ƏHLİ-SÜNNƏ VƏ camaatin rəHBƏr və başÇilari



Yüklə 1,13 Mb.
səhifə4/25
tarix14.01.2017
ölçüsü1,13 Mb.
#5115
1   2   3   4   5   6   7   8   9   ...   25

4-TƏLHƏ İBNİ ÜBEYDULLAH


Adlı-sanlı səhabələrdəndir. Ömərin xilafət üçün təyin etdiyi altı namizəddən biridir. Ömər onun haqqında demişdir: “Xoş olduğu zaman mömin, acıqlı olduğu zaman kafirdir. Bir gün insan, bir gün isə Şeytandır.” Əhli-sünnətin nəzərində, Peyğəmbər (s)-in haqqında behişt müjdəsi verdiyi on nəfərin biridir.

Bu insanın haqqında tarix kitablarını mütaliə etdiyimiz zaman onun dünyapərəst olması və dünyaya görə dinini satması aydın olur. Ziyan edənlərdən və qiyamət günündə peşman olanlardandır.

Bu həmin Təlhədir ki, Allah Peyğəmbərinə əziyyət edib deyirdi: “Əgər Allah Rəsulu ölsə, mən Aişə ilə evlənəcəyəm. Çünki o, mənim əmim qızımdır.” Bu söz Allah Rəsuluna çatdıqda, narahat oldu. “Hicab” ayəsi nazil olduqda, qadınlar hicab örtdülər. Təlhə dedi: “Mühəmməd əmimiz qızlarını bizdən örtəcək və bizdən sonra bizim arvadlarımızla evlənəcək? Əgər onun başına bir iş gəlsə, arvadları ilə evlənəcəyik.”1

Peyğəmbər narahat olduğu zaman bu ayə nazil oldu:



وَمَا كَانَ لَكُمْ أَن تُؤْذُوا رَسُولَ اللَّهِ وَلَا أَن تَنكِحُوا أَزْوَاجَهُ مِن بَعْدِهِ أَبَدًا إِنَّ ذَلِكُمْ كَانَ عِندَ اللَّهِ عَظِيمًا

Sizin haqqınız yoxdur Allah Rəsuluna əziyyət edəsiniz, ondan sonra onun zövcələri ilə evlənəsiniz, bu, Allah yanında böyükdür (pisdir).”2

Bu həmin Təlhədir ki, Əbu Bəkr ölümündən qabaq vəsiyyətnamə yazıb Ömər ibni Xəttabı öz canişini təyin etdiyi zaman onun yanına gəlib dedi: “Kobud və pis əxlaqlıq bir adamı bizim üstümüzə təyin etdiyin üçün Allaha nə cavab verəcəksən?” Əbu Bəkr də pis sözlərlə onu söydü.

Amma görürük ki, ondan sonra sakit olur, təzə xəlifəyə razı olur və onun dostlarına çevrilir. Var-dövlət yığır, nökər və kəniz alır, görür ki, Ömər onu özündən sonra xəlifəliyə namizəd təyin edir. Təlhə də elə həmişə bu fikirdə olmuş və onun arzusunu etmişdi.

Təlhə o kəsdir ki, Əli (ə)-ı tək qoymuş və Osman ibni Əffanın dəstəsinə qoşulmuşdu. Bilirdi ki, əgər xilafət Əliyə çatsa, daha onun üçün heç bir ümid yeri qalmayacaqdır. Əli (ə) özü bu barədə buyurmuşdur:

“Onların arasından biri kin üzündən üz döndərdi, başqa birisi öz yeznəsinə rəy verdi, daha başqa rüsvayçılıqlar da vardı...”

Mühəmməd Əbdüh bu ibarətin şərhində deyir: Təlhənin Osmana çox istəyirdi. Çünki onların arasında bir neçə qohumluq əlaqəsi var idi. Necə ki, ravilər bu haqda qeyd etmişlər. Onun Osmanın tərəfdarı olmasına Əli ilə etdiyi düşmənçiliyi kafidir. Təlhə Təmim qəbiləsindən idi. Bəni Haşim və Bəni Təmim bir-birindən narazı idilər. Belə ki, Əbu Bəkr onların arasından xəlifə olmuşdu.1

Şəksiz, Təlhə “Qədir” beyətində olan səhabələrdən biri olmuş, Peyğəmbər (s)-in buyurduğu “Mən kuntu movlahu fəhaza Əliyyun movlahu”, yəni mən hər kəsin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir – kəlməsini də eşitmişdi.

Həmçinin, sözsüz ki, Peyğəmbərin bu sözünü “Əliyyun məəl-həqqi vəl-həqqu mə Əliyyin”, yəni “Əli haqla və haqq isə Əli ilədir” eşitmişdi. Xeybər müharibəsində də olmuş və Peyğəmbər (s)-in ələmi Əli (ə)-a verib buyurduğu: “o, Allahı və Peyğəmbəri sevir, Allah və Peyğəmbər də onu sevir” cümləsini eşitmişdi. Bilirdi ki, Əli (ə) Peyğəmbər (s) üçün, Harunun Musa üçün olduğu kimidir. Əli (ə)-ın daha bir çox fəzilətlərini də bilirdi.

Amma çoxdankı düşmənçilik, paxıllıq ürəyini doldurmuşdu. Öz qəbiləsinin himayə etmək, Əbu Bəkrin qızı Aişə ilə (ki, əmisi qızı idi) – Peyğəmbər (s)-dən sonra – evlənmək fikrinə düşməkdən savayı heç nə düşünmürdü, amma Quran onun qarşısını almışdı.

Bəli, Təlhə Osmanın kənarında yer tutdu. Onunla bir xəlifə kimi beyət etdi. Çünki Osman həmişə ona hədiyyə və pay verirdi. O, xilafət taxtına oturduqdan sonra müsəlmanların beytül-malının saysız-hesabsız qapısını Təlhənin üzünə açdı.2 Təlhənin gəliri, sürüləri, nökərlərinin sayı çoxaldı. İş o yerə çatmışdı ki, onun yalnız İraqdakı sürülərindən gələn gündəlik gəliri min dinara çatmışdı.

İbni Səd özünün “Təbəqat” kitabında deyir: Təlhə dünyadan getdiyi zaman onun var-dövləti otuz milyon dirhəm idi. Onun yalnız nəqd pulu iki milyon iki yüz dirhəm və iki yüz min dinar idi. Qalan malı bağ, torpaq idi.

Elə bunlar Təlhənin baş qaldırıb qiyam etməsinə də səbəb oldu. O, başqalarını da ayağa qaldırıb Osmanı aradan götürmək, onun yerinə keçmək fikrinə düşdü.

Ola bilər ki, möminlər anası Aişə onu bu fikrə salmış olsun və bu sevdanı onun qəlbində yetişdirsin. Çünki o özü Osmanı yıxmaq üçün əlindən gələni edirdi, xilafətin əmisi oğlu Təlhəyə yetişəcəyində də heç bir şəkki yox idi. Osmanın ölüm xəbərini və xalqın Təlhə ilə beyət etməsini eşitdikdə, çox sevinib dedi: O uzun saqqal kişi gedib yox olsun. Sağ olsun barmaqlı kişi! Sağ olsun uşaqların qəhrəman atası! Sağ olsun öz əmim oğlu! Sağ olsun atan! And olsun Allaha, onlar bilirdilər ki, Təlhə bu məqama layiqdir.

Bəli, bu, Təlhənin Osmana verdiyi bir paydır. Onun vasitəsilə var-dövlətə çatdıqdan sonra xilafət eşqinə düşüb onu öldürdü. Xalqı onun əleyhinə qaldırdı. Öz işində o qədər təkid edirdi ki, hətta mühasirə zamanı onun üçün su aparmağa belə qoymadı.

İbni Əbil-Hədid deyir: Osman mühasirədə olduğu zaman deyirdi: Vay olsun mənə! O Həzrəmi oğluna (Təlhəyə) necə qızıllar verdim! İndi o mənim qanımı tökmək istəyir! Xalqı məni öldürmək üçün ayağa qaldırır! Pərvərdigara! Onu həyatda xoşbəxt etmə, bu həddi aşmanı ona dadızdır.

Bəli, bu həmin Təlhədir ki, əvvəldə xilafəti Əlinin əlindən çıxarmaq üçün Osmanın tərəfdarı idi. Onu xilafətə çatdırdı. Osman da ona çoxlu qızıl və gümüş verdi. İndi isə xalqı onun əleyhinə qaldırıb ölüm hökmünü verir, hətta suyun belə ona çatmasının qarşısını alır. Cansız bədən gətirildiyi zaman onu müsəlman qəbristanlığında belə basdırmağa qoymur və axırda “Kokəb” adlanan yəhudi qəbristanlığında dəfn edirlər.1

Bundan sonra gördük ki, Osman öləndən sonra həmin Təlhə birinci adamdır ki, Əli (ə)-a beyət edir və sonra yenidən beyətini sındıraraq Məkkədə öz əmisi qızı Aişəyə qoşulur. Qəflətən Osmanın qanını tələb etməyə başlayır. İlahi! Bundan böyük töhmət olarmı?

Bəzi tarixçilər bu hadisəni başqa cür qiymətləndirmək istəmişlər. Onlar Əli (ə)-ın Təlhəni Kufə və onun ətrafına hakim təyin etməməsini Təlhənin beyət sındırmasına və dünən beyət etdiyi imamın əleyhinə müharibəyə qalxmasına dəlil gətirmişlər. Bu, dünya malına olan eşq ilə yaşayan, axirətini dünyaya satan, pul və məqamdan başqa heç nə düşünməyən bir kəsin adətidir.

Taha Hüseyn deyir: Beləliklə, o, hakimiyyətin əleyhinə olanlar arasında özünəməxsus mövqeyə malik idi. Nə qədər ki, pul və qüdrətə malik idi, razı idi. Ondan artıq tamaha düşdüyü zaman müxalifətçilik etdi, öldürdü və öldü.2

Bu həmin Təlhədir ki, dünən imam Əli (ə)-la beyət etmiş və bir neçə gün sonra Allah Rəsulunun zövcəsi Aişəni özü ilə Bəsrəyə qədər çəkmişdi. Günahsızları öldürdü. Xalqı Əli (ə)-ın hidayətindən çıxmağa çağırıb hədələdi. Azad surətdə beyət etdiyi zəmanə imamı ilə heç bir xəcalət çəkmədən müharibəyə başladı.

Bütün bunlara baxmayaraq imam müharibə başlamamışdan bir az öncə onun dalınca adam göndərib müharibə meydanında görüşdü və ondan soruşdu: Sən mənimlə beyət etmədinmi? Mənim itaətimdən çıxmağına nə səbəb oldu?

Dedi: Osmanın qanını tələb etmək!

Əli (ə) buyurdu: “Allah biz iki nəfərin arasından Osmanın qanına bais olanı öldürsün.” İbni Əsakirin rəvayətində gəlmişdir ki, sonra dedi: “And verirəm səni Allaha! Allah Peyğəmbərindən eşitmədinmi ki, buyurdu: Hər kəsin ki, mən rəhbəriyəm, Əli onun rəhbəridir. Pərvərdigara! Onun dostları ilə dost, düşmənləri ilə düşmən ol!”

Dedi: Bəli.

Həzrət ona dedi: Bəs nə üçün mənimlə müharibə edirsən?

Dedi: “Osmanın qanını tələb etmək üçün!” Əli (ə)-ın cavabı bu oldu: “Allah bizdən Osmanın qanına bais olanı öldürsün.” Allah Əli (ə)-ın duasını qəbul etdi və Təlhə elə həmin gün öldürüldü. Mərvan ibni Həkəm onu Əli (ə)-la müharibəyə gətirmişdi, özü də onu öldürdü.

O həmin Təlhədir ki, fitnə yaradıb həqiqəti tərs cilvələndirdi. Öz əhdinə vəfa etməzdi. Haqqın səsini eşitmirdi. Əli (ə) həqiqəti ona xatırlatdı, höccəti ona tamam etdi. Lakin o, sözündən dönmədi, böyun əymədi. Yolundan çıxıb digərlərini də yoldan çıxartdı. Bu fitnəyə görə Osmanın qətlində əli olmayan bir çox insanlar tələf oldu ki, onların çoxu nə Osmanı tanıyır, nə də həyatları boyu Bəsrədən kənara çıxmışdılar.

İbni Əbil-Hədid yazır: Təlhə Bəsrəyə gəldiyi zaman Abdullah ibni Həkim Təmimi onun yanına gəldi və ona yetişən məktublar haqqında söhbət açdı. Təlhəyə dedi: Ey Əba Məhəmməd! Sənin bu məktubların bizim üçündür? Dedi: Bəli.

Dedi: Dünən bizə məktub yazırdın ki, Osmanı kənara qoyun, onu öldürün, indi ki, onu öldürmüsən, bizim yanımıza onun qanını tələb etməyə gəlmisən? Allaha and olsun! Bu sözə yəqinin yoxdur. Dünyadan başqa heç nəyi istəmirsən. Belə fikrin vardısa, nə üçün Əli ilə beyəti qəbul edib, öz istəyinlə beyət etdin. İndi beyəti sındırıb yanımıza gəlmisən ki, bizi də öz fitnənə düçar edəsən?

Bəli, əhli-sünnət və camaat kitablarının Təlhə ibni Übeydullahın haqqında yazdığı həqiqət bu idi. Bununla belə, deyirlər ki, o, on nəfər behişt müjdəsi olanlardan biridir!

Onlar elə bilirlər ki, behişt “Hilton” hotelidir. Milyonerlər, dəllallar ora gedirlər. Ölən, öldürən, zalım, məzlum, hamı bir yerə yığılırlar. Möminlər, fasiqlər, yaxşı əməl sahibləri, pis işlər görənlər bir-birilə görüşürlər.



أَيَطْمَعُ كُلُّ امْرِئٍ مِّنْهُمْ أَن يُدْخَلَ جَنَّةَ نَعِيمٍ

Onlardan hər biri arzumu edirlər ki, xoşbəxtlik behiştinə girsinlər?”1



أَمْ نَجْعَلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ كَالْمُفْسِدِينَ فِي الْأَرْضِ أَمْ نَجْعَلُ الْمُتَّقِينَ كَالْفُجَّارِ

Yoxsa Biz iman gətirib yaxşı görənləri yer üzündə fitnə-fəsad törədənlərlə eynimi tutacağıq?! Yaxud Allahdan qorxub pis əməllərindən çəkinənləri günahkarlarla taymı edəcəyik?!”2



أَفَمَن كَانَ مُؤْمِنًا كَمَن كَانَ فَاسِقًا لَّا يَسْتَوُونَ

Məgər mömin kimsə ilə fasiq eynidirmi?! Əlbəttə, onlar eyni ola bilməzlər.”3



أَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ جَنَّاتُ الْمَأْوَى نُزُلًا بِمَا كَانُوا يَعْمَلُونَ

وَأَمَّا الَّذِينَ فَسَقُوا فَمَأْوَاهُمُ النَّارُ كُلَّمَا أَرَادُوا أَن يَخْرُجُوا مِنْهَا أُعِيدُوا فِيهَا وَقِيلَ لَهُمْ ذُوقُوا عَذَابَ النَّارِ الَّذِي كُنتُم بِهِ تُكَذِّبُونَ

İman gətirib yaxşı işlər görənləri etdikləri əməllər müqabilində qonaq qalacaqları Məva cənnətləri gözləyir. Fasiqlərə gəlincə isə, onların məskəni cəhənnəm odudur. Onlar hər dəfə oddan çıxmaq istədikdə, yenə ora qaytarılacaq onlara: “Dadın yalan hesab etdiyiniz cəhənnəm odunun əzabını!” – deyiləcəkdir.4



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin