ƏHLİ-SÜNNƏ VƏ camaatin rəHBƏr və başÇilari



Yüklə 1,13 Mb.
səhifə6/25
tarix14.01.2017
ölçüsü1,13 Mb.
#5115
1   2   3   4   5   6   7   8   9   ...   25

6-SƏD İBNİ VƏQQAS


O da böyük səhabə və ilk iman gətirənlərdəndir. İlk mühacirlədən olmuş və Bədr müharibəsində iştirak etmişdir. Ömər ibni Xəttabın xilafət üçün təyin etdiyi altı namizəddən biridir. Əhli-sünnətin nəzərinə görə, behişt müjdəsi verilən on nəfərdən biridir.

Ömər ibni Xəttabın Qadisiyyə müharibəsinin qəhrəmanlarından olmuşdur. Deyilənə görə, bəzi səhabələr onun əsl-nəsəbində şəkk etmiş, yadına salaraq ona əziyyət edirlərmiş. Rəvayətə görə Peyğəmbər onun nəsəbini sabit etmişdir və o, Bəni Zöhrə qəbiləsindəndir.

İbni Qüteybə “Əl-imamətu vəs-siyasət” kitabında qeyd etmişdir ki, Bəni Zöhrə Peyğəmbər (s) dünyadan getdikdən sonra Səd ibni Əbi Vəqqas və Əbdürrəhman ibni Ovfun ətrafına yığıldılar. Hamısı Peyğəmbər (s)-in məscidində yığılmışdılar ki, Əbu Bəkr və Əbu Übeydə də ora gəldilər. Ömər onlara dedi: Nə üçün sizi ayrı-ayrı yerlərdə oturmuş görürəm? Qalxın Əbu Bəkrlə beyət edin. Mən və ənsar onunla beyət etmişəm. Səd, Əbdürrəhman və Bəni Zöhrədən olan dostları qalxıb beyət etdilər.1

Rəvayət olmuşdur ki, Ömər ibni Xəttab onu olduğu vəzifədən azad etmiş, amma özündən sonrakı xəlifəyə tapşırmışdı ki, o xəlifə olmadığı təqdirdə ona vəzifə versin. Çünki onu tutduğu vəzifədən xəyanətə görə azad etməmişdir. Osman da onun vəsiyyətinə əməl etmiş, onu Kufəyə rəis qoymuşdu.

Qeyd etmək lazımdır ki, Səd ibni Vəqqas o biri səhabələrdən fərqli olaraq özündən sonra çoxlu sərvət qoymamışdı. Yazılana görə ölümündən sonra onun var-dövləti üç yüz min idi. Osmanın qətlində olmamış və Təlhə və Zübeyr kimi xalqı onun qətlinə qaldırmamışdı.

İbni Qüteybə öz tarixində yazır: Əmr ibni As Səd ibni Əbi Vəqqasa məktub yazıb ondan Osmanın qətli barəsində və bu hadisənin necə baş verməsi haqqında soruşub, qatilini bilmək istədi.

Səd yazdı: Sən məndən Osmanın qatilini soruşursan? Mən sənə xəbər verirəm ki, o, Aişənin çəkdiyi, Təlhənin bildiyi, Əbi Talibin oğlunun zəhərlədiyi qılıncla öldürüldü. Zübeyr isə sakit qalıb əli ilə işarə etdi. Biz də əlimizi əlimizin üstünə qoyduq. İstəsəydik onu müdafiə edə bilərdik. Ancaq o bəzi dəyişikliklər etmiş və özü də dəyişmişdi.

Həm yaxşı işi var idi, həm də pis. Əgər yaxşı iş görmüşüksə, yaxşıdır. Pis iş görmüşüksə, Allahdan bizi bağışlamasını istəyirik. Mən sənə deyirəm ki, Zübeyr uduzacaq. Çünki ailəsi ona hakimlik edir. Təlhə də rəislik üçün qarnını belə cırmaq lazım olsa, cırar...2

Təəccüblü burasıdır ki, Səd ibni Əbi Vəqqas Əmirəl-möminin Əli (ə)-la beyət etməkdən çəkinib ona kömək etmədi. Baxmayaraq ki, imamın haqq olmasını və fəzilətini bilirdi. Elə o özü Əli (ə)-ın fəziləti haqqında bir neçə rəvayət etmişdir ki, Nəsai və Müslüm onları öz səhihlərində gətirmişlər.

Səd deyir: Mən Allah Rəsulundan eşitdim ki, Əli (ə) barəsində üç sifət bəyan edirdi ki, əgər onlardan biri məndə olsaydı, bütün sarı və qırmızı nemətlərdən mənim üçün yaxşı idi. Eşitdim ki, Əlinin Peyğəmbərə olan nisbəti Harunun Musaya olan nisbəti kimidir. Bu fərqlə ki, məndən sonra peyğəmbər olmayacaqdır.

Eşitdim ki, buyurur: Ey camaat! Sizin rəhbəriniz kimdir? Dedilər: Allah və Peyğəmbər. Bu sual və cavab üç dəfə təkrar oldu. Sonra Əlinin əlindən tutub yuxarı qaldıraraq buyurdu: Allah, Peyğəmbər hər kəsin rəhbəridirsə, bu da onların rəhbəridir. Pərvərdigara, dostları ilə dost, düşmənləri ilə düşmən ol!1

“Səhihi Müslüm”ün kitabında gəlmişdir: Səd ibni Əbi Vəqqas dedi: Eşitdim ki, Allah Peyğəmbəri Əliyə buyurdu: İstəmirsənmi ki, sənin nisbətin mənə Harunun Musaya olan nisbəti kimi olsun, bu fərqlə ki, məndən sonra peyğəmbər olmayacaq. Xeybər müharibəsində eşitdim ki, buyurur: Ələmi o kəsə verəcəyəm ki, Allah və Peyğəmbəri sevir, Allah və Peyğəmbər də onu sevirlər.

Deyir: Biz hamımız boynumuzu uzadıb baxırdıq, görək kimi deyir. buyurdu: Əlini çağırın... “De: Gəlin öz oğlanlarımızı və sizin oğlanlarınızı çağıraq”2 – ayəsi nazil olduqda, Allah Peyğəmbəri (s) Əli (ə), Fatimə (s.ə.), Həsən (ə), Hüseyn (ə)-ı çağırıb dedi: Pərvərdigara, bunlar mənim ailəmdir.3

Səd ibni Vəqqas bütün bu həqiqətləri bilə-bilə necə olur ki, onunla (Əli (ə)) beyət etməkdən boyun qaçırır?!

Səd Peyğəmbər (s)-in “hər kəs ki, Allah və Peyğəmbər onun rəhbəridir, Əli də onun rəhbəridir. Pərvərdigara, dostları ilə dost, düşmənləri ilə düşmən ol” hədisini rəvayət edir, amma necə olur ki, özü onunla dostluq edib kömək etmir?!

Səd ibni Əbi Vəqqas Peyğəmbər (s)-in buyurduğu “hər kəs ölsə və beyət etməmiş olsa, cahiliyyət ölümü ilə ölmüşdür” – sözünü necə yaddan çıxarır? Bunu Abdullah ibni Ömər rəvayət etmişdir. Beləliklə, Səd cahiliyyət ölümü ilə ölmüş, Əmirəl-möminin vəsilər sərvəri, üzü ağlar başçısı ilə beyət etməmişdi.

Tarixçilər deyirlər: Səd imamın yanına gəlib üzr diləyərək dedi: Əmirəl-möminin! Allaha and olsun, sənin hamıdan artıq xilafətə layiq olmanda mənim şəkkim yoxdur. Din və dünya işlərində əmin və inanılmışsan. Amma bəziləri səninlə bu işdə düşmənçilik edirlər. Əgər istəyirsənsə, səninlə beyət edəm, onda mənə danışan qılınc ver ki, mənə “bunu götür, bunu qoy” desin!

Əli (ə) ona dedi: Sənin fikrinə görə, başqaları öz söz və əməlləri ilə Quranla müxalifətçilik etmişlər? Mühacir və ənsar bu şərtlə mənimlə beyet etmişlər ki, Allahın Kitabı və Peyğəmbərin sünnəsinə əməl edəm. Əgər istəyirsənsə, beyət et, istəmirsənsə, evində otur, mən səni bu işə məcbur etmirəm.1

Səd ibni Əbi Vəqqasın tutduğu yol təəccüblü deyilmi? O özü şəhadət verir ki, Əli (ə)-ın xilafətə layiq olmasında heç şəkk və şübhə yoxdur. Din və dünya işində əmindir. Lakin bütün bunlardan sonra ondan dili olan bir qılınc istəyir ki, beyət etməsinə şərt qoyub onunla (qılıncla) haqqı batildən ayırsın.

Bu həmin ziddiyyət deyilmi? Ağıllı insanlar heç də onu qəbul etmirlər. Görəsən bu, qeyri-mümkün iş deyilmi? Bu, bihudə keşməkeş deyildirmi? Bunu elə bir adam deyir ki, haqqı özü Peyğəmbər (s)-dən bir neçə hədisdə eşitmişdir!

Məgər Səd Əbu Bəkr, Ömər və Osmanın beyətində olmamışdımı ki, onlar beyətdən boyun qaçıran hər bir kəs haqqında ölüm hökmünü vermişdilər?

Səd Osmanla beyət etmiş və heç bir şərt olmadan ondan tərəfdarlıq etmişdi. Eşitmişdi ki, Əbdürrəhman ibni Ovf Əli (ə)-ın başı üstünə qılınc qoyub demişdi: Öz haqqında bizim üçün bəhanə qoyma ki, qılıncdan savayı heç nə görməyəcəksən.1

O, Əbu Bəkrlə də beyətdə olmuşdu. Əli (ə) beyət etməkdən çəkinmiş və Ömər onu hədələmişdi: Beyət et, yoxsa Allaha and olsun boynunu vuraram.2

Nə üçün Səd ibni Əbi Vəqqas, Abdullah ibni Ömər, Üsamət ibni Zeyd, Məhəmməd ibni Sələmə Peyğəmbər (s)-in həqiqi canişini ilə beyətdən çəkinmiş və onun üzünə ağ olmağa cürət tapmışdı?!

Gördüyünüz kimi, Ömər ibni Xəttabın Əli (ə)-la rəqabət etməyə təyin etdiyi o beş nəfər öhdələrinə qoyulan rolu dəqiqliklə oynadılar. O rol Əli (ə)-ın xilafətə çatmağının qarşısını almaqdan ibarət idi. Əbdürrəhman öz yeznəsini xilafətə seçib, Əli (ə)-ı qəbul etmədiyi təqdirdə öldürüləcəyi ilə hədələyir. Çünki Ömər tərəzinin Əbdürrəhman olan gözünü onun xeyrinə və digərlərinin zərərinə ağır etmişdi. Əbdürrəhmanın ölümündən və Osmanın qətlindən sonra Əli (ə)-ın xilafət rəqibləri yalnız üç nəfər qalmışdı: Təlhə, Zübeyr və Səd.

Onlar mühacir və ənsarın Əli (ə)-ın üstünə hücum edib, onunla beyət etmələrini və onlara heç bir diqqət olunmadığını gördükdə, onun düşmənçiliyini ürəklərinə saldılar. Onun üçün çətinlik və narahatlıq yaratmağa başladılar. Təlhə və Zübeyr onunla müharibə etdi. Səd isə onu tək qoydu.

Yaddan çıxarmayın ki, Osman dünyadan getməmişdən qabaq onun üçün təzə rəqib düzəltmişdi. Bu rəqib onların hamısından təhlükəli, hiyləgər, zirək, bacarıqlı və qoşunlu idi. Osman onun xilafətə çatması üçün yol açdı. İslamın mühüm işlərinin idarə olunmasını iyirmi ildən artıq onun ixtiyarında qoydu. İslam dövlətlərinin gəlirinin üçdə ikisindən çoxu bu məntəqədən təmin olunurdu.

Bu rəqib Müaviyə idi ki, nə din, nə də əxlaq tanıyırdı. Hər hansı yolla olur-olsun, xilafətə çatmaq istəyirdi.

Bütün bunlara baxmayaraq, Əmirəl-möminin Əli (ə) xalqı – o biri xəlifələrdən fərqli olaraq – zorla beyətə məcbur etmədi. O həzrət (Allahın salamı ona olsun) Quran hökmlərinə və sünnətə bağlı idi. Heç bir şeyi dəyişdirmədi. Məgər oxumadınızmı ki, Sədə dedi: “Mühacir və ənsar mənimlə bu şərtlə beyət etmişlər ki, onların arasında Allahın Kitabı və Peyğəmbərin sünnəsi əsasında hökm edim, əgər istəyirsənsə, beyət et, istəmirsənsə evində otur, mən səni bu işə məcbur etmirəm.”

Xoş olsun sənə, ey Əbu Talib övladı! Ey o kəs ki, özgələr arasında əldə gedən Quranı yenidən diriltdin.



إِنَّ الَّذِينَ يُبَايِعُونَكَ إِنَّمَا يُبَايِعُونَ اللَّهَ يَدُ اللَّهِ فَوْقَ أَيْدِيهِمْ فَمَن نَّكَثَ فَإِنَّمَا يَنكُثُ عَلَى نَفْسِهِ وَمَنْ أَوْفَى بِمَا عَاهَدَ عَلَيْهُ اللَّهَ فَسَيُؤْتِيهِ أَجْرًا عَظِيمًا

Sənə beyət edənlər, şübhəsiz ki, Allahla beyət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir. Kim pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim Allahla etdiyi əhdi yerinə yetirsə, (Allah) ona böyük mükafat verər!”1

Allah-taala buyurur:

أَفَأَنتَ تُكْرِهُ النَّاسَ حَتَّى يَكُونُواْ مُؤْمِنِينَ

Sən xalqı məcbur edirsən ki, imanlı olsunlar?”2

Dində məcbur etmə yoxdur. İslamda heç kəsi beyət etməyə məcbur etmirlər. Allah Peyğəmbər (s)-ə beyət üçün xalqla müharibə etməyə hökm verməmişdir. Amma xəlifələr və səhabələr bu bidəti yaradıb “xalqı əgər beyət etməsələr, öldürəcəklər” – dedilər və qorxutdular!

Əgər Həzrət Fatimə (əleyha-salam)-ı qorxudub “əgər beyət etməyənləri evdən çıxarmasan” evini yandıracağıq, deyirlərsə, əgər Əli (ə)-ı (ki, Peyğəmbər (s) xilafətə təyin etmişdi) qılıncla hədələyib Allaha and içirlərsə ki, əgər beyət etməsə, öldürüləcəkdir, onda başqa səhabələr, Əmmar, Salman, Bilal və digər müstəzəflərin haqqında heç danışmağa belə dəyməz.

Mühüm olan budur ki, Səd ibni Əbi Vəqqas Əli (ə)-la beyət etməkdən boyun qaçırtdı və Müaviyənin ona əmr etməsinə baxmayaraq Əli (ə)-ı söymədi. Bu mətləb “Səhih Müslüm” kitabında gəlmişdir. Amma bu Səd üçün kifayət deyil, onu behiştə aparmaz. Çünki o (öz əməli ilə) elə bir məzhəb yaratmışdır ki, “bitərəf”, ya “etizal”1 adlanmışdır. Onun şüarı budur: Mən səninlə deyiləm və sənin qarşında da durmayacağam. İslam bu məzhəbi qəbul etmir və buyurur: Haqdan əlavə hər nə varsa, azğınlıqdır.

Həmçinin Allahın Kitabı və Peyğəmbər (s)-in sünnəsində bu fitnənin nişanələrini vermişdilər. Beləliklə, onun sərhədlərini müəyyən etmişlər ki, hidayət tapan və yolundan çıxan hər bir şəxs bu işi aşkar dəlil üzündən etmiş olsun.

Peyğəmbər (s) bu sözü ilə Əli (ə) barəsində hər şeyi bəyan etmişdi: Pərvərdigara! Onun dostlarını dost tut, düşmənləri ilə düşmən ol. Köməkçilərinə köməkçi ol, onu tək qoyanları isə tək qoy. Hara getsə, haqqı həmişə onunla et.

Əli (ə) “Nəhcül-bəlağə”nin “Şiq-şiqiyyə” xütbəsində Sədi onunla beyətdən saxlayan şeylərin səbəblərini açıqlamışdır: “Onların arasından biri qəlbində olan kininə görə başqasına tərəf əyildi.”

Şeyx Mühəmməd Əbdüh bu ibarətin şərhində deyir: Səd ibni Əbi Vəqqas bəzi şeylərə görə Əli (ə)-dan narazı idi. Anası Hümmə Əbu Süfyan ibni Üməyyə ibni Əbdüş-şəmsin qızı idi. Əli (ə)-ın bu ailənin başçılarının öldürülməsində böyük rolu olmuşdur.2

Həsəd və köhnə düşmənçilik Sədin gözünü kor etmişdi. Əli (ə)-ın düşmənləri üçün bildiyi haqqı Əli (ə) üçün bilmək istəmirdi. Ondan rəvayət edirlər ki, Kufəyə vali qoyulduqdan sonra camaat üçün nitq söyləyib dedi: Ən yaxşı insana, yəni Osmana itaət edin!!

Sədi ibni Əbi Vəqqas Osmanın həyatı zamanı və hətta ölümündən sonra da onun tərəfdarı idi. Buradan Əmr Asa olan məktubunda Əli (ə)-ı təqsirləndirməsinin mənasını başa düşürük ki, deyir: “Osman Aişənin çəkdiyi vvə Əli ibni Əbi Talib (ə)-ın zəhərlədiyi qılıncla öldürüldü!”

Bu təqsirləndirmə yalandır. Tarix özü şahiddir ki, Osman giriftar olan zaman Əli (ə)-dan xeyirxah və bağışlayan bir kəs görməmişdir. Amma heç kəs ona itaət etmirdi.

Sədin bu vəfasız mövqeyindən bunu ələ gətiririk ki: Əli (ə)-ın buyurduğu kimi, o, kinli olmuşdur. Əli (ə)-ın haqqını bilə-bilə, qoymadı ki, o, haqqa yetişsin. Axıra qədər də sərgərdan qaldı. Bir tərəfdən vicdanı onu danlayır, iman nuru qəlbini işıqlandırır, digər tərəfdən isə xəstə (paxıl) ürəyi cahiliyyət kinlərinə görə onu hərəkət etməyə qoymurdu. Sonda əmmarə nəfsi vicdanına üstün gəlib onu alçaqlığa çəkdi və haqqa kömək etməkdən saxladı.

Onun dəlili, tarixçilərin qeyd etdiyi kimi, qeyri-sabit mövqe tutmasıdır. İbni Kəsir öz tarixində belə qeyd edir: Səd ibni Əbi Vəqqas Müaviyə ibni Əbi Süfyanın yanına gəldi. Müaviyə ondan soruşdu: Niyə Əli ilə vuruşmadın?!

Səd dedi: Qara yel başımın üstündən keçdi. Mən dedim: Ah! Ah! Dəvəmi oturtdum ki, o külək başımın üstündən ötsün. Bu vaxt yolumu tapıb ona davam etdim.

Müaviyə dedi: Allahın kitabında “Ah-Ah!” yoxdur. Allah buyurur:



وَإِن طَائِفَتَانِ مِنَ الْمُؤْمِنِينَ اقْتَتَلُوا فَأَصْلِحُوا بَيْنَهُمَا فَإِن بَغَتْ إِحْدَاهُمَا عَلَى الْأُخْرَى فَقَاتِلُوا الَّتِي تَبْغِي حَتَّى تَفِيءَ إِلَى أَمْرِ اللَّهِ

Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun.”1 Allaha and olsun ki, sən haqla olub zalımın əleyhinə vuruşmadın.

Səd dedi: Allahın Rəsulunun Əlinin haqqında buyurduğu və “sən mənim üçün Harunun Musa üçün olduğu kimisən, bu fərqlə ki, məndən sonra Peyğəmbər olmayacaqdır” dediyi bir adamla vuruşmaq istəmədim.

Müaviyə dedi: Səndən başqa daha kim bu hədisi eşitmişdir?

Dedi: Filan-filan və Ümmü Sələmə. Müaviyə qalxıb Ümmü Sələmədən bu haqda soruşdu. Ümmü Sələmə də eynilə Səd kimi təkrar etdi. Müaviyə dedi: Əgər bundan qabaq Əli haqqında bu hədisi eşitsəydim, özüm ya o dünyadan gedənə qədər ona xidmət edərdim.1

Məsudi də öz tarixində Sədlə Müaviyə arasında baş vermiş bu söhbəti eynilə gətirmişdir. O deyir: Səd bu rəvayəti nəql etdikdən sonra Müaviyə ona dedi: Səni indiyə qədər heç vaxt danlamamışdım. Nə üçün ona kömək etmədin? Mən əgər bu hədisi Peyğəmbər (s)-dən onun haqqında eşitmiş olsaydım, ömrümün sonuna qədər Əliyə xidmət edərdim.2

Səd ibni Əbi Vəqqasın Müaviyə üçün danışdığı hədis bir mənaya dəlalət edən yüzlərlə hədisdən biridir. Bu hədislər təkcə bir hədəfi, Əli ibni Əbi Talibin Peyğəmbərdən sonra İslam risalətinin yeganə nümayəndəsi olmasını çatdırır. Ondan başqa heç kəs bu işi görməyə qadir deyildir. Belə olduqda, ləyaqətli möminlər bütün həyatları boyu ona xidmət etməlidir.

Müaviyənin dediyi: “Əgər bundan qabaq bu hədisi eşitmiş olsaydım, bütün ömrüm boyu Əliyə xidmət edərdim” cümləsi bir həqiqətdir ki, hər mömin kişi və qadın onunla iftixar edir.

Amma Müaviyəyə gəldikdə isə, o bu sözü Səd ibni Əbi Vəqqası ələ salmaq üçün demişdi. Bu sözlə onu təhqir və alçaq hesab etmişdi. Çünki o, Əli (ə)-ı söyməkdən boyun qaçırmış, Müaviyənin sözünü həyata keçirməmişdi.

Həqiqətdə Müaviyə “mənzilət” hədisinin Əli (ə)-ın fəziləti haqqında olduğunu bilir və eşitmişdi. Bilirdi ki, o, Peyğəmbər (s)-dən sonra xalqa ən layiqli rəhbərdir və bunu da Məhəmməd ibni Əbu Bəkrə olan məktubunda xatırlatmışdı. (Tezliklə onu qeyd edəcəyik.)

Görəsən Müaviyə Səd və Ümmü Sələmədən hədisi eşitdikdən sonra Əli (ə)-ı söyməkdən əl çəkdimi? Xeyr! Əksinə bundan da artıq öz azğınlığını davam etdirib günahları ilə fəxr etdi. Xalqı bu işə məcbur edirdi, uşaqlar bu tərbiyə ilə böyüyür, qocalar beləcə dünyadan gedirdi. Bu iş səksən, bəlkə daha çox illər boyunca davam etdi.

فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ

“Sənə göndərilən bilikdən sonra buna dair səninlə mübahisə edənlər olsa, onlara de: Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü siz də özünüzü çağıraq! Sonra dua edib yalançılara Allahın lənət etməsini diləyək.”1



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin