2-ÖMƏR İBNİ XƏTTAB
Keçən bəhslərdən aydın olduğu kimi, o, Peyğəmbər (s)-in qiymətli sünnəti ilə müxalifətçilik etməkdə qəhrəmandır. O həmin kəsdir ki, həyasızcasına “Peyğəmbər sayaqlayır, Allahın kitabı bizə bəsdir” cümləsini işlətmişdir. O, (Peyğəmbər) heç vaxt həvayi-həvəs üzündən söz demir” – (ayəsinə göz yummuşdur. Ömər bu ümmətin yolunu azmalarının baisi olmuşdur.1
Həmçinin o, Zəhra (əleyha-salam)-ı həmişə inciməyə çalışmış, əziyyət verib, onu qorxutmağa, onun vəhşətə düşməsinə səbəb olmuşdur. Evinə həmlə edərək uşaqlarını qorxutmuşdur.
O, Peyğəmbərin sünnətindən hər nə yazılmışdısa, yığıb yandırmış, xalqa Peyğəmbər (s)-dən hədis söyləməkdən qadağan etmişdi. Ömər bütün ömrü boyu – o Həzrətin sağlığında belə – onun sünnətini ayaq altına qoymuş, Üsamənin qoşununun hərəkət etməsinin qarşısını almışdı. Əbu Bəkrə kömək bəhanəsi ilə Üsamə ilə hərəkət etməmişdi.
O, “müəllifətu qülubihim” payında Quranla müxalifətçilik edib, onların payını verməmişdi.
Həcc və qadınların mütəsində Quran və sünnətlə müxalifətçilik etmişdi.
Bir dəfəyə üç təlaq vermə hökmündə Quran və sünnətlə müxalifətçilik etmiş, onu üç təlaq hesab etmişdi. (Halbuki bir məclisdə yalnız bir təlaq sayılır.)
Təyəmmümün vacib olmasında Quran və sünnətlə müxalifətçilik etmiş və “su olmayan zaman namaz qılmaq vacib deyildir”, – demişdir!
Müsəlmanların işində casusluq etməmək məsələsində Quran və sünnətlə müxalifətçilik etmiş və bu bidəti İslamda qoymuşdu!
Azanın bir qismətini kənara qoyub başqa bir şeyi ora əlavə etməklə Quran və sünnətlə müxalifət olmuşdu.
Xalid ibni Vəlidi hədd cari edəcəyi ilə hədələməsinə baxmayaraq, sonda Quran və sünnətlə müxalifətçilik edərək bu həddi yerinə yetirmədi.
Müstəhəb namazın camaatla qılınmasının qarşısını almaq göstərişinə baxmayaraq, Peyğəmbərin sünnəti ilə müxalifətçilik edib bu bidəti “təravoh” namazında həyata keçirdi və rəvaclandırdı.
Beytül-mal bağışlaması məsələsində Peyğəmbər (s)-in sünnəti ilə müxalifətçilik edib müsəlmanlar arasında fərq qoydu və İslamda ümmətin təbəqələrə bölünməsi bidətini həyata keçirdi.
Öz nəzərinə əsasən, şura məclisi yaratmaqla Peyğəmbər (s)-in sünnəti ilə müxalifətçilik edib, bunu Əbdürrəhman ibni Ovfa tapşırdı!!
Təəccüblü burasıdır ki, bütün bunları görə-görə əhli-sünnət onu məsum həddinə çatdırır və deyirlər: “Onun ölümü ilə ədalət də öldü!”
Həmçinin onun haqqında nəql edib deyirlər: Onu qəbrə qoyduqları zaman iki mələk gəlib ondan sual etmək istəyəndə, Ömər onların üstünə qışqırıb dedi: “Sizin Allahınız kimdir?” Onlar dedilər: “Bu, Faruqdur. Allah bunun vasitəsilə haqq və batili ayırır!!!”
Bu, həqiqətdə Bəni-Üməyyənin İslam və müsəlmanları ələ salıb, onlara rişxənd etməsi deyilmi? Bu cür şeyləri özünün tünd əxlaqı ilə məşhur və Peyğəmbər (s)-in sünnəti ilə müxalif olan adam üçün düzəltməmişdirmi?1
Elə bil ki, öz əməlləri ilə deyirdilər: “Mühəmmədin zəmanəsi keçmiş və bizim zəmanəmiz çatmışdır. Biz hər nə istəyiriksə, din adı ilə ixtira edir və hər nə istəyiriksə, deyirik. Siz özünüzün və inandığınız Peyğəmbərin istədiyinin əksinə olaraq bizim nökərimiz olmusunuz.” Sizin fikrinizcə, bu, intiqam alma deyilmi?
Bu yolla yenidən Qureyşin – başda Bəni-Üməyyə olmaqla (ki, həmişə İslamla mübarizə edib vuruşmuşdur) rəhbər olmasının təzələnməsi deyildirmi?
Ömər ibni Xəttabın Peyğəmbərin sünnətini aradan aparmağa çalışması, Peyğəmbərin qarşısında onunla müxalifətçilik etməsi və onu ələ salması məsələsinə diqqət etdikdə, heç də Qüreyş tərəfindən onların başçılığını öz öhdəsinə götürməsi qeyri-mümkün sayılmır. Onların onu öz böyük rəhbərləri bilməsi də istisna olunmur. Çünki İslam meydana gəldikdən sonra, o, Qüreyşin deyən dili və İslama müxalif qəhrəman olmuşdu. Peyğəmbər (s) dünyadan getdikdən sonra öz böyük hədəflərinə yetişmək, arzularını həyata keçirərək qüdrət sahibi olmaq və cahiliyyət adət-ənənələrini geri qaytarmaq üçün o, bir vasitə idi.
Təsadüfi deyildir ki, Ömər ibni Xəttab öz xilafəti zamanı Peyğəmbərin sünnəti ilə müxalifətçilik edərək “məqami-İbrahimi” (Məkkədə) cahiliyyət zamanında olduğu yerdən də arxaya keçirdi.
İbni Səd “Təbəqati-kubra” kitabında və bir başqa tarixçilər qeyd etmişlər ki, Peyğəmbər Məkkəni fəth etdiyi zaman “məqami İbrahimi” Həzrət İbrahim və İsmailin zamanlarında olduğu kimi Kəbəyə yapışdırdı. Belə ki, ərəblər cahiliyyət zamanı onu oradan geri çəkmiş, indiki yerə qoymuşdular. Ömər ibni Xəttab qüdrətə çatdıqdan sonra onu – Peyğəmbərin və Əbu Bəkrin zamanında evə yapışmış halda olmasına baxmayaraq – bu günkü yerinə gətirdi.
Sizi and verirəm Allaha! Peyğəmbər (s)-in Həzrət İbrahim və İsmailin rəftarını diriltmək sünnətini aradan aparıb yenidən cahiliyyət adətini həyata qaytarmaq üçün Ömər ibni Xəttabın dəlili vardırmı?!
Belə olan təqdirdə, Qüreyş necə onu rəhbərliyə çatdırıb, onun üçün fəzilət və məqamlar düzəltməsin? Onu xilafətə çatdıran dostu Əbu Bəkr onun kimi olmamış, zəiflik göstərmişdi. Buxari də bu mətləbi rəvayət etmişdir. Amma Ömər Əbu Bəkrdən fərqli olaraq xilafəti ələ keçirən kimi öz şücaətini işə salıb bu yolda çox zəhmət çəkdi.
Bu, onun İslamda qoyduğu bidətlərin azacıq bir hissəsi idi. Bütün bunlar Quran və Peyğəmbərin sünnəti ilə müxalifdir. Əgər bidət və şəri hökmlərdə şəxsi nəzərlərinə əməl və xalqı da bu işləri görməyə məcbur etməsini nəzərdə alsaq, bu barədə ayrıca kitab yazmaq məcburiyyətində qalmış olarıq. Amma bizim məqsədimiz burada xülasə şəkildə işarə etməkdən ibarətdir.
Soruşa bilərsiniz ki: Ömərin Allahın kitabı və Peyğəmbərin sünnəti ilə müxalifətçilik etməsi mümkündürmü? Halbuki Allah-taala buyurur:
وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُهُ أَمْرًا أَن يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ وَمَن يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ضَلَالًا مُّبِينًا
“Heç bir imanlı kişi və qadının haqqı yoxdur ki, Allah və Peyğəmbər bir əmr versə, özlərindən qərar qəbul edələr, hər kəs Allah və Peyğəmbərə itaətsizlik etsə, aşkar azğınlığa düçar olmuşdur.”1
Bu həmin sözdür ki, bütün camaat onu bu gün deyir, elə bil Ömər ibni Xəttabın belə bir iş tuta biləcəyinə inanmırlar.
Biz bunlara deyirik: Bu həmin o şeydir ki, öz əhli-sünnətdən olan dostları onun üçün sabit etmişlər. Həmin o kəsdir ki, özlərindən asılı olmayaraq onu Peyğəmbərdən üstün bilirlər.
Əgər onun haqqında deyilənləri yalan hesab etsək, onda onların səhih kitabları etibardan düşmüş olar. Belə olduqda, artıq öz inam və etiqadları üçün heç bir dəlilləri olmayacaqdır. Bununla belə, tarixin bir çox hadisələri əhli-sünnət və camaatın qüdrət başında olduqları zaman yazılmışdır. Sözsüz, onların hamısı Ömər ibni Xəttabı sevmiş, ona ehtiram göstərmişlər. Əgər bu kitablar düz olarsa, (bu məsələdə həqiqət həmindir,) onda müsəlmanlar tutduqları mövqelərindən qayıtmalı, özlərinin bütün əqidələrində (əgər əhli-sünnət və camaatdandırlarsa) dəyişiklik etməlidirlər.
Siz bu gün (bütün hədis və tarix alimlərinin nəzəri olan) bu hədis və tarixlərin mühəqqiqlər tərəfindən tam şəkildə təhlil olmasını müşahidə edə bilməzsiniz. Onlar bu hədis və tarixləri nə təhlil edə bilmiş, nə də yalan olmasını deyə bilmişlər. Çarəsizlikdən onları dəyişdirmək qərarına gəlmiş, heç bir elmi əsası olmayan üzrləri (onlar üçün) qeyd etmişlər. Bəziləri onun qoyduğu bidətləri bir yerə yığıb onun fəzilət və ləyaqətləri adlandırmışlar.
Elə bil ki, Allah və Peyğəmbər müsəlmanların xeyrini bilməmiş, bu bidətləri dərk etməmişlər. (Nəuzubillah!) Lakin Ömər ibni Xəttab onları kəşf etmişdir! Allah Peyğəmbəri dünyadan getdikdən sonra həyata keçirmişdir.
Bu, böyük yalan və aşkar küfrdür. Biz düz olmayan etiqad və səhv əqidədən Allaha pənah aparırıq. Əgər Ömər əhli-sünnət və camaatın imam və rəhbəridirsə, mən o sünnətdən bezaram və Allaha pənah aparıram.
Böyük Allahdan istəyirəm ki, məni peyğəmbərlərin sonuncusu və ağası Həzrət Mühəmməd (s)-in sünnəti və pak ailəsinin yolunda dünyadan aparsın.
Dostları ilə paylaş: |