Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Slavyan Universiteti SƏRBƏst iŞ


Mövzu 3 : Əfsanə və rəvayətlər.Oxşar və fərqli cəhətlər



Yüklə 220,9 Kb.
səhifə3/10
tarix13.12.2023
ölçüsü220,9 Kb.
#176193
1   2   3   4   5   6   7   8   9   10
edebiyyat (1)

Mövzu 3 : Əfsanə və rəvayətlər.Oxşar və fərqli cəhətlər
Folklorun epik qolunun ənənəvi janrı sayılan əfsanə latın dilində leqenda anlamını daşıyır. Əfsanə geniş mənada ədəbi növ kimi orta yüzilliyin Avropa ədəbiyyatında VI yüzillikdən başlayaraq yazılı ədəbiyyatın aparıcı janrlarından biri kimi geniş yayılmışdır. Poetik söz sənəti — folklorda isə əfsanə şifahi xalq hekayəti ənənəsinə daxildir. Bu baxımdan, əfsanəmin əsas məğzini o hekayətlər təşkil edir ki, onun əsasında möcüzə, söyləyici, yaxud dinləyicilər tərəfindən təsdiq olunmuş, inanılmış tərzdə anlaşılan bir obraz yəqin edilsin. Bununla da rəvayətlərdən fərqli olaraq əfsanələr həmişə öz fantastik məzmun çalarına görə seçilir. Onlar həm keçmişdə diaxronik, həm hazırda, həm də gələcəkdə — sinxronik baş verən hadisələr kimi söylənilir.
Azərbaycan şifahi ədəbiyyatında özgə xalqların folklorunda olduğu kimi, əfsanələr bir janr kimi əsasən kosmoqonik, toponomik, etnoqrafik, dini, tarixi, qəhrəmanlıq səciyyəs daşıyır. Müstəqil janr kimi özünəməxsus xarakterik xüsusiyyətlərə malik əfsanələrin mətni sabit olmur, süjet isə bütöv yox, yarımçıq, yaxud bir parça, kəsik, epizodik şəkildə təqdim edilir.Folklorun özgə janr və növləri kimi əfsanələr də həm tarixi qaynaqlarda - salnamə, xronika, əlyazmalarında qorunub saxlanmış, həm də şifahi gələnəkdə - dildə-ağızda dolaşa-dolaşa zəmanəmizə qədər gəlib çatmışdır. Ayrı-ayrı yüzilliklərin ictimai-siyasi hadisələrini əks etdirən tarixi əsərlərdə özü nə yer tapmış əfsanələr yazılı məxəz kimi az da olsa məxsus olduğu janrın səciyyəvi əlamətlərini hifz edə bilmişdir.
Tarixi xronolji baxımdan kosmoqonik əfsanələr daha qədim çağlarda formalaşmışdır.Səma cisimləri ilə bağlı yaranmış ayrı-ayrı əfsanələrdə xalqın kosmoqonik görüşləri üstün yer tutur.Əfsanələrin çoxunda çevirmələr aparıcı rol oynayır.Bunun nəticəsində əfsanə rəvayətə,rəvayət əfsanətə çevrilə bilir.Bu isə hər iki janrın oxşar cəhətidir,onların janrdaxili və funksional xüsusiyyətlərini ortadan götürür.İnsanların pişiyə dönüb onlarla birgə yaşaması,pişiyin cinə,başına qurd donu düşən kimsənin adamcıla,adamcılın yenidən insana,insanın qıza,qızın qızıla dönmələri kimi motivlərlə bağlı olan örnəklərdə əfsanələrə məxsus səciyyəvi əlamətlər qorunsalar da,onlar rəvayət ünsürlərindən kənarda qalmamışlar.
Rəvayətlər çox da geniş süjet xətti olmayan,nisbətən yığcam çərçivəli məzmunu ilə çevrələnən folklor janrı sayılır.Obrazların az sayda olmasına görə seçilir.Əksəriyyəti yerli zəminlə bağlanan hadisələr,ayrı-ayrı kimsələr,müxtəlif təsəvvürlərlə bağlı poetik macəralar rəvayətlərin formalaşmasında gərəkli rol oynamışlar.Folklorun özgə janrları kimi rəvayətlər tarixi,sosioloji,etnik,məişət mövzuları ilə sıx bağlıdır.Epik qolun əfsanə janrından fərqli olaraq rəvayətlət başlıca olaraq dinləyicilərə daha çox dünyəvi,tarixi,dini və həyat tərzi ilə bağlı biliklər aşılayır.
Rəvayətlər müxtəlif şəkillərdə qruplaşdırılmışdır.Rəvayətləri etnoloji,esxatolo-ji,tarixi-mədəni bölmələrdə təsnif etməyə üstünlük verilir.Bu janra dair örnəklər kosmoqonik,etnoqonik,toponomik,tarixi,utopik-sosial,dini və s.növlər şəklində də qruplaşdırılmışdır.Elə rəvayətlər vardır ki,onlar mövzu və ideyalarına görə daha çox beynəlxalq mahiyyət daşıyır.Süjet və motivləri,mövzu və obraz etibarilə bu rəvayətlər əksər xalqlar arasında eyni səciyyə kəsb edir.Kainat,Ay,Günəş,ulduzlar haqqında olan kosmoqonik rəvayətlər,əksər xalqlarda eyni məzmuna malikdir.Rəvayətlərin müəyyən qismi isə məzmun baxımından alınma,gəlmə səciyyəsi daşıyır..Azərbaycan rəvayətlərinin səciyyəvi xüsusiyyətlərindən asılı olaraq bu cür qruplaşdırıla bilər.
1.Etimoloji rəvayətlər-İnsan,yer ,ayrı-ayrı əşya və predmetlərin adlarının yaranması,onların məna ,məzmun açımı bu rəvayətlərin əsas məğzini təşkil edir.
2.İzahlı rəvayətlər-Bu qrup rəvayətlərdə kainatın,dünyanın,Günəşin,ayın,ulduzların yaranması,dağların,dərələrin ,göllərin və s.meydana gəlməsi,insanın onlarla münasibəti,insanın həyatla,məişətlə bağlı bilikləri və s.bu kimi cəhətlər təqdim olunur.
3.Real və yarımtarixi şəxsiyyətlərlə bağlı rəvayətlər-Başlıca olaraq tarixi kimsələrin həyatları ilə bağlı süjetlər mühüm yer tutur.


Yüklə 220,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin