İ stənilən məhsul istehsal yerinden istehlak yerinə çatdırıldıqdan sonra istehlaka hazır olur. Yük nəqliyyatında əmək obyekti yükdür. Bu obyekt nəqliyyat işçilərinin əməyi hesabına özünün fəzaca yerləşməsi dəyişir


Yüklərə olan mexaniki təsirlər statik və dinamik yüklər şəklində olur



Yüklə 2,36 Mb.
səhifə4/5
tarix20.11.2023
ölçüsü2,36 Mb.
#165490
1   2   3   4   5
yük

Yüklərə olan mexaniki təsirlər statik və dinamik yüklər şəklində olur.
Statik təsirlərin maksimal qiyməti üst-üstə yığılmış yüklərin aşağı sıralarında hiss edilir.Bu yuxarı yığılmış yüklərin təsiri ilə izah olunur.
Dinamik zərbələr ayrı-ayrı yük yerləri müəyyən hündürlükdən düşdükdə,yükləmə-boşaltma işləri yerinə yetirilərkən yüklər bir-birinə dəydikdə,manevrlər zamanı yükün kuzaya çırpılmasında,hərəkət tərkibinin,xüsusilə nahamar yolla,hərəkətində yaranan titrəyişlər və yırğalanmalar zamanı yaranır.
Ətraf mühitlə qarşılıqlı təsir heyvani və bitki mənşəli yüklərdə müxtəlif biokimyəvi proseslərin getməsinə səbəb olur.Bu proseslərdən avtoliz,tənəffüs,yetişmə,nəmliyin itirilməsi,tərləmə və cücərmə məhsulun özündə baş verən proseslər nəticəsində yaranırsa,çürümə,qıcqırma və kiflənmə isə müxtəlif mikroorqanizmlərin fəaliyyətinin nəticəsidir.
A vtoliz-ət və tütün məmulatlarında,un və bəzi digər yüklərdə müşahidə olunur və məhsulda olan zülal,karbohidrat və yağların parçalanması nəticəsində onun toxumalarının həll olunmasından ibarətdir.

T ənəffüs-prosesi canlı orqanizmlər hesab olunan bitki mənşəli yüklər üçün xarakterikdir.Tənəffüs zamanı karbohidratların,yağların və digər üzvi birləşmələrin oksigenlə oksidləşməsi prosesi gedir.Məhsulun temperetur və nəmliyi artdıqca tənəffüsün intensivliyi çoxalır.Oksidləşmə və üzvi birləşmələrin parçalanması prosesi istiliyin ayrılması ilə müşayiət olunur ki,bu da öz-özünə qızmaya,öz-özünə alışmaya və nəticədə,məhsulun xarab olmasına gətirib çıxarır.
Y etişmə-prosesi taxıl,tərəvəz,meyvələr üçün xarakterikdir.Bu zaman taxılda şəkərin nişastaya,meyvə və tərəvəzdə isə nişastanın şəkərə çevrilməsi baş verir.Yetişmənin ilk mərhələlərində meyvə və tərəvəzin dad keyfiyyətləri yaxşılaşır.Sonrakı mərhələlər isə məhsulun keyfiyyətinə əks təsir göstərir,belə ki məhsulun hüceyrələri öz aralarında əlaqəni itirir və bir-birindən rahat ayrılır.Nəticədə məhsul parçalanır.Meyvə və tərəvəzin saxlanma müddətinin uzatmaq üçün onların yetişmə prosesini ləngidirlər.Bəzi məhsulları tam yetişməmiş yığır və yetişmənin intensivliyini ləngidən aşağı temperaturlarda saxlanmanı təmin edirlər.
Yığılma momentindən başlayaraq meyvə və tərəvəz fasiləsiz olaraq öz kütləsini itirir.Bu hadisə təbii itkidir.Bu halda təbii itki tənəffüs zamanı sərf edilən üzvi maddələrin itirilməsi və meyvə və tərəvəzdə 70%-dən 90%-ə qədər olan suyun buxarlanması nəticəsində yaranır.Nəmliyin buxarlanması meyvə və tərəvəzin təzə-tərliyinin itirilməsinə və onların əzilib bürüşməsinə,nəticədə həm məhsulun xarici görünüşünün,həm də dadının itirilməsinə gətirib çıxarır.Nəmliyin buxarlanmasının intensivliyi ətraf havanın temperaturu və nəmliyindən asılıdır.Havanın temperaturunun artması və nəmliyinin azalması ilə buxarlanma prosesi artır.Meyvə və tərəvəzin zədəli olanları nəmliyi daha rahat və böyük miqdarda itirirlər.
Məsələn,eyni şəraitdə saxlanilan kartofun zədələnmişləri saflarına nisbətən nəmi 4 dəfə çox itirirlər.

Cücərmə-tərəvəz və taxıl bitkilərində baş verir.Bu proses intensiv tənəffüslə müşaiət olunur.



Yüklə 2,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin