Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sənaye sahələrinin proses və aparatları»



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə1/39
tarix07.01.2024
ölçüsü0,52 Mb.
#208529
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   39
Sənaye-sahələrinin-proses-və-aparatları



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNİN NƏZDİNDƏ 
SUMQAYIT DÖVLƏT TEXNİKİ KOLLECİ
 
«Sənaye sahələrinin proses və aparatları»
fənnindən mühazirələr 
Orta ixtisas təhsili müəssisələrində 
fənnin tədrisi üçün nəzərdə tutulub
 
 
 
 
 
 
 
 
 
Tərtib edən: 
Dadaşova Esmira Vaqif
qızı
 
 
 
 
 
 
 
SUMQAYIT-2020 


Giriş. Əsas proses və aparatların hesablanasının ümumi 
prinsipləri. Statika və kinetika. Proses və aparatlarin təsnifatı 
 
 
Azərbaycanın gələcək iqtisadi və sosial inkişafının əsas istiqamətlər”ində 
motor yanacaqları, habelə kimya, neft kimyası və mikrobiologiya sənayesi üçün 
xammal istehsalının genişləndirilməsi, onların keyfiyyətinin yaxşılaşdırılması neft 
emalı sənayesinin qarşısında duran əsas məsələlərdəndir. 
Kimya neft emalı, neft kimya sənayesində müxtəlif kimyəvi texnoloji 
proseslər nəticəsində xeyli sayda məhsullar alınır. 
Emal edilən maddənin kimyəvi çevrilməsi, yaxud da fiziki kimyəvi 
xassələrinin dəyişməsi ilə gedən istehal proseslərinə kimyəvi- texnoloji proseslər 
deyilir. Mürəkkəb kimyəvi texnoloji proses ayrı-ayrı fərdi proseslərdən fiziki
kimyəvi, fiziki- kimyəvi proseslərdən ibarətdir. 
Emal edilən madənin kimyəvi tərkibi dəyişmədən formasının, ölçüsünün, 
rənginin yaxud digər fiziki xassələrinin dəyiməsilə gedən proseslərə fiziki 
proseslər deyilir. Maddənin kimyəvi tərkibinin və daxili quruluşunun reaksiya 
nəticəsində dəyişməsilə gedən proseslər kimyəvi proseslər adlanır. Fiziki 
proseslərlə yanaşı sistemi təşkil edən fazalar arasında maddələr mübadiləsilə gedən 
proseslər fiziki- kimyəvi proseslərə aid edilir. 
Kimyəvi texnoloji proseslərin aparılmasında müxtəlif konstruksiyalı 
aparatlardan və maşınlardan istifadə olunur. Konkret prosesin getməsi üçün 
istifadə edilən quruluşa aparat deyilir. 
Əksər kimyəvi texnoloji istehsal üçün eyni olan əsas proseslər və aparatlar 
“Kimya sənayesinin proseslər və aparatları” xüsusi kursda öyrənilir. 
Proselər və aparatlar elmi ümummühəndis elmi olub , kimya 
texnologiyasının inkişafı ilə əlaqədar olaraq inkişaf etmişdir. Bu elm təbiət elmləri 
üzərində qurulmuşdur, elmin predmeti kimya texnologiyasıdır. Daha doğrusu, 
proseslər və aparatlar elmi kimya texnologiyasının nəzəri əsaslarını öyrənən elmdir 
və aşağıdakı vəzifələri vardır: 

kimyəvi texnoloji proseslərdə baş verən qanun və qanunauyğunluqları 
öyrənir; 

kimyəvi texnoloji proseslərin hesablanması üçün hesablama üsülları 
işləyib hazırlayır; 

texnoloji prosesləri aparmaq üçün tələb olunan maşın və aparatların 
quruluşunu və işləmə prinsipini öyrənir; 

maşın və aparatların hesablanması üçün hesablama üsulları işləyib 
hazırlayır. 
“Proseslər və aparatlar” elmi haqqında əsas fikir ölkəmizdə hələ XlX əsrin 
ortalarında söylənilmişdir. Lakin kursun əsası Peterburq Texnoloji İnstitutunun
professoru A.Krupskinin “Kimya texnologiyasının lahiyələndirilməsinin başlanğıc 
fəsilləri” adlı dərs vəsaitinin nəşri 1909-cu ildə qoyulmuşdur. Bu kurs ilk dəfə 
Moskva Ali Texniki məktəbinin professoru A.Tişşenko tərəfindən 1912- ci ildə 
çap edilmişdir. Sonralar bu elmin inkişafında xarici və Azərbaycan alimləri bu 
kursun inkişafı üçün böyük əmək sərf etmiş və onu hazırki səviyyəyə çatdırmışlar. 


Hazırda kimya texnologiyasının müxtəlif sahələrində istifadə edilən 
proseslərin nəzəri əsasları verilmiş və müvafiq aparatların hesablanması üsulları 
müəyyənləşdirilmişdir. 
Ümüdvarıq ki, “ Kimya sənayesinin proses və aparatları” fənninin 
mənimsənilməsində bu dərs vəsaiti tələbələrə yardım göstərəcəkdir. 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin