Üzeyir hacibəYLİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə9/21
tarix01.12.2016
ölçüsü2,34 Mb.
#541
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

İKİNCİ MƏCLİS 

 

(Yenə vaqe olıır həmən otaqda. Söhrab bidamağ anasının qabağında durub. 



şüştər oxuyur.) 

 

Söhrab 



 

Sinnim əyər azdır, ey anacan 

Amma özüm əjdahayi-dövran 

Davaya əgərçi qılsaın ahəng 

Kimdir ki, mənimlə eyləsin cəng 

Söhrabi qəzənfəri-dılirəm. 

Dava günü bir acıqlı şirəm 

 

 



 

 

 



 

 

 



 

161 


__________________Milli Kitabxana___________________ 

162 


 

Amma ki sən ey xəstəcə madər  

Lütf et mənə doğrusun xəbər ver  

Məndən sorur hər görən atamı  

Kəşf eylə mənə nədir nişanu nami.  

Könlümdə görə ah iştiyağın  

Ver nami nişan tapım surağın. 

 

(Təhminə təsnif oxuyur. M u s i q i) 



 

Təhminə 


 

Söhrabım, bu sirri mən sənə  

Kəşf edim yeməyəsən heç qəm  

Sən deyirsən kim atan kimdir  

Səndən soruşur hərdəm  

Bilginən oğlum atan sənin  

Hər yerdə məşhurudur Rüstəm. 

 

(Söhrab bayatı-kürd oxuyur.) 



 

Söhrab 


 

Ana, ana, nə deyirsən məgər o Rüstəm-Zal  

Ki şöhrəti tutmuş cahanı mala-mal  

Mənim atam əgər o şiri qərrandırsa  

Yararmı kim ola pünhan mənə bu əhval  

Mənəmsə mən gedirəm atam məni gözlər  

Mənim məkanım o meydandır ana salamat qal. 

 

Təhminə 



 

Kaş oğlum deməyəydim bu sözü mən sənə kaş  

Etməyəydim bu qədər saxladığım sirri faş  

Sən gedirsən məni bəs neyləyirsən, ey oğlum  

Sən gedirsənsə gözümdən axacaqdır qan, yaş. 

   


  

__________________Milli Kitabxana___________________ 

163 


 

Söhrab 


 

Nə edim bəs anacan, qalmış atam tək-tənha  

Gözlüyür kim gələcəkdir onun oğlu Söhrab.  

 

Təhminə 



 

Qorxuram gər səni cəngə buraxsam oğlum  

Qalmıya məndə dözüm zərrə qədər taqət-tab. 

 

(Söhrab qatar oxuyur.)  



 

Söhrab 


 

Çəkərəm xəncərimi hər tərəfi qan edərəm  

Görsəm gər atamı cismimi qurban edərəm  

Çəkmə qəm ey anacan, mən gedirəm davaya  

Ad alıb, san qazanıb, aləmi heyran elərəm. 

 

(Rasta enir.) 



 

Yorulubdursa atam cəngü cidaldan hərgah  

Mən ona imdad edib düşməni giryan edərəm. 

 

(Padşah, vəzirlər, xor daxıl olurlar, Şah "Mahuri-hindi" oxuyur.)  



 

Padşah 


 

Bu güftuguyə səbəb söylə bir nədir, Söhrab  

Neçin Təhminənin halı olubdur xərab  

Yararmı incidəsən qəlbini ta kim ola da əzab. 

 

Söhrab 


 

Əfv qıl şah babacan, madərimi incitməm  

Mən ki, adabə muğayir hərəkət heç etməm  

Qəsdim ancaq ki, budur öz atamın yanına mən 

   

  


__________________Milli Kitabxana___________________ 

164 


 

Gedibən canımı qurban eləyim canına mən  

Bilmişəm Rüstəmi-Zal nə olmuş getməm  

İzn ver sən də, anam da mənə, ey şah babacan  

Ta gedim bir görüm o şiri-jəyan Rüstəmi mən. 

 

Şah 



 

Get bala, get sənə mən getməyə rüsxət verdim  

Görgünən Rüstəm-Zalı pədərindir o sənin. 

 

(Təhminəyə) 



 

İzn ver, Təhminə, sən də nəyə lazım gıryə  

Qoy oğul görsün atasın ki, ərindir o sənin. 

 

(Vəzirlərə) 



 

Söyləsinlər qoşuna hazır olun meydanə  

Hər nə var tiğü kaman, nizəyi-xəncərlə belə  

Eyliyir əzmi səfər Rüstəm-Zal oğlu bu gün  

Görəcəkdir atasın cəng edəcək mərdanə. 

 

(Qoşun daxil olur, marş ilə oxuyur.)  



 

X o r 


 

Cəng əhliyiz biz - cəng əhliyiz biz    

Cəng əhliyiz biz-cəng əhliyiz biz.    

 

(Söhrab davaya hazır olub, anası ilə əlvida eləyir.)  



 

Söhrab 


 

Səlamət qal anacan həlal et oğlunu bəlkə  

Gedər-gəlməz olur rahim deyil ovdet mənə 

qismət  


Könlümdə bir arzum vardır, görüşməkdir 

atam ilə 



__________________Milli Kitabxana___________________ 

165 


 

Qəm etmə, ağlama billah nə lazım bır belə 

möhnət  

Xudahafiz, xudahafiz məni gözlər qoşun  

əhli 

Gedək meydanə yüz tutduq görək neylər qəza 



qüdrət. 

 

(Təhminə təsnif oxuyur. M u s i q i)  



 

Təhminə 


 

Oğul rəhm et - qoyma məni  

Necə qalım - mən sənsiz  

Sən gəlincə - mən dözmərəm  

Necə qalım - mən sənsiz. 

 

(Ağlayır.) Söhrab 



 

Ana, ana - sən qəm çəkmə Rahət yaşa - sən mənsiz. 

(Marş çalınır, "Cəng əhliyiz biz" oxunur, pərdə düşür.)  

 

PƏRDƏ 



 

 

 

ÜÇÜNCÜ MƏCLİS 

 

Vaqe olur Keykavusun bargahında; təxta əyləşmiş, vəzirlər yanında, musiqi çalınıb 



bezəndələr oynayırlar. Bir qədərdən sonra xor daxil olub təzim edir.) 

 

Keykavus 



 

Nə vardır kim pərişansız  

Nədir bais ki heyransız 

 

  



__________________Milli Kitabxana___________________ 

166 


 

Edin agah məni  

Edim yox düşməni  

Deyin nolub  

Sizə etmiş əsər. 

 

(M u s i q i)  



 

Xor 


 

Rüstəmin oğlu Söhrab  

Kimsə etməz ona tab  

Cəngə əzm eyləmişdir  

Xeyli qoşun çəkmişdir  

Qəsd etmiş İrana  

Qoysun onu virana  

İntiqam alsın ondan  

Qanına etsin qəltan  

Əmr vercək qoşun  

Dəf eylə düşməni  

Sən çağır tez gələr  

Pəhləvan Rüstəmi  

Cəngə, qoy Rüstəm getsin  

Oğlunun dəfin etsin  

Əvvəl ol davada  

Qətl etsin Söhrabı. 

 

Keykavus (fikirli



 

Göndərin-göndərin  

Rüstəmi çağırsınlar  

Qoşuna əmr olsun cəngə  

Qoşuna əmr olsun cəngə. 

 

(Qıza) 



 

Yanıma gəl, dilbər, yanıma gəl    

Yanıma gəl et məni şad. 2 dəfə 

     


  

__________________Milli Kitabxana___________________ 

167 


 

(Musiqi çalınır, qız oynayır, sonra Rüstəm daxil olur.) 

 

Keykavus 



 

Nə cürət etdin, ey Rüstəm 

Hüzuri şaha gec gəldin 

Əcəb bu cür rəftarı 

Mənimçün sən rəva gördün 

Mənəm Keykavus ol şəh kim 

Bütün İran edər səcdə (2 dəfə) 

Xilaf əmrim olmaqda 

Nə cürət var bir kəsdə 

Nə lazım sən kim əlindən bir şey gəlməz 

Sənin tək pəhləvanlarım mənim çoxdur bunu bil 

Sən hüzurumdan çəkil. (2 dəfə) 

 

(M u s i q i)  



 

Xor 


 

Ey padşah - rəhm eylə bizə  

Qoyma düşmənə - ta olaq fəda. 

 

(Rüstəmə) 



 

Ey pəhləvan - rəhm elə bizə  

Qoyma düşmənə - ta olaq fəda. 

 

Rustəm 



 

Bəsdir, ey şah, bu qədər qeyzidə tüğyan etdin  

Gəlməyimdən məni bu şəhrə peşiman etdin.  

Hamı işlər sənə dünyada bu gün təng olmuş  

Əjdaha tək dəminə çun səni Söhrab almış  

Bedtər olmuş belə gün gündən işlər dünyada  

Olmasam mən gedəcək taxtilə tacın badə  

Mənəm ol Rüstəm dəstan ki, ismi-pakim  

Külli dünyanı tutub, sən kimidən yox bakim. 

 


__________________Milli Kitabxana___________________ 

168 


 

 (İstəyır getsin, padşah saxlayıbdeyir) 

 

(M u s ı q ı)  



 

Keykavus 

 

Rüstəm, gəl barışaq (2 dəfə)  



Lazımdır ittifaq. (2 dəfə) 

 

Xor 



 

Rüstəm, gəl barışaq (2 dəfə)  

Lazımdır ittifaq (2 dəfə)  

Cəngə qoyduq qədəm (2 dəfə)  

Düşmən olsun ədəm. (2 dəfə) 

 

PƏRDƏ 



 

DÖRDÜNCÜ MƏCLİS 

 

(Vaqe olur dava meydanında. Söhrab Hüceyri çəkib gətirir.)  



 

Söhrab 


 

O kimdir ki, gəl mono söylə  

Cəlal cahı var boylə  

Di gəl adm bəyan eylə  

Mənə olsun əyan kimdir. 

 

Hüceyr 



 

Onun adı Keykavus  

O taxtı zərnigar üstə  

Kim ətrafı qoşun dəstə  

O şalı-gül İrandır. 

       


  

__________________Milli Kitabxana___________________ 

169 


 

Söh r a b 

 

Bəs ol kimdir elə izhar  



Yanında pəhləvanlar var  

Başı üstündə bir bayraq  

Ucaldıblar uca kimdir. 

 

Hüceyr 



 

Odur məhbub Keykavus 

Adıdır pəhlivani-Tus  

Özü də norəz evladı  

Şücai ruzi meydandır, 

 

Söhrab 



 

Bəs ol al rəngli bir xeymə  

Kimindir qübbəsi almas  

Müsəllh pəhləvan bir çox 

Varıdır pasiban kimdir. 

 

Hüceyr (kənara) 



 

Əgər mən Rüstəmi versəm  

Nışan oz oglu Sohraba 

Ata ilə oğlu birləşsə  

Edər dünyanı viranə. 

 

H ü c e y r (Söhraba) 



 

Onun heç bilmirəm adın  

Gəlib bu ən qərib vəxtə  

Özü biganədir bizdən  

Bizə amma ki mehmandır. 

 

Söhrab 



Nədir adın kəşf eylə  

Nişanı namını söylə. 

Hüceyr 


__________________Milli Kitabxana___________________ 

170 


 

 

Adın mən bilmirəm hərgiz  



Gəlibdir özgə yerlərdən  

Budur axır sözüm istər  

Birgə bendi zindandır. 

 

(Gedirlər.) 



 

Rüstəm 


 

Nədəndir kim bu davaya könül zinhar meyl 

etməz  

Nə qədri kim qədəm qoysam, qədəm şovq ilə 



getməz  

Əcəb bir möhnəti üzmə könül gözlər bu 

davadan  

Gərək mən qan tökəm ya kim tökülsün öz qanım 

axsın  

Həmi dosti, həmi düşməni ona bu növ ilə 



baxsın  

Desinlər kimdir Rüstəm düşübdür ruhun 

cismi  

Budur kani şücaətdən qalıbdır təkcə bir 



ismi. 

(Söhrab gəlir.) 

 

Söhrab 


 

Mənə doğru söylə gəl mərdanə  

Rüstəm-Zalsan aya ya nə  

Sənə miyali könlüm çox-çox  

Söylə zənnim gecdir ya yox. 

 

Rüstəm 



 

Gec gedib zənnin sənin etmə əcəb boylə xəyal  

Rüsləm-Zal sənə görmək olur xeyli mahal 

Zərbidəstim bildirir kim mən kiməm ey nocavan  

Et süpər qalxaninı yoxsa ki qalmaz heç macal. 


__________________Milli Kitabxana___________________ 

171 


 

 

(Dava edirlər, Söhrab Rüstəmi yıxır yerə)  



 

Rüstəm 


 

Ey cavan, gəl mənə rəhm et başımı kəsmə 

mənim 

Məni rüsvay eləmə mərd ilə namərd baxar  



Heyfdir bu qoca vaxtımda yerə qanım axar. 

 

Söhrab 



 

Dur ayağa, ey pəhləvan, öz qəlbini şad etginən  

Get yaşa dünya üzündə bir cavanı yad etginən, 

 

(Rüstəm durub məlul, mükəddər gedir.)  



 

Hüceyr 


 

Çox böyük səhv etdin, ey Söhrab, düşməni 

öldürmədin  

Əldə fürsət var ükərı öz özlüyän bildirmədin. 

 

Söhrab 


Kimdə var cürət qoysun bu meydana qədəm  

Zərbi dəstindən bilər dünyada kim nə imiş ədəm. 

 

Rustəm (çıxır) 



 

Ey cavan, məğrur olma bunca zərbi 

dəstəsinə  

Söyləmə əfsanə sözlər qüvvətindən urma qəm. 

 

Söhrab 


Gəl gedək meydanə - gəl gedək meydanə      

__________________Milli Kitabxana___________________ 

172 


 

(İkisi də) Tiği-tiğə bağlayaq 

Qəhri ilə keçti tutaq əflak qəlbini dağlayaq. 

 

(Dava olur. Söhrab yıxılır. Rüstəm xəncərini onun ürəyinə sancır. Söhrab ölürkən oxuyur.) 



 

Söhrab 


 

Ey sitəmkar qanımı tökdün mənə rəhm etmədin  

Mərdi namərd tək vurub əhvahına rəhm etmədin  

Mən sənə verdim aman ta tökmədim al qanını  

Sən də ey zalım çəkərkən xəncəri rəhm etmədin.  

Bil bunu, ey bivəfa, Söhrabıdır adım mənim  

Rüstəm-Zal oğluyam zalım mənə rəhm etmədin. 

 

(Rüstəm hövlnak Söhrabın qolunıı açıb bazubəndi çıxardıb "Qatar" üstə oxuyur.) 



 

Rüstəm 


 

Bütün qəhri qeyzlə oğul vurdum sənə yarə  

Mənəm Rüstəm oğul Söhrab ki etdim bəxtimi 

qarə. 


 

Söhrab 


 

Nə xoşbəxtəm, ata, canı-tənimdə var ikən 

canım 

Səni gördüm məni əfv et sənə qurban bu al 



qanım. 

 

Rüstəm 



 

Yeritdin ey fələk əmrin saldın əcəb dərdə  

Ki oidum qatili Söhrab atası olduğum yerde  

Əlimlə öz ciyərparəm olubdur qaninə qəltan  

Eşit Təhminə, Söhrabın olubdur boylə gör qurban. 

 


  

Milli Kitabxana  

 

 



 

 

(



Rüstəm Söhrabı qucaqlayıb ağlayır.) 

Mu s i q i 

Xor 

Etdin min zülm ilə (2 dəfə) 



Söhrabı qətl sən (2 dəfə) 

Bunca cövrü cəfa 

Eylədin bəzl sən (2 dəfə) 

Sən də bu vətən yoiunda (2 dəfə) 

Etdin oğlunu qurban. (2 dəfə)

 

 



 

 

 



 

P

 Ə R D Ə 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



173 

__________________Milli Kitabxana___________________ 

174 


 

KOROĞLU 

 

5 PƏRDƏLİ OPERA 

 

BİRİNCİ PƏRDƏ 



 

Xor 


 

Bu gözəl təbiət, bu şən mənzərə  

Bir daha səadət verməz bizlərə;  

Səadət verməz, səadət verməz, səadət verməz, 

bizlərə, bizlərə, bizlərə. 

 

Matəmə bürünmüş gözəl kəndimiz, 



Görünür bu dünyada yox bəxtimiz. 

Görmədik azadlıq üzü bir zaman,  

Bizləri əzdi bəylər, 

    


Əzdi xan, əzdi xan, əzdi xan. (2 dəfə) 

 

V ə l i-- 



 

Dönmüşdür zəmanəmiz cəhənnəmə,  

Mənim də varlığım bürünmüş qəmə. 

 

N a d i r-- 



 

Həsən xan dünyanı dağıdır, didir,  

Kəndləri talayır, xəlqi məhv edir. 

 

Xor-- 



 

Doğrudur, xanlarda yoxdur mərhəmət;  

Talanmış məmləkət, yanmış məmləkət.  

Xan bilməz insaf, insanə cəbr edər,  

Nadir, söylə görək daha nə xəbər? 

 


__________________Milli Kitabxana___________________ 

175 


 

N a d i r-- 

        

Həsən xan göndərmiş öz adamların.  

 

V ə l i-- 



       

Öz adamların?  

 

N a d i r-- 



 

Allahyar kəndçinin yarmış anbarın. 

 

V ə l i-- 



       

Yarmış anbarın?  

 

N a d i r-- 



 

Tamam aparmışlar arpa, buğdasın,  

Qoyun, quzu, xoruz, toyuq, çolpasın;  

Bir şeyi yox idi bunlardan səva. 

 

X o r-- 


       

Nə qədri zülmüdür, nə qədri cəfa.  

 

V ə l i-- 



 

Nə bəla gələcək görəsən yarın,  

Belə getsə işi bizim xanların. 

 

N a d i r-- 



       

Hər həftə başında bir xan, ya paşa.  

 

V ə l i-- 



       

Bir xan, ya paşa,  

 


__________________Milli Kitabxana___________________ 

176 


 

N a d i r-- 

       

Qonaq gəlmiş olsa bu dağılmışa.  



 

V ə l i -- 

       

Bu dağılmışa,  



 

N a d i r-- 

 

Gedər var-yoxumuz qonaqlar üçün,  



Oğul-uşağımız qalar ac o gün,  

Bir ləzzət olmuyur əzabdan səva. 

 

X o r-- 


       

Nə qədri zülmüdür, nə qədri cəfa.  

 

V ə l i-- 



 

Nə bəla gələcək görəsən yarın,  

Belə getsə işi bizim xanların. 

 

V ə l i  v ə  N a d i r (ikisi birlikdə)-- 



 

Bizim xanlarıi, bizim xanların, bizim xanların. 

 

X o r-- 


 

Bu gözəl təbiət, bu şən mənzərə  

Bir daha səadət verməz bizlərə,  

Səadət verməz, səadət verməz, səadət verməz, bizlərə, bizlərə, 

Matəmə bürünmüş gözəl kəndimiz, 

Görünür bu dünyada yox bəxtimiz. 

Görmədik azadlıq üzü bir zaman,    

Bizləri əzdi bəylər, 

    

Əzdi xan, əzdi xan, əzdi xan. (2 dəfə) 



 

 


__________________Milli Kitabxana___________________ 

177 


 

N a d i r  v ə  V ə l i-- 

 

Həsən xan, Həsən xan,  



Həsən xanın adamları,  

Həsən xan, Həsən xan,  

Həsən xanın adamları,  

Həsən xan, Həsən xan, Həsən!... 

 

İ b r a h i m  x a n-- 



 

Oğrular, quldurlar, 

Kimdə var ixtiyar, 

Xan keçən yolları tozlaya, oğrular! 

Vurun, qovun, vurun, qovun!... 

 

H ə s ə n  x a n-- 



 

Qamçıdır saxlayan bu rəiyyəti,  

Qamçısız yaşamaz xanın dövləti.  

Zülmə öyrənənlər sevməz mərhəmət,  

Zülmsüz yaşamaz bizim məmləkət.  

Döyməsən, söyməsən, malın almasan,  

Dara çəkdirməsən dama salmasan,  

Rəiyyət bir daha xanı dinləməz. 

 

H ə m z ə  b ə y-- 



 

Xanı dinləməz. 

 

H ə s ə n  x a n-- 



 

Malımın, canımın sahibi deməz. 

 

H ə m z ə  b ə y--       



 

Sahibi deməz.  

 


__________________Milli Kitabxana___________________ 

178 


 

H ə s ə n  x a n-- 

 

İstəsən xanlığı əz rəiyyəti,-- 



Söyləyib atalar bu vəsiyyəti, ah!  

Qamçıdır saxlayan bu rəiyyəti,  

Qamçısız yaşamaz xanın dövləti.  

Zülmə öyrənənlər sevməz mərhəmət,  

Zülmsüz yaşamaz bizim məmləkət. 

 

H ə m z ə  b ə y-- 



 

Döyməsən, söyməsən, malın almasan, 

Dara çəkdirməsən, dama salmasan. 

Rəiyyət bir daha xanı dinləməz.  

 

H ə s ə n  x a n -- 



       

Xanı dinləməz.  

 

H ə m z ə  b ə y-- 



       

Malımın, canımın, xanısən deməz.  

 

H ə s ə n  x a n -- 



       

Sahibi deməz.  

 

H ə m z ə  b ə y-- 



 

İstəsən xanlığı öz rəiyyəti,-- 

Söyləyib atalar bu vəsiyyəti, bu vəsiyyəti.  

 

H ə s ə n  x a n-- 



 

İbrahim xan, yügür bu saətdə 

İlxını hazır etdir əlbəttə. 

İlxıdan bir at gərək seçəsən, 



__________________Milli Kitabxana___________________ 

179 


 

Söyləsin aləm afərin, əhsən! 

Görməmiş olsun oylə at insan.  

 

İ b r a h i m  x a n-- 



        

Bu saət edərəm sərəncam.  

 

H ə s ə n  x a n-- 



 

Xanların xanıyam, böyük bir xan, 

Yeddi min kəndə eylərəm fərman. 

Şöhrətim, dövlətim, nəhayətsiz, 

Səltənət qurmuşam, varım hədsiz, 

Səltənət qurmuşam, varım hədsiz!  

 

X o r-- 


      

İlxı qaçdı otlağa!  

 

İ b r a h i m  x a n-- 



 

İlxıdan qalmadı burda bir nişan, 

Qalmış yerində beş-on cüt qulan, 

İlxıçı ilxını sürdü otlağa. 

Böyük cəza lazım o cür alçağa.  

 

H ə s ə n  x a n-- 



       

Qəsdən bunu etmiş ol haramzada.  

 

H ə m z ə  b ə y-- 



       

Qəsdən bunu etmiş ol haramzada. ( 2  dəfə)  

 

İ b r a h i m  x a n-- 



      

Qəsdən etmiş bunu ol haramzada.  

 


__________________Milli Kitabxana___________________ 

180 


 

H ə s ə n  x a n-- 

        

Gətirin hüzura!  

 

İ b r a h i m  x a n-- 



 

Bu saət, qurban! 

 

H ə s ə n  x a n-- 



 

Məlunun qətlinə verərəm fərman.  

İlxıdan ayrılmış beş-on cüt qulan,  

Etina etmərəm bunlara, inan.  

Oylə at istərəm bilinsin zatı,  

Ya Dağıstan atı, ya ərəb atı. 

 

Qoca A l ı n ı gətirirlər. 



 

H ə s ə n  x a n-- 

 

Söylə, qoca məlun, bu nə, bu nə, bu nə hilədir?  



İlxını sürməkdə  məqsədin nədir? 

 

A l ı-- 



 

Ortada yox idi heç bir məqsədim,  

Mən xana bir xidmət etmək istədim.  

Nə qədər cins at var seçdim, saxladım,  

Vallahi, yoxumdur heç bir məqsədim,  

Billahi, yoxumdur heç bir məqsədim. 

 

H ə s ə n  x a n-- 



 

Heç mənası yoxdur yalan, yalan, yalan sözlərin,  

Aparın, çıxarın bunun gözlərin!  

Tez olun aparın, qoymayın qala!... 

 


__________________Milli Kitabxana___________________ 

181 


 

H ə m z ə  b ə y  v ə  H ə s ə n  x a n-- 

 

Döyməsən, söyməsən, malın almasan,  



Dara çəkdirməsən, dama salmasan,  

Rəiyyət bir daha xanı dinləməz,  

Malımın, canımın sahibi deməz.  

Sakitlik istəsən əz rəiyyəti,-- 

Söyləyib atalar bu vəsiyyəti, bu vəsiyyəti.... 

 

N i g a r-- 



 

Şərir Həsən xan, zalım Həsən xan 

Cəllada verdi fərman: 

Fağır, günahsız, dilsiz, ağılsız Alını etsin qurban. 

Kor etdilər yazıq Alını,  

Dağıtdılar bütün malını. 

Qəlbim yanır, odlanır 

Mənim bu ahü nalədən, 

Gələr bir gün, gələr bir gün 

Bu məzlum xalq verər cəza 

Bu məlun, zülmkar xanlara, 

Bu eşq odundan yaralıyam mən, 

Gözümdə Rövşən, sözümdə Rövşən, 

Rövşən, Rövşən, Rövşən. 

Rövşəndir dünyada məni yaşadan, 

Rövşən məni sevir, mən də Rövşəni!... 

Rövşən məni sevir, mən də Rövşəni. 

Sevmirəm, sevmirəm varı, dövləti. 

Ölsəm də saxlaram məhəbbəti. 

Rövşəni minlərcə cana vermərəm, 

Min bəyə, paşaya, xana vermərəm. 

Sevirəm, sevirəm, sevirəm, 

Sevirəm, sevirəm səni, əzizim Rövşən, 

Sevirəm səni mən, səni mən, 

Səni mən candan artıq sevirəm, Rövşən, Rövşən! 

Bu eşq odundan yaralıyam mən, Rövşən! 



__________________Milli Kitabxana___________________ 

182 


 

Sevdim səni, Rövşən! 

Rövşən gəlib çıxmadı, 

Gözləməkdən yoruldum. 

Ah, gəlirlər, gəlirlər, 

Gəlir igid Rövşənim. 

Hanı bəs Rövşən? 

 

R ö v ş ə n (pərdə dalından)-- 



       

Səni gordum, hey!...  

 

X o r-- 


       

Rövşəndir, Rövşən, Rövşən! 

 

R ö v ş ə n--   



 

Səni gördüm, aşiq oldum, 

Dərdə saldın canımı. 

Ala gözlər, dadlı sözlər, 

Qara qaşlar, işvə nazlar.... 

Can alan yar tökdü nahaq qanımı. 

Gözəlim gəl, halımı sor, rəhm elə. 

Nazlı yarım, gülüzarım, işvəgarım, hey.... 

Nədir əmrin, tacidarım, sərvərim?... 

Ah, Nigarım! Sevgili, nazlı dilbərim, sevgilim, 

Sevgilim, ayrı düşdüm səndən, gəl görüm. 

 

N i g a r-- 



 

Şərir Həsən xan, zalım Həsən xan 

Cəllada verdi fərman, 

Dilsiz, ağızsız, fağır, günahsız 

Alını etsin qurban. 

Kor etdilər yazıq Alını. 

 

X o r-- 


       

Yazıq Alı!  

 


__________________Milli Kitabxana___________________ 

183 


 

N i g a r-- 

       

Dağıtdılar bütün malını.  



 

X o r-- 


       

Yazıq Alı!  

 

N i g a r-- 



 

Nə vaxtadək zalımın zülmü görməz intiqam?! 

 

R ö v ş ə n-- 



       

Ax, intiqam, ax, intiqam!... 

 

N i g a r  v ə  x o r-- 



 

Gərək bu gün edək qiyam,  

Alaq o xandan intiqam! 

 

N i g a r  v ə  R ö v ş ə n-- 



 

Ax, intiqam, ax, intiqam!... 

 

X o r-- 


 

Gərək bu gün edək qiyam,  

Alaq o xandan intiqam! 

 

R ö v ş ə n-- 



       

Ax, intiqam, ax, intiqam!... 

 

A l ı-- 


       

Rövşən, Rövşən!...  



__________________Milli Kitabxana___________________ 

184 


 

H a m ı-- 

       

Alaq o xandan intiqam!... 



 

N i g a r  v ə  R ö v ş ə n-- 

       

Yazıq atam!... 



 

R ö v ş ə n-- 

 

Sənin qanın yerdə qalmaz! 



 

X o r-- 


 

Yazıq Alı kor, bədbəxt oldu,  

Bədbəxt oldu, bədbəxt! 

 

R ö v ş ə n-- 



 

Görünür taxsırın varimiş əlbət. 

 

A l ı-- 


 

Ortada yox idi heç bir məqsədim,  

Mən xana bir xidmət etmək istədim.  

Nə qədər cins at var seçdim, saxladım,  

Vallahi, yoxumdu heç bir məqsədim.  

Ha, ha, ha..... (ağlayır).  

 

X o r-- 


 

Nə qədər qulluq eyləsən,  

Yolunda canından keçsən,  

Yenə də axırda səndən  

Razı qalmaz əsla nə bəy, nə xan,  

Nə paşa, nə tacir, nə əyan.  

 

A l ı-- 


 

Oldun sən kor oğlu, (2 dəfə)  

Kor oğlu, kor oğlu, kor oğlu, kor oğlu!...  


__________________Milli Kitabxana___________________ 

185 


 

 

R ö v ş ə n-- 



 

Təngə gəldik, yox tavan,  

Əzdi bizi vəhşi xan.  

Görmədik bir yaxşı gün  

Hərgiz, məhv edildik büsbütün,  

Bəy, xan, paşa, mülkədar,  

Yansın, batsın hər nə var.  

Qalxsın üsyan şöləsi,  

Rədd olsun vəhşi bəy, xan!  

Mən daima düşmənəm  

Xanlara, düşmən, düşmən.  

Hər tərəfdən qanlar axsın  

Sel kimi, sel kimi, sel kimi, sel!...  

Üsyan etmək, üsyan etmək, məhv eyləmək,  

Xanı məhv eyləmək, onu məhv eyləmək!  

Yoxsul xalqa nicat verəcək  

Bir əlac var isə--usyan, usyan!... 

 

X o r-- 



 

Hər bir yerdən--dağdan, daşdan,  

Ormanlardan, insandan 

Qalxsın üsyan, qalxsın üsyan!  

Hər ölkədən, hər yandan!  

Qoy rədd olsun, qoy məhv olsun  

Bəylər, xanlar, zalımlar.  

Qoy məhv olsun, qoy məhv olsun  

Qəddar, xain qatillər! 

 

R ö v ş ə n-- 



 

Dağlar, daşlar, dağdaşlar arasına  

Səngərlər çəkmək,  

Ordan saldırmaq, qırmaq, yıxmaq,  

Qırmaq, yıxmaq, xanları məhv eləmək! 

 

X o r-- 



 

Məhv olsun, məhv olsun xanlar!  



__________________Milli Kitabxana___________________ 

186 


 

 

R ö v ş ə n  v ə  N i g a r-- 



 

Üsyan, üsyan!... 

Üsyandan başqa yox çarə, 

Üsyandan, başqa yox çarə, çarə!... 

 

H a m ı--       



 

Üsyan, üsyan!...  

 

R ö v ş ə n  v ə  N i g a r-- 



       

Üsyandır son çarə!  

 

R ö v ş ə n-- 



 

Mənimlə gedən gəlsin, gedək dağlara. 

Qalarsan burda, Nigarım, 

Olarsan mənə burda lazım. 

Xanın əməllərindən 

Məni xəbərdar edərsən, 

Səni tezliklə xilas edərəm mən. 

Sevgilimsən. 

Mənimlə gedən gəlsin, gedək. 

 

X o r-- 



 

Qoy rədd olsun, qoy məhv olsun,  

Xanlar, bəylər, zalımlar!  

Qoy məhv olsun, qoy tərk olsun  

Qəddar, xain qatillər!  

Qatillər, zalım xainlər!...  

Rövşən, gedək! 

 

PƏRDƏ 



 

 

 



 

__________________Milli Kitabxana___________________ 

187 


 

Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin