ƏHLİ-SÜNNƏ VƏ camaatin rəHBƏr və başÇilari


ŞİƏNİN NƏZƏRİNDƏ PEYĞƏMBƏR (S)-İN SÜNNƏSİ QURANLA MÜXALİF DEYİLDİR



Yüklə 1,13 Mb.
səhifə14/25
tarix14.01.2017
ölçüsü1,13 Mb.
#5115
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

ŞİƏNİN NƏZƏRİNDƏ PEYĞƏMBƏR (S)-İN SÜNNƏSİ QURANLA MÜXALİF DEYİLDİR


Şiə və əhli-sünnət əqaidini araşdırdıqdan sonra məlum olur ki, şiə özünün bütün fiqhi hökmlərində yalnız Qurani-kərimə və Peyğəmbərin sünnəsinə müraciət edirlər. Quranı birinci, Peyğəmbərin sünnəsinə isə ikinci yerdə qərar verirlər. Yəni sünnəni Quranın nəzərinin altında qərar verir, onu Quranla üzbəüz qoyurlar. Hər bir şey Quranla düz gəlirsə, qəbul edir, hər şey müxalif olursa, ondan əl götürürlər.2

Şiələr bu barədə imamların cədlərindən – Peyğəmbərdən olan rəvayət əsasında Əhli-beyt imamlarının əmrlərinə əməl edirlər. Peyğəmbər (s) buyurur: Məndən sizə hədis yetişdiyi zaman, onu Allahın Kitabı ilə tutuşdurun. Onunla düz gəldiyi zaman əməl edin, düz gəlmədiyi zaman onu divara vurun (kənara qoyun).

İmam Cəfər Sadiq (ə) dəfələrlə buyurmuşdur: Quranla düz olmayan hər hədis boş sözdür, (Peyğəmbərin sözü deyil).

“Üsuli-kafi” kitabında gəlmişdir: Peyğəmbər (s) Minada camaat üçün nitq söyləyib buyurdu: “Ey camaat! Məndən eşitdiyiniz hər şey Allah Kitabı ilə düz gələrsə, onu mən demişəm, məndən eşitdiyiniz hər bir şey Allahın kitabı ilə düz gəlməzsə, onu mən deməmişəm.”

Şiə bu möhkəm təməl üstündə öz fiqh və əqaidini bina etmişdir. Hər bir hədis – səhih sənədə malik olmuş olsa da belə, bu tərəzilə və Allahın Kitabı ilə (ki, heç bir batilin ona yolu yoxdur) düz gəlməlidir.

Başqa İslam firqələrinin arasında yalnız imamiyyə şiələri bu şərti qəbul etmişlər. Məxsusən rəvayətlər bir-birlərilə zidd olduqda, bundan istifadə edirlər. Şeyx Müfid “Təshihul-etiqad” kitabında deyir: Uca Allahın kitabı bütün hədis və rəvayətlərdən irəlidir. Hədisin düz olmasında və ya olmamasında ona müraciət olunur. Quran hər nəyə hökm edirsə, o, haqdır, ondan başqa heç bir şey.

Beləliklə, hədisi Quranla üzləşdirmək yalnız şiəyə aiddir. Elə bu üzləşdirmə şiəni bir çox əqli və fiqhi məsələlərdə əhli-sünnədən ayrıdır.

Mühəqqiq şiənin bütün şəri hökmlərinə və əqaidə aid olan məsələlərinə Allah kitabından şahid tapır. Bunun ziddinə olaraq əhli-sünnət və camaatdan çoxlu əqli və şəri hökmlər tapa bilər ki, Quranın aşkar nəssi ilə müxalifdir. Biz sizin üçün tezliklə bu haqda dəlil və nişanələr sayacağıq.

Beləliklə, mühəqqiq daha bir məsələ ilə yaxından tanış ola bilər ki, o da şiənin öz kitablarının heç birini yüz faiz “düz və səhih” bilməməsidir. Elə buna görə də kitablarının heç birini Quranla bərabər tutmurlar. Əhli-sünnət və camaata gəldikdə isə, onlar “Səhihi Buxari” və “Səhihi Müslüm”ün bütün hədislərini düzgün bilirlər. Amma həqiqətdə onların arasında yüzlərlə hədis vardır ki, Allahın Kitabı ilə ziddir.

Ola bilər bu özü də bu məzhəbin xəlifələrinin rəftarından götürülmüş olsun. Əhli-sünnət və camaat o kəslərin yolunu tutdular ki, Quran və sünnətlə tanış olmamış, ya da bilmiş, amma onların xilafına olan şəxsi ictihad və nəzərlərinə əməl etmişlər. (Keçən bəhslərdə bir miqdar onların dəlillərindən bəhs olundu.)

Amma imamiyyə şiələri Peyğəmbərin pak itrətinə itaət edirlər (ki, Quranın təfsirçiləridirlər). Onunla müxalifətçilik və onda ixtilaf etmirlər.

أَفَمَن كَانَ عَلَى بَيِّنَةٍ مِّن رَّبِّهِ وَيَتْلُوهُ شَاهِدٌ مِّنْهُ وَمِن قَبْلِهِ كِتَابُ مُوسَى إَمَامًا وَرَحْمَةً أُوْلَـئِكَ يُؤْمِنُونَ بِهِ وَمَن يَكْفُرْ بِهِ مِنَ الأَحْزَابِ فَالنَّارُ مَوْعِدُهُ فَلاَ تَكُ فِي مِرْيَةٍ مِّنْهُ إِنَّهُ الْحَقُّ مِن رَّبِّكَ وَلَـكِنَّ أَكْثَرَ النَّاسِ لاَ يُؤْمِنُونَ

Öz Allahından aşkar dəlili arxasınca şahidi olan (yaxşıdır, yoxsa özgələri)? Ondan əvvəl Musanın kitabını rəhbər rəhmət ünvanında göndərdik ki, onlar ona iman gətirirlər bu hizblərdən ona kafir olanın yeri atəşdir, Onda heç şəkk etmə ki, haqq olan Allah tərəfindəndir, amma insanların çoxu iman gətirmirlər.”1


QURAN VƏ SÜNNƏ ƏHLİ-BEYTİN YANINDA


İmamiyyə şiələrinin Quranı sünnətdən qabaq və eyni zamanda onu sünnənin qoruyucusu bildiklərini başa düşdükdən sonra diqqət yetirməliyik ki, əhli-sünnət və camaat düz onun əksini fikirləşirlər, yəni sünnəni Qurandan qabaq və Quranın qoruyucusu bilirlər.

Buradan özlərini “əhli-sünnə” adlandırmalarının dəlili ələ gəlir. Dediyimiz həqiqət deyildirsə, bəs niyə görə özlərini əhli-Quran və sünnə adlandırırlar. Məxsusən öz kitablarında qeyd etmişlər ki, Peyğəmbər (s) buyurmuşdur: “Mən sizin aranızda Allahın Kitabını və öz sünnəmi qoyuram.”

Buradan sözümüzün əsl səbəbi aydın olur. Sünnə onların nəzərində Qurana hakimdir. Bu doğrudan da təəccüblüdür. Onlar Quranla müxalif əməl etmiş, öz əməlləri ilə ünsiyyət tapmış, hakimlər də bu işlərə onları vadar etmişlər. Öz işlərini düzgün göstərmək üçün hədislər düzəldərək yalandan Peyğəmbər (s)-in adı ilə bağlamışlar. Düzəltdikləri hədislər Quranın hökmləri ilə müxalif olduğu üçün sünnənin Qurana hakim olmasını ya Quranı nəsx etməsini söyləmişlər.

Hər müsəlmanın gündə neçə dəfə yerinə yetirdiyi çox aydın bir misal gətirirəm. O da hər namazdan qabaq alınması lazım olan dəstəmaz məsələsidir. Quranda gəlmişdir:



يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِذَا قُمْتُمْ إِلَى الصَّلاةِ فاغْسِلُواْ وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُواْ بِرُؤُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَينِ

Ey iman gətirənlər! Namaz üçün qalxdığınız zaman üzlərinizi, əllərinizi dirsəyə qədər yuyun, baş ayaqlarınıza ayaq çıxığına qədər məsh çəkin.”1

İstər “nəsb” və istərsə də “cərr” halında oxunmasına baxmayaraq bundan öncə qeyd etdiyimiz kimi, Fəxri Razi – ərəb dili üzrə əhli-sünnə və camaatın ən məşhur alimlərindəndir – deyir: Hər iki cür oxunmasına baxmayaraq, məsh etmək vacibdir.2

Həmçinin İbni Həzm deyir: “Ərcul” kəlməsində olan “lam” hərfini istər kəsrə ilə oxuyaq, istərsə də fəthə ilə, hər iki halda “rüus” kəlməsinə ətf olunmuşdur. Belə olduqda, ya ləfzinə ətf olub, ya da mövzusuna. Başqa bir şey caiz deyildir.3

Fəxri Razi Quranın məshi vacib etməsinə etiraf etməsinə (hər iki qiraətdə) baxmayaraq, öz sünnü məzhəbinə təəssübkeşlik etmiş və demişdir: Amma sünnə “ğəsl” (yumağı) gətirmişdir, o da Quranı nəsx edir (hökmünü batil edir.)4

Bu onların xəyal etdiyi sünnədən bir nümunədir ki, Qurana hökumət, ya da onu nəsx edir. Bundan başqa bir çox başqa nümunələr də vardır. Düzəldilmiş çoxlu rəvayətləri Allahın hökmünü batil etməyə dəlil gətirirlər. Peyğəmbər (s)-in onu nəsx etdiyini iddia edirlər.

Biz “Maidə” surəsində nazil olmuş dəstəmaz ayəsinə diqqət etsək, (Quranın axırıncı nazil olmuş surəsidir) görərik ki, deyirlər: Peyğəmbər (s) dünyadan getməmişdən iki ay qabaq bu ayə nazil olmuşdur. Belə olduqda, bəs Peyğəmbər nə cür və nə zaman dəstəmaz hökmünü nəsx etmişdir?! Peyğəmbər iyirmi üç ili məshlə keçirmişdir. Hər gün beş dəfə o bu işi görürdü. Bu heç cür ağıla sığmır ki, dünyadan getməmişdən iki ay qabaq nazil olmuş bu ayə ilə “Vəmsəhu birüusikum və ərculəkum” – Quranın xilafına əməl edərək ayağını yumağa başlasın? Bu sözə heç kəs inanmaz.

Bundan əlavə, camaat bu cür Peyğəmbəri necə qəbul etsin və sözünü eşitsin ki, özü buyurur: “Bu Quran ən möhkəm yola dəvət edir” və yenə də onun əksinə əməl edir? Bunu ağıl qəbul edərmi? Ya da müxaliflər, müşriklər və münafiqlər ona deyəcəklər: Əgər özün onun xilafına əməl edirsənsə, nə cür bizi ona itaətə məcbur edirsən? Belə bir halda Peyğəmbər zəhmətə düşər, onların cavabını verə bilməz.

Biz də bu iddianı (ki, həm əql və həm də nəql onu qəbul etməkdən çəkinir) qəbul etmirik. Kitab və sünnəni qəbul edən hər kəs də bu iddianı qəbul etməyəcəkdir.

Amma əhli-sünnət və camaat (ki, həqiqətdə həmin Bəni Üməyyə hakimləri və onların ardıcıllarıdır), keçən bəhslərdə qeyd olunduğu kimi, Peyğəmbərin dilindən hədis düzəltməyə başladılar. Bu yolla azmış rəhbərlərinin nəzər və ictihadlarını düz göstərməyə çalışırdılar. Əvvəl onlara şəri icazə verirdilər. Bundan əlavə, əgər aşkar rəvayətlər qarşısında ictihad etmiş olsalar, Peyğəmbərin Quranın aşkar dəlilləri qarşısında ictihad etməsini bəhanə gətirərdilər. Beləliklə, bidət əhli yalandan Peyğəmbərə itaət etmələrini bəhanə gətirərək şəri dəlillərlə olan müxalifətçiliklərini ört-basdır edirlər!

Keçən bəhslərdə möhkəm dəlillərlə Peyğəmbərin bir gün belə olsun, öz şəxsi nəzərinə əməl etməməsini dedik. Həmişə Allah vəhyinin nazil olmasını gözləyirdi. Quran buyurur:

لِتَحْكُمَ بَيْنَ النَّاسِ بِمَا أَرَاكَ اللّهُ

Ki, camaat arasında Allah göstərdiyi kimi hökm edəsən.”1



وَإِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ لاَ يَرْجُونَ لِقَاءنَا ائْتِ بِقُرْآنٍ غَيْرِ هَـذَا أَوْ بَدِّلْهُ قُلْ مَا يَكُونُ لِي أَنْ أُبَدِّلَهُ مِن تِلْقَاء نَفْسِي إِنْ أَتَّبِعُ إِلاَّ مَا يُوحَى إِلَيَّ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ

Yəni: Bizim aşkar ayələrimiz onlar üçün oxunan zaman bizimlə (hesabla) üzbəüz qalacaqlarına imanları olmayanlar deyirlər: Bundan başqa Quran gətir, ya onu başqa bir şeyə çevir. De: Mən özüm onu dəyişdirə bilmərəm, mənə nazil olandan savayı başqa bir şeyə itaət etmirəm, doğrudan da əgər öz Pərvərdigarıma itaətsizlik etsəm, böyük günün əzabından qorxuram.”2

(Əgər özündən bir söz Allaha nisbət versə,) Allah bundan da şiddətli sözlə onunla nə edəcəyini deyərək qorxutmadımı? Necə ki, buyurur:

وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ الْأَقَاوِيلِ لَأَخَذْنَا مِنْهُ بِالْيَمِينِ ثُمَّ لَقَطَعْنَا مِنْهُ الْوَتِينَ فَمَا مِنكُم مِّنْ أَحَدٍ عَنْهُ حَاجِزِينَ

Əgər (özündən) Bizə bəzi sözlər nisbət versə, sağ əlini ondan alarıq boyun damarını kəsərik, sizlərdən heç biriniz onu saxlaya bilməzsiniz.”3

Bu, Quran və o da Peyğəmbər (ki, əxlaqı Quran idi)! Amma əhli-sünnə və camaat4 Əli ibni Əbi Talib və Əhli-beytlə düşmən olduqları üçün hər şeydə onlarla müxalifətçilik edirdilər. Onların düşmənçiliyi elə həddə çatmışdı ki, hər şeydə Əli və onun şiələri ilə müxalif idilər. Hətta bu işləri sünnə ilə müxalif olmuş olsa idisə də, ondan çəkinmirdilər.5

Məşhurdur ki, imam Əli (ə) Peyğəmbər (s)-in sünnəsini diri saxlamaq üçün hətta ahəstə qılınan namazlarda (zöhr və əsr) “bismillah”ı uca səslə deyərmiş. Onlardan bəzisi deyir: Bu iş namazda məkruhdur. Həmin bu sözü sair işlərdə, o cümlədən əlləri yana salmaqda, ya bir-birinin üstünə qoymaqda, duada, qunutda və gündəlik namazlara aid olan başqa əməllərdə əncam vermişlər.

Elə buna görə də Ənəs ibni Malik ağlayıb deyirdi: Allaha and olsun! Allah Rəsulunun namazında gördüyümü indi tapa bilmirəm. Sonra əlavə edib deyirdi: Onda çox dəyişiklik etmisiniz.

Təəccüblüdür, əhli-sünnə və camaatın tanınmış dörd məzhəbi bu barədə ixtilaflı nəzərdə olduğu üçün onlar da bu ixtilafın qarşısında susmuş, onların ixtilaflarını rəhmət adlandıraraq heç bir mane onda görməmişlər.

Amma şiə bəzi məsələlərdə onlarla ixtilaf etdiyi zaman onu danlamış və etdikləri ixtilafı əzab adlandırmışlar. Onların rəhbərləri elm, əməl, fəzilət və məqamda Peyğəmbər (s)-in itrətindən olan pak imamlarla bərabər olmadıqları halda, yalnız onların fikirlərini qəbul edirlər.

Ayaqları yuma məsələsində deyildiyi kimi, Quranın və sünnənin1 dəstəmazda ayaqlara məsh etməyi açıqlamasına baxmayaraq, bu məsələdə heç nəyi şiədən qəbul etmirlər. Bununla kifayətlənməyib onları Quranı dəyişdirmə və dindən çıxmada günahlandırırlar.

Xatırlanması lazım olan ikinci məsələ həmin “mütə nikahı” məsələsidir. Quran bu məsələni qeyd etmiş, Peyğəmbərin sünnəsi isə təsdiqləmişdir. Amma Ömər ibni Xəttabın ictihadını ört-basdır etməkdən ötrü onu haram hesab edirlər. Yalandan hədis düzəldərək onu Peyğəmbər (s)-ə nisbət verirlər. Şiəni belə bir ailə qurmanı halal bildiyinə görə danlayırlar.

Həqiqətdə isə öz “Səhih” kitablarında belə bir ailə qurmanın Peyğəmbər (s), Əbu Bəkr və Ömərin xilafətinin bir hissəsində (haram edənə qədər) olmasına və səhabələrin bu işi görmələrinə şəhadət verirlər. Bundan əlavə, özləri bu işin səhabələr arasında ixtilaflı olmasını bildirərək, bəzilərinin onu halal və bəzilərinin onu haram deməsini qeyd edirlər.

Quranın aşkar ayələrini yalan bir hədislə nəsx etmə nümunələri daha çoxdur. Biz təkcə iki nümunə gətirməklə əhli-sünnət və camaatın məzhəbinin üstündən pərdə götürmək istədik. Oxucu buna diqqət yetirərək bilsin ki, onlar hədisi Qurana hakim bilir və etiraf edib deyirlər ki, sünnə Quranı nəsx edir!

Böyük sünnü alimi fəqih Abdullah ibni Müslüm ibni Qüteybə açıq-aşkar etiraf edir ki, hədis və rəvayətlər Quranı öz təsiri altında saxlayaraq onun hökmlərinə birbaşa dəxalət edir. Lakin Quran rəvayətləri bəyan etmək qüdrətinə malik deyil!!!1

Əhli-sünnə və camaatın üsuli-din rəisi imam Əşəri deyir: Sünnə Quranı nəsx edir və ona hakimdir. Quran sünnəni nəsx etmir və onun üstündə hökuməti də yoxdur.

İbni Əbdül-Birr deyir: Əhli-sünnət və camaatın rəhbərlərindən biri olpn imam Ovzai demişdir: Quranın sünnətə olan ehtiyacı, sünnənin Qurana olan ehtiyacından daha çoxdur!!2

Əgər qeyd olunan sözləri onların əqidəsi saysaq, onların Əhli-beytin nəzərləri ilə müxalif olması təbii olacaqdır. Əhli-beytin nəzərinə əsasən, Quran hədisə hakim olduğuna görə, hər bir hədis Quranla tutuşdurmalı və onunla ölçülməlidir. Lakin təbiidir ki, onlar Əhli-beyt imamlarından gəlib yetişən hədisləri qəbul etməyəcəklər, çünki bu hədislər onların məzhəbinin puçluğunu faş edir.

Beyhəqi “Dəlailun-nubuvvət” kitabında yazır ki, Peyğəmbər (s)-dən rəvayət olunmuş: “Sizə məndən hədis yetişəndə, onun Quranla tutuşdurun” hədisi batildir və düz deyildir. Belə ki, onun yalan olmasını hədis özü açıqlayır. Çünki Quranın özündə hədisin Quranla tutuşdurulması barədə heç bir nişanə yoxdur!!

İbni Əbdül-Birr Əbdürrəhman ibni Mehdidən nəql edir deyir: Həzrət Peyğəmbər (s)-dən rəvayət olmuş: “Məndən sizə yetişən hər şeyi Allahın kitabı ilə müqayisə edin, əgər Allah Kitabı ilə düz gəlsə, mən onu demişəm, yox əgər Allah Kitabı ilə müxalif olsa, mən onu deməmişəm” – sözlərinin düzlüyü elm əhli üçün sabit olmamışdır. Sonra əlavə edərək: Bu hədisi zındıqlar və xəvaric düzəltmişdir!!3

Bu kor təəssübə diqqət edin. Elmi təhqiq və həqiqəti qəbul etmək üçün heç bir yol qoymamışdır. Onlar bu hədisi rəvayət edənləri – Peyğəmbərin pak itrəti olan Əhli-beyt imamlarını zındıq, kafir, xarici adlandırıb hədis düzəltməkdə günahlandırırlar!!!

Biz onlardan sual edib soruşa bilərik ki, bu hədisi düzəltmədə zındıq və xəvaricin hədəfi – bildiyimiz kimi Allahın kitabına heç bir batil üçün yol yoxdur – nə ola bilər? Ağıllı və insaflı şəxs bu “Allahın kitabını uca tutan bu zındıq və xəvaricə” inanıb etiqad bəsləyir. Allahın kitabını dini hökmlərdə ilk mərcə bilir. Onun bu işi əhli-sünnətc və camaatın işindən də daha yaxşıdır, çünki onlar yalan rəvayətlərlə Allah Kitabına hakimlik edir, düzəltdikləri bidətlərlə onun hökmlərini aradan aparırlar.

مَّا لَهُم بِهِ مِنْ عِلْمٍ وَلَا لِآبَائِهِمْ كَبُرَتْ كَلِمَةً تَخْرُجُ مِنْ أَفْوَاهِهِمْ إِن يَقُولُونَ إِلَّا كَذِبًا

Böyük sözlər ağızlarından çıxmışdır yalandan savayı bir şey demirlər.”1

Onların zındıq və xəvaric adlandırdığı insanlar, Peyğəmbər (s)-in Əhli-beyti, hidayət imamları gecə qaranlığında işıq saçan çıraqlardır. Allah Rəsulu onları ixtilaf zamanı ümmətin ümid yeri adlandırmışdır. Onlarla müxalifətçilik edən hər bir tayfa Şeytan hizbindəndir. Yeganə təqsirləri cədlərinin sünnətinə sadiq qalaraq Əbu Bəkr, Ömər, Osman, Müaviyə, Yezid, Mərvan və Bəni Üməyyənin bidətlərini qəbul etməmələridir. Qüdrət həmişə bunların əlində olduğu üçün müxaliflərini söymüş, xarici və kafir adlandıraraq onlarla müharibə etmiş, kənara qoymuşlar. Onlar Əli (ə) və Əhli-beyti səksən il minbərlərdə lənətləmiş, övladları imam Həsən (ə)-ı zəhər, imam Hüseyn (ə)-ı isə qılıncları ilə qətlə yetirmişlər.

Əhli-beyt (ə)-ın çəkdiyi saysız-hesabsız əziyyətləri açıqlamaq istəmirik. Sözümüzü özünü əhli-sünnə və camaat adlandıran insanlar barəsindədir. Onlar hədisi Quranla üzləşdirmək istəmədikləri halda, görəsən Əbu Bəkri niyə görə xəvaric, ya zındıq adlandırmırlar? Həmin Əbu Bəkr hədisləri yandırıb camaata moizə edərək deyirdi: Siz Peyğəmbərdən elə bir halda hədis rəvayət edirsiniz ki, özünüzün onlarda ixtilafınız vardır. Sizdən sonra gələnlərin ixtilafı daha çox olacaqdır. Belə isə Peyğəmbərdən heç bir hədis nəql etməyin. Sizdən hər kəs soruşsa, cavab verib deyin: Bizimlə sizin aranızda Kitab vardır. Onun halalını halal, haramını isə haram bilin.1

Görəsən Əbu Bəkr bu sözü ilə Quranı sünnədən qabaq bilməmişdirmi? Quranı yeganə mənbə bilərək sünnəni xalqın ixtilafı adlandırıb kənara qoymamışdırmı?!

Bəs nə üçün Ömər ibni Xəttabı xəvaric, ya zındıq adlandırmırlar? O, həmin adamdır ki, elə ilk gündən Peyğəmbərin sünnəsini kənara qoyub demişdi: Allahın Kitabı bizə bəsdir. Səhabələrin hədis və sünnədən yığdıqları hər nə vardısa, yandırdı.2 Bununla kifayətlənməyib hədis rəvayət etməyi də qadağan etdi.3

Niyə – dinin yarısı ondan götürülmüş – Ümmül-möminin Aişəni xəvaric, ya zındıq adlandırmırlar? Məşhurdur ki, o hədisi Quranla tutuşdurar, müxalif olduğu zaman onu rədd edərmiş.

Ömər ibni Xəttabın bu hədisini “Ölüyə onun ailəsinin ağlaması ilə əzab olunur” rədd etmişdi. Aişə dedi: Quran sizin üçün kafidir:

“La təziru vazirətən vizra uxra.”4

Həmçinin Aişə Abdullah ibni Ömərin rəvayət etdiyi “Peyğəmbər müşriklərin düşdüyü quyunun qırağında durub onlarla danışdıqdan sonra üzünü yoldaşlarına tutub buyurdu: “Onlar dediklərimin hamısını eşidirlər” hədisini qəbul etməmiş, demişdi: Allah Peyğəmbəri təkcə bunu buyurmuşdur: “Onlar bilirlər ki, dediklərimin hamısı haqdır.” Sonra hədisin yalan olmasını sübut etmək üçün Qurandan dəlil gətirərək bu ayəni oxudu:



إِنَّكَ لَا تُسْمِعُ الْمَوْتَى

Yəni, Sən heç bir şeyi ölülərin qulağına çatdıra bilməzsən.”1



وَمَا أَنتَ بِمُسْمِعٍ مَّن فِي الْقُبُورِ

Sən heç nəyi qəbirdə olan ölülərin qulağına çatdıra bilməzsən.”2

Aişə hər dəfə rəvayətləri Quranla üzləşdirdikdə, onların çoxusunu inkar edirdi. “Mühəmməd (s) Allahı görmüşdür” – deyənin cavabında belə demişdi: Sənin sözündən bədənimin tükləri biz-biz durur. Sən nə bilirsən? Bu üç şey haqqında hər kəs sizə söz desə, yalan demişdir!

1. Hər kəs “Mühəmməd Allahı görübdür” desə, yalan danışıbdır. Bu ayəni oxudu:



لاَّ تُدْرِكُهُ الأَبْصَارُ وَهُوَ يُدْرِكُ الأَبْصَارَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ

Heç bir bəşər elə bir yerə çata bilməz ki, Allah onunla danışa, yalnız vəhy, ya pərdə arxasından istisna olunubdur.”3

“La tudrikuhul-əbsaru və huvə yudrikul-əbsarə və huvəl-lətiful-xəbir.”4

2. Hər kəs sənə “sabah nə olacağını bilirəm” – desə yalan demişdir. Sonra Allahın bu sözünü oxudu:



وَمَا تَدْرِي نَفْسٌ مَّاذَا تَكْسِبُ غَدًا

Yəni: Heç kəs bilmir sabah olacaqdır? (ya da ki, ələ gətirəcəkdir?)5

3. Hər kəs sənə “Peyğəmbər söz gizlətmişdir” – desə, yalan demişdir. Sonra bu ayəni oxudu:

يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ

Yəni: Ey Peyğəmbər! Allah tərəfindən sənə yetişən şeyi (xalqa) çatdır.”6

Əhli-sünnət ravisi Əbu Hüreyrə çox vaxt hədisi oxuyub sonra deyərdi: “Əgər istəyirsiniz, bu ayəni oxuyun.” Öz hədisini Quranla müqayisə edirdi. Eşidənlər onun sözünü qəbul etmirdi.

"örəsən əhli-sünnət və camaat bütün bunları niyə görə xəvaric və zındıqlardan saymır? Bunlar ki, eşitdikləri hədisləri Quranla tutuşdururdular! Quranla düz gəlmədikdə, onu kənara atır, yalan adlandırırdılar? Çünki bu işə cürətləri çatmır, amma növbə Əhli-beytə çatdıqda, təqvalı olmanı kənara qoyur, hər cür söyüş və günahla onlara töhmət vururlar. Həqiqətdə isə onların təkcə bir günahı olmuş olur, o da hədisi Quranla üzləşdirməkdir. Onlar hədisləri Quranla üzləşdirməklə hədis düzəldənləri, fırıldaqçıları üzə çıxarıb rüsvay edir, onların Allah əhkamını ayaq altına qoyaraq yalan hədis düzəltmələrini açıqlayırdılar.

Yaxşı bilirlər ki, düzəltdikləri hədisləri Quranla üzləşdirsələr, hər on hədisdən doqquzu yalan, təkcə biri sadiq olaraq Peyğəmbərin sözü olacaqdır. Hədislərin mənasını bəzən elə dəyişirlər ki, Peyğəmbər (s) özü o mənanı qəsd etməmiş olur. Məsələذn, bu hədisə diqqət edin: “Məndən sonra xəlifələr on iki nəfərdir. Hamısı Qüreyşdəndir.” Ya bu hədis: “Məndən sonra raşidin xəlifələrinin sünnətinə əməl edin.” Başqa bir hədis: “Ümmətimin ixtilafı rəhmətdir.”

Başqa şərif hədislər ki, Peyğəmbərin onlardan qəsdi öz itrətindən olan pak imamlar olmuşdur. Amma onlar bu rəvayətləri bəzi haqqı olmayan xəlifə və səhabələrə təfsir etmişlər!

Səhabələrə qoyduqları ləqəblər də elə bu qəbildəndir. Məsələn: Əbu Bəkrə “Siddiq”, Ömərə “Faruq”, Osmana “Zunnureyn”, Xalidə “Seyfullah” verilən adlar Peyğəmbərin zəmanəsində Peyğəmbər (s)-in dili ilə Əli (ə)-a verilən adlardır. O Həzrət buyurur: Siddiqeyn üç nəfərdir: Həbib Nəccar (Mumini Ali Yasin); Hezqil (Ali-Fironun mömini) və Əli ibni Əbi Talib (ə) ki, onların hamısından üstündür.1

Əli (ə) özü buyurur: “Mən ən böyük Siddiqəm, məndən sonra hər kəs bunu desə, yalançıdır. Mən ən böyük Faruqam ki, Allah mənim vasitəmlə haqla batilin arasına ayrılıq salır.”2

Məgər Peyğəmbər buyurmamışdırmı: “Onunla dostluq iman, düşmənçilik nifaqdır və hara getsə, haqq onunladır?”

Elə Zunnureyn3 də Əli (ə)-dır. Çünki behiştin cavanları Həsən və Hüseyn (əleyhimus-səlam)-ın atasıdır. Onlar nübüvvətdən ayrılan iki nurdurlar. Allahın qılınca də o kəsdir ki, Cəbrail Ühüd müharibəsi zamanı onun barəsində buyurmuşdur: “Əlidən savayı bir comərd, Zülfüqardan savayı bir qılınc yoxdur.”

Həqiqətən də o, Allahın qılıncı idi. O, qılıncını müşriklərə qarşı çəkmiş, pəhləvanlarını öldürmüş, qəhrəmanlarını yerlə yeksan etmişdi. Çarəsiz qalıb ürəkdən də olmasa, haqqı qəbul etmişdilər. O, Allahın qılıncıdır, heç vaxt döyüşdən qaçmamış, onunla üzləşməkdən qorxmamışdır. O həmin kəsdir ki, bütün səhabələr Xeybər qalasını almaqdan aciz qaldıqdan sonra, o, həmin qalanı fəth etmişdi.

Siyasət elə xilafətin ilk günü Əli (ə)-ı tərksilah edib onun haqqında hər cür fəzilət söyləməyi qadağan etdi. Müaviyə qüdrətə çatdıqdan sonra bu əməli daha da şiddətləndirdi. Əli (ə)-ı lənətləyərək onu kiçiltməyə başladı. Onun düşmənlərini ucaldaraq Əli (ə)-ın fəzilət və ləqəblərini özgələrinə verdi. Bu yolda heç bir yalan və böhtandan çəkinmədi. O vaxt kim Müaviyəni yalançı adlandırıb onunla müxalif ola bilərdi?

Onlar Əli (ə)-ı söyməyi və lənətləməkdə Müaviyə ilə birlik edirdilər. Onun əhli-sünnət və camaatdan olan tərəfdarları bütün həqiqətləri alt-üst edib, pis işi yaxşı, yaxşı işi isə pis qələmə verdilər. Əli (ə)-ı və onun şiələrini zındıq və xarici adlandırdılar. Bu yolla onları lənətləyib öldürmələrini rəva gördülər. Allahın, Onun Rəsulunun və Əhli-beytin düşmənlərini “əhli-sünnə” adlandırdılar. Oxu təəccüb et! Əgər şəkdəsənsə, axtarış və təhqiq et!

مَثَلُ الْفَرِيقَيْنِ كَالأَعْمَى وَالأَصَمِّ وَالْبَصِيرِ وَالسَّمِيعِ هَلْ يَسْتَوِيَانِ مَثَلاً أَفَلاَ تَذَكَّرُونَ

İki qrupun misalı kor karın, görən eşidənin (misalı) kimidir. Bunlar misalda bərabərdirlərmi, niyə xatırlamırsınız?”1



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin