Üzeyir hacibəYLİ



Yüklə 2.34 Mb.
PDF просмотр
səhifə8/21
tarix01.12.2016
ölçüsü2.34 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

 

DÖRDÜNCÜ PƏRDƏ 

 

 

Yenə Əmirin s a r a y ı n d a vaqe olur. Ə m i r, yanında v ə z i r və ə y a n l a r 



taxt üstündə əyləşibdir. Qabağında q ı z l a r rəqs edirlər. Bədə rəqs tamam olur.  

 

Ə m i r (qızlara)-- 



 

Bir nəğmə çalın, həm oxuyun, qəlbimi şad eyləyəsiz,  

Həm şəbabətdə keçən günləri yad eyləyəsiz! 

                          

(M u s i q i)  

 

Q ı z l a r-- 



 

Yadındadır keçmişlər, 

Keçirdiyin xoş günlər; 

Gözəl idi o dəmlər, 

Keçdi getdi, o günlər hanı?  

Keçdi getdi o dəmlər! (2 dəfə) 

 

(M u s i q i) 



 

__________________Milli Kitabxana___________________ 

143 


 

Cəh-cəh vurur bülbüllər,  

Hər yan açıbdır güllər.  

Pəh, nə nazikdir bellər, 

Keçdi getdi, o günlər hanı?  

Keçdi getdi o dəmlər. (2 dəfə)  

 

O ğ l a n l a r-- 



 

Olsun o günlər,  

Gəlsin o dəmlər,  

Güllər, bülbüllər!  (2 dəfə) 

 

Q ı z l a r-- 



 

Saqi, tez ver badəni,  

Çağır Pərizadəni,  

Salsın yada ol günü. 

Keçdi getdi, o günlər hanı?  

Keçdi getdi o dəmlər. (2 dəfə) 

 

(M u s i q i) 



 

Tut əlimdən seyr edək, 

Zövqü şövqə meyl edək, 

Eşqin yolu ilə gedək.Keçdi getdi, o günlər hanı?  

Keçdi getdi o dəmlər. (2 dəfə) 

 

O ğ l a n l a r-- 



 

Olsun o günlər,         

Gəlsin o dəmlər,         

Güllər, bülbüllər!  (2 dəfə) 

 

Q ı z l a r  v ə  o ğ l a n l a r-- 



 

Yadındadır keçmişlər, 

Keçirdiyin xoş günlər, 

Gözəl idi o dəmlər. 

Keçdi getdi, o günlər hanı?  

Keçdi getdi o dəmlər. (2dəfə) 

 


__________________Milli Kitabxana___________________ 

144 


 

(M u s i q i) 

 

Q a s i d (söz ilə)--Əmir sağ olsun, qoşunumuz davadan qayıtdı, budur, 



gəlməkdədirlər. (Leylada bəşaşət əsəri). 

Ə m i r--Allahın mərhəməti cümləmizin üzərinə olsun, xeyirxəbər olsunlar! 

H a m ı--Amin! 

 

Q o ş u n pərdə dalından əvvəlki marşı oxuyur. Sonra Z e y d B ə k i r ilə daxil 



olur; L e y l a bunların içində H a r u n u görməyib, müztərib hal olur və intizardadır 

ki, görsün Harundan nə xəbər vardır. 

 

Ə m i r (Zeydə)--Qalibsiniz, ya məğlub?  



Z e y d--Əmir sağ olsun, allahın köməyi ilə qalibik.  

Ə m i r--Allahın  mərhəməti  cümləmizin, üzərində  olsun! 

H a m ı--Amin! 

Ə m i r--Söylə təfsilatı, qulaq asaq! 

Z e y d--Düşməni məğlub və pərişan etdik. Söz verdi on il bizimlə dava etmasin. 

Budur əhdnaməsi! (Təqdim edir). 

Ə m i r (mütaliə edir, vəzirə verir)--Bəs Harun? 

Z e y d (başını aşaqı salıb, boğuq səc ilə)--Şəhid oldu! 

 

Hər kəsdən bir təəssüf və təhəssür nidası qalxır. L e y l a isə bərk qışqırıb 



özündən getməkdə ikən vəzirin işarəsi ilə qızlar Leylanı götürüb, o biri otağa 

çıxarırlar. 

 

Ə m i r--Şəhid oldu? Allahu əkbər! Allah rəhmət eyləsin.... Zalım düşmən! Harun 



kimi sər-əsgərimi əlimdən aldı.... (Fikir). Ax, Harun, Harun! (Fikir, bədə Zeydə). 

Zeyd, sən ki, davadan müzəffər və qalib gəldin əvəzində məndən bir ənam istə! 

Z e y d--Əmir sağ olsun, siz bizi göndərəndə buyurdunuz ki, hər kəs qalib gəlsə 

hər nə istəsə verərəm. 

Ə m i r--Doğrudur, necə? 

Z e y d--Sizin o sözünüz mənə mürət verir və mən sizdən qızınız Leylanı 

istəyirəm. 

   


Bu sözdən h a m ı pərişanhal  olur  və təəccüb edir. 

 

Ə m i r (qeyz ilə)--Nə cürət etdin? (Yada salır). Ax, söz vermişəm.... Nə ağır 



təklifdir! Zeyd, sən məndən özgə şey istə, qızıl istə! 

__________________Milli Kitabxana___________________ 

145 


 

Z e y d--Əmir sağ olsun, Leyladan başqa özgə istəyim yoxdur, Sizin vədiniz 

mənə cürət verib istəyirəm. 

Ə m i r--Bir övladım var, o da Leyladır.... Zeyd, Leylanı əlimdən alma! 

Z e y d--Əmir sağ olsun, cürətim böyükdür, buyur boynumu vursunlar; amma sən 

söz verdin, mən də cürət etdim.Ə m i r (vəzirə)--Sənin sözün doğru imiş.... (Zeydə). 

Hansı şəhərimi istəsən sənə verərəm, amma Leylanı alma! 

 

(M u s i q i)  



 

Z e y d-- 

 

Sən söz verdin,  



Mən eşitdim. 

Düşmən ilə 

 

Cəngə getdim. (2 dəfə) 



Qoşun çəkdim,      

Mən cəng etdim;       

Düşmən halın         

Mən təng etdim!  (2 dəfə)  

 

Nə tövr komanda etdiyini əli ilə işarə edir.  



 

Hay ... hay ... hay.... Leylanı mən 

 

(M u s i q i) 



 

Sevdim, ey Əmir!   

Leylanı mən.  

Sevdim ey Əmir! (2 dəfə). 

Bəs nə edim,  

Nədir tədbir?  

Qoşun çəkdim,       

Mən cəng etdim.         

Düşmən halın        

Mən təng etdim! (2 dəfə)          



__________________Milli Kitabxana___________________ 

146 


 

Hay ... hay....  

Hay ... cəngə gəl! 

 

Ə m i r--Zeyd, bir ləhzə gözlə, mən sənə cavab verərəm! 



 

Z e y d çıxır. 

 

Ə m i r (Vəzirə)--Vəzir, nə etməli? Bu mənhus dava Harun kimi sər-əsgərimi 



əlimdən aldı.... Bu nakəs də qızımı almaq istəyir, təki düşmən bizə qalib gələydi, bu 

iş olmayaydı. 

V ə z i r--Əmir sağ olsun, əlbəttə, sən istəsən bu saat əmr edərsən, Zeydin boynu 

vurulsun. Lakin sən söz verdin.... Əmir sözü ... nə etmək!  

 

Ə m i r-- 



 

Bu qulu bir əmr ilə rədd eyləmək məqdur ikən,  

Gör əlində mən onun acizü naçar olmuşam;  

Çünki mən söz vermişəm, sözdən dönüm, ya dönməyim.  

Bunca müşkül məsələ həllinə vadar olmuşam! 

 

H a m ı-- 



 

Çox çətin məsələ!  

Həlli onun müşkül,  

Həlli onun müşküldür.  

Zeydi rədd eyləmək  

Hər bir şeydən yüngül,  

Hər bir şeydən yüngüldür.  

Amma ki, söz verdin,  

Əmrini bildirdin,  

Əmrini bildirdin! 

Çünki sən söz verdin! 

 

Ə m i r (söz ilə)--Vəzir, nə etməli? Bir çarə tap! 



V ə z i r--Əmir sağ olsun, sən Zeyddən qırx gün möhlət istə, bəlkə bu qırx günün 

ərzində bir əlac tapaq. 

Ə m i r (şad olur)--Doğru deyirsən, vəzir. Cağırın Zeydi?!... Bəlkə bu qırx gündə 

bir əlac tapılsın. (Zeyd daxil olur). 



__________________Milli Kitabxana___________________ 

147 


 

Ə m i r--Zeyd, mənim sözüm əmir sözüdür, onda xilaf ola bilməz; Leylanı sənə 

verərəm. Lakin sən mənə qırx gün möhlət ver, sonra Leylanı apar. 

Z e y d--Mərhəmət və iltifatın, Əmir, artıq olsun! Baş üstə, mən qırx gün 

gözlərəm. 

Ə m i r--İndi mürəxxassən (Zeyd baş əyib gedir). 

 

(M u s i q i) 



Ə m i r-- 

 

Nökərimdən, nökərimdən möhlət aldım, çünki mən söz vermişəm. 



Verdiyim sözlərdə mən daim vəfadar olmuşam.  

 

H a m ı-- 



 

Çox çətin məsələ,  

Həlli onun müşkül,  

Həlli onun müşküldür.  

Zeydi rədd eyləmək  

Hər bir şeydən yüngül,  

Hər bir şeydən yüngüldür,  

Amma ki, söz verdin,  

Əmrini bildirdin,  

Əmrini bildirdin!  

Çünki sən söz verdin! 

 

Ə m i r  və  h a m ı durub gedirlər. 



 

(M u s i q i)  

 

L e y l a  gözü yaşlı daxil olur. 



 

L e y l a-- 

 

Bu qədər zülmü, fələk, sən ki, rəva gördün mənə,  



Təqsirim nəydi mənim, aya, nə etmişdim sənə?  

Zülm ilə aldın əlimdən yarımı, qıydın ona,  

Təqsirim nəydi mənim, aya, nə etmişdim sənə? 

 


__________________Milli Kitabxana___________________ 

148 


 

Qaldı yolda gözlərim, canım, ənisim gəlmədi, 

Çünki Leyladır adım, səhrada Qeysim gəlmədi;  

Eylədin zayil  ümidim, verdirdin həsrət mənə,  

Təqsirim nəydi mənim, aya, nə etmişdim sənə? 

 

(ağlayır). 



 

PƏRDƏ 


 

BEŞİNCİ PƏRDƏ 

 

 



Əmirin hamankı s a r a y ı n d a  vaqe olur, Səhnəda v ə z i r ilə B ə k i r d i r. 

Pərdə qalxır.    

 

V ə z i r--Qırx gün keçdi.... Bu gün vədə tamamdır. Zeyd gələcəkdir, amma biz 



bir əlac tapa bilmədik ... hiyləgər Zeyd Əmirin sözündən asıldı özünə yol tapdı. 

Harun isə ... ax, Harun, Harun! Kim bilir, davadamı öldürdülər, ya Zeydin namərd əli 

ilə qətl oldun. (Fikrə gedib, sonra Bəkirə tərəf yönəlir). Bəkir! Doğrusunu söylə, 

yoxsa həm bu dünyada və həm o dünyada şədid cəzalara düçar olarsan! Harunu 

davada öldürdülər, yoxsa?... 

B ə k i r (başını aşaqı salır)--Vəzir sağ olsun, davada öldürdülər. 

V ə z i r--Davada! Hansı davada? Bəs Rəhmanı?  

B ə k i r--Onu da öldürdülər! 

V ə z i r--Amma, bil, Bəkir! Nahaq tökülmüş qan yerdə qalmaz! (Tez dönüb 

çıxır). 


B ə k i r (tək)--Vəzirin gözünə düz baxa bilmirəm. Vicdanım özümü incidir, 

deyim, deməyim? Kim bu sirri aça bilər? Harun ölübdür, Rəhman ölübdür.... (Qəti 

surətdə). Yox! Demərəm. (Dönüb bu da tez çıxır). 

 

Bu halda L e y l a  qara geyimli, gözü yaşlı, zəif, pərişanhal, iftan və xizan daxil 



olub oturur, bədə əllərini yuxarı qalxızıb minacat diləyir. 

 

(M u s i q i) 



 

L e y l a-- 

 

Ya ilahi, ya ilahi! 



Bir ölüm ver, canımı qurtar əzabi-hicrdən, 

Bir dəqiqə rahatım yox dərddən, min fikrdən. 

 


__________________Milli Kitabxana___________________ 

149 


 

Heç rəvadırmı ki, Harundan sonra mən sağ qalam,  

Ol şəhidi ticikən, mən həm əsiri-dam olam. 

 

Ağlayır; bədə birdən fikrinə düşür ki, qırx gün keçibdir və Z e y d gələcəkdir. 



 

L e y l a (söz ilə hövlnak)--Ax, qırx gün keçdi.... Bu gün vaxt tamamdır, Zeyd 

gələcəkdir! (Daha hövlnak). Yox, yox! Mən özümü xilas edərəm. 

 

Belindən xəncərini çəkir və oxuyur.  



 

Çünki yox başqa əlacım, var ümidim bir sənə,  

Mərhəmət eylə, a xəncər! Tez əcəl göndər mənə!  

(Yanıq ilə), Gəl, gəl, Zeyd! (Lakin yenə sustalıb,Harunu yad edir). 

Bir bu qədri dərd içində könlümü məsrur edən,  

Bir odur ki, tez ölüm, ta kim, görüm Harunu mən.  

Çatmadıq çün biz murada bu cahani-fanidə,  

Axirətdir aqibət hər yarı yara vəsl edən. 

 

Bu yerdə Ə m i r və h a m ı daxil olub, L e y l a n ı nalan görürlər.  



 

H a m ı-- 

 

Bəsdir, Leyla, bunca möhnət,  



Gəl vermə böylə özünə zəhmət. (2 dəfə)  

Qismətdir bu, keçdi müddət,  

Gəl vermə böylə özünə zəhmət. (2 dəfə)   

 

T ə k q ı z l a r-- 



 

Ax, necə etmək, ax, necə etmək?  

Bax, yola getmək, başqa da çarə yox! (2 dəfə)  

 

H a m ı-- 



 

Allahdandır çün bu işlər,  

Gəl vermə böylə özünə zəhmət. (2 dəfə)  

Səbr et, səbr et söyləmişlər;  

Gəl vermə böylə özünə zəhmət. (2 dəfə)  

 


__________________Milli Kitabxana___________________ 

150 


 

T ə k q ı z l a r-- 

Ax, necə etmək, ax, necə etmək?  

Bax, yola getmək, başqa da çarə yox! (2 dəfə)  

 

H a m ı-- 



 

Bəsdir, Leyla, bunca möhnət,  

Gəl vermə böylə özünə zəhmət. (2 dəfə)  

Qismətdir bu, keçdi müddət,  

Gəl vermə böylə özünə zəhmət. (2 dəfə)  

 

Ə m i r-- 



 

 

Qismətin buymuş, qızım, yox çarəmiz təğyir edək,  



Biz gərək daim bizə qismət olan yolla gedək. 

 

L e y l a-- 



 

Ax, ata, bil sirrimi: Haruna aşiqdir qızın!  

Aşiqi etmiş bu yarın halətin, fikr et özün! 

 

Ə m i r-- 



 

Gər desəydin sən qabaq: Haruna ver, ata, məni,  

Bil, yəqin Haruna, Leyla kim, verərdim mən səni. 

 

L e y l a-- 



 

Oldu Harunum şəhid, söz vermisən həm Zeydə sən,  

Qoy olum qurban, sözün ver, ver ... gedim ol Zeydə mən, 

 

(Ağlayır). 



 

H a m ı-- 

 

Bəsdir, Leyla, bunca möhnət! 



(Necə ki, qabaqda var, axıra kimi). 

 


__________________Milli Kitabxana___________________ 

151 


 

(M u s i q i)  

 

Ə m i r əyləşir. Hər kəs öz məqamında durur. Bu əsnadə Z e y d daxil olur. 



 

Z e y d-- 

 

Qırx gün keçdi,   



Qırx gün keçdi.  

Leylanı aparmağa gəldim,  

Leyla, Leyla!  

Sevdim, billah, ah!  

Sevdim, sevdim səni, Leyla! 

 

Ə m i r--Zeyd! Əmirin sözü sözdür.... Apar, apar Leylanı. (Zeyd baş əyir). 



L e y l a (rişxənd ilə)--Gəl, gəl, Zeyd! Mən hazıram! (Zeyd Leylaya tərəf hərəkət 

edərkən). Apar Leylanın nəşini! 

 

Xancərini çəkir və qalxızır ki, sinəsinə çaxsın, bu halda qapılar açılır, H a r u n  



daxil olur və tez L e y l a n ı n  qolundan tutur. Bu əhvalat hamını mat və məəttəl 

qoyur; elə ki, bir neçə saniyə heç kəsdə söz deməyə ixtiyar olmur. Leyla heyran, 

təəccüb, sürur və xof ilə yavaş-yavaş dönərək Haruna baxır və bunun Harun 

olduğunu yəqin edib qışqırır. 

 

L e y l a--Harun! 



 

Ürəyi gedir. İndiyə qədər gözləri bərəlmiş və Haruna təəccüb ilə baxan Z e y d,  

axır özünə gəlib qaçmaq istərkən H a r u n  cəld onun qolundan yapışır və deyir: 

 

H a r u n--Dayan, namərd qatil!  Qaça bilməzsən! 



Ə m i r (təəccüblə)--Harun, sən qəbirdən dirilib gəldinmi? 

 

L e y l a  şadlığından ağlayır. 



 

H a r u n--Əmir sağ olsun! Qəbirdən dirilən kimi olmuşam, lakin allahın 

mərhəməti üstümdə çox imiş! 

Ə m i r--Bəs söylə bu nə əhvalatdır! 



__________________Milli Kitabxana___________________ 

152 


 

H a r u n--Mən düşməni məğlub edib qayıdarkən, bu məlun hiylə ilə qoşunu 

ötürüb, öz gizli qatilləri ilə üzərimə hücum etdi. Adamlarımı və Rəhmanı öldürüb, 

məni də ağır yaralar ilə yıxdılar! 

Ə m i r--Səbəb? 

H a r u n--Səbəbini qızın Leyladan soruş! 

Ə m i r--Harun, Leyla mənə söylədi ki, sənə aşiqdir. Sən də ona aşiqsənmi? 

 

(M u s i q i) 



 

H a r u n-- 

 

Ax, Əmir! Leylanı mən canımdan artıq sevmişəm,  



Sevmişəm, bu yolda həm min cür cəfalar görmüşəm.  

(Leyla ilə bir yerdə). 

Sevmişik bir-birimizi, olmuşuq bir təndə can,  

Olma razı, ey Əmir, kim, ayrılıq, ah, əlaman!... 

 

(M u s i q i)  



 

Ə m i r (dəbdəbə ilə)-- 

 

Olun agah, qızım Leylanı mən verdim bu Haruna,  



Gərək qırx gün-gecə şadlıq edək hər növü hər gunə. 

