ÜÇÜNCÜ MƏCLİS
S o l t a n b ə y i n evində vaqe olur. G ü l ç ö h r ə təkcə oturub oxuyur. Musiqi
çalınır.
Bülbüli-zarəm, güli-rüxsari-alindən cüda.
M u s i q i
__________________Milli Kitabxana___________________
310
G ü l ç ö h r ə
Bülbüli-zarəm, güli-rüxsari-alindən cüda,
Tutiyi-laləm, şəkər nisbət məqalindən cüda. (2 dəfə)
M u s i q i
Der idim səbr eyləyim olsam cəmalından cüda.
M u s i q i
Der idim səbr eyləyim olsam cəmalindən cüda,
Bilmədim düşvar imiş olmaq vüsalindən cüda. (2 dəfə)
Ah ... aman-aman ... aman-aman!
Bilmədim düşvar imiş olmaq vüsalindən cüda. (2 dəfə)
Yar gəl, yar gəl, yar gəl, yar gəl!...
M u s i q i
Əqlimi tərk eylədim fəzlü kəmalindən cüda.
M u s i q i
Əqlimi tərk eylədim fəzlü kəmalindən cüda.
Dönmüşəm mən müflisə cahü cəlalından cüda. (2 dəfə)
M u s i q i
Tirə oldu ruzigarım zülfü xalindən cüda.
M u s i q i
Tirə oldu ruzigarım zülfü xalindən cüda,
Oldu səhra mənzilim vəhşi qəzalindən cüda. (2 dəfə)
Ah aman, aman, aman, aman!
M u s i q i
Oldu səhra mənzilim vəhşi qəzalindən cüda. (2 dəfə)
Yar gəl, yar gəl, yar gəl, yar gəl!...
M u s i q i
Üzünü örtüb ağlayır.
A s y a (daxil olub Gülçöhrənin yanına gəlir). Ah Gülçöhrə, sən allah, bir de
görüm sənə nə olub ki, bu bir neçə gündür belə pərişan görünürsən?
G ü l ç ö h r ə. Vallah, heç özüm də bilmirəm. Yəqin naxoş olmuşam.
A s y a. Axı naxoş olanın bir yeri ağrıyar. Görünür ki, sənin heç yerin ağrımır,
şükür allaha.
G ü l ç ö h r ə. Ah, Asya, neyləyirsən soruşub, sən allah qoy məni əldən.
__________________Milli Kitabxana___________________
311
A s y a. Yox, Gülçöhrə, bu bir neçə gündür ki, sən bilmərrə dəyişilibsən. Eyzən
fikirdə, kefsiz, dinməz, yəqin burda bir hikmət vardır.... Ay qız, bəlkə bir adama bənd
olubsan, hə?
G ü l ç ö h r ə. (Hərəkət edir). Kimə bənd olacağam....
A s y a. Yox-yox, qızardın. Görürəm ki, bir adama bənd olubsan, ancaq o adam
kimdir? Bizə arşın malsatandan başqa heç kəs gəlməmişdi. (Birdən). Yəqin o gədəyə
bənd olubsan?
G ü l ç ö h r ə. Gədə nə üçün olsun?!
A s y a. Aha, bildim. Arşınmalçıya gözün düşübdür. Ay qız, heç sənə yaraşan
işdirmi? Sən bəy qızı, bəy balası bir gədənin birinə bənd olubsan.... Nədir-nədir bir
qədər sir-sifəti var. Vallah, istər lap çıraq kimi yansın, heç bir belə də məhəl
qoymaram; o hara, mən hara....
G ü l ç ö h r ə. (təqsirli kimi). Vallah özüm də başa düşmürəm ki, bu nə haldır.
(Ağlamsınır və əlləri ilə üzünü örtür.)
A s y a (nəsihətyana). Sən yekə qızsan, elə şeyləri başından çıxart. Sən hara,
bazarın gədəsi hara? Barı bənd olursan, elə adama bənd ol ki, sənə yaraşan olsun.
İkinciyə qalan yerdə bənd olmaq özü qız üçün çox pis şeydir. Bax, mən sənin kimi
bir qızam, amma heç gör mən bir adama bənd olurammı? Bir də vallahi, işdir, birdən
atan bilsə, yəqin bil ki, səni tikə-tikə doğrar.
G ü l ç ö h r ə. Qoy atam bilsin, bir kərəlik məni öldürsün ki, canım qurtarsın.
A s y a. Axmaqlama, axmaqlama! Gəl bəri, gedək o biri otağa, gör sənə nələr
söyləyəcəyəm.
G ü l ç ö h r ə n i aparır, gedirlər.
S o l t a n b ə y (daxil olur, tək). Zalım oğlu arşınmalçının xalası yaxşı girimə
keçmişdi, olmadı. Əsl mən deyən arvad elə o idi ki, hallıca, dul, əndamlı. Bir nəfər
molla, üç manat pul və bir kəllə qənd, şüt-tamam, vəssalam. Amma di gəl ki, məndə
bəxt yoxdur.... Qudurğan oğlu qudurğan, bir dul xalasının əvəzində gözəl-göyçək
qızımı istəyir. Guya ki, mən qızımdan əl çəkmişəm, bazarın gədəsinə verəm.... Mən
bir bəyəm ki, bütün tanışlarım adımı əzbər bilir. Əşi, xanla aş yemirəm ki, bığım
yağa batar, bir gədənin birisi mənə göyə olmaq istəyir.... Amma xalasını alardım və
bir söz deyən olsaydı, deyərdim ki, bir fəqir dul arvad idi, rəhmim gəldi, aldım....
Əlqərəz, arvad elə öz ayağı ilə yanıma gəlmişdi, şeytan oğlu şeytan işə pərxaşlıq
saldı. Qoymadı
__________________Milli Kitabxana___________________
312
işimizi görək.... Ah, gedək bir az dincələk; yenə belimin ağrısı tutdu.... (Gedir o biri
otağa, bu biri otaqdan Telli çıxır.)
T e l l i (tək). Of, yenə ağam getdi uzanmağa. Kişi lap zəhləmi tökübdü, indi yenə
çağıracaqdır ki, ay qız Telli, gəl üstümü basdır. (Soltan bəyin səsi gəlir: "Ay qız
Telli, gəl üstümü basdır"). Çor, zəhrimar.... (Mülayim) Gəlirəm, gəlirəm. (Gedir.)A s
y a (daxil olub, tək). Ha öyüd, nəsihət edirəm olmur. Görünür ki, qız gədəyə çox
bənd olubdur. Ağlayır, ağlayır, gözünün yaşını dolu kimi tökür; adamın rəhmi gəlir:
bilmirəm hayandan gəldi çıxdı bura arşın malsatan.... Yenə bir bəy balası ola, ya bir
tacir oğlan ola, yeri var. Halbuki bazarın gədəsi.... (Pənçərəyə tərəf baxır). O kimdir
bizə gəlir? Buy, nə yaxşı oğlandır, vallah lap bəy balasına oxşayır. Bax adam bənd
olanda da beləsinə ola. Görəsən bu bizə niyə gəlir, xeyir xəbər ola. Gəlir, gəlir, düz
bizə gəlir, qoy gəlsin qaçmayacağam. Gəldi....
Q a p ı döyülür. A s y a qapını açır. S ü l e y m a n daxil olur. Asya əli ilə üzünü
gizlətmək istəyir.
S ü l e y m a n. Soltan bəy evdədirmi?
A s y a. Bəli, evdədir. Bir qədər burada əyləşin, gedim çağırım. (Gedir.)
S ü l e y m a n (tək). Yəqin ki, Soltan bəyin qızıdır, amma əcəb gözəl qızdır,
bərəkəllah, Əsgər! Görünür ki, kişinin ruhu var ki, özünə bu cür qız seçibdir. Mən
belə bilmədim ki, Soltan bəyin qızı gözəl imiş, yoxsa əvvəldən bilsəydim özüm
alardım. Heyf. Amma yaxşıca qızdır. Vallahı çox böyük səhv eləmişəm. Gərək bu
qızı mən alaydım. Halbuki indi gəlmişəm qızı Əsgər üçün istəyəm. (Fikir). Yoxsa,
bəlkə elə gəlmişkən, elə özüm üçün istəyim?... Yox, bu yoldaşlıq haqqında
namərdlik olar. Əsgər mənə etibar edib elçiliyə göndəribdir, özü də qıza bənddir,
necə ola bilər ki, onu məyus eləyim, lənət şeytana. Adam gərəkdir dostluqda düz ola.
Nə eləmək? Mən də axtararam, özümə bir gözəl qız taparam, xainlik pis şeydir.
S o l t a n b ə y daxil olur.
S o l t a n b ə y. Paho, Süleyman, sən hara, bura hara? Xeyir xəbər olasan, əyləş
görək nə var, nə yox? (Əl-ələ verib, otururlar).
S ü l e y m a n. Bəy, xeyir olmamış nə olacaq? Şükür allaha, hər şey öz yerində
sazdır.
__________________Milli Kitabxana___________________
313
S o l t a n b ə y. Çox gözəl, indi söylə daha nə var, nə yox?
S ü l e y m a n. Bəy, bilirsən bu dünyanın işi elə belə gəlibdir ki, insan insana
lazım olur, adam adama gərək olur. Görürsən ki, əvvəlcə bir adamı heç tanımırsan,
sonra tanış olrusan, ondan sonra lap qohum olursan. Ancaq bir iş var ki, qohum
olanda, gərək elə olasan ki, sənə yaraşan ola, özü də varlı ola, adlı-sanlı ola....
Məsələn, götürək bizim cavan tacirimiz Əsgəri....
S o l t a n b ə y. O kimdir?
S ü l e y m a n. Bəy, sən onun özünü tanımasan da, atasını yaxşı tanıyırsan.
Mərhum bəzzaz Mürsəli deyirəm ki, bir gözəl kişilərin birisi idi.
S o l t a n b ə y. Hə, yaxşı tanıyıram; həqiqət, mərhum çox gözəl kişi idi.
S ü l e y m a n. Bəli, indi Əsgər dediyim oğlan onun oğludur ki, o da hər bir
barədə atası kimi gözəl adam və ağıllı oğlandır. Özünün də şükür allaha, yaxşı varı,
malı. Alveri də çox böyük tərəqqidədir.
S o l t a n b ə y. Yaxşı, Əsgər nə deyir?
S ü l e y m a n. Əsgərin dediyi odur ki, səninlə qohum olmaq istəyir.
S o l t a n b ə y. Balam, mənim qızım uşaqdır ki....
S ü l e y m a n. Bəy, gərək uşaq olmasın. Amma onu bil ki, Əsgər özgə adamdır,
bəy. O sayaq oğlanın qohumluğu sənə hər bir barədə yaxşı olar.
S o l t a n b ə y. San orasını doğru deyirsən; həqiqət tacir tayfası mənim xoşuma
gəlir. Yoxsa bu incinar-mincinar, doxtur-moxtur, vəkil-məkil, uçitel-muçitellər ilə
mənim işim olmaz. Və xoşuma da gəlməzlər. Ancaq burası var ki, Əsgəri mən
görməmişəm. Hərçənd bilirəm ki, atası yaxşı kişi idi və dövləti də çox idi, ancaq bəzi
vaxt yaxşı kişinin pis övladı olur.
S ü l e y m a n. Xeyr, bəy, Əsgər çox gözəl oğlandır. Çox ağıllı, yaraşıqlı və çox
da şüurlu oğlandır. O barədə təvəqqe edirəm ki, mənə etibar edib, sözümə inanasan.
Hərgah allah eləməmiş Əsgər pis adam olsaydı, mən sənin qızını ona istərdimmi?
S o l t a n b ə y. Elə isə, allah xeyir versin, razıyam....
S ü l e y m a n (əl tutur). Allah xeyir versin, allah hər ikisini xoşbəxt eləsin. Oğul-
uşaq sahibi olsunlar.
S o l t a n b ə y. (durur). İndi buyur də, buyur, gedək o biri otağa çaydan-zaddan
içək, söhbətimizi də orada edək. (Durub, o biri otağa keçirlər.)
A s y a (daxil olur, tək). Vallah, heç belə gözəl oğlan olmaz. Ömrümdə də
görməmişəm. Qoy indi də bu qapının deşiyindən baxım, (Əyilib qapının deşiyindən
baxır.) Mən də bu oğlana bənd olacağam. (Acıqla). Nə qayırım? Gülçöhrə gədənin
birinə bənd olanda, mən niyə bəy oğlu kimi bir cavana bənd olmayım? Elə olaram ki,
hələ Gülçöhrəni də ötərəm.... (Aşiqanə). Of, həqiqət, adamın adama gözü düşəndə
əhvalı necə pərişan olur! (Oxuyur).
__________________Milli Kitabxana___________________
314
M u s i q i
Gözəlim, yar gözəlim.
M u s i q i
Bir sözüm var, gözəlim.
M u s i q i
Bu yazıq yarına hərdən
Bir nəzər sal, gözəlim. (2dəfə)
M u s i q i
Aşiq oldum sənə mən.
M u s i q i
Etmədin lütfü kərəm.
M u s i q i
Bu yazıq yarına hərdən
Bir nəzər sal, gözəlim. (2dəfə)
M u s i q i
Yanıram eşq oduna,
Yetmədin fəryadına.
Bu yazıq yarına hərdən
Bir nəzər sal, gözəlim. ( 2 dəfə)
M u s i q i
Gözəlim, yar gözəlim....
Oynayır, sonra gedir.
T e l l i (çıxır). Yaxşı ki, qonaq gəldi, məni ağamın əlindən qurtardı. Yoxsa oramı
basdır, buramı basdır, oramı ov, buramı ov.... Daha həlak elədi məni. Belə şorgöz kişi
__________________Milli Kitabxana___________________
315
olmaz. Vallah bir allah bəndəsi olsaydı, mənicə alardı, canımı qurtarardı. Amma hanı
bir elə allah bəndəsi! (Deyən kimi qapı döyülür). Bu kimdir? Yoxsa allah bəndəsini
yetirdi. (Gedib qapını açır, Vəli daxil olur).
V ə l i. Soltan bəyin evi buradır?
T e l l i. Hə, buradır, nə işin var?
V ə l i. Sizdə bir nəfər qonaq varmı?
T e l l i. Hə, var, necə?
V ə l i. Daha nə üçün acığın tutur?
T e l l i. Acığım nə üçün tutsun, sən kimsən?
V ə l i. Mən kilimçi. (Kənara). Amma əcəb qızdır, yəqin bu qulluqçudur.
T e l l i. Kilimçi nədir?
V ə l i. Bir əvvəlcə de görüm sən kimsən?
T e l l i. Mən bu evin qulluqçusuyam.
V ə l i. Mən də o evin nökəriyəm.
T e l l i. Hansı evin?
V ə l i. Belə o evin, o....
T e l l i. Buy, elə bil gədə dəli olubdur.
V ə l i. Dəli niyə oluram, maralım!
T e l l i. Mən maral deyiləm.
V ə l i. Belə məndən ötrü maralsan, bu canım sənə peşkəş. Belə, belə ... belə....
(Oxuyur).
M u s i q i
Qoy xanımı bəy aparıb
Tezlik ilə toy eləsin. (2 dəfə)
Sənidəcə mən alaram, (2 dəfə)
Mən də bir bəy olaram.
T e l l i. Pulun var?
V ə l i. Var, var.
T e l l i. Pulun var, gələrəm!
V ə l i. Bilirəm, gələrsən!
Tel l i. Belə, belə yarımsan!
__________________Milli Kitabxana___________________
316
V ə l i. Belə, belə canımsan!
M u s i q i. Oynayırlar.
T e l l i.
Mən gedərəm ol kəsə ki, (2 dəfə)
Onun pulu çox olsun.
Onun pulu çox olsun, (2 dəfə)
Dərdi, qəmi az olsun.
Pulun var?
V ə l i. Var, var.
M u s i q i. Oynayırlar.
İ k i s i b i r y e r d ə.
Qoy xanımı bəy aparıb,
Tezlik ilə toy eləsin. (2 dəfə)
V ə l i. Sənidəcə, mən alaram.
T e l l i. Mənidəcə sən alarsan.
V ə l i. Mən də bir bəy olaram. (2 dəfə)
T e l l i. Sən də bir bəy olarsan. (Tək). Pulun var?
V ə l i. Var, var.
M u s i q i. Oynayırlar.
T e l l i (xoşuna gəlir). Əşi tez ol, sözünü de görüm nə istəyirsən?
V ə l i. Səni istəyirəm, səni. Bildinmi?
T e l l i. Buy, əcəb işə düşdüm.
V ə l i. Gözümün, işığı, get, o qonağa deynən ki, bir qapıya çıxsın, sözüm var.
(Telli gedir). Yeri maralım, yeri. Yeri ceyranım, yeri. Əcəb qızdır. Vallah, qoy ağam
qızı alsın, mən də bunu alım, ikimizin də toyu bir gündə olsun. (Əlini-əlinə sürtür).
S ü l e y m a n və S o l t a n b ə y çıxırlar.
__________________Milli Kitabxana___________________
317
S ü l e y m a n. Hə, Vəli, sənsən? Bildim nə üçün gəlibsən, gəl gedək. (Soltan
bəyə). Bəy, hələlik xudahafiz.
S o l t a n b ə y. Xudahafiz, salamat ol. (Gedirlər. Soltan bəy Süleymanı ötürüb
qayıdır). Ay qız, Telli. Gülçöhrəni, Asyanı bura çağır gəlsin. Qıza da deyim görüm
nə olur.... Bəli, dünyanın işi belədir.... Bir vaxt var idi biz də cavan idik.... İndi....
Q ı z l a r gəlirlər.
S o l t a n b ə y. Hə, oturun görüm. Ay qız Gülçöhrə, nə üçün belə bikef
görünürsən? Nə olub ki, naxoş deyilsən ki?
G ü l ç ö h r ə. Xeyr ata, yaxşıyam.
S o l t a n b ə y. Çox gözəl, qızım, bilirsən nə var?
G ü l ç ö h r ə. Xeyr, ata.
S o l t a n b ə y. Bəs elə isə bil: səni ərə verirəm.
G ü l ç ö h r ə hərəkət edir. T e l l i şad olur. A s y a heyfsilənir.
A s y a (kənara). Heyf, oğlan əlimdən çıxdı.
G ü l ç ö h r ə. Ay qız, mənim nə vaxtımdır ki, ərə gedim?
S o l t a n b ə y. Lap yaxşı vaxtındır. Uşaq ki, deyilsən. Hər bir şeyi bilirsən,
anlayırsan. Səni bir tacir oğlana verirəm ki, həm cavan, həm pullu, həm mallı....
G ü l ç ö h r ə. Ata, acığın tutmasın, mən ərə gedən deyiləm.
S o l t a n b ə y (mülayim). Bax, axmaqlama. Mən elçiyə söz verdim getdi.
A s y a (kənara). Allah sənə şükür, gələn oğlan elçi imiş.
G ü l ç ö h r ə. Yox ata, mən ərə getmək istəmirəm.
S o l t a n b ə y. Yaxşı, yaxşı, naz eləmə, bilirəm ki, ürəyində sevinirsən.
G ü l ç ö h r ə. Yox ata, doğru sözümdür, mən ərə getmək istəmirəm, istəyirsən
vur məni öldür, ərə vermə.
S o l t a n b ə y. Deyəsən, sən doğrudan danışırsan. (Bərkdən). Nə axmaq sözdür,
necə yəni ərə getmək istəmirsən? Evdə qalıb qocalıb qartımayacaqsan ki?
G ü l ç ö h r ə (ağlayır). Mən ərə getmək istəmirəm.
S o l t a n b ə y (lap bərkdən). Sən allah qudurğan olma. Sənin nə haqqın var söz
danışmağa. Atan səni ərə verir, sənin borcun itaət eləməkdir.
__________________Milli Kitabxana___________________
318
A s y a. Əlbəttə, Gülçöhrə, atan nə deyir, sən ona qulaq as, indi ki, səni ərə
verirlər, sənin borcun getməkdir. Daha burda artıq çek-çevir olmaz ki....
G ü l ç ö h r ə. Qoy atam məni öldürsün, amma ərə verməsin.
A s y a. Axı sənin danışmağa nə haqqın vardır.
S o l t a n b ə y. Sənə deyirəm ki, axmaq olma. Mən səni elə adama ərə verirəm
ki, daha eləsin tapmazsan. Sən nə fikirdəsən?
G ü l ç ö h r ə. Sən o adama Asyanı ərə ver, qoy mən evdə qız qalım.
S o l t a n b ə y. Nə boş-boş danışırsan. Asyanı istəyən olsa, onu da ərə
verəcəyəm. İndi səni istəyirlər, gərək əvvəl səni verim.
A s y a. Əlbəttə, elədir.
G ü l ç ö h r ə. Mən ərə getmək istəmirəm.
S o l t a n b ə y (acıqlı). Sənin borcun deyildir, ağzın nədir getməyəsən. Atan
sənə buyurur get, get! Çox o yan-bu yan eləsən, tutub qulağından mıxlaram divara.
(Gülçöhrə ağlayır.... Sükut. Soltan bəy acıqlı-acıqlı ora-bura gəzinir. Bir azdan sonra
mülayim dillə deyir.) Qızım, sən elə bilirsən ki, mən səni pis adama ərə verirəm? Sən
onu yəqin bil ki, belə oğlana gedəcəksən ki, padşah balası kimi; özü cavan oğlan,
tacir, pulu çox, dövləti çox. Bəs dəliyəm ki, səni pis yerə verim? Sən mənim
gözümün işığı tək qızımsan, mən səni bədbəxt elərəmmi? (Tutub qızının alnından
öpür). Sən qoca atanın sözünə qulaq as, dəlilik eləmə!
G ü l ç ö h r ə (ağlaya-ağlaya). Ay ata, vallah ərə getməyə heç könlüm yoxdur.
Necə eləyim? Sən məni ərə vermə, qoy evdə qalım.
S o l t a n b ə y. Qızım, inad olma! Atan nə deyir, sən də ona itaət elə, eləməsən
allah səni xoşbəxt eləməz, bədbəxt olarsan və onu yəqin bil ki, mənim sözüm sözdür.
Mən kişiyə söz verdim, allah qoysa, bu gün-sabah nişan qoyular, kəbin kəsilər, toy
olar. Gedərsən ərə, ərin dövlətli, özü yaxşı adam; oğul-uşaq sahibi olarsan, ev yiyəsi
olarsan, mən də bu qoca vaxtımda bir azca dincələrəm, arxayın olaram. Sən mən
deyənə qulaq as.
G ü l ç ö h r ə. Ay ata, indi ki, sən istəyirsən mən ərə gedim, qoy onda öz
istədiyimə gedim.
A s y a qorxusundan guya üzünü cırır, təəccüb edir.
__________________Milli Kitabxana___________________
319
S o l t a n b ə y (təəccüb və heyrətlə). Qızım sən istədiyin kimdir, söylə görək.
A s y a qorxur. Musiqi.
G ü l ç ö h r ə. (Oxuyur).
Məni saldı olmaz dərdə, arşın mal alan, (2 dəfə)
Qalmadı heç taqət məndə, yanaram. (2 dəfə)
Gündüz-axşam fikrim, zikrim, arşın mal alan, (2 dəfə)
Ola bilməz özgə fikrim, arşın mal alan, (2 dəfə)
Onu görcək aşiq oldum, arşın mal alan, (2 dəfə)
Günü-gündən dərdə doldum, yanaram. (2 dəfə)
S o l t a n b ə y (bərk hirslənir). Qızım, arşın mal alan kimdir? (Kənara). Yoxsa
o xalası olandır?
G ü l ç ö h r ə. Mən getsəm, ona ərə gedərəm.
S o l t a n b ə y. (Birdən qışqırır). Nə danışırsan, axmaq qızı axmaq. Bazarın
gədəsinə ərə gedəcəksən, dəli olubsan nədir? Allaha and olsun, bir sillə çəkərəm ki,
dişlərin qarnına gedər. Bəli, Soltan bəyin qızı bir gədəyə aşiq olubdur, pəh-pəh, pəh!
İndi bildim ki, nə üçün ərə getmək istəmirsən. Amma onu sən yəqin bil ki, əgər belə
axmaqlasan, atamın goru haqqı, sənə bir toy tutaram ki, bir kərə nəfəsini çəkərsən.
Sən mənim namusuma toxunan iş görürsən. Nə haqqın var ki, arşınmalçıya baxırsan.
Qoy bir o arşınmalçı gözümə görünsün: ona mən bir patron çaxım ki, iyi-tozu
qalmasın. Onu bil ki, mənə Soltan bəy deyərlər. Mən binamusluğu qəbul edən adam
deyiləm. Səni də öldürərəm, onu da öldürərəm!
G ü l ç ö h r ə (ağlaya-ağlaya). Ata, vallah, öldür mənim canım qurtarsın.
S o l t a n bəy (çığıra-çığıra). Öldürəcəyəm! Bu papaq mənə haram olsun ki, bir
də arşınmalçı adı tutsan, səni tikə-tikə doğracayam. Belə binamusluq olar ki, mənim
qızım gədə-güdəyə bənd olsun? (Ayağını yerə vurur). Dur bu saat rədd ol gözümün
qabağından. İtil burdan, binamus. (Gülçöhrə durub bərk ağlaya-ağlaya gedir. Soltan
bəy hövlnak ora-bura gəzir. Asya və Telliyə.) Nə vaxt arşınmalçı, bura gəlmişdi?
A s y a (qorxa-qorxa). Vallah, xəbərim yoxdur.
Milli Kitabxana
S o l t a n b ə y. Necə xəbərin yoxdur? Yalandan məndən gizləyirsiz. Cəhənnəm
olun siz də burdan. (Asya və Telli qaçırlar.) Əcəb başıma kələk gəldi; itin birisi
qapıma gəlib qızımı özünə bənd eləyir; belə də binamusluq olar? İndi başa düşürəm
ki, nə üçün xalasının əvəzində qızımı istəyirmiş. Cəhənnəm olsun onun xalası da,
istəmədik.... Qız lap dəli kimi olubdur. Gərək tezliklə ərə verim, çıxsın getsin, yoxsa
işdən sonra bir xata çıxar. Süleymanı görsəm deyəcəyəm ki, Əsgərə xəbər versin ki,
gəlib qızı götürüb qaçsınlar, yoxsa görünür ki, xoşa-xoşluqla getməyəcəkdir. Mənim
də hirsim tutar, vurub öldürərəm. Ay qız, Asya, Telli. Bura gəlin. (Asya və Telli
daxil olur.) Bax, mən gedirəm bazara, siz Gülçöhrəyə öyüd-nəsihət edərsiniz, onu
başa salarsınız. Yoxsa vallah, allaha and olsun hamınızı qıraram. (Gedir bazara).
A s y a (Telliyə acıqla). İndi biz fəqir nə qayıraq, bizdə nə taqsır var ki, Gülçöhrə
bir gədəyə aşiq olubdur. Ay qız get Gülçöhrəni çağır bura. (Telli gedir.) Gör, sən
allah. Qızın cürətinə bax. Atasına açıq deyir ki, arşınmalçıya bənd olmuşam. Lap
xatadır bu qızın işi.
G ü l ç ö h r ə ilə T e l l i gəlirlər. G ü l ç ö h r ə yenə taxtın üstə yıxılır.
M u s i q i
A s y a və T e l l i.
Bəsdir bunca ahü zarın (2 dəfə)
Nəyə lazım bu fəryad (2 dəfə)
Layiqdirmi ola yarın, (2 dəfə)
Atan ola sənə yad! (2 dəfə)
G ü l ç ö h r ə.
Getmiş əldən ixtiyarım, (2 dəfə)
Kimsədən yox heç imdad.
Ağlar oldu böylə halım,
Necə qılmam mən fəryad?! (2 dəfə)
A s y a və T e l l i.
Heç yaraşmaz ah edəsən. (2 dəfə)
Gəl ol sən də biz tək şad. (2dəfə)
Səy qıl kim qala səndə (2 dəfə)
Xalq içində yaxşı ad. (2 dəfə)
P ə r d ə
320
__________________Milli Kitabxana___________________
321
DÖRDÜNCÜ MƏCLİS
Ə s g ə r i n evində vaqe olur. Ev yaxşı bəzənib, Ə s g ə r özü dəxi yaxşı
geyinibdir.
Ə s g ə r. Biçarə Gülçöhrənin başına əngəllər açdım. İndi yazıq qız elə bilir ki,
doğrudan da onu özgəsinə ərə verirlər. Amma əcəb sözü üstə dayanan qızdır.
Xoşluqla ərə getməyə razı olmadı, odur ki, atasının təvəqqəsinə görə, adam
göndərmişəm ki, gedib götürüb qaçsınlar. Zərər yoxdur; bir-iki saatdan sonra mənim
kələyimin üstü açılar, onda qız da sevinər, mən də sevinərəm, atası da sevinər, hamı
sevinər. Amma ürəyim çox bərk tələsir, istəyirəm ki, qızı tez gətirsinlər ki, yazıq
daha əzab çəkməsin. Amma qəribə iş gördüm ha. Evlənmədim-evlənmədim, axırda
bu kələklə evləndim. Heç pis eləmədim, yaxşı elədim. Allah Süleymanın atasına
rəhmət eləsin, əcəb şey öyrətdi. İndi heç olmasa görüb sevdiyim qızı alıram, qız dəxi
məni sevir!... Qərəz, gedim xalam dediklərimi düzəldibdirmi? (Gedir).
Bir qədər sonra qapı açılır. G ü l ç ö h r ə n i qaçırıb gətirirlər. Bir neçə oğlan
Gülçöhrənin qolundan tutub onu içəri salırlar və qapını örtüb gedirlər. Gülçöhrə
bərkdən ağlaya-ağlaya taxtın üstünə yıxılır.... Bir az keçəndən sonra deyir:
G ü l ç ö h r ə. Ox. Bu nə əzabdır mən çəkirəm. Məni güclə, zorla ərə verirlər.
Bilmirəm kimə verirlər, məni sevdiyimdən ayırırlar. İstəmirəm mən bu dövləti, bu
dəstgahı. Mən öz sevgilimi istəyirəm. (Üzünü örtüb ağlayır.)
M u s i q i
G ü l ç ö h r ə.
Hicran dərdi, fələk verdi,
Bunca cəfanı layiq gördü. (2 dəfə)
Yoxdur taqət, səbrə halət.
Ölmək yaxşıdır, nə ki bu zillət. (2 dəfə)
Ey xuda rəhm et, ey xuda rəhm et!
Qıl mədəd ya rəb, mən yazığa rəhm et!
M u s i q i
__________________Milli Kitabxana___________________
322
Yox, mən bu hala davam edə bilmərəm. Daha məndə tab və taqət yoxdur.
Hamısından yaxşısı budur ki, bir kərəlik özümü boğum öldürüm, canım qurtarsın.
(Dəsmalın açıb burur ki, özünü boğsun, lakin bu əsnada "Arşın mal alan...." səsini
eşidib təəcüblə qulaq asır və eşitdikcə keçmiş günlərini yada salır. Əsgər pərdə
dalında oxuyur: "Arşın mal alan!" Axıra kimi oxuyub qurtarır.)
M u s i q i
Ə s g ə r daxil olub, salam verir.
G ü l ç ö h r ə (təəccüblə baxır). Sənsən, yoxsa özgədir?
Ə s g ə r. Mənəm, mənəm, Gülçöhrə, arxayın ol.
G ü l ç ö h r ə (ağlayır). Görürsən mənim başıma nə işlər gətirirlər? Bir qədər gec
gəlsəydin, özümü öldürmüşdüm. Sən buraya nə sayaq gəldin? Səni burada görsələr
öldürərlər.... Mümkün varsa, gəl qaçaq. (Əcələ ilə dartır.)
Ə s g ə r (gülür). Hara qaçaq öz evimizdən?
G ü l ç ö h r ə (heyrətlə). Nə danışırsan, bura kimin evidir?
Ə s g ə r. Bura mənim evimdir, sonra da olacaq sənin evin.
G ü l ç ö h r ə. Heç başa düşmürəm? Məni kim götürüb qaçıbdır?
Ə s g ə r. Mən göndərdiyim adamlar.
G ü l ç ö h r ə (fikirli). Bəs mən elə bildim ki, məni atam verdiyi tacir oğlanın
adamları götürüb qaçıblar.
Ə s g ə r. Əlbəttə, elədir. Gülçöhrə (lap heyran qalır). Yenə başa düşmədim, allah
eşqinə, məni başa sal görüm bu nə kələkdir.
Ə s g ə r (gülür). Bax, Gülçöhrə. Sənə aşiq olan arşınmalçı da mənəm, atan ərə
vermək istədiyi tacir oğlan da mənəm. Mən yalandan arşın mal satan olub özümə qız
axtarırdım ki, axırda səni tapdım və atandan istədim, o da verdi, amma atan bilmədi
ki, mən arşın mal satan oğlalam, çünki o əvvəldən məni görməyibdir.
G ü l ç ö h r ə (nazla). Ay biinsaf. Bəs mənə yazığın gəlmədi ki, bu qədar əziyyət
çəkdim, əzab çəkdim, atam məni öldürməli oldu. Özümü öldürməli oldum.... (nazla).
Belə bilsəydim, səni sevməzdim....
Ə s g ə r. Bəs burası var ki, bu şadlığımız bütün o əziyyətləri yuyur aparır, elə
deyilmi maralım, Gülçöhrə?
__________________Milli Kitabxana___________________
323
G ü l ç ö h r ə (axırda razı olur). Elədir.
Ə s g ə r. Di gəl bəri, gedək otaqları bir-bir gəzək və xalamı da görək. (Gedirlər o
biri otağa.)
Bu halda bayır qapıdan S o l t a n b ə y daxil olur.
S o l t a n b ə y. Vallah, yenə ata ürəyidir, tab gətirmədi, dedim gedim görüm,
bəlkə qız, xudanəgərdə, özünə bir xəsarət yetirdi. (Ora-bura baxır.) Bəs hanı bunlar?
Ay uşaqlar, kim var?
Ə s g ə r daxil olur.
Ə s g ə r. Salaməleyküm, Soltan bəy, sən bizə xoş gəlmisən.
S o l t a n b ə y (əvvəl xoş üzlə, sonra təəccüblə). Balam, sən.... Sən Əsgərsən?
Yoxsa o arşın mal satan?
Ə s g ə r. Xeyr bəy, mən Hacı Mürsəl oğlu Əsgərəm, sənətim də tacirlikdir.
S o l t a n b ə y. Deyirəm axı, ancaq mənim gözümə belə görükdü ki,
qabağımda o gədədir.
Ə s g ə r. Hansı gədə?
S o l t a n b ə y. Heç, bir gədə var idi, arşın mal satardı.
Ə s g ə r. Bilirəm, sən istədin ki, onun xalasın alasan, o da əvəzində səndən qızını
istədi, özü də acıqlanıb qovdun, elədirmi?
S o l t a n b ə y (təəccüblə). Elədir.... Balam sən hardan bildin?
Ə s g ə r. Necə bilməyim ki, o mən özüm idim....
S o l t a n b ə y (heyrətlə.) Nə danışırsan?
Ə s g ə r. Bəli, bəli, mən qəsdən elə etdim ki, qızı görüm sonra alım.
S o l t a n b ə y. Doğru deyirsən?
Ə s g ə r. Budur, qızın təsdiq edər. (Çağırır Gülçöhrəni.) Gülçöhrə!
G ü l ç ö h r ə (daxil olub atasına tərəf gedir). Bax, ata, həm sən deyən oldu, həm
mən deyən. Əsgər bizi kələyə qoyub sənin acığına və mənim də əzabıma səbəb oldu,
bütün təqsir bundadır.
S o l t a n b ə y (ayılır). Hə, indi başa düşdüm, çox kələkbaz imişsən. Rəhmətlik
sənin atan heç belə deyildi. Ya allah. (Əl verir.) Çox gözəl, çox pakizə, vay səni
Əsgər. Amma əcəb kələkbaz imişsən. (Yadına düşür). Yaxşı, balam, bəs sənin xalan
necə oldu, hə? Həqiqət, o, sənin xalan idi, yoxsa o da kələk idi?
__________________Milli Kitabxana___________________
324
Ə s g ə r. Xeyr, doğrudan xalamdır.
S o l t a n b ə y. Yəqin özü də duldurmu? (Sevinir).
Ə s g ə r. Bəli, duldur.
S o l t a n b ə y. Hə, di ver gəlsin də!
Ə s g ə r. Gəlsin, nə deyirəm, Gülçöhrə, zəhmət çək xalamı çağır.
G ü l ç ö h r ə gedir.
S o l t a n b ə y. Gəlsin, onu alım da! O dul, mən dul; həkim də mənə deyib ki,
gərək arvad alam. Mən bilən həkim xalanı da görsə deyər ki, ərə get.
Ə s g ə r. Nə sözüm var ki, al də, al ikibaşlı qohum olaq. İndi bildinmi, ikibaşlı
qohum nədir?
S o l t a n b ə y (gülür). Bildim, bildim, a kələkbaz.
G ü l ç ö h r ə və C a h a n daxil olurlar.
S o l t a n b ə y (Cahana). Əşi, gəl də!... İrəli gəl! Görürsən sənin, sənin bu
bacıoğlun nə kələkbaz imiş.... Hə, indi nə deyirsən, bir nəfər molla, bir kəllə qənd və
üç manat pulla aran necədir? Deyirəm ki, elə Əsgərlə Gülçöhrənin və səninlə mənim
toyumuz bir olsun.
C a h a n. Nə deyirəm, allah xeyir versin.
H a m ı. Amin, amin.
S o l t a n b ə y. Balam, o uşaqlar evdə tək qaldılar, nigarandılar. Sizin gədəni
göndərin Asya ilə Tellini bura gətirsinlər.
Ə s g ə r. Bu saat gedim göndərim. (çıxır).
S o l t a n b ə y Əşi, vallah, sevindiyimdən elə bilirəm ki, cavan oldum.... (Tez
dilin dolayır). Yəni qoca da deyiləm, elə cavan kimi bir oğlanam. Maşallah olsun
mənə.
Ə s g ə r gəlir.
Ə s g ə r. Göndərdim getdi.
Bu halda S u l e y m a n daxil olur.
S ü l e y m a n. Salamünəleyküm.
S o l t a n b ə y. Paho Süleyman, əleykəssalam, balam sənin bu dostun nə
kələkbaz imiş!...
__________________Milli Kitabxana___________________
325
S ü l e y m a n. Bəli, çox kələkbazdır. Bilmirəm kimdən öyrənibdir.
Ə s g ə r. Necə kimdən öyrənmişəm? Bunun hamısını sən öyrətmədinmi? Odur,
xalam desin!
C a h a n. Doğrudur, bütün bu kələklərin başçısı Süleymandır, o öyrətdi.
S o l t a n b ə y. Belə imiş!... Süleyman, mən səni heç belə bilməzdim, bu işləri
haradan öyrənibsən?
S ü l e y m a n. Bəy, öz başımdan çıxardıram.
S o l t a n b ə y. Ay sənin başın var olsun.
S ü l e y m a n (birdən Gülçöhrəni görüb diqqət yetirir.) Yaxşı Gülçöhrə budur?
Ə s g ə r. Bəli, budur.
S ü l e y m a n. Bəs mən gördüyüm qız buna oxşamır.
S o l t a n b ə y. Sən yəqin Asyanı görübsən.
S ü l e y m a n. Asya kimdir?
S o l t a n b ə y. O mənim qardaşım qızıdır.
S ü l e y m a n (sevinir). Hə? Əşi, elə isə mən nə üçün bikar qalım. Ver, mən də
toy edim də!...
S o l t a n b ə y. Doğru deyirsən?
S ü l e y m a n. Əlbəttə!
S o l t a n b ə y. Verdim, al!
H a m ı. Allah xeyir versin, allah xeyir versin. Nə əcəb oldu!
S ü l e y m a n (kənara). Bax mərd yoldaşın axırı belə olar.
Bu halda A s y a, T e l l i və V ə l i daxil olurlar.
S o l t a n b ə y. Bax budur gəldilər. Ay qız, Asya, bu oğlana səni versəm
gedərsənmi?
A s y a (utana-utana). Bəli, gedərəm.
S o l t a n b ə y. Qoçaq qızsan, Gülçöhrədən ağıllı oldun, çox gözəl, çox pakizə.
(Vəli ilə Telli bir-birinə baxırlar. Vəli bərk ah çəkir). Ədə, nə yaman ah çəkdin, bala
nə dərdin var ki?
Ə s g ə r. Nə dərdi olacaqdır.... Gülçöhrəni mənə verdin, Asyanı Süleymana
verdin, xalamı özün alırsan, indi Tellini də ver ona də!...
H a m ı. Doğrudur, doğrudur.
S ü l e y m a n (Vəliyə). Hə, dedim ki, axı sən də hazırlaş.
__________________Milli Kitabxana___________________
326
S o l t a n b ə y. A qız, Telli, Vəliyə gedərsənmi?
T e l l i (mərd-mərdanə). Bəli, gedərəm.
S o l t a n b ə y. Vəli, sən Tellini alarsanmı?
V ə l i (utanır və birdəi-birə). Bəli, alaram. (Gülür).
H a m ı. Allah xeyir versin.
S o l t a n b ə y. Yaxşı, balam, toylarımızı nə vaxt başlayaq?
H a m ı. Elə günü bu gün.
S o l t a n b ə y. Bəs elə isə başlayaq, düzülün!
C ü t-c ü t olub oynayırlar. Əvvəlcə musiqiyə görə ağır, sonra musiqi
tezləşdikçə tez-tez oynayırlar, ta ki, pərdə düşür.
P ə r d ə
__________________Milli Kitabxana___________________
327
Satirik
hekayələr
__________________Milli Kitabxana___________________
328
__________________Milli Kitabxana___________________
329
Dostları ilə paylaş: |