ƏHLİ-SÜNNƏ VƏ camaatin rəHBƏr və başÇilari


ÖZ ƏHLİ-BEYTİNƏ TABE OLMASINI PEYĞƏMBƏR (S)-İN MÜSƏLMANLARA ƏMR ETMƏSİ VƏ SÜNNÜLƏRİN ONUNLA MÜXALİFƏTÇLİYİ



Yüklə 1,13 Mb.
səhifə22/25
tarix14.01.2017
ölçüsü1,13 Mb.
#5115
1   ...   17   18   19   20   21   22   23   24   25

ÖZ ƏHLİ-BEYTİNƏ TABE OLMASINI PEYĞƏMBƏR (S)-İN MÜSƏLMANLARA ƏMR ETMƏSİ VƏ SÜNNÜLƏRİN ONUNLA MÜXALİFƏTÇLİYİ


Ötən bəhslərdə gördük ki, Peyğəmbəri-Əkrəm (s) “səqəleyn” hədisində belə buyurmuşdu: “Mən sizin aranızda iki ağır və qiymətli əmanət qoyub gedirəm, əgər bu iki əmanətdən yapışsanız, heç vaxt zəlalətə düşməzsiniz. Onlardan biri Allahın Kitabı, digəri isə mənim Əhli-beytimdir. Hər şeydən xəbərdar olan Allah mənə xəbər vermişdi ki, bu iki əmanət Kövsər hovuzunda mənə qovuşana qədər bir-birindən ayrılmayacaqlar.”

Bu hədisin səhih olmasını və təvatür həddinə çatmasını sabit etdik. Şiə və sünnülər onu öz “Səhih” və “Müsnəd” kitablarında qeyd etmişlər. Sünnülərin Əhli-beyti buraxıb, onlara itaət etməməkləri məşhurdur.2 Onlar digər dörd məzhəb imamlarına üz gətirib, onlara tabe oldular.

Ətraflı məlumat vermək məqsədilə, Əməvi və Abbasi xəlifələrini müdafiə etmək üçün Peyğəmbərin Əhli-beyt ilə müharibə aparan sünnülərin əqidələrini araşdırıb, hədis kitablarına müracət etsək, Əhli-beyt fiqhindən çox az istifadə etdiklərini görəcəyik. Çünki onlar bütün fiqhi məsələlərini, hədislərini Abdullah ibni Ömər, Aişə, Əbu Hüreyrə kimi digər nasibilərdən və Əhli-beyt düşmənlərindən götürmüşlər.

Onların nəzərinə görə, dinin yarısı Aişədən, sünnülərin fəqihi Abdullah ibni Ömərdən, İslam “ravisi” Əbu Hüreyrədən, müharibədə azad olmuşlar və onların övladlarından, yəni Allahın dinində biganə olanlar və bidət qoyanlardandır.

Onlar Əhli-beyt ilə müxalif olan bir dəstə idi ki, Səqifə günündə bir-birlərini tapıb xilafəti Əhli-beytin əlindən almaq üçün hiyləyə əl atdılar və onları İslamın siyasi səhnəsindən uzaqlaşdırdılar.

Əhli-sünnət firqəsi Əhli-beyti müdafiə edən, onlara pənah aparan, Quran və sünnəyə itaət edib onların ardınca gedən şiələrin müqabilində yarandı.

Təbiidir ki, haqqın müxalifləri ümmətin çoxluğunu təşkil edənlərdir. Xüsusilə baş verən fitnə-fəsadlar və müharibələrdən sonra onların sayı daha da artmağa başladı. Bundan əlavə, Əhli-beyt (ə) yalnız dörd il hökumət edə bildi, o da imam Əli (ə)-ın dövründə idi. Onu da qanlı müharibələrlə məşğul etdilər.

Lakin əhli-sünnət, yəni Əhli-beyt müxalifləri neçə yüz illər hökmranlıq etmiş və hakimiyyətləri şərqi və qərbi əhatə etmiş və qüdrəti əllərinə almışdılar. Onlar həmişə çoxluq təşkil etmişlər; çünki qüdrət və hakimiyyət əllərində olmuşdur. Əhli-beyti özlərinə rəhbər tutan şiələr isə həmişə zülm altında olub əzab-əziyyətlərə məruz qalmışlar.

Biz sünnülərin sirlərinin üzərindən pərdənin götürülməsi, Peyğəmbər (s)-lə necə müxalifət etmələri və o Həzrətin insanları doğru yola yönəldən Əhli-beyti barəsində etdiyi vəsiyyəti yaddan çıxarmaları barədə çox da söhbət etmək əzmində deyilik. Lakin şiə Peyğəmbər (s)-in vəsiyyətinə əməl etmiş, onun pak xanədanına itaət etmiş və onlara xatir ağır əzab-əziyyətlərə məruz qalmağa razı olmuşlar.

Həqiqətdə sünnülərin bu əks hərəkətləri Peyğəmbərin ömrünün son anlarında büruz etməyə başladı. Bu vaxtlar idi ki, Peyğəmbər (s) öz səhabələrindən qələm-kağız istədi ki, vəsiyyətini yazılı surətdə yazıb onların haqdan sapmasının qarşısını alsın. Ömər təhlükə hiss edib vəziyyəti belə gördükdə, Peyğəmbər əmrinin icra olunmasının qarşısını aldı, o Həzrətin Əhli-beytinə heç bir ehtiyac olmadığını və Allahın Kitabının kifayət etdiyini iddia etdi. Peyğəmbər “iki ağır olan əmanətə – Quran və sünnəyə əməl edin” – deyə buyurduqda, sanki Ömər: “Bir əmanətdən – Qurandan başqa bir şey istəmir və ikinci bir əmanətə ehtiyacımız yoxdur” – deyərək Peyğəmbərin əksinə getməsini elan edir.

Bu məsələdə Ömərin tutduğu mövqe, sünnülərin tutduğu mövqedir. Çünki Əbu Bəkrin, Osmanın, Əbdürrəhman ibni Ovfun, Əbi Übeydənin, Xalid ibni Vəlidin və Təlhənin vücudunda cilvələnən Qüreyş tayfası Ömərin tutduğu mövqeni himayə etdilər. İbni Abbas deyir: Onlardan bəziləri Ömərin sözünü təkrar etdilər. Bəziləri isə dedilər: Bir şey gətirin ki, Peyğəmbər vəsiyyətini yazılı surətdə yazsın.

Məlum olduğu kimi, Əli (ə) və onun şiələri həmin gündən Peyğəmbərin vəsiyyətinə (yazılı surətdə olmamasına baxmayaraq) əməl etməyə başlayıb, Quran və sünnənin hər ikisini qəbul etdilər. Şiələrin düşmənləri isə, qəbul etdikləri Qurana və onun hökmlərinə belə əməl etməyib (hakimiyyəti ələ keçirdikləri üçün) öz nəzərlərini üstün bildilər, Allahın Kitabını və Peyğəmbərin sünnəsini yaddan çıxartdılar.


ƏHLİ-SÜNNƏ NƏZƏRİNDƏ ƏHLİ-BEYTƏ MƏHƏBBƏT GÖSTƏRMƏK


Əhli-beyt (ə)-a məhəbbət bəsləmək bütün müsəlmanlara vacib edilmişdir. Bu barədə heç bir müsəlmanın şəkk-şübhəsi yoxdur. Çünki Allah-taala Qurani-Kərimdə iman gətirib yaxşı əməllər edən bəndələrinə müjdə verərək belə buyurmuşdur:

قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى

(Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində yaxın adamlarıma məhəbbət göstərməkdən başqa bir şey istəmirəm.”1

Bu ayədə Peyğəmbərin pak xanədanına məhəbbət bəsləmək bütün müsəlmanlara vacib edilmişdir. Onlar Əli, Fatimə, Həsən və Hüseyndən ibarətdirlər. Bu, sünnülərin otuzdan artıq mənbə kitablarında şahid kimi qeyd olunmuşdur.2 Belə ki, imam Şafei bu barədə deyir:

“Ya Əhlə-beyti Rəsulillah, hubbukum,

Fərzun minəllahi fil-Qurani ənzələh.”

“Ey Peyğəmbərin Əhli-beyti! Allah sizə məhəbbət bəsləməyi Qurani-Kərimdə vacib etmişdir.”

Əgər Quranda onları sevmək göstəriş verilmişdirsə, onda bu, imam Şafeinin etiraf etdiyi kimi, bütün qiblə əhlinə vacib edilmişdir. Peyğəmbər (s)-in risalətinin müjdəsi onları sevməkdən ibarətdir. Əgər onları sevmək ibadət və Allaha yaxınlaşmaq sayılırsa, onda nə üçün sünnülər Əhli-beytə ehtiram etmir və onların səhabələrdən aşağı səviyyədə olmaqlarını bildirirlər.3

Biz sünnülərdən Əbu Bəkrə, Ömərə, Osmana və ya digər səhabələrdən hər hansı birinə məhəbbət göstərməyin vacib olması barəsində Qurandan bir ayə, yaxud Peyğəmbərdən bir hədis gətirməklərini istəyirik. Amma görəsən onlar bu barədə ayə və ya hədis gətirə bilərlərmi? Heç vaxt! Bu barədə nə Allahın Kitabında, nə də Peyğəmbərin sünnəsində heç bir mətləb gözə dəymir. Lakin Quranda Əhli-beytin Allahın digər bəndələrindən üstün olmasına, məqam və fəzilətlərinə dəlalət edən çoxlu ayələr vardır. Həmçinin, Peyğəmbər sünnəsində də çoxlu hədislər mövcuddur ki, onların yüksək elmə, məqam və fəzilətə malik olmaqlarını sübut etmiş və onları müsəlmanların imam və rəhbərləri kimi tanıtdırmışdır.

Qurani-Kərimdən “məvəddət”, “mübahilə”, “salavat”, “təthir”, “vilayət” və “kitaba varis olmaq” kimi ayələri, Peyğəmbər sünnəsindən də “səqəleyn”, “səfinə”, “mənzilət”, “kamil namaz”, “nücum”, mədinətül-elm” (elm şəhəri) və “imamların on iki nəfərdən ibarət olması” hədislərini misal göstərmək olar. Əhli-beytin digər insanlara olan üstünlüyünü isbat etmək üçün sünnülərin “Səhih” adlandırdıqları kitablarında gətirdikləri ayə və hədislərlə kifayətlənirik.

Sünnülərin Əhli-beyt (ə) barəsindəki əqidələrinə, tarixi rəftarlarına və onlar haqqında yazdıqları kitablara müraciət etdikdə, onların Əhli-beyt (ə)-la müxalifət və düşmənçilik etməkləri açıq-aşkar başa düşülür. Onları qətlə yetirmək üçün öz qılınclarını çəkmiş, onların məqam və fəzilətlərini azaldıb düşmənlərini ucaltmaq üçün qələm-kağızlarını hazırlamışdılar.

Bunu sübut etmək məqsədilə aydın bir dəlilə istinad etmək istəyirik: Əvvəldə dediyimiz kimi, əhli-sünnənin şiələr müqabilində qərar tapmaları hicri tarixi ilə 2-ci əsrdə rəsmi olaraq tanıtdırıldı. Onlar heç vaxt fiqh elmində, ibadətdə və öz əqidələrində Əhli-beyt vasitəsilə nəql olunan Peyğəmbər sünnəsinə müraciət etməmişlər.1

Halbuki Əhli-beyt Peyğəmbərin xanədanı və övladlarından sayıldığı üçün, o Həzrətin evində nələr baş verdiyini daha yaxşı bilir, elm və əməldə hamıdan üstün olmuş, üç əsr müddətində İslam ümməti ilə birgə hərəkət etmiş və onlara tabe olanlar arasında həmişə fikir birliyi olmuş və heç vaxt bir-birlərinin əksinə çıxmamışlar. Lakin sünnülər hicrətin 3-cü əsrində yaranan dörd məzhbə itaət etmiş və hamısı da bir-birinin nəzərləri ilə müxalif olmuşlar. Bununla belə, onların hamısı Əhli-beyt (ə)-a arxa çevirmiş, onların müqabilində kin-küdurət, düşmənçilik mövqeyini seçmiş, hətta ardıcılları ilə belə müharibə etmiş, indiyə qədər də müharibə etməkdədirlər.

Bunlardan əlavə, sünnülərin “Aşura” günündə İslamın əsasını məhv edib, Peyğəmbər (s)-in pak xanədanını, behişt cavanlarının sərvəri imam Hüseyn (ə)-ı və digər layiqli şəxsləri öldürməklərini də dəlil kimi göstərə bilərik.

Məlum olduğu üzrə, onlar imam Hüseyn (ə)-ın qatillərini heç də təqsirləndirmir və onlara öz razılıqlarını bildirirlər. Bu məsələnin onlardan baş verməsi elə də təəccüblü deyildir. Çünki imam Hüseyn (ə)-ın qatillərinin hamısı sünnülərdəndir. Bunu bilmək kifayətdir ki, İbni Ziyadın imam Hüseyn (ə)-la müharibədə ordusunun sərkərdəsi Ömər ibni Səd ibni Əbi Vəqqas idi. Buna görə də sünnülər imam Hüseyn (ə) və onun köməkçilərini öldürən səhabələr üçün Allahın razılığını diləyir, onların nəql etdikləri rəvayətləri qəbul edirlər. Hətta onlardın bəziləri Yezid ibni Müaviyəyə qarşı çıxıb yürüş edən imam Hüseyni “xarici” adlandırırlar!!!

Ötən bəhslərdə dediyimiz kimi sünnülərin fəqihi Abdullah ibni Ömər Yezidlə beyət edib dedi: “Mənə tabe olan şəxslərin Yezidin əleyhinə çıxmağa haqqı yoxdur, biz qalib gələn tərəfi himayə edirik.”

Eləcə də sünnülər tarix boyu – Aşura faciəsindən indiyə kimi – Aşura günündə bayaram edir, ailələri üçün istirahət və şadlıq vəsaiti hazırlayır, öz mallarının zəkatını verir və həmin günün rəhmət və bərəkətli bir gün olduğunu elan edirlər.

Bunların hamısı bizim müddəamıza canlı bir şahiddir. Onlar həmişə imam Hüseyn (ə)-a ağlayıb əzadarlıq etməyi şiələrə irad tuturlar. Hətta bəzi İslam ölkələrində Aşura facəsini yad etməyin, o Həzrətə əzadarlıq mərasiminin qurulmasının qarşısını alıb dövlət məmurları silahla əza saxlayanlara hücum çəkərək bəzilərini yaralayır, bəzilərini də qətlə yetirirlər. Bu işin səbəbini soruşduqda, bidətlə mübarizə apardıqlarını bildirirlər.

Həqiqətdə onlar bidətlə mübarizə etmirlər, əksinə onlar Əməvi və Abbasi xəlifələrinə itaət edərək Aşura faciəsinin yadlardan çıxarılması üçün var qüvvələri ilə çalışırlar. İş o yerə çatdı ki, imam Hüseyn (ə)-ın qəbrini açıb əsər-əlamətlərini aradan apardılar və o Həzrəti ziyarət etməyin qarşısını aldılar. İndi də bu işi görməkdədirlər. Çünki qorxurlar ki, haqqın Əhli-beyt (ə)-la olduğunu bilməyənlər bundan agah olub, öz rəhbərlərinin cinayətkar olduqlarını başa düşsünlər və haqq ilə batili, mömin ilə kafiri ayırd edə bilsinlər.

Bununla da, bizə bir daha aydın oldu ki, şiələr Peyğəmbər (s)-in sünnəsinin həqiqi ardıcıllarıdır; çünki hər yerdə, hətta imam Hüseyn (ə)-a əzadarlıq edib ağlamaqda da Peyğəmbər sünnəsini yaddan çıxarmayıb ona əməl edirlər. Mövcud olan çoxlu rəvayətlərə əsasən, o Həzrət imam Hüseynin şəhadətindən əlli il öncə Cəbrailin vasitəsilə Aşura faciəsinin baş verəcəyini xəbər vermiş, ona görə kədərlənmiş və ağlamışdı.

Həmçinin, aydın oldu ki, sünnülər Yezid ibni Müaviyənin və Bəni Üməyyənin tərəfdarları olduğunu isbat etmək üçün “Aşura” günündə şadlıq və bayram edirlər. Çünki həmin gündə imam Hüseyn (ə)-a qalib gəldilər və öz gümanlarına görə o Həzrətin inqilabını söndürüb, bütün çəkişmələri aradan qaldırdılar.

Tarixdə göstərilir ki, Yezid və Bəni Üməyyə həmin gündə böyük bir bayram keçirtdilər və sonra onlar üçün imam Hüseyn (ə)-ın mübarək başını və Əhli-beyt əsirlərini gətirdikdə, şadlıq keçirib İslam Peyğəmbərini məzəmmət etdilər və bu barədə bir neçə şer oxudular.

Əhli-sünnənin bəzi “alimləri” də öz rəhbərlərinə yaxınlaşmaq məqsədilə həmin günün mədhində bir çox hədislər düzəltdilər və dedilər: Aşura günü Adəmin tövbəsinin Allah dərgahında qəbul olunduğu, Nuhun gəmisinin nicat tapdığı, atəşin İbrahimə soyuq olduğu, Yusifin zindandan xilas olduğu, Yəqubun gözünün işıqlandığı, Musanın Firona qalib gəldiyi və asimandan İsaya maidənin (yeməklə dolu süfrənin) nazil olduğu gündür!

Sünnülər və onların rəhbərləri bu rəvayəti elə bu günkü günlərdə də Aşura günü münasibətilə oxuyururlar. Lakin bunlar dini alim paltarı geyən yalançıların, fırıldaqçıların və öz dinini dünyaya satanların düzəltdikləri hədislərdir.

Hətta bu barədə hədis düzltməklə yalanı o həddə çatdırmışlar ki, guya Aşura günündə Həzrət Peyğəmbər (s) Məkkədən Mədinəyə hicrət etmiş, Mədinə yəhudilərinin oruc olduğunu görüb, onun səbəbini soruşduqda, demişlər: Bu gün Musanın Firona qalib gəldiyi gündür. Sonra Peyğəmbər buyurmuşdur: Mən sizə Musadan daha layiqəm. Bundan sonra o Həzrət müsəlmanlara göstəriş verir ki, Tasua və Aşura günlərini oruc tutsunlar.

Bu, məhz yalandır. Çünki yəhudilər bizimlə birgə yaşadıqları üçün, indiyə qədər onların Aşura adlı bir bayram keçirib həmin gündə oruc tutduqlarını görməmiş və eşitməmişik.

Sünnü alimlərindən soruşa bilərik ki, nə üçün Allah-taala həmin günü Həzrət Mühəmməd (s)-dən başqa Adəmdən İsaya qədər olan bütün peyğəmbərlər üçün əziz etmişdir? Həzrət Peyğəmbər (s) üçün isə həmin gün əza və matəm günü olmuşdu; çünki nəvəsinin və xanədanının başını qoyun başı kimi kəsmiş, qızlarını da əsir tutmuşdular?! Onlar Allahın Kitabından ayə oxuyaraq belə cavab verirlər:



لَا يُسْأَلُ عَمَّا يَفْعَلُ وَهُمْ يُسْأَلُونَ

Allahdan gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar isə (tutduqları əməllərə görə) sorğu-sual ediləcəklər.”1

Biz isə deyirik:

فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ

Sənə göndərilən bilikdən sonra buna dair səninlə mübahisə edənlər olsa, onlara de ki: “Gəlin biz oğlanlarımızı, siz oğlanlarınızı; biz qadınlarımızı, siz qadınlarınızı; biz özümüzü, siz özünüzü (bura) çağıraq! Sonra (Allaha) yalvarıb yalançılara Allahın lənət etməsini diləyək!”2



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin