İ stənilən məhsul istehsal yerinden istehlak yerinə çatdırıldıqdan sonra istehlaka hazır olur. Yük nəqliyyatında əmək obyekti yükdür. Bu obyekt nəqliyyat işçilərinin əməyi hesabına özünün fəzaca yerləşməsi dəyişir
İ stənilən məhsul istehsal yerinden istehlak yerinə çatdırıldıqdan sonra istehlaka hazır olur.Yük nəqliyyatında əmək obyekti yükdür.Bu obyekt nəqliyyat işçilərinin əməyi hesabına özünün fəzaca yerləşməsi dəyişir.Yük,qorunmuş halda,qoyulmuş vaxtda,lazımi sürətlə və ətraf mühitə zərər vermədən daşınmalıdır.Hər bir ölkədə külli miqdarda material resursları daşıma prosesində yük kimi iştirak edir.Nəqliyyatda yükün qorunması problemi bütün xalq təsərrüfatı üçün mühüm əhəmiyyət kəsb edir.Bəzi nəqliyyat növlərində daşıma zamanı aqressiv amillərin təsiri nəticəsində yükün xarab olması və zədələnməsindən yaranan itkilər ümumi itkilərin 30%-nə qədər olur. Məsələ təkcə itkilərlə qurtarmır.Yük çox zaman ətraf mühit və nəqliyyat vasitəsində olan insanlar üçün təhlükə mənbəyinə çevrilir.Daşınan yüklərin xassələrinin,onların ətraf mühit ilə qarşılıqlı təsiri zamanı yatara bilən situasiyaların qabaqcadan məlum olması belə təhiükə mənbəyi ilə davranmanı asanlaşdırır,həmçinin itkilərin qarşısını almağa şərait yaradır.
H ər bir magistral nəqliyyat növündə yükün yük kütləsi kimi yolda olma vaxtı müxtəlifdir.Yükün yolda olma vaxtı artdıqca onun daşıma prosesinde təsiridə artır.Bu baxımdan yüklərin xassə və xüsusiyyətlərinin öyrənilməsi bütün nəqliyyat dəhlizləri siyasəti ilə bağlıdır.Əvvəl Avropada,onun ardınca digər qitələrdə nəqliyyat dəhlizlərinin yaradılması,onların bir-biri ilə bilavasitə əlaqələndirilməsi avtomobil nəqliyyatı ilə yüklərin birbaşa daşımalar halında daha uzaq məsafələrə nəql edilməsinə imkan yaradır.
Bütün nəqliyyat növlərinin istehsal sahələrinin vahid işinin material əsasını yük təşkil edir.Xalq təsərrüfatında yükün olması nəqliyyatın özünün mövcudluğuna haqq qazandırır.Yüklərin qorunmaması və insan tələfatı ilə nəticələnən iri qəzaların əsas səbəblərindən bir yüklərin spesifik xassələrinin,onlarda gedən istilik-fiziki,biokimyəvi,hiqroskopik və digər proseslərin nəzərə alınmaması və ya onları bilməməkdir.
İstehsal-nəqletmə-istehlak iqtisadi tsiklinin müxtəlif mərhələlərində əməyin nəticəsi hər dəfə yeni keyfiyyətdə təqdim olunur.Birinci mərhələdə ictimai əməyin maddi nəticəsi dəyər və həm də istehlak dəyərinə malik olan məhsuldur.
Məhsulun hamısı və ya müəyyən hissəsi başqa yerdə satış və ya istehlak olunmaq üçün istifadə olunur.Bu halda ona mal kimi baxılır.İkinci mərhələdə məhsulun fəza yerdəyişməsinə uğraması üçün nəqliyyata verilməsi anından o yeni keyfiyyət kəsb edir-məhsul yük olur,yəni nəqletmə obyektinə çevrilir.Üçüncü mərhələdə istehlak dəyərinin xırıd olunmasında yük yenidən məhsul rolunu oynayır.
Nəqliyyatda bütün əşya və materiallar nəqletməyə təqdim olunduğu andan yük alana təhvil verilmə anına kimi yük adlanırlar.
Məhsulun dəyəri onun hazırlanması və nəql edilməsinə çəkilən xərclərin cəmindən ibarətdir.Məhsulun lazımi dəyərə malik olması üçün müəyyən keyfiyyətə malik olması tələb olunduğu kimi,onun nəql edilməsi də tələb olunan keyfiyyətdə yerinə yetirilməlidir.İstənilən məhsulun nəqliyyata gələnə qədər malik olduğu xassələr toplusu,yəni keyfiyyəti nəqletmə prosesində dəyişdirilməlidir,hər ehtimala qarşı istehlakçı nöqteyi-nəzərindən pisləşməməlidir.
Y ükün yerdəyişməsi prosesində əsas iştirakçılar yükü istehsal və istehlak edənlər yox,yük sahibi və daşımaçılardır.Yükün nəql edilməsi onun dəyərini artırdığından həmişə çalışırlar ki nəqliyyat xərclərinə qənaət olunsun.
Məlumdur ki,bu qənaət yükün qorunması vaxtında və təhlükəsiz çatdırılmasına zərər vurmaq hesabına olmamalıdır.Keyfiyyətsiz çatdırılmış yük nəinki nəqliyyatın əməyini bada verir,həmçinin məhsulun başlanğıc dəyərini də aşağı salır.
Məhsulun istehlak dəyərini səciyyələndirən bütün faydalı xassələri iqtisadi tsiklin başlanğıc və son mərhələrində əhəmiyyət kəsb edir.İqtisadi tsiklin aralıq mərhələsində,məhsul yük kimi qəbul olunduqda onun əksər istehlak xassələri nəqletmə prosesinə təsir etmədiyindən arxa alana keçir.Ön plana məhsulun nəql edilməsi prosesi ilə bağlı xassələr çıxır və onlar yükün nəqliyyat xarakteristikasını təşkil edirlər.Yükün nəqliyyat xarakteristikası dedikdə malın nəql edilməsi prosesi ilə bağlı olan xassələrinin məcmusu başa düşülür.Yükün nəqliyyat xarakteristikasına onun fiziki-kimyəvi, həcmi-kütlə göstəriciləri, tarası,qablaşdırılması,saxlanma,boşaldıb-yükləmə və daşıma rejimləri daxildir.Yükün nəqliyyat xarakteristikası təkcə onun özünün xassələrindən yox,həm də onun tara və qablaşdırılmasının parametrlərindən asılıdır.Yükün nəqliyyat xarakteristikası onun daşıma,boşaldıb-yükləmə və saxlanma rejimlərini,həmçinin bu əməliyyatları yerinə yetirən texniki vasitələrə olan tələbləri müəyyən edir.Nəqliyyat xarakteristikaları daşıma prosesinin təkmilləşdirilməsi və optimallaşdırılması məsələlərinin:hərəkət tərkibinin,anbar qurğularının,yüklərin paketləşdirilməsi vasitələrinin və onların daşıma şərtlərinin seçilməsi və s.həllində istifadə edilir.Yükün nəqliyyat xarakteristikasında olan hər hansı kiçik dəyişiklik daşıma prosesinin texniki və ya texnoloji elementlərinin bir və ya bir neçəsinin dəyişilməsinə gətirib çıxarır.
Yük daşımalarının səmərəli texnoloji proseslərinin işlənilməsi lazım olan hallarda nəqliyyat xarakteristikasının ayrı-ayrı elementlərinin:kütlənin,tara və qablaşdırmanın növünün,yük yerlərinin xətti ölçülərinin,rütubətin və s. dəyişilməsi nəzərdə tutur.
Yükün nəqliyyat xarakteristikasının konkret keyfiyyət və kəmiyyət göstəricilərinin məcmusu onun nəqliyyat vəziyyəti adlanır.Yükün qorunması və nəqletmənin təhlükəsizliyi onun daşımaya nəqliyyat vəziyyətində təqdim olunub-olunmamasından çox asılıdır.Yük o zaman nəqletdiriləbilən sayılır ki,daşımaların şərtlərinə və standartlarına,düzgün taraya,qablaşdırmaya,surğuca,kilidə,nəzarət lentlərinə və markalanmaya qoyulan tələblərə cavab versin,nəmliyin,kənar iy vẹ qoxuların təsirindən etibarlı qorunsun və onun xarab olmasına dəlalət edən əlamətləri olmasın.
D aşıma zamanı yüklərin qorunmasını,onların hərəkət tərkibinə və hərəkət tərkibinin onlara uyğunlaşmasını təmin etmək məqsədi ilə yüklərin təsnifatı hazırlanır.Ayrı-ayrı məqliyyat növlərində istifadə olunan təsnifat müxtəlifdir.Avtomobil nəqliyyatında istifadə olunan təsnifat aşağıdakı kimidir.Xalq təsərrüfatı sahə əlamətinə görə yüklər aşağıdakı kimi təsnif olunurlar 1)Sənaye 2)kənd təsərrüfatı 3)tikinti 4)ticarət 5)digər yüklər
Avtomobil nəqliyyatı ilə daşınan yüklərin təxminən 35 %-i sənaye,33%-i tikinti,23%-i kənd təsərrüfatı,5 %-i ticarət və 4%-i isə digər yüklərdir.