ƏHLİ-SÜNNƏ VƏ camaatin rəHBƏr və başÇilari



Yüklə 1,13 Mb.
səhifə7/25
tarix14.01.2017
ölçüsü1,13 Mb.
#5115
1   2   3   4   5   6   7   8   9   10   ...   25

7-ƏBDÜRRƏHMAN İBNİ OVF


Onun adı cahiliyyətdə Əbdu Əmr idi. Peyğəmbər onun adını Əbdürrəhman qoymuşdu. O, Bəni Zöhrədən olub Səd ibni Əbi Vəqqasın əmisi oğludur. Böyük səhabələrdən və ilk mühacirlərdəndir. Peyğəmbərlə birlikdə bütün müharibələrdə olmuşdur. Ömər ibni Xəttabın xilafət üçün təyin etdiyi altı nəfərdən biridir. Demək olar ki, həmin şuranın rəis və başçısı təyin olmuşdu. O, demişdi: Əgər aranızda (xilafəti təyin etmədə) xilafət olsa, Əbdürrəhman ibni Ovf olan tərəfdə olun! Əhli-sünnətin dediyinə görə, on nəfər behişt müjdəsi olanlardan biridir.

Əbdürrəhman ibni Ovf – necə ki, məşhurdur – Qüreyşin böyük ticarətçilərindəndir. Özündən sonra böyük sərvət qoymuşdur. Tarixçilərin dediyinə görə, min at, yüz dəvə, on min qoyun, iyirmi su daşıyan dəvə ilə sulanmalı olan torpaq özündən sonra qoymuşdu. Dörd arvadının hər biri səksən dörd min miqdarında irs aparmışdır.2

Əbdürrəhman ibni Ovf Osman ibni Əffanın yeznəsidir. O, Əqəbə ibni Əbi Muitin qızı Ümmü Gülsümü almışdı ki, Osmanın anadan bir olan bacısıdır.

Tarix kitablarını vərəqləyərkən Əli (ə)-ın xilafətdən uzaqlaşdırılmasında onun böyük rola malik olmasını bildik. O, iki xəlifənin sünnəsinə əsasən əməl etməni şərt etmişdi. Qabaqcadan bilirdi ki, Əli (ə) bu şərtə razı olmayacaqdır. Çünki onların hər ikisi kitab və sünnətin xilafına iş görmüşdü.

Bu öz növbəsində sabit edir ki, Əbdürrəhman ibni Ovf cahiliyyət bidətlərini saxlamaq üçün təəssübkeşlik edirdi. Peyğəmbərin sünnəsindən uzaq idi. Peyğəmbər (s)-in pak ailəsinin ziddinə olub, xilafətin Qüreyşdə qalmasında böyük zəhmət çəkmişdi.

Buxari öz “Səhih”inin “əhkam” kitabında – “xalq imamla necə beyət etməlidir?” – məsələsində qeyd etmişdir:

Müsəvvər dedi: Əbdürrəhman gecə bir miqdar yatandan sonra mənim yanıma gəlib qapını döydü. Mən yuxudan ayıldım. Dedi: Görürəm ki, yatmısan. Allaha and olsun! Bu gecə gözümə yuxu getməyibdir. Get Zübeyr və Sədi gətir, onlarla məşvərət edim. Mən o iki nəfəri çağırdım. O iki nəfərlə məşvərət etdi.

Sonra dedi: Əlini də çağır. Onu da çağırdım. Onunla da gecə yarısına qədər yavaş söhbət etdi. Sonra Əli onun yanından qalxdı. Amma o hələ də Əli ilə söhbəti davam etdirmək istəyirdi. Əbdürrəhman niyə görəsə Əlidən qorxurdu. Sonra dedi: Osmanı mənim yanıma çağır. Onu da çağırdım. Onunla da təklikdə çox söhbət etdi. Azan səsi ucaldığı zaman onlar bir-birindən ayrıldılar.

Camaat sübh namazını qılıb qurtardıqdan sonra o qrup minbərin yaxınlığında cəm oldu. O, şəhərdə olan mühacir və ənsarın ardınca yolladı. Qoşun başçılarını da çağırdı. O il onlar da Ömərlə həccə gəlmişdilər. Hamı yığıldıqdan sonra Əbdürrəhman şəhadət verdi və sözə başladı: Ey Əli! Mən xalqın nəzərini öyrəndim və gördüm ki, Osmandan savayı heç kəsi istəmirlər. Elə isə öz əleyhinə heç kəsin əlinə bəhanə vermə.

Sonra üzünü Osmana tutub dedi: “Mən səninlə Allahın kitabı, Peyğəmbərin sünnəsi və ondan sonra iki xəlifənin etdiyi rəftar əsasında beyət edirəm.” Əbdürrəhman, mühacir, ənsar, qoşun başçıları və müsəlmanlar beyət etdilər.

Təhqiq əhli bu rəvayətdən başa düşər ki, Buxarinin dediyinə görə, bu xəyanət bir gecəyə hazırlanmışdı. Həmçinin Əbdürrəhman ibni Ovfun nə qədər zirək olması və Ömərin öz seçimində yayınmaması məlum olur.

Ravinin, yəni Müsəvvərin sözünə diqqət edin: Əlini onun üçün çağırdım. Onunla görüşdü. Əli onun yanından qalxmaq istədi, amma Əlinin qalmasına hələ də ümidvar idi.

Məlum olur ki, Əbdürrəhman ibni Ovf həmin o kəsdir ki, Əlini xilafətə çatmaq üçün ümidvar etmiş və onu bu yolla şurada saxlayaraq ümmətin iki dəstəyə bölünməsinin qarşısını almışdı. Elə Səqifədə də bu cür etmişdilər. Bu ehtimalın düzgünlüyünü artıran Müsəvvərin sözüdür ki, deyir: Əbdürrəhman Əlidən qorxurdu ki, bir iş görmüş ola.

Əbdürrəhman hiyləgər rolunu çox gözəl oynamışdı. Gecə Əli (ə)-ı ümidvar etmiş, xilafətə görə onu təbrik etmişdi. Sübh olduğu zaman qoşun, qəbilə başçıları və Qüreyşin rəhbərləri gəldilər. Gözlənilmədən Əbdürrəhman öz mövqeyini dəyişib dedi: Xalq Osmandan savayı heç kəsi qəbul etmir. O da qəbul etməlidir. Belə olmasa, öz əli ilə özünə qarşı iş görməyə imkan yaratmışdır. (Yəni onların seçdiyi xəlifə ilə beyət etməsə, onu öldürəcəklər.)

Həmçinin mühəqqiq rəvayətin sonunda bu nöqtəyə də yetişə bilər ki, Müsəvvər deyir: Yığıldıqları zaman Əbdürrəhman şəhadəti dedi. Sonra əlavə edərək: “ey Əli! Mən xalqın içində axtarış apardım, gördüm ki, onlar Osmandan savayı heç kəsi qəbul etmirlər. Elə isə öz əleyhinə bəhanə ələ vermə” – dedi.

Nə üçün Əbdürrəhman bu qədər adamın içində yalnız Əliyə üz tutur? Nə üçün ey Təlhə, ey Zübeyr! – demir?!

Buradan başa düşürük ki, bu iş bir gecəyə proqramlaşmışdı. Onlar Əlini kənarlaşdırıb Osmanı iş başına gətirmək üçün birləşmişdilər.

Biz arxayınlıqla deyə bilərik ki, onlar Əli (ə)-dan qorxurdular. Əgər o, xilafətə yetişsəydi, onları ədalətə, bərabərliyə qaytarıb Peyğəmbərin sünnəsini icra edəcəydi. Ömər ibni Xəttabın fərq qoyma bidətlərini aradan aparacaqdı. Məxsusən Ömər özü ölümündən qabaq bu nöqtəyə işarə etmiş, onları Əlinin xətərli olmasından agah etmişdi: “Əgər bu işi “iri alınlıya” tapşırsalar, onları haqq yola aparacaqdır.” Düz yol Peyğəmbərin sünnəsidir ki, Ömər və Qüreyşin bir çoxu onu bəyənmirdi. Onlar Peyğəmbərin sünnəsini istəsəydilər, Əlini iş başına gətirərdilər. Əli də onları bu yolla aparıb həqiqətə çatdırardı. Çünki onun nümayəndəsi və sünnətə öhdədar idi. Təlhə, Zübeyr və Sədin bəhsində dediyimiz kimi, onlar tikan əkib peşmançılıq biçdilər.

Görək Əbdürrəhman ibni Ovf nə oldu və onun planı hara yetişdi? Tarixçilər deyirlər ki, Əbdürrəhman ibni Ovf Osmanın iki şeyxin “sünnəsindən” çıxdığını və vəzifələri öz qohumları arasında bölüb onlara çoxlu sərvət bağışladığını gördükdə, çox peşman oldu. Yanına gəlib onu danladı: “Mən səni iş başına gətirdim1 ki, Əbu Bəkr və Ömərin getdiyi yol ilə bizə hökumət edəsən. Sən onların hər ikisi ilə müxalifət etdin. Öz qohumlarına çoxlu hədiyyələr verib onları müsəlmanların boynuna mindirdin.”

Osman dedi: “Ömər Allah yolunda öz qohumlarından uzaqlıq etdi, mən isə Allah yolunda onlarla yaxınlıq edirəm.” Əbdürrəhman dedi: “Allahla əhd edirəm ki, heç vaxt səninlə danışmayam.” Dünyadan gedənə qədər onunla danışmadı. Ölüm ayağında olanda Osman onu görməyə gəldisə də, oüzünü divara çevirib onunla danışmadı.2

Beləliklə, imamın Səd haqqında etdiyi duanı Allah qəbul etdi. Eləcə də Allah onun Təlhə və Zübeyr haqqında etdiyi duanı qəbul etmiş və hər ikisi öldürülmüşdü.

Məzhəbcə mötəzili olan İbni Əbil-Hədid “Nəhcül-bəlağənin şərhi”ndə deyir: Əli (ə) şura günü qəzəbləndi. Əbdürrəhman ibni Ovfun qurduğu hiyləni dərk etmişdi. Üzünü ona tutub dedi: Allaha and olsun! Bu işi o ümidlə etdin ki, dostun dostu üçün o ümidlə etmişdi. Allah sizin aranızı vursun.3

İmam Əli (ə) bildirmək istəyir ki, Əbdürrəhman Osmanın özündən sonra onu xilafətə qoyacağına ümid bəsləyirdi. Elə Əbu Bəkr də Ömər üçün belə etmişdi.

Əli (ə) ona dedi: “Özündə istifadə edə biləcəyin südü sağ, bayrağı bu gün onun üçün bağla, ta sabah özünə qayıda.”

İmam belə bir məsəl çəkmişdi:

“Dəqqəllahu beynəkuma ətrə mənşəmin” və ya deyir: “Əşəmu min ətri mənşəmin” ki, düşmənçilik və müharibə əlamətidir.

Allah imamın duasını eşitdi. Bir neçə il keçmədi, Allah onların arasında düşmənçilik və kin yaratdı. Əbdürrəhman öz yeznəsi ilə düşmənçiliyə başladı, ölənə qədər onunla danışmayıb, hətta ona cənazə namazı qılmağa belə icazə vermədi!

Həmçinin, bu da bizim üçün aydın olur ki, imam Əli (ə) yeganə şəxsdir ki, Mühəmməd (s) sünnəsinin qalması üçün xilafəti fəda verdi və sünnəni qorudu.

Ey əziz oxucu! İndiyə qədər əhli-sünnət və camaatın həqiqətini düşünüb bildin ki, onlar necə adamlardır? Mömin isə, düzdür sadə və hörmətə layiqdir. Amma bir yerdən iki dəfə sancılmaz.


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin