Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Slavyan Universiteti SƏRBƏst iŞ



Yüklə 220,9 Kb.
səhifə2/10
tarix13.12.2023
ölçüsü220,9 Kb.
#176193
1   2   3   4   5   6   7   8   9   10
edebiyyat (1)

Mövzu 2 : Mərasim nəğmələri
Mərasim nəğmələri iki yerə ayrılır: mövsüm mərasimləri, məişət mərasimləri.
Xalqın məişəti, güzəranı ilə bağlı olan mərasim nəğmələri qədim insanlar tərəfindən müxtəlif mərasimlərdə ifa edilmişdir. Elçilik, nişanlanma və toy zamanı şadlıq nəğmələrinin oxunması, yas mərasimlərində ağıların söylənilməsi adəti indi də qalmaqdadır. Toy nəğmələrində xalqımızın ailə, məhəbbət, sədaqət kimi mənəvi dəyərlərindən söz açılır, yeni qurulan ailənin xoşbəxtliyi ilə bağlı diləklər ifadə olunur:
Zülf töküb üzə dilbər,
Çıxıbdı düzə dilbər,
Duvaq salın üzünə
Gəlməsin gözə dilbər.
Mərasim nəğmələrinin bir növü olan ağılar insan ölümü, faciəsi ilə bağlı nəğmələrdir. Bu nəğmələrdə yaxın, doğma adamların ölümündən doğan dərin kədər, qəm hisləri ifadə olunur:
Mövsüm mərasimləri daha çox ilin müəyyən fəsillərində, aylarında keçirilən mərasimlərlə bağlıdır. Məsələn, "Xıdır nəbi" mərasimi, "Kosa-kosa" mərasimi, yağış çağırma və yağış çox yağdığı zaman "Qodu-qodu" mərasimi və s. Məişət mərasimləri insanın doğulması, evlənməsi və vəfat etməsi ilə əlaqədar olan prosesləri əhatə edir. Bu zaman adqoyma, elçilik, nişanlama, xınayaxdı, toy, yaş kimi mərasimlərdə müəyyən məişət mərasim nəğmələrindən istifadə olunur. Məsələn:
Gəlin, gəlin, qız gəlin,
İnciləri düz, gəlin.
Yeddi oğul istərəm,
Sonbeşiyi qız, gəlin.
Mövsüm bayramlarının hər bir mövsüm qurtarıb yeni mövsüm başlanmasını göstərən müəyyən bir bitkinin,heyvanın,mövsümün özünə olan münasibətin ona həsr edilməsi yolu ilə ifadəsindən ibarət olduğunu ehtimal edir.Mövsüm nəğmələrinin bu şəkli totemlərdən fərqlənir.Belə ki,onlar sadəcə olaraq müəyyən bir mövsümü təmsil edir.Folklorşünasın fikrincə,xalqın səməniyə nə dərəcədə müqəddəs bir amil kimi baxdığı “ Səməni saxla məni” nəğməsinin ilk misralarında açıq şəkildə görünür.
Toy və yas mərasimlərinin ,eləcə də onlarla əlaqədar olan məişət nəğmələrinin mərasim və mövsüm nəğmələrinə nisbətən daha sonrakı dövrlərə aid olduğunu göstərən M.H.Təhmasib bunlarda animist baxışın və magik münasibətin öz şəklini dəyişmiş,məişət məsələləri ilə uyuşdurulmuş bir halda qalıqları əlamət və izlərinin yaşadığını qeyd edir.Bunu Novruz bayramına aid su üstünə getmək adətində və orada oxunan nəğmələrdə görmək olar.Yeni ilin ilk günü səhər tezdən suyun kənarına getmək,suyun kənarında xüsusi nəğmələr oxuyub can sağlığı,toy arzulamaq,şənlik etmək və s.hadisəyə əfsunkar münasibətin özünəməxsus bir təzahürü kimi qiymətləndirmək olar. “ Vəsfi-hal”ın məişət nəğməsi olduğunu və bunun Novruzla əlaqələndirilməsi təsadüfi deyildir.
M.H.Təhmasib xalqımızın mənəvi mədəniyyətinin mühüm hissəsi olan adət, ənənə, mərasim və bayramlarımızın çoxçeşidli, çoxşaxəli, həm də mürəkkəb olduğunu, burada ən qədim dövrlərin ibtidai görüşləri ilə bağlı adətlər, ənənələr olduğu kimi, orta Əsrlərin siyasi, ictimai, fəlsəfi, dini görüşləri ilə əlaqədar, habelə bugünki həyatımızın yaratdığı adət, ənənə və mərasimlərin də olduğunu qeyd etmək lazımdır. Bunlardan bəzilərinin unudulduğunu, bəzilərinin hələ yaşamaqda olduğunu, bəzilərindən isə müəyyən izlər, əlamətlər qaldığını yada salır, bir çox nümunələrin, o cümlədən bayatıların bunları özündə saxlamaqda olduğunu göstərir.



Yüklə 220,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin