ÜÇÜNCÜ MƏCLİS
Bir h a m a m ı n soyunub-geyinən yerində vaqe olur. Sol tərəfdə (zaldan baxarkən)
qapı və pilləkənlər, cağ tərəfdə, küncdə hamamın çimilən yerinə girən qapı var. Ortada
hovuz və fantan, üstündən qəndil asılıbdır. Hamamçı Məşədi Qəzənfər sarı kürkə
burünüb, bayır qapının solunda öz yerində əyləşibdir. Qabağında manqal, üstündə güvəc,
yanında mücrü. Özü də qəlyan çəkir. Ondan bir az sağ tərəfdə dəllək usta M ə h ə r r ə m
K ə r b ə l a y ı N ə s i r i n başını qırxır. Bir az o yanda zurnaçılar oturubdurlar. Bir
kənarda bir neçə nəfər camadar əllərində qırmızı fitə, balaqları çırmala dayanıbdırlar.
Milli Kitabxana
M u s i q i
H a m ı (oxuyurlar).
Hamamın içində, içində də çölündə (2 dəfə)
Yay, yaz, qış bahar isti, sərin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var,
Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!...
H a m a m d a n b i r s ə s.
Gəl, ey ha!... Bir yumurta!...
H a m ı.
Yaz, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var.
M u s i q i
Dəllək qırxır, hamamçı qəlyan çəkir.
M ə ş ə d i Q ə z ə n f ə r. Həqiqət, hər bir şeyi fikirdən keçirib yenə baxıb görürəm
ki, dünyada hamamdan başqa ləzzətli bir yer varsa, yenə hamamdır. Deməyin ki, özüm
hamamçıyam ona görə belə danışıram, xeyr! Əşi, adam gərək insaf ilə danışsın: qışın
soyuğunda harada qızışa bilərsən?
H a m ı. Hamamda!...
M ə ş ə d i Q ə z ə n f ə r. Yazın istisində harada sərinləyə bilərsən?
H a m ı. Hamamda!
M ə ş ə d i Q ə z ə n f ə r. Daha kim deyə bilər ki, hamam pis şeydir?
H a m ı. Əşi, heç kəs!
M ə ş ə d i Q ə z ə n f ə r. Bəs belə de!
U s t a M ə h ə r r ə m. Mən dəlləyəm. Özüm də ömrümün çox vaxtını hamamda
keçirmişəm, heç bir belə heyfsilənmirəm. Çünki baxıb görürəm ki, mənim üçün
hamamdan başqa heç bir yerdə xoş keçmir. Xalq gedir, adı nədir, o klubda, mənim
klubum hamamdır. Xalq gedir teatra, mənim teatrım hamamdır. Əşi, işləyib yorulandan
sonra harada istirahət edə bilərsən?
H a m ı. Hamamda!
U s t a M ə h ə r r ə m. Harda bir parça ləzzət görərsən?
H a m ı. Hamamda!
U s t a M ə h ə r r ə m. Daha kim deyə bilər ki, hamam pis şeydir?
H a m ı. Əşi, heç kəs!
U s t a M ə h ə r r ə m. Bəs elə, de gəlsin!
(Musiqi)
276
__________________Milli Kitabxana___________________
277
H a m ı.
Hamamın içində, içində də çölündə (2 dəfə)
Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasıb, tez gəl, yerin var.
Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!...
H a m a m d a n b i r s ə s. Gəl, ey ha!... Bir papiros, özü də müştük ucunda.
(Aparırlar).
H a m ı.
Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var.
Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!...
M u s i q i
K ə r b ə l a y ı N ə s i r (dəllək ülgüc itiləyərkən). Mən özüm bisavadam, amma
kitabda yazılanlardan oxuyurdular, mən də eşitmişəm: müsəlman padşahları bir yerdə
şəhər salanda ilk əvvəlcə hamam tikdirmişlər, ondan sonra karvansara, ondan sonra
məscid. Əşi, insaf ilə danışmaq, tozun-torpağın içində işləyirsən, çirkə-pasağa batırsan,
bəs sonra harda təmiz olursan?
H a m ı. Hamamda!
K ə r b ə l a y ı N ə s i r. Harda pak olursan?
H a m ı. Hamamda!
K ə r b ə l a y ı N ə s i r. Daha kim deyə bilər ki, hamam pis şeydir?
H a m ı. Əşi, heç kəs!
K ə r b ə l a y ı N ə s i r. Bəs belə!
M ə ş ə d i Q ə z ə n f ə r. Padşah dedin, yadıma düşdü: əşi, hamam indi hürmətdən
düşübdür, qədim zamanlarda hamamın böyük hürməti varmış, bütün şairlər, süxəngulər,
nağıl deyənlər, dərvişlər hamısı hamama yığılıb, gözəl-gözəl söhbətlərlə hamam əhlini
feyziyab edərlərmiş. Əşi, harada şirin-şirin söhbət eşidirsən?
H a m ı. Hamamda!
M ə ş ə d i Q ə z ə n f ə r. Harda dünya qayğısını yadından çıxardarsan?
H a m ı.Hamamda!
M ə ş ə d i Q ə z ə n f ə r. Daha kim deyə bilər ki, hamam pis şeydir?
H a m ı. Əşi, heç kəs!
M ə ş ə d i Q ə z ə n f ə r. Bəs elə isə de gəlsin!
M u s i q i
__________________Milli Kitabxana___________________
278
H a m ı.
Hamamın içində, içində də çölündə (2 dəfə)
Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var!...
H a m a m d a n b i r s ə s. Gəl, ey he!... Ab xurdan, içində qəmiş. (Aparırlar).
M u s i q i
H a m ı.Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var,
Dövlətli, kasıb, tez gəl, yerin var! .... gəl.
U s t a M ə h ə r r ə m. Sizin canınız üçün, bir çox naxoşlular var ki, kurs qurtarmış
həkimlər dərmanlarından acizdirlər. Amma naxoşu hamama gətirən kimi yaxşı olub
sağalır. Ondan əlavə, hamam belə şeydir ki, insana zinət verir, abıra mindirir. Özünüz
deyin, harda yaxşı qan aldırmaq olar?
H a m ı. Hamamda!
U s t a M ə h ə r r ə m. Harda yaxşı baş qırxdırmaq olar?
H a m ı. Hamamda!
U s t a M ə h ə r r ə m. Harda yaxşı həna yaxmaq olar?
H a m ı. Əşi, hamamda!
U s t a M ə h ə r r ə m. De, bəs belə!
M ə ş ə d i Q ə z ə n f ə r. Həna dedin, yadıma Sədi Əlyəəl-rəhmənin bir şeri düşdü
ki, günlərin bir günündə rəhmətlik hamamda çimərkən öz məhbubindən həna alıb,
ətrindən bihuş olub və o xüsusda bu şeri deyibdir:
Gili-xoşbuyi dər həmmam ruzi
Rəsid əz dəsti-məhbubi be dəstəm.
Bədu qoftəm ke, mişki, ya ənbəri
Ki, əzbuyi-delavizi-to məstəm.
Bəqofta mən gili-naçiz budəm
Və leykən moddəti ba gün neşəstəm.
Kəmali-həmneşin bər mən əsər kərd
Və kərna mən haman xakəm ki, həstəm!
İnandırıram sizi ki, əgər Sədi Əlyəəlrəhmə hamama gəlməsə idi, heç vaxt bu şeri yaza
bilməzdi. Əşi, belə olandan sonra kim deyə bilər ki, hamam pis şeydir?
__________________Milli Kitabxana___________________
279
H a m ı. Heç kəs!
M ə ş ə d i Q ə z ə n f ə p. Bəs belə isə de gəlsin!
M u s i q i
H a m ı.
Hamamın içində, içində də çölündə (2 dəfə)
Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var,
Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!...
H a m a m d a n b i r s ə s. Gəl, ey ha!... Qətfə! Gəl apar!
Camadarlar qətfə ilə gedirlər.
H a m ı.
Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var,
Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!...
İçəridən gəlirlər. Bəy hamamdan çıxır. Zurnaçılar çalmağa başlayırlar. Pərdə enir.
Amma zurna səsi gəlir. İki dəqiqədən sonra pərdə qalxır. Zurna kəsir. Səhnədəkilər
geyinmələrini tamam edirlər. M ə ş ə d i İ b a d yaxasını düymələyir, sonra əlinə aynanı
alıb, saqqalına baxır. H ə s ə n q u l u b ə y surtukunu geyir, R z a b ə y varatnikini taxır.
H ə s ə n b ə y başını darayır.
Ə s g ə r çəkmələrini geyir, h a m b a l patavasını dolayır. Sairələr də kimi başını
qurudur, kimi düymələrini bağlayır.
M ə ş ə d i Q ə z ə n f ə r. Məşədi İbad, səhhəti-vücud! Allah mübarək eləsin! Oğullu-
uşaqlı olasan!
M ə ş ə d i İ b a d. Sağ olasan, vücudun bibəla olsun!
H a m ı. Allah mübarək eləsin, allah mübarək eləsin!
M ə ş ə d i İ b a d (cavab verir. Bir az sonra ayna əlində). Amma deyəsən bu səfər
dəllək hənanı yaxşı yaxıbdır, daha ağ tük gözümə dəymir.
Ə s g ə r. Maşallah, lap cavan olubsan ki!
M ə ş ə d i İ b a d. Cavan olmayanda qoca deyiləm ki....
M ə ş ə d i Q ə z ə n f ə r (bəylərə). Bəydadaşlar, hamam xoşunuza gəldimi? Çünki
sizlər bizim hamamlara gəlməzsiniz, ona görə soruşuram.
H ə s ə n q u l u b ə y. Mən çoxdandır ki, töbə eləmişdim, ömrüm olanı müsəlman
hamamına getməyim, amma Məşədi İbadın xatirəsi yanımda o qədər əzizdir ki, töbəmi
sındırıb məhz onun xatirəsi üçün bu hamama gəldim. Gəldim də.... Heç, daha keçibdir.
__________________Milli Kitabxana___________________
280
M ə ş ə d i Q ə z ə n f ə r. Bəs belə!
R z a b ə y. Hərgah mən bir papaq alaydım və o papağa beş yüz otuz altı manat pul
vermiş ola idim və bir nəfər də o papağı mənim başımdan götürüb müsəlman hamamının
içinə tollaya idi, mən papaqdan əl çəkərdim, amma hamama girməzdim. Lakin Məşədi
İbada söz vermişdim deyə, daha sözümdən qaça bilmədim.
M ə ş ə d i Q ə z ə n f ə r (sınır). Bəydadaş, guya mənim hamamım murdardır? İçində
urus çimir, erməni çimir, yəhudi çimir?!
R z a b ə y. Rəhmətliyin oğlu, girirəm xəznəyə, bilmirəm ki, bu içində çimdiyim
sudur, neftdir, həlimdir, yoxsa bozbaşdır. Həzərat, vallah, sabah bunu mən qəzetimdə
yazaram. Belə eləməyin!
H ə s ə n q u l u b ə y. Əşi, insafdır, o xəznəyə mən də girim, bu hambal da girsin?
(hambalı göstərir).
H a m b a l. Bəy, məgər hambal hamamda çimməz, bəs hambalın canı can deyil?
H ə s ə n b ə y. Rza bəy prav. Doğrudan, mən də xəznəyə girib bilmədim ki, sudur,
yoxsa ayrı bir jidkostdur. (Həsənqulu bəyə). No vı, vı rassujdayete kak burjuy! Necə yəni
mən də girim, hambal da girsin, məyər hambal da sənin kimi adam deyil?
H a m b a l. Əlbəttə, adamam!
H ə s ə n b ə y. Onun da iki qulağı var, sənin də!
H a m b a l. Əlbəttə, iki qulağım var, bə nədi?
H ə s ə n b ə y. Onun da bir burnu var sənin də!
H a m b a l. Əlbəttə, bir burnum var, bə nədi?
H ə s ə n b ə y. Yedinstvennaya raznitsa bundadır ki....
H ə s ə n q u l u b ə y. (sözünü kəsir). Bilirsən nə var, Həsən bəy! Sən keçən səfər
Məşədi İbadla savaşdın, yenə də o bir evin içində oldu ki, heç kəs bilmədi, amma bura
hamamdır, özün bilirsən ki, obşestvenni yerdir, təvəqqə edirəm ki, burada savaşmayasan.
H ə s ə n b ə y. Net, mən kak istinnıy narodnik protestuyu!
Bunlar,R z a da iştirak edir,əllərilə işarələrlə danışıb bəhs edirlər.
M ə ş ə d i İ b a d (adamları nəzərdən keçirməklə sayır). Görəsən bunların hamısını
hamam pulunu, inşaallah, mən verəcəyəm, hə?... Bu bahalıqda bir bu qədər hamam pulu
heç bilirsən neçə elər? Görüm, hamamçını bir nokələkləyə bilərəmmi?
H ə s ə n q u l u b ə y. (münaqişəyə davam edərək). Da ostavte menya v pokoye!
__________________Milli Kitabxana___________________
281
H ə s ə n b ə y. Net! Ya doljen protestovat.
R z a b ə y. Əşi, ayıbdır hamamın içində....
H ə s ə n q u l u b ə y. Da protestuyte, skolko xotite!
H ə s ə n b ə y (bərkdən). Ya ne pozvolyu, çtobı....
Ə s g ə r, R z a tez durub bunların aralarına girirlər ki, aralaşdırsınlar.
M ə ş ə d i Q ə z ə n f ə r. Bunların hamısı, görünür ki, mənim xəznəmin suyunun
təsirindəndir.
M ə ş ə d i I b a d (onlara). Bura bax, a!... Cəncəl eləmək neyçün? Kişinin hamamında
iki saatdır ki, müftə çimibsiniz, hələ bir durub cəncəl də salırsınız? Eyibdir ki.... (Sükut;
hamamçıya müraciətən). Məşədi Qəzənfər, sənin yadına gəlməz; çünki çox kiçikdin,
mən ilk toy eləyəndə ki, mərhum Kərbəlayı Murtuzanın qızı, rəhmətlik Sonanı almışdım,
toy həmin bu hamamda oldu. O zaman sənin oturduğun yerdə rəhmətlik sənin atan
Məşədi Səməndər əyləşmişdi. Çıxanda durdum pul verməyə, dedi: ayıbdır ki.... Nə qədər
eylədim, pul almadı, yalvardım-yaxardım, almadı ki, almadı.... Qərəz, rəhmətlik çox gözəl
kişi idi....
Hamı bir-bnrinə baxıb himləşir.
M ə ş ə d i Q ə z ə n f ə r. Heç mənim özümü demirsən.... Keçən həftə bizim Məşədi
Muxtarın toyu idi ki, mənimlə bərk aşnadır. Gəldilər hamama, gedəndə nə qədər eylədi,
pul almadım, dedi inciyərəm səndən, dedim mən də inciyərəm səndən, almadım. Yanında
lap bu Həsənqulu bəyə oxşayan bir nəfər bəy var idi. Çıxartdı cibindən iki dənə yüzlük
üstümə atdı, istədim almayam, razı olmadı. Əlli manat dəlləyə verdi. Camadarların
hərəsinə on manat naçay bağışladı; onun sabahı bir də görüm ki, bir dəst yaxşı libas, iki
kisə əla həna, bir kəllə qənd və bir dənə şirniyyat xonçası gəlibdir. Bunu da toy sahibi
Məşədi Muxtar göndərmişdi. Axşam da ki, toyda idik. Qərəz, çox canfişanlıq oldu.
B ə y l ə r himləşib gözləşirlər.
H ə s ə n q u l u b ə y. (Həsən bəyə). Vı vezde umestno, neumestno lezite sporit.
R z a b ə y. Yenə başladılar ki....
H ə s ə n b ə y. Ya ne moqu, ja doljen protestovat, ja çelovek s ubejdeniyem.
H ə s ə n q u l u b ə y. Da vı, prosto obmanşik i vse!
H ə s ə n b ə y (bərkdən). Çto? Vı menya oskorblyayete?
__________________Milli Kitabxana___________________
282
H ə s ə n q u l u b ə y (o da bərkdən). Da oskorblyu!
Ara qarışır, R z a, Ə s g ə r, sair qoçular qalxıb, onları aralaşdırmaq istəyirlər.
H ə s ə n b ə y. V takom sluçaye ya uxoju i potrebuyu udovletvoreniye za
oskorblenie. (Gedir).
R z a b ə y (onun dalınca). Həsən bəy, Həsən bəy, hara gedirsən, bir dayan. (O da
onun dalınca gedir).
H ə s ə n q u l u b ə y. (kefsiz)Həzərat, bagıslayın, xudafiz!... (Gedir).
Ə s g ə r (onun dalınca). Əşi, bir dayan görək, bu saat hamımız gedirik!
Gedir, adamları da onun dalınca çıxırlar.
Qalır hamam əhli ilə M ə ş ə d i İ b a d və h a m b a l.
M ə ş ə d i İ b a d (kənara). Lotular pul söhbətini eşidib qaçdılar. Yox, mənim
kələyim baş tutmadı!
M ə ş ə d i Q ə z ə n f ə r. Məşədi, sənin bu aşnaların nə hirsli adamlardır?
M ə ş ə d i İ b a d. Havanın təsirindəndir. (Ona). Qərdəş oğlu, haqq-hesabımız neçə
elədi?
M ə ş ə d i Q ə z ə n f ə r. Daha onu soruşmazlar ki, toy hamamıdır, neçə verirsən ver,
istərsən mən də atam kimi səndən heç zad almayım....
M ə ş ə d i İ b a d. Xeyr, çox sağ ol!(Kənara). O, mənə baha oturar. (Pul çıxardır
verir). Bəsindirmi?
M ə ş ə d i Q ə z ə n f ə r. Bəsdir, allah bərəkət versin!
M ə ş ə d i İ b a d (camadarlara). Balam, ala, bu da sizin! Bunu da içəridəkilərə
verərsiniz.
C a m a d a r l a r. Çox sağ ol, Məşədi! Allah bərəkət versin!
H a m b a l. Məşədi, abbasını vermədin, ha!...
M ə ş ə d i İ b a d. Adə, get gör bunlar necə oldu. Deyinən ki, qorxmayın; hamam
pulu verildi, gəlsinlər bəyi hamamdan çıxarsınlar. (Zurnaçılara). Balam, siz də bir şey
çalın, camaat yığılsın hamama, çıxaq gedək.
Z u r n a ç ı l a r çalırlar, bir qədər keçmiş çıxıb gedənlər h a m ı s ı geri qayıdırlar.
M ə ş ə d i İ b a d, (durur). Ya allah!...
H a m b a l kömək edib düşürür aşağı. Zurnaçılar da qabaqda çala-çala çıxıb gedirlər.
H a m a m ç ı, d ə l l ə k M ə h ə r r ə m, K ə r b ə l a y ı N ə s i r və
c a m a d a r l a r yerlərində qalır, yenə də əvvəlki sayaqda olurlar.
__________________Milli Kitabxana___________________
283
M ə ş ə d i Q ə z ə n f ə r. Bu urusbabılar heç ildə bir dəfə hamama getməzlər, qüsl-
təharət nə olduğunu bilməzlər, gəlib burda mənim hamamımı pisləyirlər. Əşi, bir insaf ilə
danışaq: harda yuyunub təmiz olarsan?
H a m ı. Hamamda!
U s t a M ə h ə r r ə m. Harda suya batıb çıxa bilərsən?
H a m ı. Hamamın xəznəsində.
K ə r b ə l a y ı N ə s i r. Daha kim deyə bilər ki, hamam pis şeydir?
H a m ı. Əşi, heç kəs!
M ə ş ə d i Q ə z ə n f ə r. Bəs elə isə de gəlsin!
M u s i q i
H a m ı.
Hamamın içində, içində də çölündə (2 dəfə)
Yay, yaz, qış, bahar isti, sərin var.
Dövlətli, kasıb, gəl, gəl, yerin var,
Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!...
M u s i q i
(U s t a M ə h ə r r ə m l ə M ə ş ə d i Q ə z ə n f ə r kürkünü salıb oynayırlar,
camadarlar da çırtıq vururlar.)
P ə r d ə
DÖRDÜNCÜ MƏCLİS
M ə ş ə d i İ b a d ı n evində vaqe olur. Toy məclisidir. Q o ç u Ə s g ə r "Padşah"
olub, yuxarı başda əyləşibdir. Səhnədə olanlar: H ə s ə n q u l u b ə y, R z a b ə y, Ə s g
ə r və qonaqlar. Pərdə qalxır. Oyunçu qız ləzginka oynayır. Bəəd çıxıb gedir.
Ə s g ə r. Mən tar çalana əmr edirəm ki, bir "Roza" havası çalsın, Həsənqulu bəy
durub oynasın!
H ə s ə n q u l u b ə y. (ayağa durur). Padşah sağ olsun, vallah, mən oyun bilmirəm,
məni bağışla!
Ə s g ə r. Çəkin onu ortaya, bir-iki qırmanc vurun! (Nökərlər Həsənqulu bəyi çəkib
oynadırlar. Bəədə haman qərar ilə Rza bəy oynayır). Çəkin buraya Məşədi İbadı! Bəy
gərək toyunda oynasın ki, ucuzluq olsun.
O biri otaqdan M ə ş ə d i İ b a d ı gətirirlər. Məşədi İbad "Mirzəyi" havasını oynayır.
H ə s ə n q u l u b ə y. Balam, dəxi vaxtdır, gedək gəlini gətirməyə.
__________________Milli Kitabxana___________________
284
H a m ı. Bəli, vaxtdır. (Ayağa durub hamı gedir).
M ə ş ə d i İ b a d (daxil olur). Türkdə bir məsəl var: deyərlər ki, hər gözəlin bir eybi
olar. Qonaqlar bu evdə olanda mən o biri otaqda səhərdən bəri fikirdə idim ki, ayə,
mənim eybim nədir? İndi bilmişəm ki, mənim bir eybim varsa, o da eybsizliyimdir.
Hərçənd bu çox nazik mətləbdir, amma həqiqətdə də belədir ki, var. Hərgah mənim bir
danə eybim olsaydı, xalq deyərdi ki, zərər yoxdur, hər gözəlin bir eybi olar. Amma indi
mənim heç bir eybim yoxdur, ona görə də heç kəs mənə gözəl demir. Bütün məsələ
bundadır. Vəssəlam.... Hər halda qız nə qədər gözəl olsa da bir o qədər mənə baha oturdu:
beş min manat Rüstəm bəy və toy xərci, beş yüz manat Həsənqulu bəyə rüşvət, yüz manat
Rza bəyə rüşvət, əlli manat Həsən bəyə rüşvət, bir abbası hambala müzd, dörd yüz
manat.... Əşi, hesab eləməsəm yaxşıdır! Daha ürəyim xarab olur. Amma pis
geyinməmişəm, ha!... (Ətrafına baxır və dalını görmək üçün fırlanır və sonra bir yerdə
əyləşir). Bəli, qız gəlsin görək nə olacaqdır. (Zümzümə eylzyir):
Şəb əsl şəhido şəmo şərabo şirini,
Ğənmət əst ke, şəbi ruyi dustan bini!
Qız gəlsin, amma mən bir şeydən qorxuram ki, evdə oturmağa hövsələsi gəlməsin,
çünki o cürə evdə böyümüş qız bir az kəmhövsələ olar. (Acıqla). Ağzı nədir! Vallahi, bax
bu gündən bir yekə qıfıl alacağam. Səhər durub dükana gedəndə qapını qıfıllayıb, açarını
aparacağam ta axşam qayıdana qədər, qoy qalsın evdə, evə öyrəşsin; pəncərələri də
daldan taxta ilə vurduracağam. Çox da o yan-bu yan eyləsə, döyəcəyəm, çünki arvad ki,
döyülmədi, xarab olar; arvad ərindən nə qədər kötək yesə bir o qədər ərin çox istəyər.
Mən bunu qabaqlarda çox təcrübə eyləmişəm. Rəhmətlik Sonaya bir kərrə bir yumruq nə
tori saldımsa, iki saat nəfəsini ala bilmədi; o idi ki, məni görən kmi üzümə gülərdi.
Rəhmətlik Pərzada günlərin bir günü bir sillə çəkdim ki, bir dişi sındı, o idi ki, sonra bir
kərrə olsun üzümə durmadı. Tək bircə mürtəd oğlunun qızı Gülxanıma bir ağac ilə elə
çəkdim ki, o qaçan oldu ki, qaçdı! Bu da o yan-bu yan eyləsə budur, onun canıdır.
(Yumruq göstərir. Bu əsnada daldan: "allah", "allah" səsi gəlir, zurna çalınır). Paho, gəlin
gəldi, mən qaçım!
Qaçır o biri otağa. G ə l i n i gətirirlər. S ə n ə m dəxi gəlin ilə içəri girir.
B i r i s i. Aha, de gəlin bəri çıxın! Sənəm, sən də bu biri otağa gəl.
Hamı çıxır, tək gəlin qalır.
M u s i q i
__________________Milli Kitabxana___________________
285
M ə ş ə d i İ b a d (daxil olur).
Mən nə qədər, nə qədər qoca olsam da,
Dəyərəm min cavana.... (və i.a. oxuyur).
X a n ı m, ay xanım, zəhmət çək, başından çarşabı qoy yerə, sənə canım qurban!
Çarşabın içindən gəlin əvəzinə S ə r v ə r çıxıb, əlindəki siğarı tapança kimi uzadır M
ə ş ə d i İ b a d a tərəf.
M ə ş ə d i İ b a d. Vay!... (deyib çökür).
S ə r v ə r. Səsin çıxdımı, başına bir güllə vuracağam! Tez ol, bir kağız-qələm götür!
M ə ş ə d i İ b a d (qorxu ilə). De qoy tap?m da!... (Stolun üstündən kağız-qəldm
götürür). Bəs indi nə qayırım?
S ə r v ə r. Otur, bu saat mən deyəni yaz, tez ol, yoxsa vurdum gülləni!
M ə ş ə d i İ b a d. Yazım da, vallah, bu saat yazım!
S ə r v ə r Yaz! (Bərkdən deyir). Mən, Məşədi İbad Kərbəlayı Xocaverdi xan oğlu....
M ə ş ə d iİ b ad. Vaxsey!... Atamın adını da bilir!
S ə r v ə r. Danışma, yaz, yoxsa odlaram səni!
M ə ş ə d i b a d. Vallah, danışmıram, yazıram, sonra?
S ə r v ə r. Rüstəm bəyin qızı Gülnaz xanımı almaq istəmirəm.
M ə ş ə d iİ b a d. İstəyirəm....
S ə r v ə r (acıqlı). İstəmirəm!...
M ə ş ə d iİ b a d. Yaxşı, istəmirəm, istəmirəm!...
S ə r v ə r. Və təvəqqə edirəm ki, onun kəbini geri oxunsun.
M ə ş ə d i İ b a d. Bunu kim təvəqqə edir?
S ə r v ə r. Yaz mən deyəni, yoxsa beynini toz eylərəm!
M ə ş ə d i İ b a d. Yazıram, yazıram, sonra?
S ə r v ə r. Və onun əvəzində qulluqçu Sənəmi alıram, yazdınmı?
M ə ş ə d i İ b a d. Yazdım....
S ə r v ə r. De qol qoy!
M ə ş ə d i İ b a d. Vaxsey!... Bəs mənim pullarım....
S ə r v ə r. Qol qoy, yoxsa partladaram səni. (Qol qoydurur). İndi tərpənmə!
M ə ş ə d i İ b a d. Tərpənmirəm.
S ə r v ə r. Danışma!
M ə ş ə d i İ b a d. Danışmıram.
S ə r v ə r dal-dalı gedib S ə n ə m i gətirir.
__________________Milli Kitabxana___________________
286
S ə r v ə r. Bax bu sənin arvadındır. (Dal-dalı gedir). İndi tərpənmə!
M ə ş ə d i İ b a d. Tərpənmirəm.
S ə r v ə r. Danışma!
M ə ş ə d i İ b a d. Danışmıram.
S ə r v ə r birdən dönüb cəld qaçır.
M ə ş ə d i İ b a d (çığırır). Ədə tutun, ədə qoymayın. Ay, tez olun, qaçdı! Ədə, bu nə
iş idi mənim başıma gəldi, ay tutun, ay qoymay?n!...
C a m a a t hamısı dolur içəri, səs-küy düşür.
H ə s ə n q u l u b ə y. Ədə, bir dayan görək nə olubdur. Məşdi İbad, nə olub, nəql
eylə görək!
M ə ş ə d i İ b a d. Əşi, siz bu gəlini gətirəndə bir baxmadınız görək, bu kişidir, yoxsa
arvaddır?
H a m ı. Bu nə əcəb sözdür?! Həlbəttə, gəlin arvad olar!
M ə ş ə d i İ b a d. Amma bu gəlin kişi çıxdı. Rüstəm bəy mənim evimi yıxdı, qızın
əvəzinə mənə kişi göndərdi. o da qaçdı getdi.
H a m ı. Paho!... Bu nə işdir ki, o görübdür, belə də adam aldatmaq olarmı?B i r i s
IBəs nə tövr olsun, neyləməli?
H ə s ə n q u l u b ə y.Məşədi, bir əlli manat ver, gedim bu saat qubernatoru buraya
gətirim? Razısan?
M ə ş ə d i İ b a d (azarlı kimi). Yox....
R z a b ə y. Məşədi, iyirmi manat ver, bu saat qəzetdə Rüstəm bəyi biabır eyləyim,
razısan.
M ə ş ə d i İ b a d. Yox....
Ə s g ə r. Məşədi, bir otuz manat ver, gedim Rüstəm bəyin beyninə bir patron çaxım,
razısan?
M ə ş ə d i İ b a d. Yox....
H a m ı. Bəs nə eyləməli?
M ə ş ə d i İ b a d. Gedin qazıya deyin ki, bu arvadın kəbinini mənim üçün
kəssin!
H a m ı. Ha!... Bu başqa məsələdir. Nə eləmək: o olmasın, bu olsun, heç pis
deyildir.
M u s i q i
H a m ı.
Gedin, gedin, qazıya deyin,
Qoy kəbini kəssin. (2 dəfə)
__________________Milli Kitabxana___________________
287
(Sənəmə) Məşədiyə arvad edək,
Razısan?
S ə n ə m. Hə! ... hə!...
H a m ı (Məşədi İbada). Razısan?
M ə ş ə d i İ b a d. Hə! ... hə!...
H a m ı Razısız?
M ə ş ə d i İ b a d və S ə n ə m Hə! ... hə!...
H a m ı. Bəs gedək biz?
M ə ş ə d i İ b a d.
Gedin, gedin, qazıya deyin,
Qoy kəbini kəssin.(2 dəfə)
(Sənəmə) Səni mənə arvad edə, razısan?
S ə n ə m. Hə!... Hə!...
M ə ş ə d i İ b a d (xora). Razısız?
X o r Hə Hə!... Razıyıq!... Hə, Hə!... Bəs gedək biz?
Bu əsnada səhnənin dal pərdəsi qalxır, S ə r v ə r ilə G ü l n a z hündürdə
dayanıb görünürlər. Tar çalınır.
S ə r v ə r (bayatı-qacar oxuyur).
Yetdim vusalına yarın, çəkdim əzabını,
Aşiqsə vəsl yolunda verər, əlbəttə, canını.
G ü l n a z.
Çün qalxdı pərdə, əyan oldu hər kəsə,
Məşuqə aşiqə vasil edər əlbəttə canini.
H a m ı (Məşədi İbada).
Sən qoca, qız cavan,
Səndə yoxdur eşq odu.
Sərvərindir eşqi,
Sənə olmaz heç meyli. (2 dəfə).
M ə ş ə d i İ b a d.
Yanıma gəl, arvad, yanıma gəl,
Yanıma gəl, et məni şad!... (2dəfə)
H a m ı.
Pulunu verdin sən, Məşədi İbad,
Əlinə düşdü dul arvad,
Qəm yemə hərçi badəbad,
Olmasa o, bu olsun!...
P ə r d ə
__________________Milli Kitabxana___________________
288
Dostları ilə paylaş: |