Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Slavyan Universiteti SƏRBƏst iŞ



Yüklə 220,9 Kb.
səhifə7/10
tarix13.12.2023
ölçüsü220,9 Kb.
#176193
1   2   3   4   5   6   7   8   9   10
edebiyyat (1)

Mövzu 7: Aşıq Alının lirikası
Aşıq Alı 1808-ci ildə Qızılvənd kəndində anadan olmuş ,1920-cu ildə həmin kənddə dünyasını dəyişmişdir.Dövrünün tanınmış sənətkarı olan Aşıq Alı Ələsgərin ustadı olmuş,zəngin yaradıcılıq ənənələri ilə böyük ad-san qazanmışdır.
Aşıq Alı lirik duyğuların böyük nəğməkarı idi.O,insanın hiss və həyəcanlarını nəzmə çəkir,həyat həqiqətlərinin yüksək poetik tərənnümündə insanın qəlbi saflığı,büllurluğu ilə könülləri vəcdə gətirir,sadə,şirin bir dillə qəmini,kədərini dünyaya car edirdi:
Yar yanımda günahkaram,
Doğru sözüm yalan oldu.
Yeriş etdi qəm ləşkəri,
Könlüm şəhri talan oldu

Bax bu qaşa,bax bu gözə,


Yandı bağrım,döndü közə.
Keçən sözü vurma üzə,
Keçən keçdi,olan oldu.
Aşıq Alının lirikası son dərəcə həzin,dünya həqiqətlərini vəsf eləyən bir lirikadır.O,məzmunca dolğun,mənaca dərindir.Aşıq Alı insanın,bir fərdin deyil,dünyanın qəmini çəkən,dünyəvi dərdləri tərənnüm edəndir.O,insanların qovuşacağı yaza-böyük yaradnın dərgahına bir gün gəlib qovuşacağına əmindir,ona görə də ölümü haqq kimi qəbul edir,insanları dünya nemətlərinə çox da həris olmamağa çağırır,hər şeyin müvəqqətiliyinə onları inandırmaq istəyir.Bu,təriqət görüşlərindən uzaqlaşıb dünya həqiqətlərini repertuarına gətirən Aşıq Alı şeirində bütöv və kamil halda görürük.
Aşıq Alının “Bənzərsən”, “Bu gün”, “Dedi”, “Dolandırır”, “Düşər”, “Keçdi”, “Qızların” və başqa qoşmaları, “Ayaq almasın”, “ Başabaş təcnisləri”, divaniləri onun dövrünün qüdrətli söz ustası olduğunu göstərir. Aşıq Alının adı Göyçə aşıq şerinin sənətkarlıq baxımından yüksəliş mərhələsi ilə bilavasitə bağlıdır. O, aşıq məktəbini məzmun etibarı ilə təriqət təsirlərindən təmizlənib ozan ifaçılığı ənənələri səmtinə yönəlməsində, dünyəvi görüşlərin aşıq şerinə gəlməsində mühüm rol oynamışdır. O, aşıq şerinə məzmun gözəlliyi, məna dərinliyi, lirik duyğuların yüksəK poetik tərənnümünün ən yaxşı nümunələrini gətirmişdir. Göyçə aşıq şerində real insan gözəlliklərini əks etdirən lövhələr yaratmışdır. Aşıq Alı milli dəyərlərə, xüsusilə islami baxışlara yaxından bələd olmuş, bu böyük dəyərin insanları birliyə, səadətə, ədalətə çağıran görüşlərini bər-bəzəksiz öz elinə, camaatına təlqin etmiş, insanları düzlüyə və rəhmə çağırmışdır. Ustad sənətkarın öz dövründə qoşub düzdüklərinin böyük əksəriyyəti bizə gəlib çatmasa da o, Təbriz, Anadolu, bir sıra hallarda Şirvan aşıq məktəblərinin müəyyən əlamət və xüsusiyyətlərini mənimsəməklə aşıq şerində yeni ənənələr yaradıb onu Göyçə aşıqlarına ərməğan edə bilmişdi. Aşıq Alının bizə gəlib çatan az bir qism şeri onun qüdrətli sənətkar olmasını təsdiqləməyə kifayət edir.
Aşıq Alı tərəfindən əsası qoyulan yaradıcılıq ənənələri Göyçəyə bədahətən yaranan şer silsiləsi) şairlik səriştəsi gətirdi. Göyçə yazı da, qışı da füsünkar gözəlliklərlə dolu bir məkan idi. Onun xəfif mehi,buz bulaqlarının sərin suyu başdan-ayağa sözlü-nəğməli,ruhlara süzülüb axan bir şeiriyyət idi.Bu şeiriyyət ana təbiətinə vurğun cavanları,Göyçə gözəllərinə aşiq olanları saza-sözə bağladı,şair etdi ,aşıqlıqla şairliyi çarpazlaşdırdı.Şair Məmmədhüsey,Şair Alməmməd,Şair Aydın və başqa bu kimi sənətkarlar Aşıq Alı ənənələrini təkcə bərqərar etmədilər,daha poetik bir yaradıcılıq ənənəsi formalaşdırdılar.


Yüklə 220,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin