ƏHLİ-SÜNNƏ VƏ camaatin rəHBƏr və başÇilari



Yüklə 1,13 Mb.
səhifə10/25
tarix14.01.2017
ölçüsü1,13 Mb.
#5115
1   ...   6   7   8   9   10   11   12   13   ...   25

10-ƏBU HÜREYRƏ DUSİ


O, Peyğəmbər (s)-in ömrünün axırlarında müsəlman olmuşdur. İbni Sədin “Təbəqat” kitabına əsasən doqquzuncu, ya onuncu yerdədir.

Hicrətin 7-ci ilinin axırlarında Allah Peyğəmbərinin yanına gəlmişdir. Beləliklə, tarixçilərin dediyinə görə onun Peyğəmbər (s)-lə bir yerdə olması üç ildən çox deyildir. Bəzi tarixçilər bu müddəti iki ildən də az qeyd etmişlər. Çünki Peyğəmbər onu İbni Həzrəmi ilə Bəhreynə göndərmişdi və Peyğəmbər dünyadan gedən zaman o, Bəhreyndə idi.

Əbu Hüreyrə cihad və şücaətlə məşhur olan adamlardan olmamışdır. Eləcə də siyasətçi, alim olmamış, yaxşı hafizəsi də yox idi. Hətta yazıb oxumaq da bilmirdi. Peyğəmbərin yanına qarnını doldurmağa gəlmişdi. Özü bu sözü demiş və təsdiqləmişdir. Peyğəmbər də onu fəqirlərin cərgəsində qərar vermişdi. Peyğəmbər üçün sədəqə və ya yemək gətirdikləri zaman Peyğəmbər onun üçün göndərərdi. O özü öz haqqında demişdir ki, çox vaxt ac qaldığından səhabələrin keçdikləri yolun kənarında oturur, özünü qəşş etmiş və halsız kimi göstərərmiş ki, bir nəfərin yazığı gəlib onu evinə aparsın və çörək versin.

Amma Allah Rəsulundan çoxlu rəvayət etdiyinə görə məşhur olmuşdur. Onun etdiyi rəvayətlər altı mindən artıqdır. Elə bu da mühəqqiqlərin diqqətini cəlb etməyə səbəb olmuşdur. Onun Peyğəmbər (s)-lə az olmasından əlavə, özünün olmadığı hadisələr barəsində də rəvayətlər etmişdir.

Bəzi mühəqqiqlər raşidin xəlifələrinin, on nəfər behişt müjdəsi olanların, Allah Rəsulunun xanımlarının, Əhli-beytin hədislərini bir yerə yığmışlar və onların hədislərinin hamısı Əbu Hüreyrənin rəvayət etdiyi hədislərin yüzdən biri qədər olmamışdır. Amma hamımıza məlum olduğu kimi, bunların arasında təkcə Əli ibni Əbi Talib (ə) otuz ildən artıq Peyğəmbərlə birgə olmuşdur.

Elə buradan ittiham barmağı Əbu Hüreyrənin üstünə qoyulmuş, onu yalançılıqda, hədis düzəltmədə, aldatmada müttəhim edib ravilər arasında yalançı adlandırılan ilk ravi olduğunu bildirmişlər.

Amma əhli-sünnət və camaat onu “İslam ravisi” adlandırıb hörmətlə yad edirlər. Həmişə onun sözünü dəlil gətirirlər. Bəlkə bəzisi bu əqidədədir ki, o, Əli (ə)-dan da bilikli olmuşdur. Çünki özü öz haqqında rəvayət etmişdir ki, dedim: Ya Allahın Rəsulu! Mən səndən çox rəvayət eşidirəm, amma yaddan çıxarıram. Buyurdu: Əbanı aç! Sonra ovucunu doldurub buyurdu: Onu yığ. Mən onu yığdım və daha heç vaxt yaddan çıxarmadım.1

Əbu Hüreyrə Peyğəmbər (s)-dən o qədər rəvayət etmişdi ki, axırda Ömər ibni Xəttab onun qamçı ilə vurub demişdi: “Çox rəvayət edirsən və Allah Rəsulunun adından yalan danışırsan.” Çünki rəvayət edib demişdi: “Allah göyü, yeri yaratmış və sonra sayıb görmüşdü ki, yeddi gün olmuşdur.” Ömər bu rəvayəti eşitdikdə onu yanına çağırmış, bu rəvayəti təzədən onun üçün danışmasını istəmişdi. Yenidən rəvayət etdikdə, Ömər də onu təzədən vurub demişdi: Allah deyir altı gündə, sən isə deyirsən yeddi gündə?

Əbu Hüreyrə cavab verdi: “Onu deyəsən Kəbul-əhbardan eşitmişəm.” Ömər ona: “Nə vaxta qədər ki, Peyğəmbərlə Kəbul-əhbarın hədisləri arasında fərq qoya bilmirsən, hədis nəql etmə”2 – demişdi.

İmam Əli (ə)-dan rəvayət olub ki, buyurur: Bilin ki, Allah Rəsulunun adından ən çox yalan danışan şəxs Əbu Hüreyrə Düsidir.3

Aişə də onu dəfələrlə yalançı adlandırmış, Allah Rəsulundan nəql etdiyi hədislərin çoxunu rədd etmişdir. Bir dəfə onun işini pis adlandıraraq dedi: “Nə vaxt Peyğəmbərin bu cür dediyini eşitmisən?” Ona dedi: “Sən Allah Rəsulun dan hədis eşitmə əvəzinə güzgü, sürmə və həna ardınca idin.” Aişə onun yalançı olmasına israr etdiyi zaman Mərvan ibni Həkəm araya girib hədisin düzgün olub-olmamasını araşdırmağa başladı. Bu vaxt Əbu Hüreyrə etiraf edib dedi: Mən onu Peyğəmbərdən deyil, Fəzl ibni Abbasdan eşitmişəm.1

İbni Qüteybə bu rəvayət haqqında onu müttəhim edib deyir: Əbu Hüreyrə Fəzl ibni Abbasın adını çəkir, halbuki o dünyadan getmişdi. Hədisi ona nisbət verməklə xalqın diqqət-nəzərini ona yönəltmək istəyirdi.2

İbni Qüteybə özünün “Təvilu muxtələfil-hədis” kitabında deyir: Əbu Hüreyrə deyirdi: “Peyğəmbər (s) belə buyurmuşdur, ancaq mən onu başqasından eşitmişəm.”

Həmçinin Zəhəbi “Əlamul-nübəla” kitabında qeyd edir: Yezid ibni İbrahim Şöbə ibni Həccacdan eşitdi ki, deyir: Əbu Hüreyrə müdəllis olmuşdur. (Yəni hədisi eşitmədiyi adama nisbət vermişdir.)

İbni Kəsirin “Əl-bidayətu vən-nihayə” kitabında deyilir ki, Yezid ibni Harun Şöbədən eşitdi ki, onun haqqında da onu deyir. Yəni tədlis edir. Kəbul-əhbardan və Peyğəmbər (s)-dən aralarında fərq qoymayaraq hədis rəvayət edir.

Həmçinin Əbu Cəfər Əskafi deyir: Əbu Hüreyrə bizim ustadların nəzərinə görə, napak və hədislərində xoşagəlməzdir.3

Əbu Hüreyrə öz zəmanəsində səhabələr arasında yalançı, tədlisçi, çoxlu yalan rəvayəti olan bir kəs kimi tanımışdı. İş o yerə çatmışdı ki, bəziləri onu ələ salır, onlar üçün ürəkləri istədikləri hədis düzəltməsini istəyirdilər.

Belə nəql olub ki, Qüreyş qəbiləsindən olan bir nəfər özünə təzə geyim alıb geyinərək özünü göstərməyə başladı. Bir gün Əbu Hüreyrənin yanından keçəndə ona dedi: Ey Əbu Hüreyrə! Sən Allah Rəsulundan çoxlu hədis nəql edirsən, Peyğəmbərdən mənim paltarım haqqında bir şey eşitməmisən?

Əbu Hüreyrə dedi: Əbul-Qasimdən eşitdim ki, dedi: Qabaqkılardan biri təzə paltarla özünü göstərirdi. Allah onu yerin altına apardı. O, qiyamətə qədər yerin altına gedəcək. Allaha and olsun, bilmirəm ki, sizin qəbilədən, ya ailədən olmuşdur, ya yox!

Necə də camaat Əbu Hüreyrənin hədislərində şəkk etməsin!? Dediyi və nəql etdiyi hədislər bir-birini nəqz edir (rədd edir) və aralarında da heç bir uyğunluq yoxdur. O bir hədis rəvayət edir, onunla müxalifət etdikdə, ya onun üçün şahid gətirdikdə, onun xilafına olan başqa bir hədis nəql edir. Ya da Həbəşi dilində – anlaşılmaz ləhcədə danışır.1

Özünün etiraf etdiyi kimi ki, “kisəsindən hədis çıxarıb Peyğəmbər (s)-ə nisbət verir.”

Buxari öz “Səhih”ində yazmışdır ki, Əbu Hüreyrə dedi: “Peyğəmbər buyurur:

“Ən yaxşı sədəqə odur ki, özündən sonra sərvət qoyasan və üstə olan əl, altda olan əldən yaxşıdır. Gərək öz nəzərin altında olan adamlardan başlayasan. Qadın deyir: Ya mənə çörək ver, ya da təlaq. Nökər deyir: Mənə çörək ver və işlət. Övlad deyir: Mənə yemək ver, məni kimin öhdəsinə qoyursan?” Dedilər: Ey Əbu Hüreyrə! Bunu Peyğəmbərdən eşitmisən?! Dedi: Yox, bu Əbu Hüreyrənin kisəsindəndir.2

Diqqət edin: Hədisi “Peyğəmbər buyurmuşdur” kəlməsi ilə başlayır, amma ona etiraz edəndə, “Peyğəmbərdən eşitmisənmi?” deyiləndə, etiraf edib hədisin düzəldilmə olmasını deyir: “Xeyr, Əbu Hüreyrənin kisəsindəndir.”

Xoş olsun Əbu Hüreyrənin halına ki, belə bir kisəsi vardır. Yalan və əfsanə ilə dolu olan bu kisə onun qazancına Müaviyə və Bəni Üməyyənin yanında rövnəq verir. Bu yolla abır, qüdrət, sərvət və saraylara yetişir.

Müaviyə onu Mədinənin hakimi təyin etdi. Onun üçün qiymətli saray tikdirdi. Əvvəllər Əbu Hüreyrənin sahibi olan varlı bir qadınla onu evləndirdi.

Əgər Əbu Hüreyrəni Müaviyənin vəziri və yaxını görsəniz, bilin ki, bu onun elm, şərəf və ucalığına görə olmamışdır. Müaviyə onda bəzi hədislərin olmasını görüb rəvac vermək istədi. Əgər bəzi səhabələr Əli (ə)-a lənət deməkdə şəkk içərisində idilərsə, Əbu Hüreyrə bu işi şiələrin qaşısında görürdü!

İbni Əbil-Hədid rəvayət etmişdir ki, Əbu Hüreyrə “camaat ilində” Müaviyə ilə məscidə gəldi. Çoxlu adam pişvaza gəlmişdi. Bunu görcək iki dizi üstə əyləşdi və əli ilə alnına vurub dedi: Ey İraqn xalqı! Siz elə bilirsiniz ki, mən Peyğəmbər (s)-in adından yalan danışaraq özümü cəhənnəmə atıb yandırıram. Allaha and olsun! Eşitdim ki, Allah Peyğəmbəri buyururdu: Hər peyğəmbərin hərəmi vardır, mənim hərəmim isə Mədinədə “Eyr Tasur”dur. Orada hadisə törədən hər kəsə Allahın, bütün mələklərin və insanların lənəti olsun. Mən şəhadət verirəm ki, Əli orada hadisə törətmişdir.

Bu xəbər Müaviyəyə çatdıqda ona çoxlu hörmət edib hakim təyin etdi.1

Onun Mədinəyə hakim olması bizim üçün kifayətdir. Sözsüz, azad düşüncə sahibləri Allahın düşməni ilə dost, Allah və Allah Rəsulunun dostu ilə düşmən olanlarda şəkk edirlər.

Şəksiz, Əbu Hüreyrənin bu böyük məqama, yəni İslam paytaxtı Mədinəyə hakim olması Müaviyə və Bəni Üməyyəyə etdiyi xidmət nəticəsində olmuşdur.

Əbu Hüreyrə Mədinəyə gəldiyi zaman təkcə bir fitəsi var idi ki, onunla ayıb yerini örtürdü. Yoldan keçənlərdən dilənərək özünü saxlayırdı. Bit-birə bədənindən yuxarı-aşağı gedirdi. Birdən-birə Mədinənin hakimi olub saraya əyləşdi. Pul, sərvət nökər və kəniz sahibi oldu. Camaat icazəsiz onun yanına girə bilmirdi!

Bunların hamısı onun kisəsinin bərəkətindən idi. Əgər bu gün həmin səhnələr tamaşaya çıxarılsa və tarix təkrar olsa, təəccüb etməyin. Nə çox ehtiyaclı nadanlar vardır ki, özlərini hakimlərə yaxın edərək məqam və şəxsiyyət tapırlar. Dünya onlara ehtiram edir. İstədiklərini edirlər. Sayı-hesabı olmayan sərvət, cürbəcür maşınlar onların ixtiyarındadır. Heç kəs onlardan hesab-kitab çəkmir, bazarda tapılmayan yeməklər yeyirlər. Bütün bununla belə, öz ana dillərində danışa bilmirlər. Həyatdan başa düşdükləri təkcə qarınları və qarınlarının altıdır. Təkcə Əbu Hüreyrənin kisəsi kimi kisələri vardır. Əlbəttə, arada az fərq ola bilər, amma məqsəd birdir – hakimi razı salmaq və onu təbliğ etməkdir ki, taxt-tacını qoruyub düşmənlərini aradan apara bilsin.

Əbu Hüreyrə Bəni Üməyyənin havadarı idi. Onlar da onu öz rəhbərləri Osman ibni Əffanın zamanından sevirdilər. Onun Osman barəsində olan nəzəri, bütün səhabələrin nəzəri ilə fərq edirdi. O, Osmanı öldürən, ya onun ölümündə əli olan səhabələrin hamısını kafir hesab edirdi.

Sözsüz o, Əli ibni Əbi Talib (ə)-ı Osmanın ölümündə müttəhim edirdi. Bunu onun Kufə məscidində dediyi sözdən başa düşürük: Əli Mədinədə hadisə törətmişdir. Bunu deyərək onu Peyğəmbərin, mələklərin və böyük insanların dilindən lənətləyir!

İbni Səd öz “Təbəqat” kitabında yazır: Əbu Hüreyrə əlli doqquzuncu ildə ölmüşdür. (Etdiyi xidmətə görə) Osmanın uşaqları onun tabutunun altına girərək – atalarının hörmətini saxladığına görə – Bəqiyə qədər onun çiyinlərində aparmışdılar.1

Dünyanın işinə bir baxın, siz Allah! Qüreyşin başçısı Osman öldürülür, qoyun kimi başını kəsirlər, (O, müsəlmanların rəhbəri idi. qusl vermir, kəfənə tutmur, dəfnini üç gün təxirə salırlar. Sonra da yəhudilərin qəbristanlığında dəfn edirlər.

Amma Əbu Hüreyrə Dusi izzət və ehtiramla ölür. Onun heç nəyi yox idi. Heç kəs onun ailə və qəbiləsini tanımırdı. Qüreyşlə də qohumluğu yoxdur. Müaviyənin zamanında vəzifəyə çatmış və xəlifənin uşaqları onu çiyninə götürürlər. Allah Peyğəmbərinin Bəqisində dəfn edirlər!

İndi isə Əbu Hüreyrənin sorağına gedərək onun Peyğəmbər (s)-in sünnəsi qarşısında olan mövqeyini araşdıraq.

Buxari öz “Səhih” kitabında qeyd edir ki, Əbu Hüreyrə rəvayət edib ki, dedi: Mən Allah Rəsulundan iki qab saxlamışam, birini yaymışam, əgər o birisini də yaysaydım, boğazımı kəsərdilər.1

Keçən bəhslərdə Əbu Bəkr və Ömərin Peyğəmbər (s)-in yazılmış sünnəsini yandırmalarını demişdik. Əbu Hüreyrə isə bizim sözümüzü təsdiq edərək etiraf edir ki, xəlifələrin istədiyindən başqa bir söz deməmişdir.

Beləliklə, Əbu Hüreyrənin iki kisəsi, ya qabı olmuşdur. Onlardan biri və açıqladığı həmin xəlifələrin xoşladığı şeylərdir.

Amma ikinci kisəni, ya qabı isə Əbu Hüreyrə gizlətmiş və boğazının kəsilməsindən qorxaraq açıqlamamışdır, Peyğəmbərdən olan düzgün və səhih hədislər orada olmuşdur!

Əgər Əbu Hüreyrə düz danışan olsaydı, gərək düz olan hədisləri gizlətməyəydi. Zalımlara arxa olmaq üçün yalançı fikirləri yaymayaydı. Özü də çox yaxşı bilirdi ki, Allah onun aydın və aşkar olan ayələrini gizlədənə lənət göndərmişdir.

Buxari bu hədisi sənədlə ondan gətirmişdir: Camaat deyir: Əbu Hüreyrə çox deyirdi: Əgər Allahın kitabında iki ayə olmasaydı, mən heç bir hədis rəvayət etməzdim. Sonra oxuyurdu:

إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنزَلْنَا مِنَ الْبَيِّنَاتِ وَالْهُدَى مِن بَعْدِ مَا بَيَّنَّاهُ لِلنَّاسِ فِي الْكِتَابِ أُولَـئِكَ يَلعَنُهُمُ اللّهُ وَيَلْعَنُهُمُ اللَّاعِنُونَ

O kəslər ki, Bizim nazil etdiyimiz aşkar dəlilləri hidayəticamaata kitabda bəyan etdiyimizdən sonragizlədirlər, onlar o kəslərdirlər ki, Allah lənət edənlər onlara lənət etmişdir.”2

“Bizim mühacirlərdən olan qardaşlarımız çox zaman bazarda al-verə məşğul olurdular. Ənsardan olan qardaşlarımızın isə çox zaman başları öz işlərinə qarışırdı. Əbu Hüreyrə isə həmişə Peyğəmbər (s)-lə olub öz qarnını doldurmağa çalışırdı. Elə yerlərdə olardı ki, onlar orada olmazdı, elə şeyləri hifz edərdi ki, onlar hifz etməzdi.3 Belə isə, Əbu Hüreyrə necə deyir ki: “Əgər Allahın Kitabında iki ayə olmasaydı, mən əsla hədis nəql etməzdim.” Və yenidən burada deyir ki: “Mən Allah Peyğəmbərindən iki qab saxlamışam... Əgər ikinci qabı yaysam, boğazımı kəsərlər!” Məgər özü etiraf etmirmi ki, Allahın Kitabında olan iki ayəyə baxmayaraq, yenə də həqiqəti gizlətmişdir?!

Peyğəmbər (s) öz əshabına buyurardı: “Öz ailənizə (qəbilənizə) qayıdın və onları öyrədin.”

Buxari sənədlə gətirmişdir ki, Peyğəmbər Əbdu-Qeys nümayəndə heyətini təşviq edib iman və elmi əzbərləməyi tapşırmış və qəbilədə qalanlara çatdırmağı buyurmuşdu.1

Belə isə, soruşuruq ki, nə üçün bir səhabə Peyğəmbərdən hədis söylədiyinə görə onun boğazını kəsir və öldürürlər?

Ola bilər burada bir sirr vardır ki, xəlifələr onun açılmasını istəmişlər.

Biz keçən bəhslərdə – “Bilənlərdən soruşun” kitabında bu sirri faş etmişik. Burada xülasə edib deyirik: O, Peyğəmbər (s)-in Əli (ə)-ın xilafəti barəsində olan sözləridir.

Əbu Hüreyrəni danlamaq lazım deyildir, çünki o özü öz qiymətini bilir. Özü özü haqqında şəhadət verib Allahın, Peyğəmbərin və lənət edənlərin, Peyğəmbərin hədislərini gizlətdiyinə görə ona lənət etdiyini bildirir. Həqiqətdə əhli-sünnə və camaatı danlamaq lazımdır ki, onlar Əbu Hüreyrəni “əhli-sünnə ravisi” adlandırırlar. Daha diqqət etmirlər ki, o özü hədis gizlətməsinə və yalan söyləməsinə şəhadət vermişdir. Məsələləri bir-birinə qatmış, Peyğəmbərin hədislərini başqalarının hədislərindən ayıra bilməmişdir. Bunlar hamısı “Səhihi Buxari” və başqa səhih kitablarda gəlmiş səhih hədislər və etiraflardır.

Əli ibni Əbi Talibin ədalətində şəkk etdiyi və yalançı adlandırdığı bir adama necə inanırlar? Əmirəl-möminin buyurur: O, Peyğəmbərin adından yalan danışanların ən yalan danışanıdır. Ömər ibni Xəttab onu müttəhim edib sürgün edəcəyi ilə hədələyir. Aişə də öz növbəsində ona dəfələrlə tənə vurub yalançı adlandırır. Çoxlu səhabələr də ona eyb tutmuş, bir-birilə zidd olan hədislərini rədd etmişlər. O da bəzən etiraf etmiş, bəzən də həbəşi dilində cavab vermişdir. Həmçinin bir çox İslam alimləri ona tənə vurmuş, onu yalançı, fırıldaqçı, Müaviyənin süfrəsinin qarınqulusu adlandırmışlar.

Bu qədər sözdən sonra Əbu Hüreyrəni necə İslam ravisi adlandırıb İslam hökmlərini ondan öyrənmək olar?

Bəzi təhqiqçi alimlər bu fikirdədirlər ki, Əbu Hüreyrə həmin o kəsdir ki, yəhudi və “İsrailiyyat” əqidəsini İslama gətirmişdir. Hədis kitabları onlarla doludur. Başqa sözlə, yəhudi Kəbul-əhbar onun vasitəsilə bu işi görmüşdür. Oxşatma və cismə aid olan məsələlər, hülul, Peyğəmbər haqqında olan pis sözlərin hamısını Əbu Hüreyrə İslama gətirmişdir.

Görəsən, əhli-sünnə və camaat tövbə edib düz yola qayıdacaqlarmı ki, bu yolla bilsinlər ki, Peyğəmbər (s)-in həqiqi sünnəsini kimdən öyrənsinlər? Əgər soruşsalar, onlara belə cavab deyərik: Elm şəhərinin qapısına, onun övladlarından olan imamlara qayıdın. Onlar sünnənin qoruyucusu, ümmətin amanı, nicat gəmisi, hidayət rəhbərləri, qaranlıq işıqları, möhkəm dayaq və Allahın möhkəm ipidirlər.



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin