Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sənaye sahələrinin proses və aparatları»



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə3/39
tarix07.01.2024
ölçüsü0,52 Mb.
#208529
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   39
Sənaye-sahələrinin-proses-və-aparatları

4. Kimyəvi proseslər.
Kimyəvi çevrilmələrdə gedən bu proseslərin sürəti 
kimyəvi kinetikanın qanunlarına əsasən müəyyən edilir. Bu proseslərə xlorlaşma, 
alkilləşmə, sulfollaşma, polimerləşmə və s. aiddir. 
5. Mexaniki proseslər.
Bu proseslərə bərk maddələrin xırdalanması və onların 
nəql edilməsi, dənəvər tərkibə ayrılması və qarışdırılması prosesləri daxildir. Onlar 
bərk maddələrin mexanikası qanunları ilə izah edilir. Mexaniki proseslərdən əsas 
etibarilə maddələrin ilk emala hazırlanmasında və məhsulların işlənməsində 
istifadə olunur. 
Kimyəvi-texnoloji proseslərin bəziləri bilavasitə bərk maddələrin iştirakı ilə 
gedirlər. Bu proseslərdə bərk maddələr katalizator, adsorbent, quruducu agent


yanacaq kimi və s. rol oynayırlar. Belə proseslərin getmə sürəti müəyyən dərəcədə 
prosesdə iştirak edən bərk maddənin görüşmə səthindən asılı olur. Belə ki, bərk 
maddənin aktiv səthi artdıqca prosesin getmə sürəti də yüksəlir. Bununla da həmin 
maddələr xırdalama yolu ilə əldə olunur. Xırdalama prosesi xırdalayıcı maşınlarda 
və üyüdücu dəyirmanlarda aparılır. Bu maşinları xarakterizə edən kəmiyyətlərdən 
biri maşın və dəyirmanın xırdalanma dərəcəsidir. Xırdalanma (ί) dərəcəsi dedikdə 
xırdalanma üçün maşına verilən bərk maddə tikələrinin orta ölçüsünün , 
xırdalanmadan alınan hissəciklərin orta ölçüsünə olan nisbəti ilə xarakterizə olunur 
ί = 
𝑫
𝒐𝒓
𝒅
𝒐𝒓
 
burada D
or 
və d
or
- uyğun olaraq bərk maddə hissəciklərinin xırdalanmadan əvvəl 
və xırdalanmadan sonrakı orta ölçüləridir; mm 
Bərk maddə hissəciklərinin orta ölçüsü labaratoriya şəraitində xüsusi ələk 
analizi vasitəsilə təyin edilir. 
Qeyd etmək lazımdır ki, bərk maddələrin xırdalanması ən cox enerji sərf 
edən proseslərdəndir. Ona görə də bu prosesi apararkən enerji sərfinə qənaet etmək 
günün ən vacib məsələsi kimi qarşıda dayanır, odur ki, belə hallarda aşağıdakı 
texniki şüarı rəhbər tutmaq lazımdır. 
“Heç bir əlavə şeyi xırdalamamaq” ! Bu o deməkdir ki; bərk maddəni 
xırdalayarkən prosesi bir neçə mərhələ də aparmaq lazımdır. Əvvəlcə böyük 
maddə tikələri kobud xırdalanır, sonra orta dərəcəli tikələrə xırdalanır daha sonra 
isə dəqiq xırdalanma dərəcəsinə malik olan maşınlarda xırdalanır. Hər mərhələdən 
sonra xırdalanmış hissəciklər ölçülərinə görə fraksiyalara ayrılır, iri hissəciklər 
növbəti xırdalanma prosesinə, xırda hissəciklər isə sənaye proseslərinə göndərilir. 
Xırdalanmış bərk maddə hissəciklərini ölçülərinə görə fraksiyalarına 
ayırmaq mexaniki ələklərin , xəlbirlərin və pnevmatik üsulla işləyən seperatorların 
köməyi ilə yerinə yetirilir. 
Bərk maddələrin bir yerdən başqa yerə nəql edilməsi mexaniki 
transpartyorlar, elevatorlar və pnevmatik nəqletmə vasitələrindən istifadə olunur. 
Proseslərin hər bir əsas sinfinə daxil olan fərdi proseslər eyni 
qanunauyğunluğa tabe olur və proseslərin təsnifatına uyğun olaraq aparatlara da ad 
verilir. 
Kimyəvi texnoloji proseslər aparılma üsullarına görə iki qrupa bölünürlər: 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin