Aromatik karbohidrogenlər mövzusunun tədrisi
Mövzu: Aromatik karbohidrogenlər
Məqsəd: Aromatik karbohidrogenlərin alınma üsulları, fiziki və kimyəvi xassələri və adlandırılması haqqında şagirdlərin məlum biliklərini yada salmaqla əlavə olaraq yeni bilik və bacarıqlara yeyələnmələrinə nail olmaq.
Strateqiya: Problemli şərh, fəndaxili inteqrasiya, fəal interaktiv təlim, müstəqil işlər (qruplarda əməkdaşlıq)
Resurslar: benzol, toluol, ksilol, etilbenzol
Dərsin gedişi: Sinifin təşkili aparıldıqdan sonra müəllim şagirdlərin yeni mövzuya maraqlarını və həvəslərini yaratmaq üçün bildirir ki, bu günkü dərsimizdə aromatik karbohidrogenlər, onların tərkibi, təsnifatı, xassələri haqqında nəzəri və təcrübi məlumatları öyrənməliyik. Bunun üçün əvvəlki dərslərinizdə öyrəndikləriniz məlumatları da yada salmalısınız. Evə verilmiş tapşırıqların necə mənimsənilməsini müəyyən etmək üçün şagirdlərə dörd variantda sorğu vərəqləri verilir. Şagirdlərin hər variantdan beş suala cavab verməli bildirilir. Hər bir şagird on sualdan istədiyini seçib ona cavab verə bilər.
Suallar paylanılır və 15 dəqiqə vaxt verilir. Cavablar hazır olduqdan sonra toplanılır və dərsdən sonra yoxlanılıb qiymətləndirilməsi bildirilir.
Yeni mövzunu şagirdlər qruplarda onlara verilən iş vərəqləri əsasında öyrənirlər. Müəllim şagirdlərə bildirirki verilən suallara cavab hazırlamaq üçün əvvəlki dərslərinizdən olan məlumatlardan istifadə etməyə çalışın.
Qruplarda verilən suallar ətrafında şagirdlər müstəqil olaraq axtarış edirlər və cavab hazırlayırlar.Hər qrupun şagirdlərinin cavabları səliqə ilə lövhədə yazılır və yerində oturan şagirdlər də kimya dəftərlərinə bunları yazırlar.
Müəllim şagirdlərin öyrəndiklərini ümumiləşdirmək məqsədi ilə qeydlər edir.
Aromatik karbohidrogenlərin tədrisi zamanı zəhərli kimyəvi maddələr haqqında anlayış verərkən heksaxloranın alınması və tətbiqi müxtəsər qeyd edilməlidir. Ərzaq proqramının həyata keçirilməsi və kənd təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında hökumətimizin qərarı ilə əlaqədar olaraq, kimya dərslərinin kənd təsərrüfat istühsalatı ilə əlaqələndirilməsi böyük əhəmiyyət kəsb edir. Kənd təsərrüfat bitkilərtinə zərərverən həşaratlarla mübarizədə işlədilən və geniş istehsal olunan qüvvətli zəhərli maddələrdən biri heksaxlorsikloheksan və ya heksaxlorandır. Heksaxloran ultrabənövşəyi şüalarla zəngin işığın təsirilə benzol buxarları ilə xlor arasında gedən reaksiya nəticəsində alınır:
C6H6 + 3CI2 →C6H6CI6
Göründüyü kimi, proses zamanı ikiqat rabitələrin qırılması hesabına hər benzol molekuluna 6 atom xlor birləşərək, kristal maddə əmələ gəlir. Heksaxloranın tətbiqindən danışarkən, ondan ancaq norma daxilində istifadə olunmasının vacibliyi qeyd edilməlidir. Əks halda ətraf mühit zəhərlənə bilər ki, buna da indiki dövrdə qətiyyən yol verilmir.
Aromatik karbohidrogenləri keçəndə üzərində dayanılması vacib hesab edilən ikinci mühüm məsələ görkəmli rus alimi, akademik N.D.Zelinski və onun şagirdlərinin kəşf etdikləri qeyri-aromatik birləşmələrdən aromatik karbohidrogenlərin alınmasıdır Bu prosesdə qeyd edilməlidir ki, aromatik karbohidrogenlər əsasən daş kömür ziftinin distilləsindən alınırdı. Bu mənbə isə benzol, toluol, fenol, naftalin və s. kimi geniş tətbiq olunan aromatik maddələrə olan tələbatı heç cür təmin edə bilmirdi. Vəziyyətdən yeganə çıxış yolu sintetik üsulla aromatik karbohidrogenlər almaqdan ibarət idi. Akademik Zelinski və onun məktəbinin tələbələri neftin emalı zamanı ayrıdan tsikloheksanı və onun homoloqlarını platin, nikel və s. katalizatorların iştirakı ilə 3000 C temperatura qədər qızdırmaqla aromatik birləşmələr almışlar. Az sonra akademik B.A.Kazanski platin katalizatoru iştirakı ilə doymuş karbohidrogenləri 3500 C -yə qədər qızdırmaqla, onları aromatik birləşmələrə çevirməyə nail olmuşdur.
C6H14 C6H6 + 4H2
Tənlikdən göründüyü kimi, bu zaman açıq zəncir qapanır və buna görə də daha çox hidrogen ayrılır. Bu reaksiyaların (heksanın və tsikloheksanın aromatikləşdirilməsi prosesinin) öyrədilməsi bir də ona görə çox mühümdür ki, karbohidrogenlərin müxtəlif sıraları arasında qarşılıqlı əlaqə və birindən digərinə keçid olduğunu şagirdlər dərk edirlər.
Aromatik karbohidrogenlərin sintezi sahəsindəki nailiyyətlərdən biri də N.D.Zelinski və B.A.Kazanski tərəfindən benzolun alınmasıdır. Onlar asetileni 6500C temperatura qədər qızdırılmış aktivləşdirilmiş kömür üzərindən keçirməklə onu polimerləşdirib aromatik karbohidrogenə çevirmişlər:
. Müəllimin bu məlumatı diskidə əsaslarla əlaqədar materialı nümayiş etdirməklə aparılır. Diskdə aromatik karbohidrogenə tərkibi, alınma üsulları, kimyəvi xassələri ilə əlaqədar maraqlı təcrübələr və əyani vasitələr vardır. Dərsdə diskin nümayiş etdirilməsi şagirdlərin maraqlarına səbəb olur.
Növbəti dərsdə şagirdlərin verilmiş tapşırığa necə hazırlaşmasını test üsulu ilə yoxlanması onlara əvvəlcədən tapşırılır. Sinifdə şagirdlərin hazırlıq səviyyələri müxtəlif olduğundan suallar da müxtəlif səviyyədə hazırlanmalıdir. Testlərin hazırlanması üçün qiymətləndirmə standartları müəyyən olunmalıdır.
Dostları ilə paylaş: |