ƏHLİ-SÜNNƏ VƏ camaatin rəHBƏr və başÇilari


ƏHLİ-SÜNNƏ NƏZƏRİNDƏ PEYĞƏMBƏR HƏDİSLƏRİNİN ZİDDİYYƏTİ



Yüklə 1,13 Mb.
səhifə15/25
tarix14.01.2017
ölçüsü1,13 Mb.
#5115
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

ƏHLİ-SÜNNƏ NƏZƏRİNDƏ PEYĞƏMBƏR HƏDİSLƏRİNİN ZİDDİYYƏTİ


Təhqiq əhli bir çox sünnənin Peyğəmbər dünyadan gedəndən sonra ona nisbət verilməsini açıq-aydın hiss edə bilər. Onların bir çoxu həqiqətdə bəzi səhabələrin düzəltdiyi bidətlərə ibarətdir. Xalqı zorla bu bidətlərdən itaət etməyə məcbur edirdilər. Bu yolla onları bu hədislərin Peyğəmbərdən olmasına inandırmağa çalışırdılar.

Elə buna görə də bu bidətlərin bir çoxu bir-biri ilə uyğun olmayıb Quranla da ziddiyyətdədir. Alimləri çarəsiz qalaraq onları dəyişdirib başqa cür bəyan edir və deyirlər: Peyğəmbər bir dəfə belə etmişdir, digər bir dəfə isə başqa cür. Məsələn deyirlər: Bəzi vaxtlar namazı “Bismillah” ilə qılmış, bəzi vaxtlar isə “Bismillah” demədən namaz qılmışdır. Dəstəmaz aldığı zaman bəzən ayağına məsh çəkmiş, bəzən də yumuşdur! Bəzən namazda əlini əlinin üstünə qoymuş, bəzən də yanına salarmış. Bəziləri bu fikirdədirlər ki, Peyğəmbər bu işləri ümmətin rahatlığı üçün etmişdir ki, hər kəs hansı birini özünə münasib bilirsə, yerinə yetirsin.

Bu elə bir yalandır ki, İslam özü onu batil etmişdir. Çünki İslam öz əqaidini tövhid üstündə qurmuşdur. İbadətdə olan tövhid hətta həcc mərasimində ehram bağlayanlara ürəkləri istədiyi paltarı geyməyə icazə verməmiş, hamını bir libas geyməyə hökm vermişdir. Camaat namazında iqtida edənə – pişnamaza itaət etmədən savayı – başqa bir şey icazə verməmişdir. Hər bir şeyi – rüku, səcdə, oturma, durma – onunla bir yerdə etməyi tapşırmışdır.

Əhli-sünnətin nəzərində ki, hədislər arasında olan ziddiyyətə diqqət etsək, görərik ki, bu cür ziddiyyətlər daha çoxdur. Biz Allahın köməyi ilə onları ayrı bir kitabda yazacağıq.

Həmişə olduğu kimi, çox xülasə olaraq bir neçə misal qeyd edərək təhqiq əhlini əhli-sünnət və camaatın öz məzhəb və əqaidini nəyin üstündə qurması ilə tanış edirik: “Səhihi Müslüm” və “Müvəttəə”nin şərhində Süyutinin qələmi ilə Ənəs ibni Malikdən rəvayət olunmuşdur ki, deyir: Mən Allah Rəsulunun, Əbu Bəkrin, Ömərin, Osmanın arxasında namaz qılmış, onlardan heç birinin “Bismillahir-rəhmanir-rəhim” deməsini eşitməmişəm.

Başqa bir rəvayətdir ki: Peyğəmbər (s) “Bismillahir-rəhmanir-rəhim”i uca səslə deyərmiş. Bu hədisi Qətadə, Sabit Bənai və başqaları sənədlə Ənəsdən rəvayət etmişlər. O hədisdə Peyğəmbərin adını çəkmiş, amma hədisin ləfz və ibarəti ixtilaflıdır.

Bəziləri demişlər: “Bismillahir-rəhmanir-rəhim”i oxumurdular.

Bəziləri demişlər: “Bismillahir-rəhmanir-rəhim”i uca səslə oxumuşlar.

Bəziləri demişlər: “Bismillahir-rəhmanir-rəhim”i tərk etməzdilər.

Bəziləri demişlər: Qiraəti “Əlhəmdu lillahi rəbbil-aləmin” ilə başlamışlar.

Deyir: Bu nizam-intizamsızlıqda fəqihlərin heç biri üçün dəlil yoxdur.1

Əgər bu qarşıqlığın sirrini bilmək istəyirsinizsə, ravinin özündən, yəni Ənəs ibni Malikin özündən soruşun. O, həmişə Peyğəmbər (s)-lə olmuşdur. Gördüyünüz kimi, rəvayətdə deyir: Onlar, yəni Peyğəmbər və üç xəlifə ““Bismillahir-rəhmanir-rəhim”i demirdilər. Bəzən də “onları boşlayırdılar” deyir.

Bir çox səhabənin hədis nəql etmədə itaət etdikləri acı həqiqət, onların öz rəhbərlərinin siyasi mənfəətlərini qorumaları olmuşdur.

Sözsüz, “Bismillahir-rəhmanir-rəhim”i oxumamaq rəvayətini o zaman deyir ki, artıq Bəni Üməyyə və onların hakimləri Peyğəmbərin sünnəsini dəyişdirmişdilər. Əli (ə) da həmişə onu (sünnəni) qorumaq üçün çalışmışdı.

Onların siyasəti hər yerdə Əli (ə)-la müxalif olub onun ziddinə əməl etməkdən ibarət idi. O Həzrətdən məşhurdur ki, “Bismillah”ı – hətta günorta namazlarında da – uca səslə deyərmiş. Onlar isə bu işdə də onun xilafına əməl edirmişlər.

Bu yalnız biz şiələrin iddiası deyildir. Biz yazdığımız hər şeyi yalnız əhli-sünnə kitablarından götürmüşük. İmam Nişaburi öz təfsirində Ənəs ibni Malikdən bir-birinə uyğun olmayan rəvayətləri gətirəndən sonra deyir: Başqa bir bədbinlik də vardır. Əli (ə) “Bismillah”ı həmişə ucadan deyərdi. Bəni Üməyyə isə öz zəmanəsində Əli (ə)-dan olan bütün əsərləri aradan aparmaq istəyirdi. Elə Ənəsin bir-birinə zidd olan sözləri onların qorxusundan olmuşdur.2

Şeyx Əbu Zöhrənin də təqribən bu məzmunda sözü vardır. O deyir: Çarəsiz deməliyik ki, Əməvi hakimləri imam Əli (ə)-ın bir çox əsərlərinin, o cümlədən qəzavət, hakimlik və fətvalarının aradan getməsində böyük təsirə malik olmuşlar. Bunu heç bir ağıl qəbul etməz ki, onlar Əli (ə)-ı minbərlərdə lənətləsinlər və eyni zamanda xalqa onun elmindən istifadə etməyə icazə versinlər. Məxsusən, İslam hökuməti və onun əsaslarına aid olan hökm və fətvalarının deyilməsinə imkan yaratsınlar.1

Allaha şükür ki, həqiqəti onların bəzi alimlərinin dilindən açıqlamışdır. Onlar Əli (ə)-ın “Bismillahir-rəhmanir-rəhim”i ucadan deməsinə olan israrını etiraf etmişlər.

Bu nəticəni almaq olar ki, onu “Bismillahir-rəhmanir-rəhim”i ucadan deməyə məcbur edən şey, ondan qabaqkı xəlifələrin bilərəkdən, ya səhvən “Bismillah”ı tərk etmələri olmuşdur. Camaat da onlara itaət edir, sünnəsini qəbul edirdilər. Şəksiz, əgər bu iş bilərəkdən tərk olardısa, namaz batil olardı. Əgər belə olmasaydı, imam Əli (ə) onu ucadan oxumağa – hətta asta qılınan zöhr və əsr namazlarında belə – israr etməzdi.

Ənəs ibni Malikin rəvayətində özünü Bəni Üməyyəyə yaxınlaşdırmaq istəməsi hiss olunur. Bəni Üməyyə onu tərifləyir, çoxlu hədiyyələr bağışlayır, böyük evlərdə yer verirdilər. Səbəbi də onun Əli (ə)-ın müxaliflərindən olmasıdır. Öz növbəsində düşmənçiliyini Əli (ə)-a aşkar edib bildirirdi. Məsələn: Teyr (quş) dastanında bunu görmək olar. Peyğəmbər (s) onun üçün gətirilən quşdan meyl etmək istəyəndə belə dua etdi: Pərvərdigara! Sənin üçün xalqın arasında ən əziz olan adamı mənimlə bu quşdan yemək üçün göndər. Əli (ə) gəlib Peyğəmbərin yanına icazə istədikdə, Ənəs ona icazə vermədi. Bu, üç dəfə təkrar oldu. Dördüncü dəfə Peyğəmbər (s) xəbər tutdu. Üzünü Ənəsə tutub dedi: Nə üçün belə etdin? Dedi: İstəyirdim ki, ənsardan biri gəlsin.2

Peyğəmbər (s)-in Allahdan özünün ən çox istədiyi adamı onunla həmsüfrə olmaq üçün göndərməsini istəməsi bu səhabə üçün bəsdir. Allah Peyğəmbərinin duasını qəbul edib Əli (ə)-ı onun yanına gətirir. Amma Ənəsin onunla olan düşmənçiliyi onu yalan danışmağa məcbur edir. Əli (ə)-ı geri qaytararaq Peyğəmbər (s)-in işlə məşğul olmasını iddia edir. Bu yalanı üç dəfə təkrar edir. Çünki Əli (ə)-ın Peyğəmbərdən sonra Allahın ən əziz məxluqu olmasını qəbul etmək istəmir.

Amma Əli (ə) dördüncü dəfə onun icazəsi olmadan qapıdan daxil olur. Peyğəmbər buyurur: Əli can! Nə üçün gec gəldin?

Əli (ə) dedi: Gəldim, amma Ənəs məni üç dəfə qaytardı.

Peyğəmbər buyurdu: Ənəs! Nə üçün belə etdin?

Dedi: Ey Allah Peyğəmbəri, sənin duanı eşitdim, amma istəyirdim ki, o kəs mənim qəbiləmin adamlarından biri olsun.

Tarix bizə Ənəsin bu hədisdən sonra da (bütün ömrü boyu) Əli (ə)-la düşmənçiliyini davam etdirməsini göstərir. O həmin kəsdir ki, Əli (ə) Kufədə ondan soruşdu: Qədir hədisini eşitmisən? O, şəhadət verməkdən çəkindikdə, Əli (ə) ona nifrin etdi. Elə həmin gün də o, dəri xəstəliyinə düçar oldu. Belə olduqda, niyə görə Ənəs Əli (ə)-la düşmən olub onun düşmənlərinin yanında onu pisləyərək özünü onlara yaxın etməsin?

Qeyd olunan dəlilə görə “Bismillah” barəsində etdiyi rəvayətdən Müaviyə ilə dostluq və havadarlıq iyi burnuna yetişir. O deyir: Mən Peyğəmbər, Əbu Bəkr, Ömər və Osmanın arxasında namaz qıldım. Bu cümlədən onun Əli (ə)-ın arxasında namaz qılmaqdan çəkinməsi açıq-aydın məlum olur. Elə Müaviyə və onun tərəfdarlarının da istəyi həmindir. Yəni onlar istəyirlər ki, qabaqlar xilafət etmiş üç xəlifəni ucaldaraq Əli (ə)-ı yaddan çıxarıb xatırlamasını unutdursunlaar.

Peyğəmbər (s)-in pak itrətindən olan imamlar və onların şiələrindən Həzrət Əli (ə)-ın həmdin və ondan sonrakı surənin “Bismillah”ını ucadan oxuması sabit olmuşdur.

Qeyd etmək lazımdır ki, əhli-sünnət və camaat da o Həzrətin bu əmələ israr etməsini təkid etmişlər. Bu iki mətləbi bir-birinin yanına qoyanda bu işin Peyğəmbər (s)-in həqiqi sünnəsi olmasını nəticə almaq olar. Beləliklə, hər kəs onu tərk etsə, vacibi tərk etmiş olur və namazı da batildir. Çünki sünnə ilə müxalifət etmək haqdan çıxmaq və azğınlıqdır. Quran buyurmuşdur:

“Və ma atakumur-Rəsulu fəxuzuhu və ma nəhakum ənhu fəntəhu.”

Yəni: “Hər şeyi ki, Peyğəmbər sizə verdi, alın və hər şeydən ki, sizi çəkindirdi, çəkinin.”

Biz bundan sonra Peyğəmbərin sünnəsi ilə müxalif olan səhabələrin rəvayətlərinə olunan tənqidləri qeyd edəcəyik. Bundan qabaq da bir neçəsini xatırlatmışdıq. Sonrakı bəhslərdə də bir neçəsini diqqətinizə çatdıracağıq. Bu bəhslərdə ümdə məqsəd əhli-sünnə və camaatın səhabənin hansı sözlərinə itaət etmələrini açıqlamaqdan ibarətdir. Bir neçə dəlilə görə:

1. Onların etiqadına görə, etdikləri əməl və dedikləri söz sünnədir, belə isə, onlara itaət etmək lazımdır;

2. Səhvən belə fikirdədirlər ki, səhabələrin söz və əməlləri Peyğəmbərin sünnəsi ilə müxalif deyildir. Halbuki səhabələr öz nəzərlərinə əməl edərdilər. Əməllərini Peyğəmbərə nisbət verməklə xalqda təsir qoymaq və ehtimal verilən müxalifətin qarşısını almaq istəmişlər.

Əli (ə) yeganə şəxs idi ki, öz xilafəti zamanında xalqı sünnəyə qaytarmağa çalışmışdı. Həzrətin sözü, işi, qəzavətlərinin hamısı bu barədə olmasına baxmayaraq, çox iş görə bilmədi. Bir müharibəni qurtarmamış digəri ilə üzləşdi. Cəməl sona çatmamış Siffeyn, Siffeyn qurtarmamış Nəhrəvan müharibəsi baş verdi. Sonuncu müharibə də sona yetməmiş Həzrətin özünü şəhadətə çatdırdılar.

Müaviyə iş başına gəldi. Yeganə hədəfi Allah nurunu söndürməkdən ibarət idi. Əli (ə)-ın bir miqdar dirçəltdiyi Peyğəmbər (s) sünnəsini də məhv etməyə çalışdı. Xalqı xəlifələrin və məxsusən özünün düzəltdiyi bidətlərə itaətə məcbur etdi. O, tamam gücü ilə Əli (ə)-a lənət verməyi yaymağa başladı. Nəticədə Əli (ə)-ı yalnız pis adla yada salmağa başladılar.

Mədaini yazır: Səhabələrdən bir nəfər Müaviyənin yanına gəlib dedi: Ey Əmirəl-möminin! Əli (ə) daha o kəs deyil ki, sən ondan qorxasan. Kaş ki, bu lənət etməni daha qurtarasan.

Müaviyə dedi: Allaha and olsun bu mümkün olan deyil, gərək cavanlar bu fikirlə (Əli (ə)-ı lənətləməklə) qocalsın, uşaqlar isə böyüsün.

Mədaini deyir: Bəni Üməyyə bu işi uzun müddət davam etdirdilər. Məktəblərdə uşaqlarına, qadınlarına, xidmətçilərinə və nökərlərinə öyrətdilər. Müaviyənin çəkdiyi plan müvəffəqiyyətlə davam etdi. O, İslam ümmətini (az bir dəstəni çıxmaqla) öz həqiqi rəhbərlərindən uzaq salıb, onlarda nifaq və düşmənçilik yetişdirdi. Batilə haqq libası geyindirib özlərini əhli-sünnə, Əli (ə) ardıcıllarını isə xəvaric və bidət əhli kimi tanıtdırmışlar.

Minbər üstə Əli (ə)-ı – Allaha yaxın olmaq niyyəti ilə – lənətləyirdilər. Əgər rəhbərlər bu cür rəftar edirdilərsə, ardıcılları barəsində danışmağa belə dəyməz! Onları beytül-maldan məhrum edib evlərini özləri ilə birlikdə yandırdılar. Dar ağaclarından asıb diri-diri torpağa basdırdılar. “La hovlə və la quvvətə illa billahil-əliyyil-əzim.”

Mənim fikrimcə, Müaviyə İslam əleyhinə olan uzun hiylə zəncirinin yalnız bir halqasıdır ki, həqiqəti gizlətməkdə hamıdan artıq çalışmış və ümməti “İslam” adı ilə cahiliyyətə qaytarmışdır.

Qeyd etmək lazımdır ki, o, qabaqkı xəlifələrdən daha zirək və bacarıqlı olmuş, öz rolunu çox məharətlə oynamışdır. Bəzən elə ağlayırdı ki, orada olanlar onu ixlaslı abid və zahid kimi tanıyır, bəzi vaxtlar isə elə daşürəkli, elə təkəbbürlü olurdu ki, hamı onu dinsiz bir adam sayırdı. Bədəvi ərəblər isə onu peyğəmbər bilirdilər.

Bu bəhsi tamamlamaq üçün Məhəmməd ibni Əbi Bəkrin Müaviyəyə yazdığı məktubunu araşdıraraq, oxuculara həqiqəti açıqlayırıq.


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin