Maddələrin əsas fiziki – kimyəvi xassələri Mayelərin mexanikasını hidravlika elmi öyrənir. Bu elm mayeləri, qaz və buxarları
ümumiləşdirərək onları ümumi halda maye adlandırır və öyrənir. Məlumdur ki,
təbiətdə külli miqdarda müxtəlif xassəli mayelər mövcuddur, bunların xassələrini
öyrənmək mürəkkəb və çox çətindir. Bu çətinliyi aradan qaldırmaq üçün ideal
maye anlayışından istifadə olunur. Təbiətdə və texnikada ideal maye yoxdur, ideal
maye dedikdə elə mayelər nəzədə tutulur ki, onlar təzyiqdən sıxılmır, temperaturun
təsirindən genişlənmir, daxili sürtünməsi yoxdur və onları bir-biri ilə qarışdırdıqda
həll olma istiliyi ayrılmır.
Real mayelər xassələrinə görə ideal mayelərdən az və ya çox dərəcədə
fərqlənirlər, onların arasında yaranan bu fərqi təcrübə yolu ilə təyin etmək olar. Bu
fərq məlum olduqda onu nəzərə almaqla ideal maye qanunlarını real mayelərə
tətbiq etməklə real mayelərin xassələrini öyrənmək olar.
Real mayelər xassələrinə görə iki qrupa bölünür: damcılı və elastik mayelər.
Damcılı mayelər təzyiqin təsirindən olduqca az sıxılır və genişlənir ki, onu təcrübi
olaraq nəzərə almamaq olar. Ona görə də damcılı mayeləri sıxılmayan maye kimi
qəbul etmək olar, lakin temperaturun təsirindən damcılı mayelər nəzərə çarpacaq
dərəcədə sıxılır və genişlənir. Ona görə də texnoloji hesablamalarda təzyiqin təsiri
nəzərə alınmadığı halda, temperaturun təsirini nəzərə almaq lazımdır.
Elastik mayelər isə qaz və buxarlardan ibarət olub, təzyiq və temperaturun
təsiri nəticəsində geniş intevalda sıxılır eləcə də genişlənirlər. Real mayerləri
öyrənmək üçün onların bir sıra xassələri ilə tanış olaq:
Mayelərin sıxlığı . Vahid həcmin kütləsinə sıxlıq deyilir,
𝜌
ilə işarə olunur
𝜌 =
𝑚
𝑉
, kq/m
3
burada m – mayenin kütləsidir, kq; V – həcmi sərfidir, m
3
.
Hesablama zamanı damcılı mayelərin sıxlığına təzyiqin təsiri nəzərə alınmır,
temperaturun dəyişməsindən damcılı mayelərin sıxlığı xətti dəyişir və aşağıdakı
düsturla hesablanır.
ρ
t
=
𝜌
1
– α( t – t
1
)
, kq/m
3
ρ
t
və ρ
0
– verilmiş t
0
və tələb olunan t temperaturda mayenin sıxlıqlarıdır ,
kq/m
3
; α – mayenin həcmi genişlənmə əmsalı olub , karbohidrogenlər üçün
Kusakovun emprik düsturu ilə hesablanır
α = 1,828 – 0,00132ρ
t0
Damcılı mayelərin sıxlıqları onun əsas xassələrindən biridir, təcrübə yolu ilə
laboratoriya şəraitində piknometr üsulu ilə təyin olunur və sorğu ədəbiyyatında
verilir.
t
0
–normal şəraitdə mayenin temperaturudur,
o
S