ƏHLİ-SÜNNƏ VƏ camaatin rəHBƏr və başÇilari


ƏHLİ-SÜNNƏNİN PEYĞƏMBƏR (Ə)-İN SÜNNƏSİ İLƏ MÜXALİFƏT ETMƏSİ



Yüklə 1,13 Mb.
səhifə20/25
tarix14.01.2017
ölçüsü1,13 Mb.
#5115
1   ...   17   18   19   20   21   22   23   24   25

ƏHLİ-SÜNNƏNİN PEYĞƏMBƏR (Ə)-İN SÜNNƏSİ İLƏ MÜXALİFƏT ETMƏSİ


Bu fəsildə təhqiqatçılara sünnülərin Peyğəmbər (s)-in bir çox sünnəsi ilə müxalifət etdiklərini göstərib, o Həzrətin sünnəsinə əməl edən məzhəbin yalnız şiə olduğunu isbat edəcəyik.

Buna görə də bu kitabı “Peyğəmbər sünnəsinə həqiqi əməl edənlər yalnız şiələrdir” – adlandırsaydıq, daha yaxşı olardı.

Burada bu məsələnin əsas və kökünü araşdırıb təhqiqatçıları möhkəm yəqin həddinə çatdırmaq əzmindəyik. Sünnülər islamın bütün məsələləri ilə müxalifət edir, insanların haqdan sapmasına, müsəlmanları zəhmətə salıb onların geridə qalmasına səbəb olurlar.

Mənim nəzərimə görə azğınlığın səbəbi dünyapərəstlikdir. Peyğəmbər (s) də bu barədə buyurmuşdur: “Bütün günahların kökü dünyanı sevməkdir.” Dünyapərəstliyin xarici nümunələrindən biri qüdrəti ələ keçirib, vəzifəyə nail olmaqdır. Doğrudan da bəziləri buna nail olmaq üçün vəhşi heyvanlardan da pis olub çoxlu insanları və ölkələri məhv edirlər. Peyğəmbəri-Əkrəm buna işarə edərək buyurur: “Məndən sonra sizin müşrik olmağınız məni qorxutmur, məni qorxudan dünya üstündə bir-birinizlə rəqabətə girib ixtilaf yaratmağınızdır.”

Məhz buna görə də, “İslamda hökumət sistemi” adlanan imamət və xilafət məsələsi haqqında bəhs etmək istəyirik. Çünki islam ümmətinin başına gələn bütün böyük müsibətlər, əzab-əziyyətlər və giriftarçılıqlar məhz bu məsələdən qaynaqlanır.

İSLAM HÖKUMƏTİ


Sünnülərin əqidəsinə əsasən, Peyğəmbəri-Əkrəm özündən sonra xəlifə təyin etmədi və bunu xalqa tapşırdı ki, bir-birləri ilə məsləhət edib, istədikləri şəxsi xəlifə seçsinlər.

Onların bu əsası qəbul edib əməli olaraq müdafiə etmələrinə baxmayaraq, təhqiq etdikdə aydın olur ki, onlar həmişə öz əqidələrinin əksinə rəftar etmişlər. Çünki onlar Əbu Bəkrin hesab-kitab olmadan xilafətə çatmasını demiş və Allahdan onun şərrinin qaytarılmasını istəmişlər. Həmçinin onun özü İslamda vəliəhdlik (hökumətin irsi olması) əqidəsini yaratmış, vəfatından öncə xilafəti dostu Ömər ibni Xəttaba tapşırmışdır.

Həmçinin, Ömərin də ölümü yaxınlaşanda, o, xilafəti Əbdürrəhman ibni Ovfun başçılığı ilə (öz tərəfindən təyin edilmiş) beş nəfərdən ibarət şuraya həvalə etdi.

Müaviyə də qüdrətə çatdıqdan sonra bu əsası (yəni vəliəhdiliyi və irsi olan xilafəti) icra edərək oğlu Yezidi hakimiyyət başına gətirdi. Yezid də onu oğlu Müaviyəyə tapşırdı. Xilafət həmin zamandan onların övladlarının oyuncağına çevrildi və hər nəsildə xəlifə özündən sonra ya oğlunu, ya qardaşını, ya da qohum-əqrəbalarından hər hansı bir şəxsi özündən sonra canişin təyin edirdi. Abbasilər dövlətində də eynilə bu cür oldu və xilafət nəslidən-nəslə keçirildi.

Müasir dövrə gəldikdə isə, Atatürkün vasitəsilə yaranan Osmani dövlətinin xəlifələri də (meydana gəldikləri gündən axıra kimi) bu əqidəni davam etdirdilər.

Sünnülərin örnəkləri və nümayəndələri xəlifələr olduğundan, hal-hazırda da bəzi İslam ölkələrində, o cümlədən Səudi Ərəbistanda, İordaniyada, Mərakeşdə və Fars körfəsi ətrafında olan digər ölkələrdə də bu əqidə icra olunmaqdadır.

Əhli-sünnətin əqidəsinə əsasən, Peyğəmbəri-Əkrəm özündən sonrakı xilafət və rəhbərlik məsələsini şuraya həvalə etmişdir. Bu əqidənin düzgün olub-olmamasını nəzərə almadan, onlar yenə də Quran və sünnə ilə müxalifət edərək şuraya əməl etmədilər; çünki demokratik şura sistemini mütləq diktatorluq sayılan irsi xilafət sisteminə çevirdilər.

Əgər şiənin əqidəsini nəzərə alıb Peyğəmbər (s)-in özündən sonra Əli ibni Əbi Talib (ə)-ı müsəlmanların rəhbəri təyin etməsinə diqqət etdikdə, yenə də sünnülərin Peyğəmbər (s)-in aşkar sünnəsi ilə müxalifət etdiyini görəcəyik. Çünki İslam Peyğəmbəri Allahın izni olmadan heç bir iş görmürdü.

Bununla da, “şura” nəzəriyyəsinin düzgün olması aydın olur; çünki ilk xəlifələr ona əməl etmədilər. Eləcə də vəliəhdlik (irsi olan xilafət) əqidəsi də batil olur; çünki onlar bu əqidənin düzgün olmasını isbat etmək üçün “xilafət məndən sonra otuz il davam edəcək, ondan sonra çətinlik yaradan padşahlıq dövrü başlayacaqdır” – hədisinə istinad edərək başqalarını özləri kimi inandırmaq istəmişlər ki, qüdrət Allahın əlindədir, onu istədiyi şəxslərə əta edir və padşahları da bizim üçün göndərən məhz Odur! Buna görə də onlara itaət etmək vacibdir.

Bu barədə “Düz danışanlarla birgə” kitabında söhbət etdiyimiz üçün, artıq bəhsi davam etməyi lazım bilmirik. Yalnız bunu deməklə kifayətlənirik ki, əhli-sünnətə “qədriyyə” də deyirlər. Çünki bu, onların əqidəsidir.

Beləliklə, əhli-sünnə “qüdrətin irsi olmasını” qəbul edib, onu şəri xilafət kimi hesab edirlər. Dediklərinə görə, bunu Peyğəmbəri-Əkrəm buyurmuşdur. Onların dörd məzhəb rəhbərlərinin əqidələrinə əsasən, Əməvi və Abbasi hökuməti və ya Osmani xilafəti qeyri-şəri və qeyri-qanuni deyildir. Tarixə də müraciət etdikdə, görürük ki, əhli-sünnə onlarla beyət etmiş və hökumətlərinin şəriətlə uyğun gəldiyini bildirmişlər. Hətta onların əksəriyyətinin fikrinə görə, zorakılıq və güc vasitəsilə xilafət kürsüsündə əyləşən şəxsin təşkil etdiyi hökumət şəri və qanunidir – həmin şəxs istər yaxşı olsun, istərsə də pis, istər ərəb olsun, istərsə də qeyri-ərəb.

Doktor Əhməd Məhmud Sübhi belə deyir: “Sünnülərin xilafət məsələsi müqabilində tutduqları mövqe budur ki, mövcud həqiqəti qəbul edirlər, lakin nə onu təsdiq edir, nə də ona qarşı yürüş edirlər.”1

Əbdus ibni Malik Əttarın rəvayətində deyilir: “Hər kəs qılınc gücünə camaata hakim kəsilib xəlifə olarsa və “möminlərin əmiri adı ilə çağırılarsa, onda Allaha və qiyamət gününə iman gətirən hər bir kəs... onu – istər yaxşı olsun, istərsə də pis – öz imamı kimi tanımalıdır.”

O bunu isbat etmək üçün Abdullah ibni Ömərin sözünü dəlil kimi gətirmişdir: “Biz həmişə qalib olan şəxslərləyik.” Bununla da sünnülər bidətə – xilafətin irsi olmasına – düçar olmuş və həmişə qüdrətli və qalib tərəfin elmini, əməlini, təqvasını nəzərə almadan ona (istər yaxşı olsun, istərsə də pis) beyət etmişlər. Səbəbi də budur ki, səhabələr bir neçə müharibədə Müaviyə ilə döyüşməklərindən sonra, onu “möminlərin əmiri” qəbul edərək beyət etmiş, Peyğəmbərin “qurbağa” adlandırdığı və Mədinədən sürgün etdiyi Mərvan ibni Həkəmin xilafətini qəbul etmişdilər. Halbuki Peyğəmbər onun barəsində buyurmuşdu: “O, istər mənim həyatımda, istərsə də ölümümdə, mənimlə birgə olmamalıdır.”

Onlar, hətta Müaviyənin oğlu Yezidin xilafətinə razılıq verib, ona möminlərin əmiri kimi beyət etdilər, ona qarşı qiyam edən Peyğəmbərin nəvəsi imam Hüseyn (ə)-ı və xanədanını qətlə yetirdilər. Onların alimləri belə deyirdilər: “Hüseyn babasının qılıncı ilə qətlə yetirildi!!!” Hətta bəziləri imam Hüseyn (ə)-ın Yezidə qarşı qiyam etdiyi üçün, “Möminlərin əmiri Yezid ibni Müaviyə haqqında həqiqətlər” adlı kitablar yazıb imam Hüseyn (ə)-ı məhkum edir və onun xilafətinin düzgün olduğunu bildirirlər.

İndi ki, həqiqəti başa düşdük, qarşımızda yalnız bir yol vardır, o da budur ki, sünnülərin Peyğəmbər (s)-ə nisbət verdikləri sünnə ilə də müxalifət etdiklərini qəbul edək. Yəni müsəlmanlar xəlifə və rəhbərlərinin şura yolu ilə seçilməsi məsələsinə də əməl etməyib onu ayaq altına qoydular.

Şiələr imamət nəzəriyyəsini qəbul edir, (Qurana və İslam rəvayətlərinə istinad edərək) onun Allah və Peyğəmbər tərəfindən təyin edilməsinə inanırlar. Bu məqama nail olan şəxslər də təqvalı, elmli, ümmətin ən yaxşısı, məsum və günahsız olmalıdırlar. Onların nəzərinə görə, pis insanı yaxşı insanın sərvəri və rəhbəri qərar vermək düzgün deyildir. Məhz bu səbəbdən səhabələrin və əhli-sünnətin xilafətini qəbul etmədilər.

İddia etdikləri xilafəti isbat etmək üçün şiələrin əllərində əməli olaraq sənəd və dəlillər vardır. Bunlar sünnülərin “Sihah” adlandırdıqları kitablarda mövcuddur. Belə olan təqdirdə, qəbul etməliyik ki, Peyğəmbərin düzgün sünnəsinə əməl edənlər yalnız şiələrdir.

Hökumət istər şura, istərsə də Allah və Peyğəmbər tərəfindən təyin olunsun, yalnız şiələr haqq ilədir. Çünki həm şura, həm də Allah və Peyğəmbər tərəfindən rəhbərliyə seçilən şəxs, şübhəsiz, Əli ibni Əbi Talib (ə)-dır. Heç bir müsəlman (istər şiə olsun, istərsə də sünnü) vəliəhdliyin və xilafətin irsi olmasının Peyğəmbər (s) tərəfindən olmasını və o Həzrətin öz səhabələrinə “mən müsəlmanların rəhbərliyini şuraya həvalə edirəm, beləliklə, məndən sonra istədiyiniz şəxsi rəhbər təyin edə bilərsiniz” – buyurmasını deyə bilməz.

Biz bu məsələ ilə əlaqədar bütün dünya alimləri ilə bəhs etməyə hazırıq. Hər kəsin əlində bizim bu sözümüzün əksinə olan rəvayət varsa, gətirə bilər. Lakin mənim qəti yəqinim vardır ki, bu barədə heç bir hədis mövcud deyildir. Belə isə, Peyğəmbərin sabit sünnəsinə qayıtmaq və İslamın düzgün tarixini oxumaq lazımdır ki, bəlkə həqiqət ələ gəlsin. Onlar cürət edib deyə də bilməzlər ki, Peyğəmbər (s) bu mühüm məsələ barəsində heç bir söz deməmiş, özündən sonrakı rəhbəri təyin etməmiş, İslam ümmətinin vəhdət və birliyini aradan qaldırmaq üçün onları həmişəlik ixtilafa, ayrılığa və çəkişmələrə düçar etmişdir.

Müasir dövrdə də bunun şahidiyik ki, fasiq rəhbərlər belə öz xalqının taleyi, özündən sonrakı rəhbər haqqında fikirləşib, bir şəxsi özünün canişini təyin edir. Əgər belədirsə, şəkk-şübhə etmədən deyə bilərik ki, Allah tərəfindən aləmlərə rəhmət sayılan Peyğəmbər ümmətin gələcəyi haqqında fikirləşib özündən sonrakı rəhbəri müəyyən etmişdir.


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin