Mühazirə 1 heyvanlarin sistematikasinin predmeti VƏ VƏZİFƏLƏRİ



Yüklə 186.27 Kb.
səhifə1/4
tarix05.04.2020
ölçüsü186.27 Kb.
növüMühazirə
  1   2   3   4
Mühazirə 1
HEYVANLARIN SİSTEMATİKASININ PREDMETİ VƏ VƏZİFƏLƏRİ
Heyvanların quruluşundakı fərqlər onların sistemləşdirilib öyrənilməsini tə­ləb edir. Hey­van tipləri arasında əhəmiyyətli dərəcədə quruluş fərqləri olma­sı­na baxmayaraq onlar arasındakı filogenetik əlaqələri müəyyən edən ümumi fundamental əlamətlər mövcuddur. Müxtəlif sistema­tik qruplara aid olan hey­van­ların morfologiyasının, filogeniyasının və müqayisəli anatomi­ya­sının öyrə­nilməsi sistematikanın təkmilləşməsinə xidmət edir. Sistematikanın tərtibi pro­sesində hey­van­ların morfologiyası, fiziologiyası, ekologiyası və təkamülünün tədqiqi əsas götürülür. Bu məqsədlə müxtəlif qrup heyvanların orqanlarının qu­ruluşu ətraflı öyrənilir və müqayisə olunur. Sistematika – heyvanların müx­tə­lifliyi, onları sistemləşdirmə qanunauyğunluqları haqqında elm­dir və zoo­lo­giya el­minin digər sahələrinin biliklərinə əsaslanır. Sistematika elmi təkamül prin­sip­­lərinə əsaslanaraq heyvanlar aləminin müasir sistemini təqdim edir. Sis­te­ma­tika əsasən, heyvanların mor­­fologiyasına görə tərtib edildiyi üçün onur­ğasız heyvanların sistematikası onurğalılara nisbətən daha mürəkkəbdir. Onur­ğalılar ümumi quruluş icmalına malik olduğu üçün onların sistematikasını tərtib etmək çə­tinlik törətmir. Onurğalı heyvanlar bir tipdə birləşir, bu tipin sinifləri ara­sın­da kəskin əlamət fərqi yoxdur. Onurğalıların orqanlar sistemi “Neştərçədən in­sa­na qədər” eyni plan əsasında öyrənilir.

Onurğasızlar arasında isə çox fərqli quruluş tipləri mövcuddur. Onurğasız heyvanların ümumi quruluş icmalı yoxdur, onların inkişaf dövriyyəsi çox mü­rəkkəbdir. Onurğasız heyvan­ların tipləri, çox vaxt sinifləri arasında ciddi əla­mət fərqləri müşahidə olunur. Onurğasızların müqayisəli morfologiyasını yal­nız klassik morfologiyadan istifadə etməklə öyrənmək mümkün deyil. Onur­ğa­sız heyvanların morfologiyasını sistematik səviyyədə öyrənmək üçün müqayi­sə­li anatomi­ya, paleontologiya, embriologiya, ekologiya, parazito­lo­giya, fizio­lo­giya, histologiya və biokimya elmlərinin nəticələrindən istifadə edilməlidir. Onurğasızların təkamül morfologiyası tam öyrənil­mə­diyi üçün onların sistema­tikası daim yeniləşir. Müxtəlif sistematik qruplara daxil olan hey­van­ların or­qan­ları və orqanlar sistemini orqanologiya elmi öyrənir. Müəy­yən qrup hey­van­lar üçün xarakterik olan orqanlar digər sistematik qruplarda da rast gəlinir ki, müasir sistematika bu orqanların quruluş səviy­yəsinin öyrə­nilməsinə əsas­lanır. Təkamül prosesində bir çox orqanlar mühitə uyğunlaşma qabiliyyəti qa­za­nır, buna görə də heyvanlarda orqanlar və orqanlar sistemi­nin quruluş planı mühüm əhəmiyyətə malik olur. Bu sahədə orqanların müqayisəli morfologiyası və müqayisəli fiziologiyasının tədqiqatlarından istifadə edil­mə­lidir.

Sistematika və taksonomiya elmlərinin qarşısında duran əsas vəzifələr sı­ra­­sına qazıntı halında tapılan və müasir heyvanların növ tərkibinin müəyyən­ləş­­dirilməsi, növlərin dəyişkənliyinin, növəmə­lə­gəlmə amillərinin və xordalılar tipinə daxil olan heyvanların qohumluq əlaqələrinin öyrənilməsi prosesi daxil­dir.

ZOOLOJİ SİSTEMATİKANIN PRİNSİPLƏRİ.

FENON, TAKSON, NÖV

Sistematik kateqoriyalar içərisində ən dəqiq məlumat verən kateqoriya növ­dür. İlk dəfə Aristotel oxşar əlamətlərə malik heyvanları qruplaşdırmaq üçün növ terminini işlətmiş, sonralar bu əlamətlər sistemləşdirilib təkmilləşmiş və növ haqqında müasir təlim səviyyəsinə gəlib çatmışdır. Bütün orqanizmlər bu və ya digər növə məxsusdur. Müasir nöqteyi nəzərdən növ – populyasiyanın ge­netik məhdud qrupudur, bir növün fərdləri müəyyən, yalnız həmin növə məx­sus əlamətlər toplusuna malik olub öz aralarında cütləşib nəsil vermək qa­bi­liyyəti olan canlılardır. Hər bir növ özünün morfoloji və fizioloji əla­mət­lərinə görə başqa növlərdən, o cümlədən eyni cinsin digər növlərindən fərq­lənir. Mə­sə­lən, canavarlar cinsi (Canus), canavar növü (C. lupus) arealının geniş­liyi, ya­şa­yış şəraitinin fiziki-coğrafi fərqləri, fərdi və yaşdan asılı olaraq morfoloji də­yişkənliyi onların mürəkkəb növdaxili sistemini sürətləndirir. Şi­malda yaşayan canavarlara nisbətən cənubda yaşayan canavarların ölçüləri kiçik olur. Qaf­qazda yaşayan canavarlar bel tirəsinin formasına, dərilərinin təs­nifatına görə tə­yin olunur. Canavarlara məxsus Palearktika dəriləri arasında Qaf­qaz tirəsi ayırd edi­lir ki, bu da dağ və çöl formalarına bölünür. Onlar ara­sındakı fərqlər rənglə­rin­dəki kiçik dəyişikliklərlə müəyyən olunur. Dağ for­ma­larında sarımtıl çalar­lar olduğu halda, çöl formalarında yan tərəflər açıq, qarın tərəf bulanıq ağımtıl olub, sarımtıl çalarlardan məhrum olurlar.

Növ və digər taksonomik kateqoriyalar haqqında takson termininin mə­na­­sı­nı dəqiqləşdirmədən məlumat vermək mümkün deyil. Takson – ayrılmış can­­lılar qrupu, təsnifat ierarxiyasında taksonomik kateqoriyalar arasında müəy­yən bir dərəcə (ranq) kimi mövqe tutur. Məsələn, qara qarğa (Corvus corone) area­lında iki fərqli populyasiya əmələ gətirir. Hər populyasiya sistematiklər tərə­fin­dən yarımnöv kimi (Corvus corone corone), (Corvus corone cornix) ad­lan­­dı­rılır. Qara qarğa onurğalı heyvanlar qrupuna daxildir və onda müxtəlif ka­te­qo­riyalardan olan bir sıra takson birləşmişdir: Corvus – cins, Corvidae – fə­si­lə, Pas­seriformes – dəstə, Aves – sinif, Chor­da­ta – tip. Növ takson deyil, lakin qa­ra qarğa növü artıq taksondur.

Növ barədə mövcud təlimlər növün təbiətini tam izah edə bilmir. Növün dis­kretlik xüsusiyyəti hər bir yerli faunanın növlərini sistemləşdirib öyrənməyə imkan verir. Məsələn, Amerikanın Nyu-York şəhəri ətrafında yayılan quş növ­lərinə Yeni Qvineya dağlarında da rast gəlinir. Hər iki faunanın növləri izofen əlamətlərlə olsa da bir-birindən fərqlənir. Hətta lokal populyasiyanın növləri də bir-birindən fərqlənir, populyasiyada bir-birinə tam oxşar iki növ tapmaq müm­kün deyil. Növün bu xüsusiyyəti diskretlik – fərdilik qanunu adlanır. Digər tə­rəf­dən, növ daim xarici mühitlə qarşılıqlı əlaqədə olur, mühit amillərinin təsi­rilə yenidən qurulur, maddələr mübadiləsi nəticəsində enerji qəbul edir və itirir. Bununla belə, növ öz fərdiliyini – tamlığını saxlayır.

Növün morfofizioloji fərqi müasir kariosistematika elminin nailiyyətlə­rinə əsa­sən xromosomların sayı, ölçüsü, forması və quruluşu ilə müəyyən olu­nur. Ka­rio­­sistematika və ya kariotaksonomiya müxtəlif qrup orqanizmlərdə (tak­son­larda) filogenetik qohumluq dərəcəsini aydınlaşdırır. Kariosistemitika si­to­logiya elminin kariologiya bölməsi ilə birlikdə orqanizmin xromosom sayı­nı və təkamülünü öyrənir. XIX əsrin 60-70-ci illərində bu sahə xeyli inkişaf etmişdir. Xromosomların morfologiyasını dəqiq öyrənmək, xarici görünüşcə ox­şar xro­mo­somlarda hetero və euxromatin sahələri ayırmaq mümkün olmuş­dur. Hey­van­ların cütləşdirilməsi zamanı kariotiplərin öyrənilməsi əsas məsə­lədir. Ka­rio­tip anlayışını elmə 1924-cü ildə rus genetiki Q.A.Levitski gətir­miş­dir. Sistema­ti­kanın tərtibində ən dəqiq üsul olan xromosom sayının öyrənilməsi növün təs­diq statusu kimi qəbul olunur. Ən az xromosom sayı malyariya plaz­mo­disində olub 2 ədəd, insan askaridində 4, ağcaqanadda 6, durna balığın­da 18, salaman­drada 34, pişikdə 38, insanda 46, şimpanzedə 48, ev toyuğunda 78 ədəd olur. Sar­kodinlər sinfinin şüalılar yarımsinfinin növlərində xromosom sayı 1600, at aska­ridində isə 1260, çay xərçəngində 196, atda 66 ədəd olur.

Sistematikanın prinsiplərinə əsasən təyinetmə prosesi növün morfoloji statu­sunu müəyyən etməklə başlayır. Ən aşağı kateqoriya olaraq növ fenotip əsa­sın­da, genotip sayəsində formalaşan morfoloji, fizioloji və davranış xüsusiy­yət­lə­rinə əsasən təyin olunur. Tədqiqatçı tərəfindən fərdlər toplanır, hər bir fər­din feno­tipik əlamətləri – morfoloji-anatomik quruluşu tədqiq olunur, bu cür fərd növ statusu qazanana qədər fenon adlanır.

Fenon termini sistematikaya Kemp və Cilli (1943) tərəfindən gətiril­miş­dir. Fərdlərin növ səviyyəsində tədqiqindən sonra fenon uyğun növün populya­si­yasının genofonduna daxil olur. K.Linney bitkiləri və heyvanları sistemləş­di­rər­kən növlərin ancaq morfoloji əlamətlərini əsas götürdüyü üçün onun təsni­fatında fərqli növlər eyni siniflərdə, oxşar növlər isə müxtəlif siniflərdə birləş­dirilirdi və bu cür təyinetmə nəticəsində morfoloji növlər alınırdı. Morfoloji növ­lər növ statusu alsa da əslində növ səviyyəsi qazana bilmir. Morfoloji nö­vün növ kimi qəbul olunması üçün morfoloji-anatomik quruluşu tədqiq olun­ma­lıdır. Sistematik fərdləri toplayıb onları fenonlara ayırır, onların hansı po­pul­­ya­siyanın növləri olduğunu aydınlaşdırır. Bu prosesdə əsas məqsəd müəy­yən taksonlara əsasən növün təsvir olunmasıdır. Təsvir olunan növün həmin də­rəcədə və ya kateqoriyada digər növlərdən fərqli əlamətləri aydın göstəril­mə­lidir. Çox vaxt təyin olunan fenonların fərdləri başqa bir növün fenonları ilə qa­rışıq salınır. Məsələn, quşların bəzi cinslərində, bir çox həşəratlarda dişi fərd­­lər öz növlərinin dişi fərdləri ilə deyil, oxşar qohum növlərin erkək fərdləri ilə da­ha çox oxşar olur. Fenonların növ səviyyəsində təyin olunmasında hər qrup hey­van üçün morfoloji dəlillər və müəyyən əlamətlər toplusu olmalıdır. Sis­te­matik fenonun fərdi dəyişkənliyə uğramış əlamətlərini də nəzərə almalıdır. Fər­di dəyişkənliyə məruz qalmış əlamətlərdən həşəratların cinsi aparatının xi­tin­ləşmiş hissələri, hörümçəklərin pedipalpları, ilbizlərin radulası, ikitaylı mol­yusk­ların qövqəsinin bağlanma xüsusiyyətləri geniş yayılmışdır. Parazitlərin mor­­fologiyasında ümumi əlamətlər daha çox olduğundan onların təyini daha çətindir.

K.Linney növü təsvir edərkən əvvəlcə ümumi əlamətlərin, sonra xüsusi əla­mətlərin təsvir olunmasını təklif etmişdir. Tapılmış növü təsvir edərkən qə­bul olunmuş qaydalara əsasən bədən hissələri ön tərəfin təsviri ilə başlayıb arxa tərəfin təsviri ilə sona çatmalıdır. Dorzoventral quruluşa malik olan heyvanın təsviri radial simmetriyalı heyvanın təsvirindən fərqli olmalıdır. Həşərat növü­nü təsvir edərkən baş, döş, qarıncıq hissənin ümumi təsvirindən sonra hər bir hissə və ona birləşən ətraflar təsvir edilməlidir. Bir çox heyvan qruplarında rən­gin təsviri xüsusi yer tutur. Rəng çalarlarının düzgün təsvir olunması əla­mət­lə­rin diaqnostikasında ən mühüm məsələlərdəndir. Quşların, məməlilərin, kə­pə­­nək­­lərin təyini və təsviri zamanı rəng çalarları sistematikada yarımnövlərin yaranmasına (təsvir edilməsinə) səbəb olur. Sarımtıl, qonur-qəhvəyi, qaramtıl kimi rənğ çalarları növün dəqiq təyin edilməsində çətinlik törədir. Müasir dövr­də rənglərin dəqiq seçilməsi üçün spektrofotometrlərdən istifadə olunur. Növün ölçüləri və müşahidə olunan əlamətləri, o cümlədən bədəndə olan ləkələrin sa­yı, tikancıqlar, pulcuqlar, quyruq hissədə yerləşən lələklərin sayı dəqiq göstə­ril­mə­lidir. İnformasiya texnologiyalarının yüksək inkişaf səviyyəsi tapılmış nö­vün şəkillərinin dəqiqliklə çəkilməsinə imkan verir. Zooloji kodeksin qərarına əsa­sən tapılmış növün şəkli heç bir sözlə təsvir olunmasa belə tamamilə orijinal hesab olunur. Müxtəlif tədqiqatçıların eyni vaxtda eyni cür təsvir etdiyi növlər Zooloji kodeksin qaydalarına uyğun olaraq sinonimləşdirilir.

Növün təyin edilməsi üçün zoologiyada, o cümlədən digər bioloji elm­lər­də açar sistemi mövcuddur. Açarın tərtibi mürəkkəb proses olsa da çox sadə açar sis­temləri də vardır. Aristotelin istifadə etdiyi “qanı olanlar” və “qansız­lar” sadə açar olsa da heyvan növünün təsnifat mövqeyini aydın ifadə edir. Açar sisteminin müəyyən etmədiyi əlamətlər sırasına filogenetik əlamətlər, yaş xü­­su­siyyətlərini ifadə edən əlamətlər və cinsi dimorfizmlə müşahidə olunan əla­mətlər daxildir. Yaxşı tərtib olunmuş açarlar dixotomikdir (yunanca dicha – iki hissə, home – yarılma deməkdir, bitkilərin budaqlanma tipidir, onurğasız hey­­van­larda da müşahidə olunur, bağırsaqboşluqlularda dixotomik bölünmə möv­cuddur), onun hər müddəasında iki alternativ əlamət təsvir olunur.
II mühazirə

Dixotomik cədvəllər (təyinedici cədvəllər) vahid bir sistem üzrə qurul­muş­­dur, tezis – axtarılan əlamət və antitezis - əks əlamət şəklində tərtib olunur. Ax­ta­rılan əlamətlərin önündə yazılan birinci bənd tezisi, ikinci bənd isə antitezisi (əks əlaməti) göstərir. Təyin edilən heyvanın hansı sinfə, dəstəyə, fə­si­ləyə, cin­sə və növə mənsub olduğunu tapmaq üçün əvvəlcə tezis oxunur. Bu zaman əla­mətlər uyğun gəlirsə, növbəti tezisə keçilir, əgər tezis göstəriciləri uyğun gəl­mir­sə, onda antitezisə keçilir.

Əlamətlər dəqiq olmalıdır, təyin olunacaq fərd digər fərdlərlə qarışıq əla­mət­lərə malik olsa, bu növ düzgün təyin olunmur. Sistematikanın müasir prob­lem­lərindən ən əsası növün tez və dəqiq təyin olunması əməliyyatıdır. Hər han­sı bir həşərat növünü təyin etmək üçün tərtib olunan açar sistemində aşağıdakı əlamətlər əks olunur:

1.Qanadlar şəffaf deyil, bığcıqlar diş-dişdir, gözlər bütövdür, gözlər kəsik for­malıdır;

2.Bığcıqlar sapşəkillidir, ayaqlar qırmızıdır və ya ayaqlar qaradır;

3.Qanadlar şəffafdır, pəncə buğumları xətlidir, bığcıqlar qaradır və ya bığ­cıqlar qırmızıdır;

4.Pəncə buğumları ikipaylıdır, bığcıqlar qaradır və ya bığcıqlar sarıdır;

Quyruqsuz amfibiləri təyin edərkən:

1. Dilin sərbəst ucu kəsik deyil;

Bu əlamət uyğun gəlmir, ona görə də antitezisə keçilir:

2.Dilin sərbəst ucu kəsikdir (haçadır).

Dixotomik cədvəllərin daha keyfiyyətli tərtib olunmuş variantları da möv­­­cud­dur. Dixotomik cədvəllərin şəkilli variantları daha effektli hesab olu­nur. İkinci Dünya Müharibəsi zamanı malyariya əleyhinə mübarizə təşkilatı bu üsul­dan istifadə etməklə malyariya xəstəliyinin yayılmasının qarşısının alın­ma­sında əhəmiyyətli nəticələr əldə etmişlər. Təşkilatda işləyən entomoloqlarla bir­­­­likdə mühəndislər və tibb işçiləri də malyariya ağcaqanadının sürfəsini tanı­yır­­­dılar. Ağcaqanadın sürfəsinin rəsmlərini və taksonomik əlamətlərini yazıb bu işçilərə paylamaqla təşkilat böyük müvəffəqiyyət qazanmışdı. Sürfənin mor­­­­­­fo­logiyası rəsmlərdə tam aydınlığı ilə göstərildiyindən buğumların sayı, baş hissənin quruluşu, bığcıqların quruluşu ağcaqanadın sürfəsini təyin etməyə imkan verirdi.

Bununla belə dixotomik cədvələ əsasən təyin edilən növ həmişə dəqiq ol­mur. Xərçəngkimilər və həşəratları dixotomik cədvələ əsasən təyin etmək çox çətindir. İbtidai kisəli məməliləri dixotomik cədvələ əsasən təyin edərkən S.A.Severtsov yazırdı:”İlk kisəli məməlilərdə əsl kisə olmamışdır, sonrakı ki­sə­li məməlilərdə kisənin quruluşu və forması çox müxtəlif olmuşdur. Pla­senta­lı­lar­da plasentanın quruluşu müxtəlif olmaqla bərabər dəqiq əlamət kimi götü­rülə bilməz, çünki plasenta yalnız məməlilərdə deyil, diribaladoğan sürünən­lər­də də var. Sürünənlərin bəzi qruplarında əsl allantoid plasenta var”. Severtsov mə­­mə­lilərdə tükləri və süd vəzilərini əsas əlamət hesab edirdi.

Növün təyin olunmasında ümumi və xüsusi əlamətlər əsas götürülsə də xü­susi əlamətlər başlıca əlamətlər hesab olunur və növü digər növlərdən fərq­lən­­dirir. Sistematikada bu proses diaqnoz adlandırılır. Diaqnoz növün və ya baş­qa kateqoriyaların digər kateqoriyalardan fərqini müəyyən edir. Diaqnoz təd­qiq olu­nan taksonun əlamətlərini səciyyələndirir, onu oxşar taksonlardan ayı­rır. Diaq­noz qoyulmuş taksonun digər taksonlarla müqayisəsi diferensial diaq­noz ad­lanır.

Taksonomik əlamətlər toplusu hər bir növün cütləşmə reaksiyası – nikah dav­ranışları ilə yekunlaşır. Növün bu davranış xüsusiyyətini həm təbii olaraq, həm də eksperimental surətdə müşahidə etmək mümkündür. Bu proses müx­tə­lif quşlar qrupuna, həşərata, dəniz onurğasızlarına, nəsil növbələşməsi ilə ço­xa­lan parazitlərin sürfə mərhələlərinə eyni dərəcədə aiddir.

Fenonun bu cür klassifikasiyasından sonra növün elmi adlandırılması la­zım gəlir. 1958-ci ildə Londonda keçırılmiş konqresdə Beynəlxalq Zooloji No­menk­­laturanın Kodeksləri qəbul olunmuşdur. Bu kodeksə əsasən növdən yük­sək səviyyədə yerləşən ali taksonlar unominal (bir sözdən ibarət adla adlan­dır­ma), növün adı binominal, yarımnövün adı isə trinominal adla adlandırılır.

Linneyin tətbiq etdiyi binar nomenklatura 1737-ci ildən müasir dövrə qə­dər öz aktuallığını itirməmişdir. Binar nomenklatura heyvanın cinsi və növü ilə ikiqat adlandırılması prinsipinə əsaslanır. Növ əsas taksonomik vahiddir, cinsin adı göstərildikdə bu növün hansı cinsə aid olduğu bildirilir. Canavar Canus lu­pus, pələng Panthera tigris adlandırılır. Növün adlandırılması 1901-ci ildə Ber­lində keçirilən V Beynəlxalq Zooloji Konqresdə Beynəlxalq kodeksdə təs­diq olun­muş, hər bir heyvan növünə bir latın adı verilmişdir. Bu ad növün yerli adın­dan asılı olmayaraq bütün dünyada qəbul edilir. Növün adı onu kəşf edən ali­min adı olduqda tam hesab olunur. Məsələn, donuz soliterinə 1758-ci ildə Taenia solium Linnaeus 1758 adı verilmişdir. Qəbul olunmuş kodeksin məq­sədi heyvanların elmi adlandırılmasında universal və stabil qaydaların tətbiq olun­ması, taksonomiyada istənilən adın tətbiqinə məhdudiyyətlər qoyulmasıdır.



POLİTİPİK NÖV, POPULYASİYA SİSTEMATİKASI VƏ

NÖVDAXİLİ KATEQORİYALAR
Hər bir növ lokal populyasiyalardan ibarətdir və bu növlərin bəziləri bir-bi­rindən əhəmiyyətli dərəcədə fərqlənir. Sistematikada yarımnövlər əlavə kate­qo­riya hesab olunur. Sistematik bir populyasiya fərdlərinin digər populyasiya fərd­lərindən fərqli olduğunu müşahidə edirsə, bu cür populyasiya fərdlərini yarım­növ olaraq təsvir edir. Bir və ya bir neçə yarımnövü olan növlər poli­ti­pik növlər, yarımnövlərə ayrılmayan növlər isə monotipik növlər adlanır. Mo­no­ti­pik, morfoloji tam növ – növ haqqında elmi təlimin bütün qanunauy­ğun­­luqla­rı­nı özündə əks etdirir. Təbiətdə geniş yayılmış növlər çox vaxt poli­ti­pik növlər olur. Növlərin bu cür konsepsiyası yaxşı öyrənilmiş heyvanlar qru­pu­­nun – kə­pə­nəklər, qarınayaqlı molyusklar, quşlar və məməlilərin siste­ma­ti­kasının sadə­ləş­dirilməsinə imkan verir. Quşlar sinfinin bu cür klassifikasiyası artıq tamam­lanmış, müxtəlif coğrafi ərazilərdə yayılmış politipik növlər bir mono­tipik növ kimi təsvir olunmuşdur. 1910-cu ildə 19000 monotipik quş nö­vü qeydə alın­mış­dısa, müasir dövrdə quşların 8600-ə qədər növü məlumdur (Mayr, 1962).. Quru mol­yusk­­ları, həşərat və məməlilər üçün bu proses hələ davam edir. Müx­təlif hey­van qrupları üzrə politipik növlərin yaranması səbəblərindən biri də təc­rid olun­muş coğrafi ərazilərdir. Təcrid olunmuş populyasiyalar arasında növ üçün xarakterik olan cütləşmə prosesi pozulur və populyasiya daxilində fərqli əla­­mətlərin əmələ gəlməsinə səbəb olur. Daşqınlar, torpaq sürüşmələri, suna­mi­­lər bu cür coğrafi təcrid olunmaya səbəb ola bilər.

Növdaxili kateqoriyalar deyərkən yarımnöv və onun statusu nəzərdə tu­tu­lur. Bir növün bir neçə yarımnövü təsvir oluna bilər. Yarımnöv termini XIX əsr­də sistematikaya daxil olub, növdən fərqli olaraq obyektiv kriteriləri yoxdur və təkamül elementi hesab olunmur. Yarımnöv – bəzi növlərin fenotipik oxşar populyasiyalarından ibarət olub, həmin növlərin yerləşdiyi arealın bir hissə­sin­də yayılmış və həmin növün digər populyasiyalarından taksonomik fərq­lənən fərdlərdir. Sistematik yarımnövü morfologiyasına əsasən təsvir edir və bu za­man bir çox səbəblərə əsaslanır: a)yarımnöv bir çox lokal populyasiyalardan iba­rət olub bir-birindən fenotip və genotipə görə az da olsa fərqlənir; b)hər bir lo­kal populyasiya fərdləri ölçülərinə görə də olsa bir-birindən fərqlənir, buna gö­rə də yarımnövün taksonomik diaqnostikası yalnız fenotipə görə təyin olun­mamalı, morfoloji əlamətlərin dəyişkənliyi nəzərə alınmalıdır.

Yarımnövün adlandırılması üçün trinominal nomenklaturadan istifadə edi­lir. Trinominal nomenklatura ilə yarımnövün adlandırılması üçün cinsin adı, növün adı, üçüncü isə yarımnövün adı əlavə olunur. Növdaxili kateqoriya­lar­dan biri də müvəqqəti yarımnövlərdir, bu əlavə kateqoriyadan paleontologiya­da bir az fərqli populyasiyaların öyrənilməsi üçün istifadə olunur. Bu populya­si­yalar za­mana və coğrafi ərazilərə görə ayırd edilir. Əgər paleontoloji tədqiqat nəti­cə­sində fərqli ərazilərdən bir növün yarımnövləri tapılmışdırsa müvəqqəti adlan­dırmadan istifadə olunur.

Azər­baycanda canavarlar fəsiləsi (Canidae) tülkülər cinsinə (Vulpes) aid olan adi tülkünün (Vulpes vulpes) 3 yarımnövü yaşayır: Zaqafqaziya dağ tül­küsü, Zaqafqaziya çöl tülküsü və Kürdüstan tülküsü. Onların rəngi tünddən açıq noxudu paslı sarı rəngə qədər dəyişir. Tipik od çalarlarının olmaması sə­ciy­­yəvidir. Xəzi gözəl, yüngül və yumşaqdır.

Zaqafqaziya dağ tülküsü (Vulpes vulpes alticola Ognev) Azərbaycanın dağ­lıq və dağətəyi ərazilərində yayılmışdır. Zaqafqaziya çöl tülküsü (Vulpes vulpes alpherakyi Satunin) dağətəyi və düzənlik ərazilər üçün xarakterikdir. Azər­­bay­can ərazisində rast gəlinən yarımnövlərdən biri də Kürdüstan tülkü­sü­dür (Vul­pes vulpes kurdistanica).



Coğrafi irqlər (növaltı) və izofenlər (klinlər) də növdaxili kateqoriya he­­sab olunur. Coğrafi irq taksonomik ierarxiyaya daxil deyil, entomologya, mala­ko­logiya və ornitologiyada istifadə olunur. Tədqiqatçılar tərəfindən lokal popul­yasiya daxilində yarımnöv kimi təsvir olunur.

İzofen termini sistematikaya ilk dəfə C.Heksli (1939) tərəfindən gətiril­miş­dir və taksonomik kateqoriya hesab olunmur. Tədqiq olunan populyasiya nə qə­dər əlamətə malik olarsa o qədər də izofenə malik ola bilər. Bir arealda şi­mal­dan cənuba doğru kəpənəklərin ağ fərdləri getdikcə rəngini dəyişərsə, sadə əlamət olsa belə, bu izofen olaraq əlamət dəyişməsi hesab olunur.



Populyasiya – uzun müddət ərzində coğrafi ərazinin müəyyən sahəsində məs­kunlaşmış müəyyən bir növün kifayət qədər çoxsaylı fərdlərinin cəmidir. Populyasiyanın müəyyən quruluşu və sistemi vardır. Populyasiya sistemi çox­lu sayda lokal populyasiyalardan ibarət olur. Bu populyasiyalar öz aralarında daim əlaqədə olurlar. Eyni növə aid olub müxtəlif ərazilərdə yaşayan popul­ya­siyalar allopatrik populyasiyalar adlanır. Hər bir populyasiyanın quruluşu özünü fərdlərin müxtəlif yaş, cins və ölçüləri nisbətində göstərir. Nəsilvermə qabiliyyətinə görə yaş xüsusiyyətinin əhəmiyyəti böyükdür. Populyasiyalar cin­si yetişkənliyə çatmamış, cinsi yetkin fərdlər və bu qabiliyyəti itirmiş yaşlı fərd­lərə ayrılır. Populyasiyada olan fərdlərin sayı və sıxlığı da əlamət dəyiş­kən­liyinə səbəb olur və növlərin təyin olunmasında problem yaradır. Məhdud ərazi da­xilində yaşayan populyasiyalarda qida problemi olursa, bu populyasiyanın fərd­ləri ölçülərinə, rənglərinə görə əhəmiyyətli dərəcədə fərqlənir. Çəyirtkə­lə­rin yaşadığı ərazilərdə sıxlıq yaranarsa qida çatışmazlığı baş verir və bu onların miqrasiyasına, ətraf mühitə ciddi ziyan verməsinə səbəb olur. Sıxlığın təsiri ilə çə­yirtkələrin bədən quruluşunda dəyişiklik baş verir, qanadların və ətrafların uzan­ması müşahidə olunur.

Populyasiya daxilində bir-birindən kəskin fərqlənən iki və daha çox for­ma­lar əmələ gəlir. Bu fərdlərin uzun müddət öz morfoloji xüsusiyyətlərini sax­la­­masına polimorfizm deyilir. Polimorfizm heyvanlar arasında geniş yayılmış­dır və orqanizmin genotipi ilə müəyyən olunur. Bu hadisənin müxtəlif səbəb­lə­ri vardır. Çoxlu fərdlərin birgəyaşayışı, onların yuva qurması, qida tapması, nə­sil qayğısı və s. müvafiq ixtisaslaşmaya səbəb olur və nəticədə aydın təzahür edən polimorfizm yaranır. Cəmiyyət halında yaşayan həşəratlarda – arılarda, termit­lərdə və qarışqalarda bu cür polimorfizm müşahidə olunur. Birgəyaşayış za­manı fərdlərin morfoloji və funksional diferensasiyası ilə əlaqədar ailələr əmələ gəlir. Növün yaşamasını təmin edən erkək və dişi fərdlərdən başqa on­lardan say­ca daha çox olan işçi fərdlər ixtisaslaşır. Qarışqa və termitlərdə qoru­yucu funk­siya daşıyan əsgər fərdlər də formalaşır.


KATEQORİYALARIN İERARXİYASI VƏ ALİ TAKSONLAR
Hər bir böyük heyvan qrupu daha kiçik qruplara və yarımqruplara ayrılır. Onurğalılar arasında quşlar və məməlilər belə qruplardandır. Məməlilər gəmi­ricilər və yırtıcılar yarımqruplarına, yırtıcılar isə öz növbəsində itkimilər və pi­şik­kimilər yarımqruplarına ayrılır. Bu cür sistemləşdirməni aparmaq üçün təd­qiqatçı takson və kateqoriyanın nə demək olduğunu bilməlidir. Takson – orqa­nizmlərin real qrupudur. Ali takson – tədqiq olunan obyektlərin diskret qrupu­dur. Əlamətlərin ümumiliyinə, növün müxtəlif əlamətlərinə, ümumi mənşə­yi­nə, quruluşuna, formasına və funksiyasına görə bir takson sistemi digəri ilə qarışdırıla bilməz. Takson – yunanca əllə yoxlayıb qiymət vermək, qiymətlən­dir­­mək mənası daşıyır (takson barədə “Zooloji sistematikanın prinsipləri. Fe­non, takson, növ” bölməsində məlumat verilmişdir).


Поделитесь с Вашими друзьями:
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə