YEVLAX -- ŞUŞA YOLU
Heç nə!... Dəmir yolu ki, çəkildi, Yevlax--Şuşa yolunun bütün ləzzəti
qaçacaqdır.
Heç insafdır ki, sən allah, dilicanın, faytonun, furqonun istirahətini, ləzzətini
dəmir yola verəsən? Dəmir yol o yerdə yaraşar ki, məsələn, bu gün Bakıdan
gedəsən Yevlağa, Tiflisdən, Gəncədən gələsən Yevlağa və Yevlaxdan dilicana
minib, yel vura-vura sürdürəsən Şuşa şəhərinə.
Elə ki, Yevlax stansiyasında vaqondan düşürsən, bir də görürsən ki,
faytonçular, dilicançılar səni bürüdülər.
-- Hara gedirsən?
-- Şuşaya.
-- Bəs, onda buyurun, dilican hazırdır.
-- Qoşubsan?
-- Çoxdan
-- Neçəyə apararsan?
-- Neçə adamsınız?
-- İki nəfərik.
-- Şeyiniz çoxdur?
__________________Milli Kitabxana___________________
359
-- Yox, adama bir çamadandır.
-- Elə isə, adama səkkiz manat.
Burada balaca alış-veriş vaqe olur, səkkiz manat yenir olur altı.
-- Hə, di qoy minək, sür gedək.
-- Bu saat, siz əyləşin, bir stəkan adama çay için, bu saat dilicanı sürüm bura.
Amma çayı tez için ki, ləngiməyək.
Bəl i, əyləşib bir stəkan çay içirik. Yevlağın ditdilisi dızıldayıb, o qulağından
dişləyir, "dızz...." eləyib, burnundan dişləyir.
Qərəz, dilican gəlincə ditdili elədiyini eləyir. Amma dilican gəlmir. Yenə çay
içirsən, papiros çəkirsən, durub gəzinirsən, divardakı yazıları bir-bir oxuyursan,
dilican gəlmir ki, gəlmir....
Başlayırsan darıxmağa. Bir də görürsən dilican gəlmədi, amma dilicançı özü
gəlir. Başını qapıdan çıxardıb baxır və soruşur:
-- Burdasızmı?
-- Əşi, burada olmamış, hara gedəcəyik. Bir tez ol, dilicanı sür gəlsin, vaxt
keçdi, gün günorta oldu. Yoxsa, şəhərə gecə çatarıq.
Bu söz dilicançının xətrinə dəyir.
-- Nə? Necə? Görünür ki, mənim atlarımdan xəbəriniz yoxdur. Budur
sizə deyirəm: axşam azanına bir saat qalmış Şuşa şəhərinin bazarında olacayıq,
inşallah.
-- Di yaxşı, tez ol.
-- Bu saat, atlara kormut verim, açdırlar.
Gedir, yenə gözlə ki, dilican gələcəkdir.
Saat on olur, Tiflis poyezdi gəlir. Bundan bir yarım saat keçəndən sonra
dilicançı gəlir ki, "Di buyurun, gedək". Məlum olur ki, hərif Tiflis poyezdini
gözləyirmiş.
Baxıb görürsən ki, üzüm giləsinə milçək daraşan kimi, dilicanın altından
başqa hər yerindən adam sallaşır. Özünü bir növ ilə dilicanın içinə salırsan.
Bismillahi-rəhmanir rəhim" deyib, yola düşürsən.
Bəh, bəh, bəh! At qumrovlarının səsi sənə layla çalır. Yolun tozunun ətri
səni valeh eləyir.
Bir dörd-beş saatdan sonra gəlirsən Bərdə astansiyasına. Burada bir balaca
toqif lazım gəlir. Atlar dəyişilib qoşulunca bərdəlilər sənə hər tərəfdən tamaşa
eləyirlər.
Buradan da yola düşürsən. Bir də görürsən ki, qabağına çıxan arabaların
təkərləri və atların ayaqları yaşdır. Məlum olur ki, Tərtər çayında su var. Tərtər
çayı gendən qıcıldayır. Dilicanla keçmək mümkün deyildir, gərək kəl arabasına
minəsən.
__________________Milli Kitabxana___________________
364
MÜƏLLİMƏ
Onu göndərdilər ki, azarlamış müəllimin yerini hələlik dolandırsın....
Müəllimə özü rus, şagirdlər müsəlman.
Əvvəl gün dərs otağına girdikdə, uşaqların çirkli paltarlarından gələn iydən
az qaldı ki, burnunu tutub çıxsın. Ətir və ənbərə öyrənmiş olan bu cür iylərə
dözmək istəmirdi. Şagirdlər tərəfindən gətirilib mizlərin içində gizlədilmiş olan
İran şirniyyatının (zəfəran, mixək, darçın, hil kimi) qoxuları uşaqların üst-
başından çıxan çirk və piy iyinə qatışıb, onsuz da əlliyə qədər adamın nəfəsi ilə
pozulmuş havanı daha da bədtər etmişdi.
Heç süpürülməmiş və yainki süpürülən kimi zibillənmiş olan döşəmənin
üzündə toz-torpaq, yeyinti qırığı, uşaqların əyni-başı cırıq-cırıq, başlarında yekə-
yekə papaq və çirkli yaylıq, müəllimənin təmizliyə öyrənmiş olan gözlərini
incidirdi.
Səs-küy, anlamadığı bir dil, qışqırıq, lüzumsuz gülüş binəvanın musiqiyə
öyrənmiş qulağına çox fəna təsir edirdi.
-- Mən buna dözə bilmərəm, -- deyib müəllimə istədi ki, çıxıb getsin. Lakin
qalmağa məcbur idi, yoxsa gələcək ümidləri zay ola bilərdi.
Dərsə başladı.... Uşqlar rus dilini bilmir, bu dediyini onlar, onlar dediyini bu
anlamırdı. O idi ki, klasda uşaqları nizamla saxlamaq mümkün deyildi. Bu hər nə
deyirdisə, uşaqlar öz bildiklərini edirdilər.
Belə pərişan və qat-qarışıq bir mənzərə içində bir şey müəllimənin diqqətini
cəlb etdi. Uşaqlardan küncdə oturan bir nəfəri bu nizamsızlığa heç qarışmayıb,
dinməz-söyləməz oturub kamali-ədəblə dərsə qulaq asırdı. Əyninə baxdıqda, bu,
bir kasıb balası idi, amma üzündə nəcabət asarı var idi. Bundan heç bir nalayiq
hərəkət baş vermirdi.
Sözsüzdür ki, bütün klasın içində müəllimənin xoşu gələn bir şagird var idisə,
həmin bu Əlisəfdər idi; özü də yoldaşlarından rusca çox bilirdi və yaxşı xətt ilə
yazırdı.
-- Allahın altında bunun əyni-başı düzəlmiş olaydı, -- deyib müəllimə hətta
bu fikirdə oldu ki, Əlisəfdərə paltar tədarükü görsün. Amma o biri uşaqlar
müəlliməni çox incidirdilər. Özləri də klasda papaqlı otururdular.
-- Bu saat papaqlarınızı çıxarın, -- deyib müəllimə uşaqların üstünə qışqırdı.
Onun əmrini anlayanlar papaqlarını çıxartdılar, anlamayanlar da o birilərinə
baxıb başlarını açdılar.
__________________Milli Kitabxana___________________
365
Lakin burada bir şey müəlliməni heyran qoydu. Onun dostu Əlisəfdər papaqlı
oturmuşdu. Müəlimə təəccüblə ona baxıb, "Sən də papağını çıxart" -- dedi. Lakin
o heç tərpənmədi, ancaq qıpqırmızı qızardı. Şagirdlər səslərini kəsib bütün
diqqətlərini bu fəqərəyə cəlb etdilər. Klasda dərin bir sükut əmələ gəldi.
Müəllimə dost tutduğu şagirddin bu itaətsizliyindən qəlbi sınmış halda, ona tərəf
gedib, öz əli ilə onun papağını çıxartdı. Bu halda uşaqlar hay-küy saldılar ki, az
qaldı otaq dağılsın. Müəllimə bilaixtiyar geri çəkildi və az qaldı ki, özündən
getsin. Lakin ona əsər edən uşaqların vəhşi qışqırığı deyildi.
Bəs nə idi?
Əlisəfdərin başı keçəl idi.
DİNMƏ VER PULU
- Salaməleyküm, yoldaş!
-- O... Əbdülkərim!.. Əleyküməssalam. Necə varsınız? Keyf, əhval?! Uşaqlar
və kənd əhli necədirlər?
-Ay yoldaş... Necə olacaq, elə əvvəlki kimidir də!.. Ancaq qəhətlik, fəqirlik...
- Yaxşı, Əbdülkərim, bircə de görüm mənə, strajniklər yenə əvvəlki kimi
çapıb aparırlar?..
- Ay
yoldaş! indi strajniklər əvvəlkindən də yaman çapqınçılıq edirlər və
artıq payədə. Bəzi vaxt gəlirlərki, pristav töycü pulu istəyir.
Biz deyəndə ki, atam-babam zalımsınız, heç olmasa bir insaflı zalım olunuz,
deyirlər ki, oğurluq elə, amma insafını əldən buraxma... İndi, siz də soyub
aparmışsınız, bir möhlət verin bir az özümüzü düzəldək, yenə gəlib aparın...
Bimürüvvət oğlanları razı olmayıb, şeymeymizi götürüb bayda! Demək istədilər,
hər yerə göz yetirdilər, dörd gözlü olub, marıtladılar, hisli sacdan, sınıq
tabaqdan, oxlovdan, şikəst çıraqdan, yırtıq keçədən, nimdaş çanqdan, xalçasız
hanadan, dəhrədən, bir qəbzə biçağından başqa, evdə bir şey tapmadılar. Keçən
illərin mis qabları, yorğan-döşək və xalçaların dadları damaqlarında qalmış idi...
Hə... axır ki, evdə bir şey tapmayıb, bayıra çıxırlar, şovqərib, mirasa qalmış
toyuqlar qa-qa deyib çığırmağa başlayır və strajniklər luthatut.
Toyuqların ayaqlarını sarıyıb aparırlar... Deyirəm xudaya bu nədir?
Bunu deyib, həmsöhbətim bir ah çəkib, xudahafiz edib getdi. Töycü öhbətini
açdım, yadıma bir şey düşdü: görək bizim boynumuzdan da bu dinməvər,
danışmaver, tərpənməver, baxmaver, eşitmə-
__________________Milli Kitabxana___________________
366
ver, bilməvər və ilaxır... və bir də çaypulu və papiros adlanan töycülər
götürüləcəkmi? Bu məmuriar, polis əhli və qeyri çinovnik əhli o qədər "çay və
papiros" pulu aliblar ki, camaat bu pulların verilməsini adət və vəzifə edibdir və
görürsən elə yerdə elə ittifaqda məmura oxşayan kimsəyə təklif edir ki, əsla
lazım deyildir. Məsələn, keçən seçkidə evlərin kirayənişinləri və ümumən -
"bütün şəxslərin" (bizim haqq intixab üsulıı elədir ki, iyirmi dörd il on bir ay
iyirmi doqquz günlük sinni olan, yaxud bu axır senat bəyannaməsinə mülahizəni
mətbəxsiz əlahiddə qapısız və bir ildən əskik, məsələn, 11 ay 20 gündən bəri
kirayə tutulmuş evdə olan kirayənişin yarım adam hesab olunur) siyahısını tərtib
edəndə evin sahibi Hacı Dümün yazıçısını yanlayıb deyir: "Bəy, çox təvəqqe
edirəm ki, yaxşı yazasınız...Əgər... istəsəniz... sizə bir qədər "papiros pulu"...
verərəm".
Yazıçı cavab verdi:
- Əmi, mən bunu yazmağım əvəziııə pul almıram... Bu mənim vəzifəmdir.
Mən bunu yazınağa borcluyam.
Bədbəxt camaat, gör rüşvotçi momurlarm xasiyyətlərinə Özünü necə
adətləndirib!
Oğru, xırsiz istər ki, həmişə gecə qaranlıq və zülmət olsun ki, "kəsbkari
fərəqqi" eləsin...
İndi bizim məmurlar da əllərilə də, ayaqlan iiə də və başları ilə de səy edirlər
ki, camaatı zülmetdə və avamlıqda baqi eləsinlər ki, belə-belə sözləri aşikar
olmasın. Hətta bir pristav "vətənpərəstliyindən" savadlı gəncləri görəndə gözləri
çıxırdı, tükləri biz-biz dururdu və belə savadlının "divanxanaya", yəni "ədalət
çeşməsinə", işləri düşəndə ağa pristav ona: "Səndən zəhləm gedir" - deyib
qovardı. Amma savadsızlara pristav himayə edib, bir sərnic süd, yaxud bir bəsti
bal, ya ki, yüz yumurta əvəz alar idi... Pristavın bu mücahidliyinin nəticəsi bu
oldu ki, savadlı kəndçi qol çəkmək, kağız imzalamaq lazım gəldikdə "xeyr, mən
savadlı deyiləm" - deyib özünü avam göstərirdi ki, pristavın qəhərinə düçar
olmasın...
Xudavənda! Sən Özün bizi belə məmurların şərindən hifz elə.
PİŞİK
Uşaqlıqda nənəmiz bizim üçün bir nağıl deyərdi. O nağılın başı bu idi ki:
bircəciyi var idi, bircəciyi yox idi, bircə qarı var idi. Bir gün getdi su üstə,
sürüşdu düşdü buz üstə.
__________________Milli Kitabxana___________________
367
Dedi: - Ay buz, sən nə zalımsan?
Buz dedi: - Mən zalım olsaydım, gün məni əritməz idi!
Dedi; - Ay gün, sən nə zalımsan?
Dedi: - Mən zalım olsaydım, üstümü bulud almazdı!
Qərəz bulud da bir başqasına zalım deyir, axırda hamıdan zalım pişik çıxır.
Amma hər kəs nağılın axırınacan eşitməsə, təəccüb qalar ki, qarının yıxılmağının
pişiyə nə dəxli var?
İndi müsəlman qəzetlərinin bağlanmağında hər kəs bir tərəfi müqəssir hesab
edir. Biz də başlayaq soruşmağa, görək təqsirkar kimdir?
- Ay
əmələlər, niyə tətil elədiniz, siz nə zalımsız?!
-
Biz heç zalım deyilik, Bizim zəhmətimiz çox, məvacibimiz az,
xərcimiz çatmır. Qəzetçilər zalımdırlar ki, məvacibimizi artırmırlar.
- Ay
qəzetçilər, siz nə zalımsınız? Niyə əmələlərin məvacibini
artırmırsınız?
- Biz
zalım deyilik. Zalım millətimizdir, əgər millətimizin yüzdən
biri qəzet oxusa, Qafqazda yarım milyon müştərimiz olardı. Onda biz
də əmələyə nə qədər məvacib istəsəydilər verə bilərdik.
- Ay
millət, siz nə zalımsınız, niyə qəzet oxumursunuz?
- Biz
zalım deyilik, bizim savadımız yoxdur ki, qəzet oxuyaq!!!
- Bəs niyə uşaqlıqda məktəbə getmədiz ki, savadsız olduz?
- Getmişik, hamımız uşaqlıqda məktəbə getmişik və beş-altı il də
"Əlif zirən" demişik. Bununla belə indi yenə heç zad bilmirik.
- Bəs niyə özgə millətlərin uşaqlarını hankı biri üç gün məktəblərinə
gedirsə, öz dilində hər cür oxumaq, yazmaq bilir?
- Onların öz dilinə görə asanca əlifbaları var, məktəbə getməmiş
elə evdə də öz özündən hürufları tanıyırlar. Zalım bizim əlifbamızdır!
Doğrudan da belədir. Billah belədir! Qəzetlər yerimir camaatın savadsız
olmağına görə. Camaat savadsızdır əlifbamızın pisliyinə görə.
Məni dünyada bir şey çox yandırır. Məsələn, üləmaya söz demirik, çünki
vərəsəyi-ənbiyadırlar; Seyidə söz demək olmaz.
- Zaçem?
- Çünki
əksəri övladi-peyğəmbərdirlər: falçıya söz demək olmaz,
cındıra söz demək olmaz, çünki müsəlmanıq, etiqadımızda cin var.
Bircə bilmirəm bu ərəb əlifbası nədir ki, tovqilənət olub keçib boğazımıza?!
Niyə cəsarət edib onun boynunun ardından vurub, salınırıq eşiyə?..
Ay canım, yenə dualar üçün, ərəb yazıları üçün, şəriət işləri üçün ərəb
əlifbası olsun da. Axır belə bizim bu öz türk dilciyəzimizə yara-
yan bir əlifba düzəltsək, yəni qiyamət qopar? Qafqazda sənə yüz min bisavad
müsəlman göstərim ki, nə məktəb görüb və nə uşqol. Amma tamam
__________________Milli Kitabxana___________________
368
migədanların və restoranların qapısında vivcskaları və içərisində stolların
nömrələrini oxuyurlar və bir yerə məktub göndərəndə paketin üstünü də özləri
yazırlar. Rusca qəzetlərin hüruflarını da oxuyurlar. İntəha dilini başa düşmürlər.
Nə olar, yəni biz də öz dilimiz üçün bir elə asan və hər səslərimizə görə bir hərfi
olan əlifba düzəltsək, onda ərəblər gəlib bizi Qafqazdan qovarlarmı? Yainki bir
günahi-kəbir etməmiş olarıq. Görəsən təzə müəllimlərimiz o qədər kordurlar ki,
bu böyüklükdə nöqsanı görmürlər? Əyər görürlər, bə nə üçün dinmirlər. Hər kəs
mərc gəlir gəlsin, bu gün siz mənə öz türk dilimizə yarayan mükəmməl bir əlifba
verin, on ildən sonra mən sizə tək Qafqazdan yarım milyon qəzet müştərisi
verirn.
Hə, əyər hünərin var, gəl mərc eləyək. Onda bilərsiz ki, müsəlman
qəzetlərinin bağlanmasına səbəb nə əməldir, nə qəzetçilər, nə camaat Qarı
nənənin buz üstündə yıxılmağına səbəb pişikdir. Qəzetlərin bağlanmağına səbəb
əlifba!
Di gol büz dodaqlarını, gül nə qədər güləcəksən!
AYRI SÖHBƏT
M ə şə d i D a d a ş. Kəblə Qasım nə belə dərin fikrə cumubsan?
K ə b l ə Qasım. Ay Məşədi, ovqatım nəhayətdə çox təlxdir.
Məşədi Dadaş. Niyə bala, sənə nə olub ki, səhərdən sımsırığını sallamısan?
K ə b l ə Qasım. Daha nə olacaq. Bundan sonra evimiz yıxılıb, qapımız bağlı
qalacaq; balalarımız da çöllərdə səfil-sərgərdan dolanacaqlar. Ax, ax, Allah
baisin evini yıxıb, balalarını mənim balalarım kimi çöllərdə qoysun.
M ə ş ə d i Dadaş. Kişi, nə çox ahu-zar eləyirsən? Nə olub sənə məgər?
Olmaya şəhər dumasının yaman günlərinə və camaatın sahibsizliyinə belə
ağlayırsan? Yoxsa şəhərimizdə təzə açılan bankın üzvləri sənə də kredit (etibar)
açmaq üçün kəlləqənd təmənnasında olublar? Olmaya haman ağalar oranı da
şəhər idarəsinin. Kökünə salmaq istəyirlər ki, guya... gərək onlara baş əyilsin?
Ay kişi! Niyə dinmirsən? Görünür ki, dərdin lap yekədir? (Kəblə Qasım ağlayır.)
A kişi, bir deginən görüm axır sənə nə olub? Olmaya keçən gün "Məktəbi-
xeyriy-
368
yə"də imtəhan üstündə bir-birilə boğuşan müəllmlərin, "müdir"lərin halı səni
ağladır?
K ə b l ə Qasım. Ay başına dönüm, Məşədi Dadaş, iş elə budur da! Belə bu
gün oğlum məktəbdəıı gəlib, çəkməsini atdı taxçaya, sonra da başladı özünü
yerdən yerə sürtməyə. Mən və uşağın anası uşağı güc ilə ovudandan sonra
__________________Milli Kitabxana___________________
369
soruşduq ki, balam nə olub? Dedi ki, ata, bu gün uçitellərimizin ikisi də,
məktəbin qeyrətli komisiyonlarına ültimatom veribiər ki, ya gərək onlardan birisi
məktəbə müdir olsun, ya da ki, üç günə kimi məktəbi bağladacaqlar. İndi mən də
bundan ötəri ağlayıram ki, balalarımız çöldə qalacaqlar. Daha müəllim
tapılmayacaq, uşaqlarımız da quli-biyabani olacaqlar.
M ə ş ə di Dadaş. Kişi, elə bu?
K ə b l ə Qasım. Bəs bu azdı?
M ə ş ə di Dadaş (bir az fikirdən sonra), Doğrudan da. Filankəs ilə mən də
fikirləşirəm ki, bu çox böyük bədbəxtlikdir; Allah axırın xeyir eləsin!
İkisi. Amin!
MƏZHƏKƏ
Kəndlinin biri buğdasını, baramasını aparıb bazarda dəyər-dəyməzinə satıb
bir dənə at, bir dənə eşşək və əyninə də bir dəst paltar alıb, evinə tərəf gedirdi....
Bir nəfər bəy bunu gendən gördü və təəccüb elədi ki, kəndlinin həm atı var,
həm də eşşəyi. Daldan kəndliyə yaxınlaşıb başına elə bir qapaz saldı ki, kəndli
ancaq bir saatdan sonra ayıla bildi və ayılandan sonra da baxıb gördü ki, eşşək
yoxdur.
Yasavul kəndlinin atına baxıb şikayətinə qulaq asdı, amma şikayət "haqqı"az
olduğuna görə, kəndliyə bir neçə dənə qamçı çəkdi və dedi:
-- Bağla atını burada, get ətrafı gəz, bəlkə eşşəyin tapıla.
Kəndli atını yasavula tapşırıb, eşşəyi axtarmağa getdi. Çox gəzdi, çox
dolandı, hərçənd bəyin qapısında bir eşşək gördü ki, öz eşşəyinə çox oxşayırdı,
amma o cürə şeyləri fikrinə gətirməyə cürət eləmədi.
Və qayıtdı ki, bəlkə yasavul bir kömək eləyə, amma nə yasavuldan və nə
atdan bir nişan da görmədi.
Kəndli xofa düşdü, elə bildi ki, bunlar hamısı yuxudur. Onun üçün özünü
çimdiklədi ki, ayılsın, amma gördü ki, xeyr, yatmayıbdır.
Bikef və bidamaq bir çayın qırağında oturub evinə qayıtmağa utanırdı. Gördü
ki, bir nəfər sarıqlı gəlir. Kəndli durub ikiqat əyildi və yenə bidamaq yerinə
oturdu. Sarıqlı dedi:
-- Nədir ki, belə bidamaqsan?
Kəndli ağlaya-ağlaya əhvalatı nəql elədi.
Sarıqlı bunun təzə libasına diqqət yetirib dedi:
-- Mən sənə əlac edərəm.
__________________Milli Kitabxana___________________
370
Yazıq kəndli şadlığından bilmədi ki, nə qayırsın, özünü yıxdı sarıqlının
ayağına. Sarıqlı dedi:
-- Sənin atını da, eşşəyini də cin oğurlayıbdır və cin də sənin bu libasındadır.
Ona görə bu libası ovsunlamaq lazımdır. Və illa başına çox bəlalar gələr.
Kəndli cin adını eşidən kimi dəlitək paltarını çıxardıb tulladı. Sarıqlı bir dua
oxudu və dedi:
-- Bir qədər yat.
Onsuz da it kimi yorulmuş kəndli başını yerə qoyan kimi yuxu basdı və
yuxsunda gördü ki, eşşəyi də, atı da tapılıb, kişnəyə-kişnəyə bunun yanına
çapırlar. Kəndli sevindiyindən elə çığırdı ki, öz səsinə oyandı və oyanıb gördü ki,
nə sarıqlı var, nə paltar.
Binəvanı dəhşət basdı. Əlinə bir çomaq alıb özünü qoruya-qoruya kəndinə
yetirdi. Xalq yığılıb dedilər ki, a kişi, dəli olubsan nədir? Lüt gəzib özünü
qoruyursan?
Dedi:
-- Atımı oğurladılar, eşşəyimi oğurladılar və paltarlarımı oğurladılar. İndi
qorxuram ki, özümü də oğurlayalar.
__________________Milli Kitabxana___________________
371
Səhnəciklə
r
__________________Milli Kitabxana___________________
372
__________________Milli Kitabxana___________________
373
KƏLƏKBAZLAR
M i r z ə Bədnamülməmalik ilə qaspadin İvanın söhbəti.
B ə d n a m ülməmalik. Adə İvan,bu nə işdi ki,bizimbaşımıza gəldi?
Q a s p a d in İvan. Əşi, Allah yapon Susimaya lənət eləsin ki, məni də, səni
də kələyə saldı.
B ə d n a m ülməmalik. Bu sən öl, doğrudur! Səni də məni də kələyə saldı!
Qaspadin İvan. Yaxşı, bəs sənin fikrin nədir?
B ə d n a m ü lməmalik. Fikrim?.. Əgər belə olsa, qoyub qaçmaq.
İ v a n. Yox, mən qaçmaram, amma... sən öləsən, bu saat əhvalım çox
yamandır, yenə gəlib, kəsdiriblər qapını, yapişıblar boğazımdan, "ürəyimin
dalında bir köpük pulum da yoxdur ki", barı soldat zor ilə özümü xilas eləyim.
B ə d n a m ülməmalik. Buy, bəs mən səndən bir az borc pul istəyəcək idim,
İvan dadaş!
İ v a n. Əşi, sənin də borc istəməkdə heç əvəzin yoxdur! Gözlə, heç kimdən
alma, sonra mən verərəm, qoy, görək bircə başımıza nə çarə qılaq. (Bu hində
bunların yanına ingilis Con-bol gəlir.)
C o n - b o 1 (gülə-gülə). Hi, quyruğunuz qapı arasında qalıb, ay lotular!
Bədnamül məmalik. Aman günüdür, Con-bol dadaş, gör bir əiac eləyə
bilərsənmi?!
İ v a n. Ey əbləh, elə kələyi sənin başına gətirən Con-bol deyil idimi? Sənin
nökərlərin üzünə ağ olanda, onlara fisincan pilovu verən bu deyil idimi?
C o n - b o 1 (bic-bic gülür və əllərini cibinə salıb, pul cınqıldadır). Sən nə
bilirsən ki, Bədnamülməmalikin canını qurtaran da rnən olmayacağam?
B ə d n a m ülməmalik. Bəli?!
C o n - b o l. Vallah, sən öl, hələ deyəsən İvana da yaxşı köməyim dəyər!
İ v a n. Görək yenə nə kələyin var?
C o n - b o 1. Kələk filan yoxdur, doğru sözdür ki, deyirəm.
İ v a n (bir az irəli durub). Axi nə qayıra bilərsən?
Bədnamülməmalik (bir az irəli durub). Doğrudan danışırsan, yoxsa zarafat
eləyirsən?
__________________Milli Kitabxana___________________
374
C o n - b o 1. Yox, zarafat eləmirəm, qulaq asın deyim... Mirzə Ələsgəri
tanıyırsmız?
İ v a n. Yaxşı tanıyıram!
Bədnamülmemalik. Yəni bizim Mirzə Ələsgəri? Elə mən onu bu saat yerdə-
göydə axtarıram.
C o n-bol. Yox, onu sən axtarma, çünki yanına qoymazlar, qoy elə bizdə
qalsın. İş burdadır ki, onun sizin yerdə yaxşı nökərləri var. Belədir, belə deyil?
İvan və Bədnam. Belədir, düzdür, doğrudur; amma nə olsun'?
C o n - b o 1. Bir də sənin yerində mənim və haman bu İvanın bir neçə dəllal
və dəlləkləri var. Belədirmi İvan?
B ə d n a m. Belədir, düzdür, doğrudur, amma nə olsun?
Con-bol. Ta nə var, nə olacaq, Mirzə Ələsgər onlara deyir ki, nökərlərimə
yazaram ki, Bədnamülməmalikin yerində bir qalmaqal salıb, sənin və İvanın
orada olan dollallarını və dəlləklərini xubunca əzsinlər. Onda mən ilə İvan əlbir
olub, gələrik sizə və başlarıq sizin camaatı qırmağa ki, nə üçün bizim adamlara
sataşırsınız. Onda araya bir vur-çatlasın düşər. Elə ki, vur-çatlasın düşdü, onda
sən Bədnamülməmalik bir yanda öz bildiyini elərsən, o İvan da bu yanda öz
bildiyini. Mən Con-bol da bir yanda öz bidiyimi elərəm və habelə Bədnam
dadaşın canını qurtararıq. O ki qaldı sənə, İvan, sən də boğazını üzən adamlara
deyərsən ki, balam, hələ bir az gözlə, indi başım bərk qarışıqdır, qoyun sonra
danışarıq. Onlar da baxıb görəcəkdirlər ki, doğrudan da sənin başın qarışıqdır, əl
çəkib duracaqlar, ağlınız nə kəsir?
B ə d n a m ülməmalik. Mən razıyam!
İ v a n. Mən də razıyam!
C o n - b o 1. De, buyurun gedək.
(Gedirlər.)
Dostları ilə paylaş: |