İ stənilən məhsul istehsal yerinden istehlak yerinə çatdırıldıqdan sonra istehlaka hazır olur. Yük nəqliyyatında əmək obyekti yükdür. Bu obyekt nəqliyyat işçilərinin əməyi hesabına özünün fəzaca yerləşməsi dəyişir


Qorunma dərəcəsinə görə yüklər 3 kateqoriyaya bölünürlər



Yüklə 2,36 Mb.
səhifə3/5
tarix20.11.2023
ölçüsü2,36 Mb.
#165490
1   2   3   4   5
yük

Qorunma dərəcəsinə görə yüklər 3 kateqoriyaya bölünürlər.
1)Xüsusi qorunma şəraiti tələb edən 2)Qorunma şəraiti tələb edən 3)Qorunma tələb etməyən
Hazırlıq,saxlama,yükləmə,daşıma və boşaltma zamanı nəzərə alınan spesifik xassələrinə görə tez xarab olan,adi,antisanitar və diri halda daşınan yüklər vardır.
T əhlükəlilik dərəcəsinə görə yüklər 4 qrupa bölünür.
1)az təhlükəli 2)ölçülərinə görə təhlükəli 3)tozlanın və qaynar 4)təhlükəli
Təhlükəli yüklər 9 sinfə ayrılır
1 )partlayıcı maddələr 2)sıxılmış,maye və təzyiq altında mayeləşən qazlar 3)tez alışan maye və maye qarışıqları,həmçinin qapalı qabda özündən tez alışan buxar ayıran maddələr 4)daşıma zamanı sürtünmə,nəmliyin udulması,öz-özünə baş verən kimyəvi çevrilmələr,həmçinin qızma nəticəsində kənar alışdırma mənbələrindən alışa bilən tez alışan maddə və materiallar 5)rahat oksigen ayıra bilən oksidləşdirici maddələr və üzvi turşular 6)zəhərli və infeksiyon maddələr 7)radioaktiv maddələr 8)yeyici və korrozion maddələr 9)nəqletmə zamanı müəyyən daşıma və saxlama qaydaları tələb edən az təhlükəli maddələr

Nəqletmə və saxlanma zamanı yükün kütləsində kəmiyyət və keyfiyyət dəyişikliyi baş verə bilər.Adətən bu dəyişikliklər kənar amillərin təsiri ilə izah olunur.Bu amillərə yükün ətraf mühitlə qarşılıqlı təsiri,hərəkət və yükləmə-boşaltma işlərinin yerinə yetirilməsi zamanı yükə olan mexaniki təsirlər,hərəkət tərkibinin kuzası və anbar qurğularının nasazlıqları aid edilə bilər.Yüklərin keyfiyyətinə havanın rütubəti.temperaturu və qaz tərkibi,tozluluğu,mikrobioloji orqanizmlərin mövcudluğu və işıq böyük təsir edir.Göstərilən amillərin təsiri ilə yüklərdə müxtəlif biokimyəvi,fiziki-kimyəvi və bəzi məhsul növlərinə xas olan mikrobioloji proseslər baş verir.
Havanın rütubəti yüklərin keyfiyyətinə xeyli təsir göstərir.Quru hava yükün qurumasına səbəb olur və bəzi yüklərin texnoloji xassələrini və xarici görüşünü pisləşdirir.Rütubətli hava kiflənməyə və məhsullarda çürümə prosesinin inkişafına səbəb olur,yükün kütləsində öz-özünə qızmaya və nəticədə məhsulun xarab olmasına gətirən biokimyəvi prosesləri aktivləşdirir.

Yüklə 2,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin