ƏHLİ-SÜNNƏ VƏ camaatin rəHBƏr və başÇilari


ƏHLİ-BEYT ŞİƏLƏRİNİN NƏZƏRİNDƏ SƏHABƏ



Yüklə 1,13 Mb.
səhifə17/25
tarix14.01.2017
ölçüsü1,13 Mb.
#5115
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

ƏHLİ-BEYT ŞİƏLƏRİNİN NƏZƏRİNDƏ SƏHABƏ


Əgər bitərəf mövqe tutub “səhabə” mövzusu haqqında təhqiq etsək, görərik ki, səhabənin məqam və mənziləti haqqında şiənin nəzəri Quranın, Peyğəmbər sünnəsinin və əqlin nəzəri ilə eynidir. Lakin “qulat”lar və digər ifratçı firqələr onları kafir hesab etdikləri halda, əhli-sünnət onların ədalətli olduğunu bildirmişlər.

Seyyid Şərəfuddin Musəvi bu barədə belə yazır: “Hər kəs bizim səhabə haqqında olan nəzərimizi oxusa, onun digər nəzərlərə nisbət mötədil olduğunu başa düşər. Bizim nəzərimiz digər firqələrin nəzərləri ilə fərqlənir; çünki “qulat”lar, “kamiliyyə” və digər firqələr onları kafir bilmiş, bir çox firqələr isə onların etimadlı şəxslərdən olmasına inanmışlar. Əhli-sünnə bu barədə deyir: Hər kəs Peyğəmbərdən bir söz eşitsə və ya hər bir müsəlman o Həzrəti görsə, o, adil sayılır. Onların dəlili aşağıdakı hədisdən ibarətdir:

“Kullu mən dəbbə əv dərəcə minhum əcməinə əktəinə.”

Biz Peyğəmbəri-Əkrəmlə bir yerdə oturub söhbət etməyi böyük fəzilət hesab etməyimizə baxmayaraq, o, insanın məsum və günahsız olmasına səbəb olmur. Səhabələr arasında ədalətli şəxslər olduğu kimi, yaği, zülmkar və münafiq şəxslər də olmuşdur. Biz səhabələr arasında olan ədalətli şəxslərə istinad edir, dünya və axirətdə onlardan tərəfdarlıq edirik. Lakin Hindin oğlu Müaviyənin, Nabiğənin oğlu Əmr Asın, Ərtatın oğlu Bəsrin nəql etdiyi, həmçinin Peyğəmbərin qardaşı və vəsisinə qarşı çıxıb ona hücum edən digər şəxslərin nəql etdiyi hədislər heç bir dəyər və ehtirama malik deyildir. Bu, bizim hədis nəql edən səhabələr haqqında olan əqidəmizdir. Bu əqidəyə olan dəlilimiz Allahın Kitabı və Peyğəmbərin sünnəsidir. Bu barədə “üsuli fiqh” elmində geniş söhbətlər edilmişdir. Amma bir çox firqələr səhabə adını daşıyan hər bir şəxsin müqəddəsliyi haqqında ifrata varır, hədlərini aşaraq onların hər bir yaxşı və pis sözlərinə istinad edirlər. Peyğəmbər (s)-dən bir hədis eşidən hər hansı bir müsəlmana tabe olur, kor-koranə ona itaət edir və bu barədə onunla müvafiq olmayan hər bir şəxslə müxalifət və onu məhkum edirlər.

Onlar bizim bir çox səhəbənin rəvayətlərini rədd etdiyimizi, onların ravilərini etibarsız saydığımızı, dinin həqiqətini və Peyğəmbərin düzgün sünnəsini axtarıb tapmaq üçün öz şəri vəzifəmizə əməl etməyimizi gördükdə, şiddətlə bizə hücum çəkib məhkum edirlər. Bizim haqqımızda pis fikirlərə düşür və bizi nadanlıqda ittihamlandırırlar. Əgər onlar bir az düşünüb elmi metodlara müraciə etsəydilər, “səhabənin ədaləti” prinsipinə heç bir dəlil olmadığını başa düşərdilər. Qurana müraciət etsəydilər, orada münafiqlər barəsində çoxlu söhbətlər getdiyini görərdilər. Bizim bu müddəamıza yalnız “Tövbə” və “Əhzab” surələrinin şahid olması kifayət edər.”

Ərəb ədəbiyyatının ustadı və Qahirənin “Eynüş-şəms” univerisitetin “ərəb dili” şöbəsinin rəisi Doktor Hamid Həfəni Davud belə yazır: “Şiələrin əqidəsinə əsasən səhabələr də digər insanlar kimi olub, onlarla və onlardan sonra qiyamət gününə qədər gələn insanlar arasında heç bir fərq yoxdur. Çünki onların bu məsələ barəsində olan yeganə əsasları “ədalət” prinsipini qəbul etməkdir ki, səhabələrin və onlardan sonrakı nəslin bütün rəftar və hərəkətlərini onunla uyğunlaşdırırlar. Yüksək fəzilətə malik olan və Həzrət Peyğəmbərin risalətinə əməl edən şəxsləri müstəsna etməklə, o Həzrətlə sadəcə olaraq bir yerdə oturub söhbət etmək insana heç bir fəzilət bağışlamır. Onların bir dəstəsi – Peyğəmbərlə müasir olan imamlar, yəni Əli və onun övladları məsum olmuşlar. Peyğəmbərlə və ondan sonra Əli ilə gözəl rəftar edən bəzi səhabələr də ədalətlidirlər. Beləliklə, səhabələrin bəziləri həqiqətə çatmış, bəziləri əyri düşüncəli, bəziləri fasiq və bəziləri də dinsiz olmuşlar.

Allaha zahirdə və dildə ibadət edən şəxslər də münafiqlər cərgəsindədirlər. Onlardan da bəziləri öz nifaqlarından əl çəkib İslamdan üz çevirmiş və kafir olmuşlar.

Bunun mənası budur ki, qiblə əhlinin böyük bir hissəsini təşkil edən şiələr bütün müsəlmanlara eyni gözlə baxır, səhabələri, tabeinləri və onlardan sonrakı nəsilləri bərabər səviyyədə tuturlar. Peyğəmbərlə də yalnız həmsöhbət olmaq insanın məsum və günahsız olmasına gətirib çıxarmır və bu, hər hansı bir şəxs barəsində xüsusi bir əqidə bəsləməsinə səbəb olmur.

Beləliklə, onlar özlərinə icazə verdilər ki, ictihad üzündən səhabələrə irad tutub onların ədaləti və Peyğəmbərlə həmsöhbət olmağın bütün şəraitlərinə malik olmaqları, eləcə də o Həzrətin xanədanını sevib-sevməmək barəsində bəhs etsinlər.

Belə də olmalıdır! Çünki İslam Peyğəmbəri (s) belə buyurmuşdur: “Mən sizin aranızda iki və qiymətli ağır əmanət qoyub gedirəm. Əgər onlardan yapışsanız, heç vaxt zəlalətə düşməzsiniz. Onlardan biri Allahın Kitabı, digəri isə mənim Əhli-beytimdir. Və bu iki əmanət qiyamət günündə Kövsər hovuzunda mənə qovuşana qədər heç vaxt bir-birindən ayrılmazlar. Belə isə baxın görün, məndən sonra bu iki əmanətlə necə rəftar edəcəksiniz!”

Bu və digər hədislərə əsasən, şiələr bir çox səhabənin Peyğəmbər xanədanına zülm etmələrinə, lənət göndərmələrinə, eləcə də bu hədisin əksinə çıxmalarına inanırlar. Belə olduqda, necə demək olar ki, səhabələrin hamısı Peyğəmbərlə həmsöhbət olmağın bütün şəraitlərinə və ədalət nişanələrinə malikdirlər?!

Dediklərimiz şiələrin səhabə haqqında olan nəzər və əqidələridir ki, onların bəzilərinin ədalətli olmamasını qəbul edirlər. Bu, şiələrin həqiqətlə uyğun gələn elmi dəlil və sübutlarıdır.”

Doktor Hamid Həfəni Davud başqa bir yerdə etiraf edir ki, səhabələrə irad tutmaq şiələrin bidətlərindən deyildir. Sonra belə əlavə edir: “Keçmiş zamanlarda da “mötəzilə” firqəsi ideoloji məsələlərdə səhabələrə irad tutduqları kimi, xəlifələri də tənqid edərək onlar barəsində bəhs etməklə məşğul olmuşlar. Məhz buna görə də bəziləri onlarla dost, bəziləri isə müxalif olmuşlar.”

Birinci əsrdə səhabələrdən, yalnız çox dəqiq olan alimlər, xüsusilə mötəzilə alimləri irad tuta bilirdilər və onlardan öncə də bu barədə şiə rəhbərləri və Əhli-beyt tərəfdarları qədəm qoymuşdular.

Mən həmişə demişəm ki, teoloqlar və mötəzilə firqəsinin alimləri hicri tarixi ilə 1-ci əsrdə şiə rəhbərlərinə borclu olmuş və həmişə onlardan istifadə etmişlər. Buna əsasən, səhabələrə irad tutmaq məsələsi imamiyyə şiələri tərəfindən başlamışdır. İmamiyyə şiələri İslam mədəniyyəti və maarafində əsl mənbə sayılan Əhli-beyt imamlarından bəhrələndikləri üçün teoloji elmlərdə həmişə məharət göstərmiş və məşhur olmuşlar.”1 (Doktor Hamidin söhbətinin sonu.)

Mənim əqidəmə əsasən, həqiqət axtaran hər bir şəxs həmişə tənqid və irad yolunu öz üzünə açmalıdır, əks halda həqiqətə çata bilməz. Necə ki, əhli-sünnət səhabənin ədaləti haqqında heç bir təhqiq etmədikləri üçün, elə bu günlərdə də haqq və həqiqət yolundan uzaq düşmüşlər.



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin