Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Slavyan Universiteti SƏRBƏst iŞ



Yüklə 220,9 Kb.
səhifə1/10
tarix13.12.2023
ölçüsü220,9 Kb.
#176193
  1   2   3   4   5   6   7   8   9   10
edebiyyat (1)


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi


Bakı Slavyan Universiteti

SƏRBƏST İŞ

Fakültə : Filologiya


İxtisas :Azərbaycan dili və ədəbiyyat müəllimliyi
Qrup : AM102
Fənn : Şifahi xalq ədəbiyyatı
Müəllim : Leyla Məmmədova
Tələbə : İslamova Gülər

Bakı-2022


Mövzu 1 : Arxaik folklor janrları : sınama,ovsun,alqış,qarğış
"Folklor" termini (İngilis folklorşünaslığı "xalq müdrikliyindən") Avropada 18-19-cu əsrlərin əvvəllərində meydana gəldi. Rusiyada, XIX əsrin 30-cu illərindən bəri fəal şəkildə istifadə olunur.Uzaq tarixi keçmişdə bir neçə on (və ya yüz) il ərzində xalqdan naməlum müəlliflər qrupu tərəfindən yaradılmış ədəbi və musiqi əsərləri (mahnıları, rəqsləri) haqqında fikirləri ümumiləşdirdi.İyirminci əsrə qədər sənətkarlıq və memarlıq yaradıcılığı əsərlərinə folklor da deyilirdi. Sadə dillə desək, folklor şifahi xalq sənətidir. “Folklor” termini Azərbaycan alimləri tərəfindən XIX əsrdən işlədilməyə başlamışdır. İlk olaraq məşhur Azərbaycan alimi Əhməd Ağaoğlunun yazılarında bu sözə təsadüf edilməkdədir.
Azərbaycan folkloru janr zənginliyinə malikdir. Folklor janrları arxaik və çağdaş janrlar kimi iki yerə bölünür. Arxaik folklor janrlarında sınamalar, ovsunlar, fallar, andlar, dualar, alqışlar və qarğışlar geniş yer tutur. Ancaq bu bölgü şərtidir; belə ki, folklorun yaranma prosesi bütün tarix boyu getdiyindən, bu janrlara da müntəzəm olaraq yeni-yeni örnəklər əlavə olunur.
Ovsunlar – arxaik janrlardan biridir. Ümumiyyətlə, qədim insanlar ayrı-ayrı güclərə – təbiətdə baş verən hadisələrə, xəstəliklərə qalib gəlmək üçün müxtəlif vasitələrlə təsir etmək istəmişlər. Ayrı-ayrı əşyaların magik gücünə inanmış, onlardan bəd ruhları uzaqlaşdırmaq məqsədilə istifadə etmişlər. Beləliklə, bu gün də geniş yayılmış olan gözmuncuqları, amuletlər, bəzi ağacların (məsələn, dağdağan) meyvələri, müxtəlif heyvanların sümükləri (məsələn, canavarın və ya itin dişləri) və sairənin onları qoruyacaqlarına inanmışlar. Xaosa aid olan qeyri-adi varlıqların (cin, şeytan, iblis və s.), eyni zamanda bir sıra heyvanların ram edilməsi üçün ən sehrli vasitə isə söz olmuşdur, deyə bilərik. Qədim insanlar magik sözlərdən istifadə etməklə bu güclərdən qoruna biləcəklərinə inanmışlar və bu günkü yaşantılarımızda hələ də belə mətnlər söylənməkdədir. Fövqəltəbii qüvvələrin ram edilməsi üçün istifadə olunan belə mətnlər ovsunlar adlanır.
Andlar – arxaik janr olsa da, demək olar ki, onlar haqqında yalnız son illərdə daha geniş tədqiqatlar aparılmağa başlanmışdır. Andlar şəraitdən asılı olaraq müxtəlif formalarda meydana çıxır. İlk növbədə hər kəsin daha çox ünsiyyətdə olduğu ən müqəddəs varlığa – Tanrıya and geniş yayılmışdır.Folklor mətnlərində andın müxtəlif formaları öz əksini tapmışdır. Qılınc (altından keçirməklə kimisə bağışlamaq, gözəl bir xanımla qəhrəman arasına qoyulanda daha fərqli), barmağı çərtib qan qardaşlığı yaratmaq, bəzən sirri saxlamaq üçün müxtəlif əşyalardan istifadə ilə (nara iynələri sancmaq, soğanı soymaq və s.) and içməyə nağıl və dastanlarda rast gəlmək mümkündür.
Dualar da son illərdə diqqət mərkəzində olan arxaik janrlardan biridir. Məzmununa görə iki cür ola bilər: xoş arzuları ifadə edərsə, dua və ya alqış, əks məqsədlə işlədiləndə bəddua, yaxud qarğış kimi meydana çıxır. Dualar (alqışlar) da Tanrıya, müqəddəslərə (Allah qorusun! Əli köməyin olsun! və s.) xitabən olduğu kimi şəxsi də məzmun daşıya bilər (Xöşbəxt ol! Su kimi ömrün uzun olsun!).
Qarğışlar, dualar, alqışlar təbiət, cəmiyyət hadisələrinə münasibətlərində yaranması və etiqadlarının ifadəsidir. Yəni dualar zaman və məkandan asılı olmayaraq, birinin başqasına uğur istəyi ilə deyilir, söylənilir. Bu səbəbdən mərasim, mərasim ayini növü ola bilmir. Bununla belə, bir sıra hallarda mərasimlər, ayinlər keçirilən vaxtlarda da, söylənilir. Sözün sehr gücünə inamı əks etdirən "alqış" və "qarğış"ın yaranması əski mifoloji təsəvvürlərlə bağlıdır. Bəllidir ki, ruhlar bir varlıq kimi zənn edilməklə, ibtidai dünyabaxışı sistemində "xeyirxah" və "bədxah" deyə iki qismə ayrılır. Elə "alqış"dakı "al" da, "qarğış"dakı, əslində, "qara" da ruh adlarıdır. Bunlardan birincisi uğurun, ikincisi isə uğursuzluğun rəmzidir. Sözsüz, bu adların hər ikisində çoxmənalılıq da vardır. məişətdə alqış və qarğışlar insanların arzu və istəklərinin həyata keçəcəyi inamı ifadə edir. Alqış və qarğışların söylənilməsi üçün bəzən qabaqcadan zəmin, şərait hazırlanır. Belə halda mifoloji obrazlara da müraciət olunur. Bu baxımdan, Yel baba, Xızır baba, Əkinçi (Cütçü) baba, Dağ baba, Şah baba, Piri baba, Ata baba, Aran baba, Baba Sücəddin, Baba Dərviş, Aldədə və b. bu sıradan olanlar ayrıca maraq doğurur

Yüklə 220,9 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin