İKİNCİ PƏRDƏ
BİRİNCİ ŞƏKİL
İsfahan şəhərində p a d ş a h ı n s a r a y ı n d a vaqe olur. Saray mümkün
mərtəbədə şəşəəli döşənmişdir. P a d ş a h taxtda əyləşibdir, ə y a n l a r dəxi yanına
düzülübdürlar, K ə r ə m dəxi padşahın hüzurunda ortada dayanıbdır.
P a d ş a h (rast)--
Söylə görüm, oğlum, bu qədər ahə səbəb nə?
Gündüz, gecələr ahu fəğan, nalə səbəb nə?
Derlər səni tərsa qızına aşiq olubsan,
Söylə görüm a ... bundakı dəsgahə səbəb nə?
K ə r ə m (söz ilə)--Şah baba, izn ver ki, mən öz eşq bəlamı sizə dil ilə deyil, tel
ilə qandırım. Sofi, ver mənim sazımı. (Sofi saz gətirir).
P a d ş a h--Söylə qulaq asaq!
K ə r ə m (sazı əlinə alıb çalır)--
(M u s i q i)
K ə r ə m--
Keşiş bağçasında bir gözəl gördüm.
Əqlimi başımdan aldı, nə çarə?
Daramış zülfünü, tökmüş üzünə,
Sərimi sevdayə saldı, nə çarə?
(M u s i q i)
Mən də bildim bir keşişin qızıdır,
Səhərdən çıxmış dan ulduzudur,
Yuxuda gördüyüm ol özüdür,
O, halımı bilməz isə nə çarə?
(M u s i q i)
__________________Milli Kitabxana___________________
91
Dərdli Kərəm deyir firqətim qəti,
Kəskindir qılıncı, yürükdür atı.
Ol İsəvi, mən Məhəmməd hümməti,
Həqq dininə dönməz isə nə çarə?
(M u s i q i)
P a d ş a h (rast)--Sən xəzinədarım keşişin qızına aşiqsən; burada heç bir ahü-
nəva etməli iş yoxdur. Sən səbr elə, mən onun qızını alıb sənə verərəm.
Ə y a n l a r (təsnif)--
Əlbəttə, şah buyursa, əgər buyursa, əgər əmr etsə,
(M u s i q i)
Əlbəttə, şah buyursa, əgər buyursa, əgər əmr etsə,
Keşişin sözü olmaz. (2 dəfə)
N ö k ə r (daxil olur)--Padşah sağ olsun, xəzinədar keşiş hüzurunuza izn istəyir.
Ş a h--Söylə gəlsin.
K ə r ə m keşişin adını eşitcək müztərib hal olur və ağlayır.
Ş a h--Oğlum, nə oldu sənə, nə üçün ağlayırsan?
(M u s i q i)
K ə r ə m--
Aşardı qarlı dağın ardına,
Xan Əslim ağlıma düşdü, ağlaram.
Hey ağalar, dayanamam dərdinə,
Xan Əslim ağlıma düşdü, ağlaram,
(M u s i q i)
__________________Milli Kitabxana___________________
92
Eşidib keşişin adını,
Xan Əslim ağlıma düşdü, ağlaram.
Duymuşam məhəbbətin dadını,
Sevdiyim xətrimə düşdü, ağlaram.
(M u s i q i)
Ş a h--Oğlum, sənin bəxtindən keşiş özü hüzuruma gəlibdir. Mən bu gün ondan
nişan alaram.
K e ş i ş daxil olur, baş əyir, əlində bir dəstə açarlar.
Şah--Söylə görüm, xəzinədar, mətləbin nədir?
K e ş i ş--Padşah sağ olsun, tamam otuz ildir ki, sənin çörəyini yeyib, sənə xidmət
etmişəm, indi çörəyini mənə halal elə və məni qulluğumdan azad elə.
Ş a h--Keşiş, nə olubdur? Yoxsa məndən və ya mənim adamlarımdan incimisən?
K e ş i ş--Əstəgfurulla!... Ancaq mən çox qocalmışam, qorxuram ki, xidmətimdə
qüsur göstərəm.
Ə y a n l a r bir-birlərinə işarə edirlər.
Ş a h--İndi ki, azadlıq sənin öz xahişindir, mənim də sözüm yoxdur. Lakin onu bil
ki, bu otuz illik xidmətindən mən çox razıyam, məhşərəcən hümmətim üstündə baqi
qalacaqdır. Ancaq, keşiş, sən də gərək mənim əmrimi yerinə yetirəsən.
K e ş i ş--Buyur, padşah, can və baş ilə yetirərəm. (Kənara). Ax, qorxuram ki,
qızımı istəyə.
Ş a h--Keşiş, mənim oğlum Əhməd Mirzə sənin qızına aşiq olubdur (keşişdə
hərəkət), sən gərək qızını mənim oğluma verəsən.
K e ş i ş (pərişan-hal)--Padşah sağ olsun, necə ola bilər, dinimiz ayrı, adətimiz
ayrı....
Ş a h--Mən sənin qızını müsəlman edərəm.
K e ş i ş (daha da bədhal olub)--Padşah sağ olsun, hər nə ağır təklifin varsa mənə
əmr et, lakin bu təklifdən vaz keç (əyanlarda işarələr).
Ş a h--Yox, keşiş, heç vaxt keçmərəm, gərək qızını mənim oğluma verəsən.
__________________Milli Kitabxana___________________
93
K e ş i ş (yalvarır)--Padşah sağ olsun, buyur boynumu vursunlar, amma qızımı
əlimdən alma.
Ş a h--Keşiş, gözümün ağı-qarası bir nəfər oğlum var, mən onun əza və cəfasına
razı ola bilmərəm, əmr edirəm ki, qızını ona verəsən.
K e s i s--Padsah!...
Ş a h (qəzəblə)--Xamus!... Artıq söz lazım deyildir.
K e ş i ş--Padşah sağ olsun, indi ki, sənin əmrindir, razıyam. Ancaq mənə beş ay
möhlət ver ki, toy tədarükü görüm.
Ş a h--Razıyam möhlətə (Kərəmə); oğlum, daha sənin ahü-nəvan əbəsdir, get,
arxayın ol! (Kərəm ağlayır).
Ş a h (təəccüblə)--Oğlum, daha niyə ağlayırsan?
(M u s i q i)
K ə r ə m--
İnanmıram qara keşiş sözünə,
Yox etibarım onun özünə;
Salacaqdır məni çölün düzünə,
Xan Əslim ağlıma düşdü, ağlaram.
(M u s i q i)
Uca dağ başında ötüşür quşlar,
Tərlanım uçdu kimlər görmüşlər,
Dərdimi anlamaz bunda keşişlər;
Xan Əslim ağlıma düşdü, ağlaram.
(M u s i q i)
Dərdli Kərəm deyir: bu dərdim bitməz,
Yarımın sevdası sərimdən getməz,
Yüz min öyüd ver, biri kar etməz,
Xan Əslim ağlıma düşdü, ağlaram.
(M u s i q i)
Ş a h (ayağa durur, getmək üçün oğlunun qolundan tutur)--Oğlum! Keşiş mənə
söz verəndən sonra sözündən çıxa bilməz. Beş ay dözərsən,
__________________Milli Kitabxana___________________
94
inşaallah, sonra yarın sənə yetişər. İndi gəl gedək səni şikara aparım. (Hamısı
gedirlər, keşiş onları bir qədər ötürüb sonra qayıdır).
(M u s i q i)
K e ş i ş--
Qaçmaq, qaçmaq, (2 dəfə)
Qaçmaqdan başqa əlacı yoxdur. (2 dəfə)
Getmək, getmək,
Getməsəm əgər əngəlim çoxdur.
(Fikir ilə) Olsam razı.... Yox!...
Qaçmaq, qaçmaq, (2 dəfə)
Qaçmaqdan başqa əlacı yoxdur. (2 dəfə)
Qaçmaq, qaçmaq, qaçmaq,
Qacmaq!... (Qaçır gedir).
PƏRDƏ
İKİNCİ ŞƏKİL
Zəngidə k e ş i ş i n b a ğ ç a s ı n d a vaqe olur. Ancaq bu səfər bağçadakı güllər
sınıb, solub, ağacların bəziləri qırılıbdır. Sandalyalar alt-üst olubdur. Yenə sol tərəfdə
dağlıq və ortada sərv ağacı. Zəngi əhlindən S ə f i adlı qoca məyus və kasıb bir
bucaqda yumrulub yatıbdır. Musiqi çalınırkən səhnə açıq durur. Sonra ə y a n l a r, q
o ş u n, K ə r ə m ilə p a d ş a h kamal-dəbdəbə ilə daxil olurlar.
Ş a h (söz ilə)--Bu necə işdir, keşiş bizim qabağımıza çıxmadı? Səsləyin keşişi!
Ə y a n l a r d a n b i r i--Hey, hey!... Kesis, hey, hey!... (Gedir içəri baxır və
çıxır); şah sağ olsun, heç kəs yoxdur.
Ş a h--Bu necə olan işdir?! Yoxsa keşiş məni aldatdı, bu saat onun başını
bədənindən cida etdirərəm.
Ə y a n l a r d a n b i r i (axtararkən Səfini görür)--Şah sağ olsun, burada bir şəxs
yatıbdır.
Ş a h--Durğuzun ondan soruşaq.
Ə y a n (Səfini oyadır)--Hey, hey, dur ayağa! (Səfi güç ilə qalxır, gözlərini ovur).
Dur, padşah gəlibdir. (Səfi üzü üstə yıxılır və səcdə edir.)
__________________Milli Kitabxana___________________
95
Ş a h--Ey adam, söylə, keşiş haradadır?
S ə f i--Atam-anam sənə qurban olsun, padşah! Keşiş budur üç aydır evli-eşikli
bu vilayətdən qaçıbdır.
Ş a h--Ax, məlun!... (fikrə gedir).
(M u s i q i)
K ə r ə m (birdən başlayır, üzünü dağlara tutub oxuyur)--
Xan Əslim Zəngidən fərar eyləmiş,
Yol verməyin, başı dumanlı dağlar!
Belə getmiş atasilə anası,
Yol verməyin, başı dumanlı dağlar!
(M u s i q i)
İsfahan bəyləri qalxdılar toya,
Zənginin xalqı qaçdılar Xoya,
Aşiq gəldi məşuqundan doya,
Yol verməyin, başı dumanlı dağlar!
(M u s i q i)
Dərdli Kərəm bu eşq ilə bişmişdir,
Sövda üçün bu sərindən keçmişdir.
Əsli, keşiş qaçıb burdan getmişdir,
Yol verməyin, başı dumanlı dağlar!
(M u s i q i)
H a m ı (təsnif)--
Qara keşiş, qara keşiş
Fərar etmiş Zəngidən, Zəngidən.
Ax, üç ay edər keşiş burdan sən gedən. (2 dəfə)
K ə r ə m--
Haqdan mənə, haqdan mənə
Təqdirdir: aşiqəm, aşiqəm.
Gərəkdir olsun məndə ahü dərdü qəm. (2 dəfə)
__________________Milli Kitabxana___________________
96
H a m ı--
Yolun sənin, yolun sənin
Yumrulsun a, ay keşiş, ay keşiş!
Sən necə qıydın şaha, gördün belə iş. (2 dəfə)
K ə r ə m (sərv ağacına tərəf gedib oxuyur; segah)--
Dur, sərv ağacı, xəbər ver, sorayım,
Sərv ağacı, sənin maralın hanı?
Eşit gəl, eşit ver mənim cavabım,
Sərv ağacı, sənin maralın hanı?
Doğru söyləməzsən qəddin əyilsin,
Dilərəm mövladan belin bükülsün,
Çürüsün yarpağın, şaxın qurusun,
Sərv ağacı, sənin maralın hanı?
Dərdli Kərəm deyir: yanıb tutərəm,
Yarımın yanına bu gün yetərəm;
Viran bağda bülbül olub ötərəm,
Sərv ağacı, sənin maralın hanı?
(M u s i q i)
Ş a h (şur)--Bəsdir, oğlum, bu qədər ah-nəva bəsdir. Mən bu saat hər yerə adam
göndərib keşişi tapdıraram.
K ə r ə m (hicaz)--
Yeni bir sevdadır gəldi başıma,
Gəlin halallaşaq, mən gedər oldum.
Gəlib, ya gəlməyib sizi tapmaram,
Gəlin halallaşaq, mən gedər oldum.
(M u s i q i)
Ürəyimdə yanar bunca atəşlər,
Yar əlindən yenə yaralar işlər.
Gülüb oynadığım qızlar, qardaşlar,
Gəlin halallaşaq, mən gedər oldum.
__________________Milli Kitabxana___________________
97
(M u s i q i)
Duz-çörək yediyim qohum-qardaşlar,
Nədir bu fələyin etdiyi işlər,
Gözümdən axıtdı qan ilə yaşlar;
Gəlin halallaşaq, mən gedər oldum.
Ş a h (şur)--
Oğlum, bu nə sözdür danışırsan, danışırsan?
Eşq oduna bunca alışırsan, alışırsan?
Tərsa qızına aşiq olub bunca uyursan,
Mən tək qocanı didəsi giryan qoyursan.
Ölsəm, oğlum, bu hökumət kimə qalsın?
Kim şahlıq edib dövlətin əhvalına yansın?
K ə r ə m (şur)--
Məndən, ata, padşahlıq uyma, uyma,
Mən aşiqi gəl gözü yaşlı qoyma.
Haqq aşiqi olmuşam, yəqin bil,
Qoy yarımı axtarım tapım, bil.
(M u s i q i)
H a m ı (təsnif)--
İzn verin getsin, şahım, bu Kərəm (2 dəfə)
Getsin yarın tapsın, alsın o məram. (2 dəfə)
Sənin oğlun, şahım,
Həqdən aşiqdir, aşiqdir, aşiqdir.
Eşqə düşmək, şahım, ona layiqdir,Layiqdir, layiqdir.
(M u s i q i)
P a d ş a h üzünü dəsmal ilə tutub ağlayır.
(M u s i q i)
__________________Milli Kitabxana___________________
98
K ə r ə m--
Qəm-qəsavət bu gün başa düzüldü,
Ağla, atam, ayrılığın günüdür.
Bizə qismət qürbət eldə verildi,
Ağla, atam, ayrılığın günüdür.
(M u s i q i)
Məni kül eylədi elin dilləri,
Bundan belə gözləməyin yolları.
Varayım, gəzəyim qürbət elləri,
Ağla, atam, ayrılığın günüdür.
(M u s i q i)
Məni, ata, halal elə gedirəm,
Bir tənbehdir öz-özümə edirəm.
Əslidən başqa özgəni nedirəm?
Ağla, atam, ayrılığın günüdür, hey!... (Gedir).
PƏRDƏ
ÜÇÜNCÜ PƏRDƏ
Bir ç ö l d ə vaqe olur, çöldə ora-bura yollar vardır. Sol tərəfdə meşədir, sağ tərəf
dağlıqdır. Səhnədə K ə r ə m ilə S o f i dayanıbdır. Musiqi çalır.
K ə r ə m (üzünü yollara tutub deyir)--
Əyri-üyrü gedən yollar,
Yollar, xan Əslimi gördünmü?
Düşmüşəm yarın izinə,
İzlər, xan Əslimi gördünmü?
Əyninə geyibdir saya,
Yanında var cüftə taya,
Sənə deyirəm, sarı qaya!
Qaya, xan Əslimi gördünmü?
__________________Milli Kitabxana___________________
99
Bir dəstə yol ötən gəlib keçirkən bunları görüb dayanır.
K ə r ə m--
Düşmüşəm yarın izinə,
Qurban olum onun qara gözünə;
Çıxmışam mən çöllərin düzünə,
Düzlər, xan Əslimi gördünmü?
Y o l ö t ə n l ə r (təsnif--tar)--
Nə gəzirsən burada,
Nədir, nədir, nədirsiz? (2 dəfə)
Nərəyədir səfəriz,
Gedir, gedir, gedirsiz?
Gedir, gedir, gedirsiz?
Səbəb nədir bu ahə, (2 dəfə)
Edir, edir, edirsiz?
Nərəyədir səfəriz,
Gedir, gedir, gedirsiz?
Gedir, gedir, gedirsiz?
S o f i--Ay qardaşlar, bu oğlan haqq aşiqi Kərəmdir. Neçə zamandır keşiş qızı
Əsli xana aşiqdir, amma keşiş öz qızını götürüb qaçıbdır, indi bu da yarın axtara-
axtara neçə-neçə vilayətlər
keçib gəlib bu yerə çatıbdır. Hərgah siz də keşişin qaçmağını bilirsinizsə, bizə
xəbər veriniz gedək.
Y o l ö t ə n l ə r d ə n b i r i--Ey aşiq! Sənin yarının haraya qaçdığını bilirik.
Hərgah bizim üçün bir türkü oxusan xəbər verərik.
K ə r ə m sazını əlinə alır və yol ötənlər oturub qulaq asırlar.
(M u s i q i)
K ə r ə m--
Hey ... ağalar, yarımı qaçırdım,
Bəylər, xan Əslimi gördünmü?
Bülbülü şaxdan uçurdum,
Bəylər, xan Əslimi gördünmü?
__________________Milli Kitabxana___________________
100
(M u s i q i)
Əsli huridir bilənə,
Qoynu cənnətdir girənə.
Ceyrana bənzər ceyrana.
Bəylər, xan Əslimi gördünmü?
(M u s i q i)
Obaları oymaq-oymaq,
Olmaz imiş yardan doymaq.
Ağzı sud, dodağı qaymaq,
Bəylər, xan Əslimi gördünmü?
(M u s i q i)
Mən Kərəməm, düşüb çölə gəzərəm,
Yarımı tapsam, üst-başını bəzərəm,
Min cür cəfa etsə, mininə dözərəm,
Bəylər, xan Əslimi gordunmu, hey?!...
O n l a r--Doğrudan da ki, sən haqq aşiqi imişsən. Ey aşiq, sənin yarın atası ilə
bərabər buradan keçib, Hələb şəhərinə qaçıbdır. Onu orada taparsan, amma, ey aşiq,
sən gəl burax Əslini,
qal bizim ellərdə.
O b i r i--Ol bizim əhlimizdən.
D i g ə r i--Bizdə Əslidən gözəl qızlar vardır.
B i r a y r ı s ı--O qızlardan birini al.
H a m ı s ı--Gəl, gəl aşiq, bizdə qal.
K ə r ə m (baş bulayır)--Ay qardaşlar! Mən İsfahan padşahının oğluyam, hərgah
bir yerdə qalıb rahat ola bilsə idim, padşah sarayında qalıb, şahlıq edərdim. Mən
haqq aşiqiyəm, yarımdan əl çəkə bilmərəm.
Bu halda bir dəstə q ı z gəlir, qızlardan biri oynayıb qalanları oxuyurlar.
(M u s i q i)
Q ı z l a r--
Güli-sünbüllər açılıb bağda,
Açılıb bağda güli-sünbüllər.
__________________Milli Kitabxana___________________
101
Hamı bülbüllər oxuyur tarda,
Oxuyur tağda hamı bülbüllər. (2 dəfə)
(O y u n, m u s i q i).
Düzülün, qızlar, əl-ələ verin,
Əl-ələ verin, düzülün, qızlar!
Görəsiz, qızlar, neçə bayramlar,
Neçə bayramlar görəsiz, qızlar! (2 dəfə)
O ğ l a n l a r v ə q ı z l a r--
Yığışın, qızlar, həmi oğlanlar,
Gülüşüb danışaq,
Görüşək danışaq.
Gülə bənzərsiz hərəniz, qızlar,
Sizə aşiqdir hamı oğlanlar! (2 dəfə)
(O y u n, m u s i q i)
K ə r ə m--
Xuraman-xuraman gəlin-qızlar,
Xan Əslimi sizdən görən oldumu?
Küsmüşəm atadan, anadan, eldən,
Məni salıb Əsli xanım dildən;
Bir dayanın, sorayım sizdən,
Xan Əslimi sizdən görən oldumu?
(M u s i q i)
Mənim yurdum dağlar ilə daş olub,
Məhəbbət sirri hər kəsə faş olub,
Ağlamaqdan yerim-yurdum yaş olub,
Xan Əslimi sizdən görən oldumu?
(M u s i q i)
Ah edəyim, könül, sənin əlindən,
Qaldıq bir əcayib zarın içində.
__________________Milli Kitabxana___________________
102
Nəyə ağlayım, nəyə güləyim?
Qönçə gülüm qaldı xarın içində.
(M u s i q i)
Dərdli Kərəm deyir: vətənim yox mənim,
Heç kimsə yoxdur sora əhvalım.
Yardan ayrılalı büküldü belim,
Qaldıq namus ilə arın içində.
(M u s i q i)
H a m ı (təsnif)--
Dərdli Kərəm, sən itirdin Əslini; (2 dəfə)
Get, tap, get, tap yarın, itirdin Əslini. (2 dəfə)
Haqdan aşiqsən, çək eşqin əzabın; (2 dəfə)
Get, tap, get, tap yarın, itirdin Əslini. (2 dəfə).
Q ı z l a r və o ğ l a n l a r gedirlər.
K ə r ə m (yollara sarı)--
Ərzurumdan çıxdımı, üç oldu yolum,
Mən bu yolun hangısına gedəyim?
Çagırdım gecə-gündüz mövlamı,
Mən bu yolun hankısına gedəyim?
(M u s i q i)
Sofi qardaş, necə olur halımız?
İsfahan şəhridir bizim elimiz.
Bülbül getdi, məhzun qaldı gülümüz,
Mən bu yolun hankısına gedəyim?
(M u s i q i)
Kərəm deyir yetmədim muradıma,
Əslim getdi, qonamadım yurduna.
__________________Milli Kitabxana___________________
103
Hey ağalar, bir dilbərin dərdinə,
Mən bu yolun hankısına gedəyim?
(M u s i q i)
Bu halda Ş e y x-N u r a n i vaqe olur və üzünü K ə r əm g i l ə tutub oxuyur.
Ş e y x-N u r a n i (humayun)--
Eşqə giriftar olan
Zarü pərişan gördüm.
(M u s i q i)
(təkrar o sözlər)
Cənk edib can alanı
Qanını qəltan gördüm.
(M u s i q i)
(təkrar o sözlər)
Atəşi-eşqə düşəni
Çaki-giriban gördüm.
(M u s i q i)
(təkrar o sözlər)
Hicr oduna yananın
Qəlbini büryan gördüm.
(M u s i q i)
(təkrar)
Ş e y x (söz ilə)--Ey qərib, sizlər haraya getmək istəyirsiniz?
S o f i--Ey şeyx, biz Hələb şəhərinə getmək istəyirik.
Ş e y x--Siz bilirsinizmi ki, buradan Hələbə altı aylıq yol var?
S o f i--Xeyr, bilmirik.
__________________Milli Kitabxana___________________
104
Ş e y x--Yumun gözlərinizi.
K ə r ə m və S o f i gözlərini yumurlar, haman dəm hər yer qaranlıq olur, bu halda
səhnənin dal pərdəsi qalxıb, Hələb şəhəri görünür.
Ş e y x--Açın gözlərinizi.
Bunlar gözlərini açırlar, hər yer işıqlanır. K ə r ə m və S o f i Hələbin
mənzərəsini görüb şad olurlar.
Ş e y x--Bax, siz Hələb şəhrinə yetişdiniz (deyib tez çıxıb gedir).
(M u s i q i)
K ə r ə m--
Şükr eylə, Sofi, xudaya, (2 dəfə)
Hələb şəhri, Hələb şəhri!
Hələb şəhrinə gəldik.
(M u s i q i)
Qalxız əlini duaya, (2 dəfə)
Hələb, Hələb şəhri!
Hələb şəhrinə gəldik.
(M u s i q i)
K ə r ə m v ə S o f i--
Yetirdi mövlam bizi tez, (2 dəfə)
Hələb şəhri, Hələb şəhri!
Hələb şəhrinə gəldik (2 dəfə)
Hey....
(M u s i q i)
PƏRDƏ
__________________Milli Kitabxana___________________
105
DÖRDÜNCÜ PƏRDƏ
BİRİNCİ ŞƏKİL
H ə l ə b şəhərinin bazarında vaqe olur. Axşam çağıdır, sağ tərəfdə sair evlər
var. Sol tərəfdə K e ş i ş və Ə s l i olan ikimərtəbə və balkonlu ev vardır. Ortada
çeşmə qurulub, altı nəfər qız su doldurmaqla məşğuldurlar, evlərin içindən işıq gəlir.
Qızlar su doldururlar və oxuyurlar.
(M u s i q i)
Qızlar--
Axşam oldu hey ... şamlar yandı, (2 dəfə)
Tez ol, tez ol, qızlar, qaranlıq damdı. (2 dəfə)
Hər kim istər kim, dərdi az olsun, (2 dəfə)
Getməsin ərə, evdə qız qalsın. (2 dəfə)
(M u s i q i)
Axşam oldu hey ... obalar yatdı, (2 dəfə)
Qaranlıq çökdü, ay da həm batdı; (2 dəfə)
Arvad olanın dərdi çoxdur, (2 dəfə)
Amma qızların heç dərdi yoxdur. (2 dəfə)
Amma qızların heç dərdi yoxdur. (2 dəfə)
Bu halda K ə r ə m ilə S o f i sağ tərəfdən nümayan olurlar, qızlar onları görüb
qorxan kimi olurlar.
(M u s i q i)
K ə r ə m--
Ey Hələbin gözəlləri,
Altı qızlar, altı qızlar!
Bulaqdan su süzənləri,
Altı qızlar, altı qızlar!
(M u s i q i)
__________________Milli Kitabxana___________________
106
Keşiş bunda gəlib durar,
Xan Əslimi deyər, vurar,
Dərdli Kərəm sizdən sorar,
Altı qızlar, altı qızlar!
Q ı z la r d a n b i r i--Siz kimsiniz və bizlərdən nə istəyirsiniz?
S o f I--Ey gözəl qızlar, sizin bu şəhərə bir keşiş gəlib, öz qızı ilə olur, söyləyin
bizə, allah eşqinə, o keşiş harada olur?
Q ı z l a r d a n b i r i--Bildim hansı keşişdir, bax, o keşiş bu evdə olur, bu evdə.
(Qızlar gedirlər).
(M u s i q i)
K ə r ə m (sevinib)--
Gəzib-gəzib şəhərləri, kəndləri,
Axır gəlib sənə yetişdim, Əsli!
Unutmuşam cəfaları, dərdləri,
Axır gəlib sənə yetişdim, Əsli!
(M u s i q i)
Haqq aşiqi söylədilər adıma,
Yetişmədi bir kəs mənim dadıma.
Keçən günlər düşdü mənim yadıma,
Axır gəlib sənə yetişdim, Əsli!
(M u s i q i)
Şah oğluyam, dönmüşəm mən gədayə,
Çıx gəl bəri, verək səda-sədayə,
Dərdli Kərəm desin şükür xudayə,
Axır gəlib sənə yetişdim, Əsli!
Bu halda balkona açılan qapılar taybatay açılıb, Ə s l i hövlnak bir surətdə
balkona çıxır və aşağı baxıb deyir:
Ə s l i--Kərəm!!!
K ə r ə m--Can Əsli!
__________________Milli Kitabxana___________________
107
Ə s l i bihuş kimi olur.
(M u s i q i)
K ə r ə m--
Gəzib-gəzib şəhərləri, kəndləri,
Axır gəlib sənə yetişdim, Əsli!
Unutmuşam cəfaları, dərdləri,
Axır gəlib sənə yetişdim, Əsli!
(M u s i q i)
Ə s l i--
Dustaq kimi gəlib qalıb bu evdə,
Söylər idim: Kərəm, Kərəm, Kərəm, gəl!
Bilməz idim çarə nədir bu dərdə,
Söylər idim: Kərəm, Kərəm, Kərəm, gəl!
(M u s i q i)
K ə r ə m--
Ağlar qoyub ata ilə ananı,
İncitmişəm hər bir canı yananı.
Ötürmüşəm Məcnunu və Sənanı,
Axır gəlib sənə yetişdim, Əsli!
(M u s i q i)
Ə s l i--
Keşiş babam məni döyüb söyəndə,
Qaçar ikən o kənddən bu kəndə,
Ahu kimi düşüb qalıb kəmənddə,
Söylər idim: Kərəm, Kərəm, Kərəm, gəl!
__________________Milli Kitabxana___________________
108
(M u s i q i)
K ə r ə m--
Şah oğluyam, dönmüşəm mən gədayə,
Çıx gəl bəri, verək səda-sədayə,
Dərdli Kərəm desin şükür xudayə,
Axır gəlib sənə yetişdim, Əsli!
(M u s i q i)
Ə s l i--
Keşiş babam bağlayıbdır hər yanı,
Yanmaz imiş onun mənə heç canı.
Gözüm görmür bu işıqlı dünyanı,
Çıx gəl bəri, Kərəm, Kərəm, Kərəm, gəl!
--deyib, ipək nərdivanı aşağı atır, K ə r ə m nərdivana çıxıb, Ə s l i dəxi
balkondan bədənini aşağı sallayıb, ikisi bir-biri ilə görüşməkdə ikən k e ş i ş bazardan
qayıdır və əhvalatı bu halda görüb qışqırır.
K e s i s--Ay haray!... Evimə oğru gəlibdir, ay haray!... Yığılın buraya?...
Bu qışqırığa iki nəfər z ə b t i y y ə gəlib, K ə r ə m i və S o f i n i tuturlar,
camaat dəxi evlərindən bayıra çıxıb, əllərində fanus olaraq bu əhvalatı görürlər.
B ə z i l ə r i--Nə olub? Nə olub?
O b i r i l ə r i--Keşişin evinə oğru-quldur gəlibdir.
X a l q kamal-təəccüb ilə K ə rə m ilə S o f i n i n ora burasına tamaşa edir.
K e ş i ş (kənara çəkilib)--Ax-ax-ax.... Tanıdım, odur, padşahın oğlu Əhməd
Mirzədir.... Yenə gəlib məni tapd?, ax!...
Bu halda Hələb p a ş a s ı daxil olur, yanında iki nəfər z ə b t i y y ə.
P a ş a--Bu nə yığıncaqdır burada? Nə olubdur? Geri çəkilin!
__________________Milli Kitabxana___________________
109
C a m a a t çəkilir.
K e ş i ş--Paşam! Bu iki şəxs mənim evimi yarmaq istərkən gəlib üstə çıxmışam.
P a ş a (acıqla)--Nakəslər! Bu şəhəri sahibsizmi zənn etdiniz? Nə cürət edib
quldurluğa gəlirsiniz? Aparın bunları həbs edin!
K ə r ə m (əcz ilə)--Paşam, izn ver, bir neçə kəlmə sözüm var.
P a ş a--Nə sözdür, de görək.
(M u s i q i)
K ə r ə m--
Yazıq ömrüm qərib eldə keçirdim,
Heç əhvalım bildirən yox, bilən yox!
Getdi fürsət, əldə ikən qaçırdım,
Qərib qaldım, güldürən yox, gülən yox!
(M u s i q i)
Əlimdən aldırdım nazlı sonamı,
Tərk eylədim atamı, həm anamı,
Deyə-deyə göm-göy etdim sinəmi,
Xəncər alıb dəldirən yox, dələn yox!
(M u s i q i)
Mən Kərəməm, ah çəkərəm, ağlaram,
Dərd bilənin ürəyini dağlaram.
Kimi deyib, kimə ümid bağlaram.
Göz yaşımı sildirən yox, silən yox!
İndi buyur məni aparsınlar həbs etsinlər.
PƏRDƏ
__________________Milli Kitabxana___________________
110
Dostları ilə paylaş: |