Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Slavyan Universiteti SƏRBƏst iŞ


Mövzu 10: Xalq nağıllarının yazılı ədəbiyyata təsiri



Yüklə 220,9 Kb.
səhifə10/10
tarix13.12.2023
ölçüsü220,9 Kb.
#176193
1   2   3   4   5   6   7   8   9   10
edebiyyat (1)

Mövzu 10: Xalq nağıllarının yazılı ədəbiyyata təsiri
Nağıllar – epik növün ən geniş yayılmış janrlarındandır. Folklor ənənəsi mədəni yaddaşla əlaqəli olub, genetik bağlılıq kimi nəsillərdən – nəsillərə ötürülən mətnləri ilə yazılı ədəbiyyatın əsas qaynaqlarından birinə çevrilir. Azərbaycan ədəbiyyatında folklor motivlərinin şaxələndiyi janrlardan biri də nağıllardır.. XIX əsrin sonu XX əsrin əvvəllərində yaranan istər mənzum, istərsə də mənsur hekayələrdə əfsanələrlə, nağıllarla bütünləşən məzmun və forma birliyi ədəbiyyatşünaslığın müasir mərhələsindən dəyərləndirdikdə yeni nəticələr əldə olunur. Nağıllar XX əsr Azərbaycan ədəbiyyatında nəsrin bütün ağırlığını öz üzərində aparmışdır. A.Divanbəyoğlu, E.Sultanov, N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə və b. yaradıcılığında hekayə janrında yazılan əsərlərdə xalqın adət-ənənəsindən, dünyagörüşündən qaynaqlanan, həmçinin müasirləşən dünya ilə ayaqlaşmayan, cəmiyyətin inkişafına mane olan qüvvələr, cəhalət və nadanlığın təsviri geniş vüsət tapmışdır.
Eynəli bəy Sultanov hekayələrində folklor elementlərinə, obrazlarına geniş yer vermişdir. “Dinsizin öhdəsindən imansız gələr”, “Seyidlər”, “Acı masqara”, “Arxı keç, sonra bərəkallah deyərsən”, “Çadra altında”, “Kürd qızı” hekayələrində nağıl, lətifə və dastanlarda işlənən motivlərə üstünlük vermişdir.
Yazılı ədəbiyyatda nağıl strukturuna və geniş yayılan motivlərə yaradıcı yanaşan müəlliflərdən biri də Süleyman Sani Axundovdur. Yazıçının “Qorxulu nağıllar” adı altında yazılan hekayələrində mifoloji mətnlərdən və rəvayətlərdən motiv, obraz, süjet kimi qaynaqlanması inkarolunmazdır. Xüsusən müəllifin “ Əhməd və Məleykə” hekayəsi dini rəvayətlərdə Xızır peyğəmbərin adı ilə keçən məlum süjet üzərində qurulmuşdur. S.S.Axundov real ictimai vəziyyətdən doğan problemləri şəhərə çörək pulu dalınca gedən Nurəddinin və onun ailəsinin faciəsi fonunda əks etdirsə də, xalq əfsanə və nağıllarında tez-tez qarşılaşdığımız nurani qoca, uzun yoldan gələn səyyah və s. bu kimi obrazlardan birinin yardımı finalda xoşbəxt sonluğa çevirir. Bacadan atasız qalmış Əhməd və Məleykəyə ruzi göndərən səyyah Cəmaləddin dini rəvayətlərdəki Xızırın funksiyasını daşıyır. Süleyman Sani Axundovdun “Əhməd və Məleykə” hekayəsini yazılı ədəbiyyatdakı dini motivli nağıllar sırasına aid edə bilərik. Dini motivli nağılların öyrənilməsində Səlim Rəfiq Rəfioğlunun “Azərbaycan və Anadolu xalq hekayələrinin təhlili və müqayisəsi” adlı əsəri ilklərdəndir.
“Qorxulu nağıllar”ın strukturu altı ayrı-ayrı nağıldan ibarətdir. Bu nağılları bir araya gətirən Hacı Səməd obrazıdır. Nağılçı funksiyasını öz üzərinə götürən Hacı Səməd hər nağılda övladlarına öyüd-nəsihət verir.
S.S.Axundovun “Yuxu” (1905) hekayəsində sehrli nağıllarda yer alan “yuxulama” , “daşlaşma” motivi yer alır. Nağıllarda “daşlaşma” funksiya etibarı ilə ölümə bərabərdir. Azərbaycan nağıllarından “Bənidaş şəhərinin sirri”ndə də daşa çevrilmiş şəhər təsvir olunur, burada ağaclar, evlər, insanlar, heyvanlar hamısı daşa dönür. S.S.Axundov nağıl süjetini yuxu elementi ilə birləşdirir. Yazıçı hekayədə nağıl strukturuna sadiq qalır. Nağıl texnikasına görə, sehrli hadisələr süjetin girişində verilməlidir. S.S.Axundov hekayəni “ Yuxumda özümü bir qaranlq yerdə gördüm” deyərək nağılçı funksiyasını təhkiyəçiyə deyil, hadisələrin iştirakçısına verir.
Y.V.Çəmənzəminli Azərbaycan folklorunun toplanması sahəsində xidmətləri olan ziyalılarımızdandır. “Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi” (1926), “Nağıllarımızı necə toplamalı” (1928), “Nağıllarımız barəsində bir-neçə söz” (1928) və s. məqalələrində müasir folklorşünaslığımızın təməli qoyulur.
XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında hekayə janrında qələmə alınan əsərlərdə xalqın zəngin şifahi söz sənətindən alınan obraz, süjet, motivlər sadəcə yeniləşməkdə olan dünyanın gətirdiyi fərqli baxış bucağı və ya müəllif ideyasının çatdırılmasında sadəcə bir detal deyildi, həm də bu yazıçıların içərisində formalaşdığı mühitin minillik mədəniyyətinin, adət-ənənəsinin, tarixinin bir parçası idi. Bu hekayələrdə, nağıllarımızda, dastan və lətifələrimizdə rastlaşdığımız obrazlar fərqli və ya yeni bir funksiya ilə qarşılaşırıq.


Yüklə 220,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin