ƏHLİ-SÜNNƏ VƏ camaatin rəHBƏr və başÇilari



Yüklə 1,13 Mb.
səhifə9/25
tarix14.01.2017
ölçüsü1,13 Mb.
#5115
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

9-XALİD İBNİ VƏLİD


Xalid ibni Vəlid ibni Müğeyrə Bəni Məxzumdandır. Əhli-sünnət və camaat onu “Seyfullah” (Allahın qılıncı) adlandırırlar! Atası çox varlı adamlardan olmuşdur. Onun var-dövlətinin sayı-hesabı olmamışdır. Hər cür sərvətə – qızıl, gümüş, bağ, ticarət, qulam, kənizə – malik olmuş və heç kəsin onunla rəqabət etməyə qüdrəti çatmamışdır. Elə buna görə də onu “Vəhid” – ruzigarda yeganə – adlandırmışlar.2

Onun atası Vəlid ibni Müğeyrə o kəsdir ki, Quran onu cəhənnəm atəşi ilə hədələmiş, ən pis yeri onun üçün xəbər vermişdir.

Mütəal Allah onun haqqında buyurur:

ذَرْنِي وَمَنْ خَلَقْتُ وَحِيدًا وَجَعَلْتُ لَهُ مَالًا مَّمْدُودًا وَبَنِينَ شُهُودًا وَمَهَّدتُّ لَهُ تَمْهِيدًا ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ كَلَّا إِنَّهُ كَانَ لِآيَاتِنَا عَنِيدًا سَأُرْهِقُهُ صَعُودًا إِنَّهُ فَكَّرَ وَقَدَّرَ فَقُتِلَ كَيْفَ قَدَّرَ ثُمَّ قُتِلَ كَيْفَ قَدَّرَ ثُمَّ نَظَرَ ثُمَّ عَبَسَ وَبَسَرَ ثُمَّ أَدْبَرَ وَاسْتَكْبَرَ فَقَالَ إِنْ هَذَا إِلَّا سِحْرٌ يُؤْثَرُ إِنْ هَذَا إِلَّا قَوْلُ الْبَشَرِ سَأُصْلِيهِ سَقَرَ

Məni Öz yaratdığım kimsə ilə tək burax. Mən ona bollu mal-dövlət əta etdim. Yanında hazır duran oğullar. Ona artıqlaması ilə müyəssər etdim. Sonra yenə artırmağımı istəyir. Xeyr, çünki o ayələrimizə qarşı inadkar oldu. Mən onu məşəqqətli bir əzaba düçar edəcəyəm. O fikirləşdi, ölçdü-biçdi. Ölüm olsun ona! Necə ölçdü-biçdi. Yenə ölüm olsun ona! Necə ölçdü-biçdi?! Sonra baxdı, sonra üz turşutdu, qaş-qabağını tökdü. Sonra da üz çevirdi, təkəbbür göstərdi. dedi: Bu, öyrənilən sehrdən başqa bir şey deyildir! Bu, yalnız bəşər sözüdür. Biz onusəqərəatacağıq.”3

Deyirlər: Vəlid Peyğəmbər (s)-in yanına gələrək onu mal-dövlətlə aldadıb təzə dinini buraxmağı istəmişdi. Belə bir zamanda bu şərif ayələr nazil oldu:

وَلَا تُطِعْ كُلَّ حَلَّافٍ مَّهِينٍ هَمَّازٍ مَّشَّاء بِنَمِيمٍ مَنَّاعٍ لِّلْخَيْرِ مُعْتَدٍ أَثِيمٍ عُتُلٍّ بَعْدَ ذَلِكَ زَنِيمٍ أَن كَانَ ذَا مَالٍ وَبَنِينَ إِذَا تُتْلَى عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الْأَوَّلِينَ سَنَسِمُهُ عَلَى الْخُرْطُومِ

İtaət etmə hər and içənə, alçağa, qeybət edənə, söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günaha batana, daşürəkliyə, əsli-nəsəbi olmayan haramzadəyə. O, mal-dövlət, oğul-uşaq sahibi olsa da belə! Ayələrimiz ona oxunduğu zaman o: “qədimlərin əfsanələridir!” – dedi. Biz onun burnuna damğa basacağıq!”1

Vəlid belə hesab edirdi ki, o, peyğəmbərliyə Həzrət Mühəmməd (s)-dən daha layiqlidir! Deyirdi: Məgər Quran və peyğəmbərlik əliboş Mühəmmədə nazil olur, mən isə Qüreyşin böyüyü ola-ola, ondan bəhrəsiz qalıram?!

Xalid ibni Vəlid İslam və İslamın Peyğəmbəri ilə düşmənçilik əqidəsi ilə böyüdü. Xalid bütün müharibələrdə Allah Peyğəmbəri ilə üz-üzə durmuşdu.

Şəksiz, Xalid də atası ilə həmfikir olmuş, belə güman etmişdir ki, o, peyğəmbərliyə “əliboş” Mühəmməd (ə)-dən daha layiqdir. Çünki o da atası kimi – Qüreyşin ən varlı adamı olmasa da – çox varlılardan idi. Allah onların etiqadlarını bu ayələrdə qeyd etmişdir:

وَلَمَّا جَاءهُمُ الْحَقُّ قَالُوا هَذَا سِحْرٌ وَإِنَّا بِهِ كَافِرُونَ وَقَالُوا لَوْلَا نُزِّلَ هَذَا الْقُرْآنُ عَلَى رَجُلٍ مِّنَ الْقَرْيَتَيْنِ عَظِيمٍ

Haqq onlara gəldikdə dedilər: Bu, cadudur bizim ona imanımız yoxdur. dedilər: üçün Quran bu iki məntəqənin böyüklərindən birinə nazil olmadı?”2

Mühəmməd (s) və onun təbliğatını aradan aparmaq üçün Xalid hər nə qədər çalışsa, təəccüblü deyildir. O, Ühüd müharibəsində öz pulu ilə böyük bir qoşun düzəldərək pusquda durur və Peyğəmbəri aradan götürmək istəyir. Bundan əlavə, Hüdeybiyyə sülhü ilində Peyğəmbəri terror etmək istəyir. Amma Allah onun cızdığı planları süst və Öz Peyğəmbərinə kömək etdi.

Xalid (və Qüreyşin başqa böyükləri) Peyğəmbərə güc gəlməkdə özlərini aciz bildi. Digər bir tərəfdən də xalqın dəstə-dəstə Allah dininə girməsini görüb təəssüflənirdi, amma çox gec, düz hicrətin 8-ci ilində – Məkkənin fəthindən dörd ay qabaq – o da çarəsiz qalıb İslamı qəbul etdi.

Xalid İslamı qəbul etməsini Peyğəmbər (s)-ə itaətsizlik göstərməklə başladı. Peyğəmbər (s) Məkkənin fəthi zamanı qoşununa müharibə etməmək tapşırdığına baxmayaraq, o, otuz nəfərdən çox adamı – ki, əksəriyyəti Qüreyşdən idi – öldürdü.

Bəhanəçilərin üzr gətirib “Xalidi Məkkəyə buraxmadıqları üçün, o, silah çəkmişdir” – demələrinə baxmayaraq, bu, müharibəyə dəlil hesab olunmur. Çünki Peyğəmbər (s) bu işə icazə verməmişdi. O, başqa bir qapıdan – müharibə etmədən – Məkkəyə girə bilərdi, necə ki, başqaları belə etmişdi. Ya da adam göndərib Peyğəmbərlə bu haqda məşvərət edə bilərdi. Amma o bunların heç birini etmədi və Peyğəmbər (s)-in saf və aydın əmri qarşısında ictihad etdi.

Nəssin müqabilindəki ictihaddan söhbət açdaqda – ki, özünə köməkçilər tapmış, məktəbə çevrilmiş, səhabələr, qanunçular yetişdirmiş və daha sonra özünə “xəlifələr məktəbi” adı almışdı – qeyd etməliyik ki, bu ictihad Allaha və Peyğəmbərə itaətsizlik deməkdir. Demək lazımdır ki, Xalid öz nəzəri ilə nəss qarşısında ictihad etmişdir. Quran bizə buyurur:

“Və əsa Adəmu Rəbbəhu fəğəva.” – Adəm Allahın qarşısında itaətsizlik etdi və azdı.”

Çünki Allah ona ağacdan yeməyi qadağan etmişdi, amma Adəm ondan yedi. Biz demirik Adəm nəss qarşısında ictihad etmişdir.

Hər bir müsəlmana öz həddini bilmək vacibdir. Allah və Peyğəmbərin əmr və nəhyi qarşısında öz şəxsi nəzəri ilə heç nə deməməlidir. Çünki bu, aşkar küfrdür.

Allah mələklərə buyurdu: “Uscudu li Adəmə” – yəni Adəm üçün “səcdə edin!” Bu, bir əmr idi. “Fəsəcədu” – səcdə etdilər. Bu itaət etmə və müsbət cavabdır. Təkcə İblisdən başqa ki, öz şəxsi nəzəri ilə ictihad edib dedi: Mən ondan yaxşıyam, necə ona səcdə edə bilərəm?! Bu bir itaətsizlikdir, istər Adəm yaxşı olsun, ya İblis. Elə buna görə də sübhan Allah buyurdu:

وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُهُ أَمْرًا أَن يَكُونَ لَهُمُ الْخِيَرَةُ

Heç bir mömin kişi mömin qadının haqqı yoxdur, Allah Peyğəmbər əmr verdiyi zaman özlərindən qanun qəbul edələr.”1

İmam Sadiq (ə) Əbu Hənifəyə buyurur: “Qiyas (müqayisə) etmə, əgər din qiyasla ölçülərsə, məhv olar. Birinci dəfə qiyas edən Şeytan olmuş və demişdir: Mən ondan yaxşıyam, məni oddan yaratmısan, onu isə torpaqdan.”

İmam Sadiq (ə) bu sözündə həmin mətləbə işarə etmişdir. Buyurur: Din qiyas olunarsa, məhv olar. Bu özü qiyasın düz olmamasını bildirən ən yaxşı dəlildir. Əgər insanlar dinin nəss və aşkar əmrləri qarşısında öz şəxsi nəzərlərinə əməl etsələr, dindən heç nə qalmaz. Quran buyurur:



وَلَوِ اتَّبَعَ الْحَقُّ أَهْوَاءهُمْ لَفَسَدَتِ السَّمَاوَاتُ وَالْأَرْضُ

Əgər haqq onların həvayi-həvəslərinə itaət etsəydi, göylər yer viran olardı.”2

İctihad barəsində qısa söhbətdən sonra yenidən Xalidin məsələsini üstünə qayıdırıq ki, o daha bir dəfə də Allah Rəsulunun əmrindən çıxmışdı. Bu hadisə onun Bəni Cəziməyə tərəf ezam olunması zamanı baş vermişdi. Xalid onları İslama dəvət etməli idi. Müharibə etməyə isə heç bir əmr olmamışdı.

Xalid onlara tərəf getdi. Onlar İslamı qəbul etdikdən sonra hiylə işlədərək qılıncla onları qətlə yetirdi. Belə ki, onunla birlikdə o hadisədə iştirak edən Əbdürrəhman ibni Ovf onu iki əmisinin qanını almaq üçün onları öldürməsində ittiham etdi.3

Peyğəmbər (ə) bu pis xəbəri eşitdikdə, üç dəfə Xalidin işindən Allaha bizarlığını bildirdi. Sonra Əli ibni Əbi Talib (ə)-ı çoxlu pulla onların yanına göndərib Xalidin öldürdüyü adamların diyəsini verməyi tapşırdı.

Əhli-sünnət və camaatın bəhanəçiləri nə qədər çalışıb Xalid üçün üzr gətirsələr də belə, tarixin səhifələri, onun qüssə gətirən həyatının Allah Kitabı və Peyğəmbərin sünnəsi ilə itaətsizliklə dolu olduğunu göstərir. Əbu Bəkrin zəmanəsində Yəmanə camaatının başına gətirdiyi işlər mühəqqiqə bəs edər. O, Malik ibni Nüveyrə və onun ailəsini aldatdı, müsəlmanların qollarını bağlatdırıb öldürdü. Elə həmin gecə Malikin arvadının yanına girib onunla zina etdi. Bu rəftarında nə İslam qanununa əməl etdi, nə də ərəb comərdliyinə. Ömər ibni Xəttab hökmləri boş tutmasına baxmayaraq onun işinin pis olmasına göz yuma bilmədi, onu Allahın düşməni adlandıraraq daş-qalaq edəcəyi ilə hədələdi.

Mühəqqiqlər açıq gözlə tarixə baxa bilərlər. İslahedici etirazları ilə onu araşdırıb həqiqətə çatmağa səy göstərməlidirlər. Bu yolda heç bir məzhəbi təəssüb onlara mane olmamalıdır. İnsanları Peyğəmbər (s)-in adından yalan olan rəvayətlərlə araşdırmamalıdırlar. Çünki əhli-sünnət və camaat (ki, həmin Bəni Üməyyədir) tarixi hadisələri düzəldilmiş bir hədisə görə kənara qoyur və yolu haqq axtaranların üzünə bağlayaraq onları haqqa yetişməyə qoymurlar.

Necə də asanlıqla deyirlər: Allah Peyğəmbəri Xalid ibni Vəlidə buyurdu: “Ey Allah qılıncı! Xoş gəlmisən.” Bu yalançı hədis sadə müsəlmanların qəlbində yer tapmışdır. Onlar öz sadə nəzərlərinə görə Bəni Üməyyənin hiylələrini bilmirlər. Bu yalançı hədisin əsasında Xalidin haqqında deyilən hər bir sözü dəyişdirir, onun üçün üzr gətirirlər.

Bu, insanların ruhunda təsir qoyan amildir. Dərmanı olmayan bir dərddir ki, insanı haqdan uzaq saxlayıb həqiqəti tərsinə göstərir.

Məsələn deyirlər ki, Peyğəmbərin əmisi Əbu Talib dünyadan kafir getmişdir və Peyğəmbər (s) onun haqqında buyurmuşdur: Əbu Talib cəhənnəmin çox dərin olmayan yerindədir və beyni ondan qaynayır!

Bu yalançı hədisə görə əhli-sünnət və camaatın əqidəsi budur ki, Əbu Talib müşrik olmuş və cəhənnəmlikdir. Daha həqiqətə yetişmək üçün öz ağıllarından istifadə etmirlər. Bu quraşdırılmış hədislə Əbu Talibin bütün həyatı boyu İslam yolunda etdiyi cihadını, qardaşı oğlunun təbliğinin qalib gəlməsi üçün etdiyi fədakarlığı görmürlər. Qəbiləsinin onunla düşmənçiliyi və nəticədə üç il qardaşı oğlu ilə bir dərədə məhbus olmasına göz yumurlar. Onun qəhrəmancasına tutduğu mövqe, yazdığı etiqadi şerlər, Peyğəmbər (s)-ə dində köməyi göz qarşısında olduğu halda onu görmürlər. Peyğəmbər (s)-in də əmisi barəsində olan bütün işlərini gizlədir, ona qüsl verməsini, öz köynəyindən ona kəfən hazırlamasını, onun qəbrinin içinə girməsini və o ili qəm-qüssə ili adlandırmasını, “Allaha and olsun! Qüreyş təkcə Əbu Talib dünyadan gedəndən sonra mənimlə pis rəftar edə bildi. Allah mənə vəhy edib bu şəhərdən çıxmağımı buyurdu və dedi: “Bu şəhərdən çıx, çünki daha sənin hamin ölmüşdür” dediyini unudurlar!

Bu ünvanda digər bir nümunə Əbu Süfyan ibni Hərb – Müaviyənin atasıdır. O, Məkkə fəth olandan sonra müsəlman olmuşdu. Peyğəmbər (s) onun barəsində buyurmuşdu: “Hər kəs Əbu Süfyanın evinə pənah aparsa, amandadır.”

Bu hədisə görə – ki, heç bir fəzilət onda yoxdur – əhli-sünnət və camaat onun müsəlman olmasına etiqad bağlamış, bu fikirdədirlər ki, onun İslamı gözəl olmuş və indi də behiştədir. İslam onun olub keçənlərini örtmüşdür!!

Burada da ağılla araşdırmanı qəbul etmirlər. Onun Peyğəmbər və din qarşısında etdiklərinə göz yumurlar. Başçılıq etdiyi müharibələri, xərcini ödədiyi döyüşləri yaddan çıxarırlar. Yaddan çıxarırlar ki, o bu işləri ilə Peyğəmbəri aradan aparmaq istəmişdir. Onun Peyğəmbərə olan kinini unudurlar. Onu Peyğəmbərin yanına gətirdikləri zaman dedilər: Müsəlman ol, yoxsa başını bədənindən ayırarıq. Dedi: “Əşhədu əlla ilahə illəllah!” Dedilər: De: “Əşhədu ənnə Muhəmmədən rəsulullah!” Dedi: Bu sözün haqqında hələ müşkülüm vardır!

Təslim olandan sonra hər zaman Peyğəmbərin yanına gələndə öz-özünə deyirdi: Bu kişi nə ilə mənə qalib gəldi? Peyğəmbər ona buyurdu: Allahın köməyi ilə sənə qalib gəldim, ey Əba Süfyan!

Mən bu iki nümunəni gətirməklə özümüzün həqiqi İslamımıza müraciət etmək istədim. Təhqiqçi alimlər bilməlidirlər ki, xalqa olan psixoloji təsir nə qədərdir və onları haqqa yetişməkdən necə saxlayır? Əhli-sünnə və camaat səhabələri yalançı rəvayətlərə bürümüş, qəlbdə onlardan xəbərsizdirlər. Onlara paklıq bağışlamış, beləliklə də, heç kəsin onlar haqqında tutduğu iradı qəbul etmirlər!

Əgər bir kəs onların Peyğəmbər (s)-dən behişt müjdəsi olmasına etiqad bağlasa, daha onların haqqında heç nəyi qəbul etməzlər. Hər iş görmüş olsalar, bunlara asan gəlir. Onlar üçün bəhanələr gətirərlər.

Elə buna görə də öz böyüklərinin hər biri üçün ləqəb düzəltmiş və deyilməsini Peyğəmbərə nisbət vermişlər: Biri “Siddiq”, o birisi “Faruq”, üçüncüsü isə “Zunnureyn” adlanmışdır. Birini “Peyğəmbərin əzizi”, digərini “Peyğəmbərin istədiyi” adlandırırlar. “Peyğəmbərin məhbubu”, “ümmətin əmini”, “İslamın ravisi”, “vəhyin yazıçısı”, “Peyğəmbərin qan alanı”, “Allahın siyrilmiş qılıncı” – daha başqa ləqəblərdəndir ki, onlarla adlanmışlar.

Həqiqətdə bu mətləblərin heç bir xeyri yoxdur. Allah qarşısında mizan təkcə özünüzün və atalarınızın adlandığı adlardır. Allah onları göndərməmişdir, xeyrə və ziyana səbəb olan yalnız insanın əməlidir.

Tarix insanın əməlinə ən yaxşı şahiddir. Onunla insanın şəxsiyyəti ələ gəlir. Elə onunla da deyilmiş yalanlar üzə çıxır.

Bu, Əli (ə)-ın sözüdür ki, buyurur: “Əvvəl haqqı tanı, sonra haqda olanları.”

Biz tarixi oxumuş, Xalid ibni Vəlidin işini görmüş, haqla batili də tanıyırıq. Beləliklə, biz heç cür onu “Allahın qılıncı” adlandıra bilmərik. Əlbəttə, bunu sual edib soruşa bilərik ki, Peyğəmbər (s) nə vaxt onu bu ləqəblə adlandırmışdır? Bəlkə Məkkənin fəthi günü – şəhərin adamlarını öldürdüyünə görə – bu adı almışdır, baxmayaraq ki, Peyğəmbər ona bu işi qadağan etmişdi? Yoxsa Zeyd ibni Harisə ilə Mutəyə göndərilən zaman ki, buyurulmuşdur: Zeyd öldürüldüyü zaman başçılıq Cəfər ibni Əbi Talib və o öldürüldüyü zaman Abdullah ibni Rəvahədəndir. Dördüncü adamın adını isə çəkməmişdi. O üç nəfər öldürüləndən sonra Xalid yerdə qalanlarla döyüş meydanından qaçmışdı, görəsən bu işə görə bu adı almışdı?

Yoxsa Hüneyn müharibəsi zamanı Peyğəmbər (s)-lə bir olmuş və o həzrət bu ləqəbi ona vermişdi? On iki min döyüşçüsü onun ixtiyarında ola-ola döyüş meydanından qaçmış və Peyğəmbəri on iki nəfərlə qoymuşdu? Əgər Allah buyurursa ki:

وَمَن يُوَلِّهِمْ يَوْمَئِذٍ دُبُرَهُ إِلاَّ مُتَحَرِّفاً لِّقِتَالٍ أَوْ مُتَحَيِّزاً إِلَى فِئَةٍ فَقَدْ بَاء بِغَضَبٍ مِّنَ اللّهِ وَمَأْوَاهُ جَهَنَّمُ وَبِئْسَ الْمَصِيرُ

Təkrar döyüş üçün bir tərəfə çəkilən ya başqa bir dəstəyə qoşulan şəxslər istisna edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni cəhənnəmdir. Ora pis dönüş yeridir.”1 Nə cür öz qılıncına icazə verir ki, qaçsın? Doğrudan da təəccüblüdür!

Mənim etiqadım budur ki, Xalid heç vaxt Peyğəmbər (s) zamanında bu ləqəbi tanımamış və Peyğəmbər (s) də onu işlətməmişdir. Bəlkə də Əbu Bəkr bu adı ona xilafətin əleyhinə qiyamçıları yatırtmağa görə vermişdir. Ömər ibni Xəttab ondan intiqam alıb demişdir: “Xalidin qılıncı bir az pis əxlaq və zalımdır!” Ömər onu hamıdan yaxşı tanıyır və hamıdan ona yaxın olandır.

Bu vaxt Əbu Bəkr Ömərə dedi: “Xalid Allahın qılınclarındandır ki, öz düşməninin üstünə çəkilmişdir!” O bu bəhanəni gətirdi və səhv etdi. (Bu ləqəb buradan qalmışdır.)

Təbəri “Riyazi-nəzrədə” yazır: Bəni Səlim mürtəd olmuşdu. Əbu Bəkr Xalid ibni Vəlidi onların üstünə göndərdi. Xalid onların bir dəstəsini tövləyə yığıb od vurdu. Bu xəbər Ömər ibni Xəttaba çatdı. O, Əbu Bəkrin yanına gəlib dedi: İcazə verirsən ki, bir nəfər Allah kimi cəza versin?

Əbu Bəkr dedi: “Allaha and olsun! Allahın Öz düşməninə çəkdiyi qılıncı qınına salmaram ki, Allah Özü onu qınına salsın.” Sonra onu Müseyləmə ilə döyüşə göndərdi.1

Əhli-sünnət elə buna görə də onu Allahın siyrilmiş qılıncı adlandırmışlar! Baxmayaraq ki, Xalid Allah Rəsulunun sözündən çıxmış, sünnəni ayaq altına atmış və xalqı odda belə yandırmış olsun.

Buxari öz “Səhih” kitabında rəvayət edib deyir: Peyğəmbər (s) buyurub: “Allahdan başqa heç kəs atəşlə (adla) işkəncə vermir.” Həmçinin buyurmuşdur: “Atəşlə Allahdan başqa heç kəs əzab etmir.”

Keçən bəhslərdə qeyd etmişdik ki, Əbu Bəkr ölümündən qabaq deyirdi: “Kaş o qəbiləni odda yandırmayaydım!”

Biz deyirik: “Kaş bir nəfər Ömər ibni Xəttabdan sual edib soruşaydı: Əgər bilirdin ki, Allahdan savayı yandırmağa heç kəsin haqqı yoxdur, bəs niyə görə Peyğəmbər (s)-in ölümündən bir gün sonra “hər kəs Zəhranın evindədirsə, beyət üçün eşiyə çıxmasa, evi içindəkilərlə birgə yandıracağam” – deyib evi yandırmaq istəyirdin?! Əgər Əli (ə) bayıra çıxıb onunla olanları beyətə vadar etməsəydi, Ömər öz dediyini həyata keçirəcəkdi.

Mən bəzi vaxt şəkkə düşüb öz-özümə deyirəm: Ömər Əbu Bəkrlə necə olub ki, müxalifətçilik etmiş və o da Ömərin nə özünə, nə də müxalifətçiliyinə fikir verməmişdir. Bu çox təəccüblüdür! Çünki Əbu Bəkrin heç vaxt Ömərin qarşısında durmasını görməmişdik. Onun Ömərin müxalifətçiliyi qarşısında durmağa dözümü yox idi. Özü dəfələrlə demişdi: “Mən sənə dedim ki, sən bu iş üçün məndən yaxşısan. Sən mənə qələbə etmisən.”

Daha bir dəfə “müəllifətu qülubihim” ilə bağladığı əhdi əlinə alıb tüpürdü, sonra cırıb kənara atdı. Əbu Bəkrə ondan şikayət edib dedilər: “Xəlifə sənsən, yoxsa Ömər?” Dedi: “Əgər Allah istəsə, odur.”

Elə bu dəlilə görə deyirəm: Bəlkə də Xalidin pis işləri ilə müxalifət edən Əli ibni Əbi Talib olmuşdur. Amma tarixçilərin onun adını yazmaqlarından xoşları gəlmədiyi üçün onu Ömərə çevirmişlər. Bəzi rəvayətlərdə isə onun adını “Əbu Zeynəb”, ya “bir kişi” kimi qeyd edirlər. Bu adlardan məqsəd Əli (ə)-dır. Amma aşkar demək istəmirlər.

Əlbəttə, bu təkcə ehtimal deyildir. Bəlkə də bəzi tarixçilərin sözünü qəbul edib deyək ki, Ömər Xalidlə düşmən olmuş, onu görən gözü olmamışdır. Çünki Ömər ona paxıllıq edirdi. Bəzi döyüşlərdə qalib gəldiyi üçün camaatın qəlbini oğurlaya bilmişdi. Həmçinin deyirlər ki, cahiliyyət zamanı Xalid Ömərlə güləşmiş və Ömərin ayağını sındırmışdı.

Mühüm budur ki, Ömər xilafətə çatan kimi, Xalidi kənara qoymasına baxmayaraq, “Xalidi daş-qalaq edəcəyəm” sözünü həyata keçirmədi. Elə buna görə də Ömərlə Xalid – əxlaq tündlüyündə və xudpəsəndlikdə bir cərgədə idilər. Hər ikisi pis əxlaqlı və daş ürəkli idi. Hər ikisi – istər Peyğəmbərin həyatı zamanı, istərsə də Peyğəmbər dünyadan gedəndən sonra – onun sünnəsi ilə müxalifətçilik edib onun məhvinə çalışdılar. Xalid, Ömər və Əbu Bəkr birlikdə əlbir olub Peyğəmbər (s) dünyadan getdikdən sonra Əli (ə)-ı terror etmək istədilər.1

Sübhan Allah ona nicat verib istədiyini həyata keçirdi.

Xalid ibni Vəlidin şəxsiyyətini və həyatını bir miqdar araşdırdıqdan sonra – ki, əhli-sünnət və camaatın dil əzbəridir – məlum olur ki, hamıdan artıq Peyğəmbərin sünnəsinə biganə imiş. O kəslərin yolunu tuturlar ki, sünnə ilə müxalifətçilik etmiş, ona arxa çevirmişdir. Quran və sünnə üçün heç bir ehtiram qoymamışdır.


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin