isə haram sayın.
Qeyd etdik ki, o, Peyğəmbər (s)-in vəsiyyət yazmasında o Həzrətlə müxalifətçilik etmişdi. Ömərin dediyi: “Allah Rəsulu dediyini bilmir, Quran bizə bəsdir” sözündən himayət etmişdir!
Həmçinin, Allah Rəsulundan Əli (ə)-ın xilafəti barəsində olan rəvayətə göz yummuş, xilafəti qəsb etmişdi.
Peyğəmbər (s)-in Üsaməni qoşun başçısı təyin etməsi sünnəsi ilə müxalifətçilik etmişdi.
Peyğəmbər (s)-in Zəhra (əleyha-salam) haqqında olan sünnəsini ayaq altına qoymuş, ona əzab verib qəzəbləndirmişdi.
Peyğəmbər (s)-in “müəllifətu qulubihim” haqqında olan sünnətini sındırıb, Ömərin fikrinə itaət etdi. Onların haqqını vermədi.
Peyğəmbər (s)-in xilafət barəsində olan sünnətini sındırıb müsəlmanlarla məsləhət etmədən Öməri onlara xəlifə təyin etdi.
Bəli, bunlar onun Peyğəmbər (s)-in sünnəti ilə müxalifət etməsinin başqa ünvanlarıdır ki, əhli-sünnənin səhih kitablarında qeyd olunmuş və tarix kitablarında yazılmışdır.
Əgər Peyğəmbər (ə)-in sünnəsi (alimlərin bəyan etdiyi kimi) hər söz, ya iş, ya Peyğəmbərin təyid etməsi deməkdirsə, onda demək olar ki, Əbu Bəkr onların hamısı ilə müxalifətçilik etmişdir. İndi isə bir neçə nümunəni qeyd edirik:
1-PEYĞƏMBƏRİN SÖZÜ İLƏ MÜXALİFƏTÇİLİK
a) Peyğəmbər (s)-in sözündən biri budur ki:
“Fatimətu bəzətu minni, mən əğzəbəha fəqəd əğzəbəni”
Yəni “Fatimə mənim bədənimin yarısıdır, hər kəs onu qəzəbləndirsə, məni qəzəbləndirmişdir.”
Buxarinin yazdığına görə, həzrət Fatimə (s) dünyadan getdiyi zaman Əbu Bəkrdən qəzəbli olmuşdur.
b) Həmçinin Peyğəmbər buyurmuşdur:
“Ləənəllahu mən təxəlləfə ən cəyşil-Üsamə.”
“Üsamənin qoşunundan qaçan hər kəsə Allah lənət etsin.”
Peyğəmbər bu sözü elə bir zaman buyurmuşdu ki, bir dəstə Üsamənin qoşun başçısı olmasına etiraz etmiş, onunla getməkdən boyun qaçırmışdılar. Bütün bunlara baxmayaraq, Əbu Bəkr yerindən hərəkət etməmiş, xilafəti bəhanə etmişdi.
2-PEYĞƏMBƏRİN ƏMƏLİ İLƏ MÜXALİFƏTÇİLİK
Peyğəmbərin işlərindən biri “müəllifətu qulubihim”lə yaxşı rəftar etməsi idi. Allahın əmri ilə onlara zəkatdan pay ayırmışdı. Amma Əbu Bəkr – Quranın aşkar surətdə onların haqqı olmasını bildirməsinə baxmayaraq, – onları bu haqdan məhrum etdi. Ömər ibni Xəttabı sevindirmək üçün Peyğəmbərin əməli ilə müxalifətçilik etdi. Ömər onlara demişdi: Mənim sizə ehtiyacım yoxdur.
3-PEYĞƏMBƏRİN TƏSDİQLƏRİ İLƏ MÜXALİFƏTÇİLİK
Peyğəmbərin təsdiqlərindən biri, sünnəsinin yazılmasına icazə verməsi və xalqın içərisində yayılması idi. Amma Əbu Bəkr onları yandırmış və xalqın içərisində yayılmasının qarşısını almışdı!
Bunlardan əlavə, Quranın bir çox hökmlərini bilmirdi. Ondan Quranda hökmü gəlmiş “kəlalə”nin barəsində soruşduqda, dedi: Mən onun barəsində öz şəxsi nəzərimlə söz deyirəm. Düz olduqda, Allah tərəfindən, düz olmadıqda isə mən və Şeytan tərəfindəndir.1
Allahın öz kitabında hökmünü qeyd etdiyi və Peyğəmbərin öz sünnətində açıqladığı “kəlalə” barəsində müsəlmanların xəlifəsindən sual olduqda, onun Kitabı və sünnəni bir kənara qoyub öz şəxsi nəzərinə əməl etməsini eşitdikdə, necə təəccüb etməyəsən? Bunun ardınca, Şeytanın onun nəzərlərinə hakim olmasını etiraf edir. Bəli, bu, müsəlmanların xəlifəsi Əbu Bəkrdən təəccüblü deyildir. Çünki özü dəfələrlə deyirmiş:
“İnnə li Şeytanən yəturini.”
“Mənim Şeytanım vardır ki, mənim damar və dərimdə gəzir.”
İslam alimləri Quran haqqında öz şəxsi nəzərinə əsasən söz deyən hər bir kəsi kafir bilmişlər. Bildiyimiz kimi Peyğəmbər (s) heç vaxt öz şəxsi nəzəri və qiyas üzündən söz deməmişdir. Bundan əlavə Əbu Bəkr deyirdi: “Məni sünnətə əməl etməyə məhkum etməyin ki, ona gücüm çatmaz.” Əgər Əbu Bəkrin sünnətə gücü çatmamışsa, onun ardıcılları özlərini hansı haqla əhli-sünnə adlandırırlar?!
Bəlkə də sünnətə gücü çatmamasının səbəbi, sünnətin ona Peyğəmbərin yolundan azmasını xatırlatması olmuşdur. Belə deyilsə, onda Allahın kəlamını necə təfsir etmək olar ki, buyurur:
وَمَا جَعَلَ عَلَيْكُمْ فِي الدِّينِ مِنْ حَرَجٍ
“Allah dində sizin üçün çətinlik qoymamışdır.”2
يُرِيدُ اللّهُ بِكُمُ الْيُسْرَ وَلاَ يُرِيدُ بِكُمُ الْعُسْرَ
“Allah sizin üçün asanlıq istəyir, çətinlik istəmir.”1
لاَ يُكَلِّفُ اللّهُ نَفْسًا إِلاَّ وُسْعَهَا
“Allah hər bir nəfsə imkanından artıq təklif etmir.”2
وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا
“Peyğəmbər sizə hər nə versə, götürün və hər şeydən sizi saxladısa, dayanın.”3
Əbu Bəkrin “Peyğəmbərin sünnətinə gücüm çatmaz” deməsi həqiqətdə bu ayələri rədd etmək deməkdir. Əgər Əbu Bəkrin – ilk xəlifənin o zamandan Peyğəmbər (s)-in sünnətinə gücü çatmırdısa, onda bu günün müsəlmanlarından Allahın Quranda və sünnətdə gəlmiş hökmlərinə əməl etmələrini necə tələb etmək olar?!
Bununla belə, hətta ehtiyaclı və zəif müsəlmanların belə bacardığı bəzi asan işlərdə Əbu Bəkrin Peyğəmbər (s)-in sünnəti ilə müxalifətçilik etməsini görürük. Əbu Bəkr Peyğəmbər (s)-in həcdə yerinə yetirdiyi və həmişə əməl olunmasını tapşırdığı qurban kəsməni tərk edir. Bütün müsəlmanlar bildikləri halda, Əbu Bəkr – müsəlmanların xəlifəsi bunu niyə görə tərk edir?!
Şafei öz kitabında və bir çox başqa mühəddislər qeyd etmişlər ki:4 Əbu Bəkr və Ömər həcdə qurban kəsmirdilər. Çünki istəmirdilər ki, xalq onlara iqtida etsin və elə bilsinlər ki, qurbanlıq vacibdir!
Bu düz dəlil yürütmək deyildir və dəlili də yoxdur. Bütün səhabələr Peyğəmbər (s)-dən qurbanlığın vacib deyil, sünnət olmasını öyrənmişdilər. Digər tərəfdən, tutaq ki, camaat onun vacib olmasını güman etsəydilər, nə ola bilərdi? Biz Peyğəmbər (s)-in qarşısını aldığı, nə vacib və nə də müstəhəb olan Ömərin təravih namazını bidət qoymasını bilirik, lakin buna baxmayaraq, əhli-sünnətin bir çoxu onu vacib bilirlər.
Ola bilsin, Əbu Bəkr və Ömər Peyğəmbər (s)-in qurbanlıq sünnətini kənara qoymaqla xalqa göstərmək istəyirdilər ki, Peyğəmbərin gördüyü işlərin hamısı vacib deyildir. Beləliklə, onları bir kənara qoyub, etinasız yanaşmaq olar!
Beləliklə, onların “Quran bizə kifayətdir” və Əbu Bəkrin “Peyğəmbərdən heç nə nəql etməyin və Allahın Kitabı bizimlə sizin aranızdadır, onun halalını halal və haramını haram sayın” dedikləri düz çıxır.
Demək, Əbu Bəkr üçün bir nəfər Peyğəmbər (s)-in sünnətindən qurbanlıq üçün dəlil gətirsə, Əbu Bəkr belə cavab verəcək: Peyğəmbərin sünnətindən hədis demə, qurbanlıq hökmünü Allah kitabında mənə göstər!
Bundan sonra həqiqət ardınca olan hər bir şəxs Peyğəmbər sünnətinin onların arasında nə üçün tanınmamış qalmasını dərk edər və başa düşər ki, Allah və Peyğəmbərin hökmlərinin şəxsi qiyasla dəyişdirilməsində hədəf nə olmuşdur? Öz xeyirlərinə və istədikləri ilə düz tutuşdurmağa çalışmışlar.
Bunlar tarixdən ələ gətirdiyimiz nümunələrdir və Əbu Bəkrin Peyğəmbər (s)-in sünnəti ilə etdiyi rəftarının çox az hissəsini göstərir. Onun əlində sünnətin xar olması açıqlanır, yandırılması bəyan olunur. Belə ki, bunun haqqında ayrıca bir kitab yazmaq olar.
Elminin əsası bundan artıq olmayıb, Peyğəmbər (s)-in sünnəti ilə bundan artıq davranışa malik olmayan bir şəxsin müsəlmanların örnəyi və inandıqları adlandırılıb, onun ardıcıllarına da əhli-sünnət demək olarmı?! Həqiqi əhli-sünnət sünnətə göz yummaz və onu yandırmaz! Heç vaxt! Əksinə olaraq ona əməl edib ehtiram göstərər:
قُلْ إِن كُنتُمْ تُحِبُّونَ اللّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَاللّهُ غَفُورٌ رَّحِيمٌ قُلْ أَطِيعُواْ اللّهَ وَالرَّسُولَ فإِن تَوَلَّوْاْ فَإِنَّ اللّهَ لاَ يُحِبُّ الْكَافِرِينَ
“De: Əgər Allahı sevirsinizsə, mənə itaət edin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın və Allah bağışlayan və rəhmlidir (mehribandır). De: “Allah və Peyğəmbərə itaət edin, əgər üz çevirsələr, həqiqətən Allah kafirləri sevmir.”1
Dostları ilə paylaş: |