 

H a m ı-- 



 

Şanü şövkət, ey Əmir, səndən artıq kimdə yox, 

Həm ədalət, həm səxavəq, həm şücaət səndə çox! (2 dəfə) 

Şanü şövkət, ey Əmir, səndən artıq kimdə yox, 

Həm ədalət, həm səxavət, həm şücaət səndə çox! 

Canü başdan keçməyə hazırıq biz, bil, 

Ömr versin allahım, çox yaşasın il, 

Həm ədalət, həm səxavət, həm şücaət səndə çox! (2 dəfə) 

Canü başdan keçməyə hazırıq biz, bil, 

Ömr versin allahım, çox yaşasın il; 

Həm ədalət həm səxavət, həm şücaət səndə çox! (2 dəfə) 

 

Z e y d-- 



 

Öldürün, öldürün, 

 

Qoy yetim mən öz cəzama!  (2 dəfə) 



__________________Milli Kitabxana___________________ 

153 


 

Öldürün, öldürün, 

Böylə lazımdır mənə! 

 

H a m ı-- 



 

Şanü şövkət, ey Əmir, səndən artıq kimdə yox, 

Həm ədalət, həm səxavat, həm şücaət səndə çox! (2 dəfə) 

 

PƏRDƏ 



 

__________________Milli Kitabxana___________________ 

154 


 

 

 



 

 

 



 

 

 



RÜSTƏM VƏ SÖHRAB 

 

(Firdovsidən) 

 

Dörd məclisli opera sayağında yazılmış bir dramdır 



 

ƏFRADİ ƏHLİ-MƏCLİS 

 

R ü s tə m - məşhur İran pəhləvanı, 40 yaşında 



S ö h r a b - onun oğlu, 15 yaşında 

T ə h m i n ə - Rüstəmin övrəti, Səməngan padşahının qızı, 20 yaşında 

S ə m ə n g a n padşahı-45 yaşında 

K e y k a v u s- İran padşahı, 45 yaşında. 

H ü c e y r-əsir, 35 yaşında 

Vəxirlər, qoşun, xor və qeyriləri 

  


__________________Milli Kitabxana___________________ 

155 


 

ƏVVƏLİNCİ MƏCLİS 

 

Vaqe olur Səməngan padşahının evində. Padşah oturub, vəzirlər də yanında. Bu 



əsnada bir qoşun nəfsri daxil olub rast oxuyur. 

 

Bir nəfər 



 

Sağ olsun padşahımız çox  

Xəbər gəldi qarovuldan  

Budur bir pəhləvan tənha  

Gəlir dağda bizə sarı (sükut)  

Əlində tıgü burrandır  

Oolunda qanlı qalxandır.  

Devirlər kı, bu surətlə  

Ki Rustəm pəhləvandır o. 

 

(Hamısı bir yerdə oxuyurlar. M u s i q i)  



 

Xor 


 

Əyər Rustəmsə o,  

Əyər Rustəmsə o,.  

Bizə yoxdur aman  

Nədir qəsdi onun  

Ki tək-tənha gəlir. 

(Padşah rast oxuyur.)  

 

Padşah 



 

Yığılsın hər nə var əsgər 

Düzülsün həm qoşun səf-səf  

Gərək Rüstəm cəlal ilə  

Qəbul olsun imarətdə.  

 

(Padşalı və hamısı gedirlər. Sonra Təhminə daxil olub "Bayatı-Şiraz" oxuyur.)  



 

T ə h m i n ə 

 

Arslan simalı yar eşqilə xumar olmuşam,  



Rüstəm adlı arslana aşiqi zar olmuşam, 

__________________Milli Kitabxana___________________ 

156 


 

Etməyə nəzara bülbül tək güli ruxsarına  

Ah həsrətlə dəmadəm didə xumbar olmuşam.  

Ey təbibi-haziqim gəl bir dəva qıl dərdimə  

Yox əlac sənin eşqində bimar olmuşam.  

Ey səbah, cənanının ver bir suraği zülfünü  

Lütf qıl billah əsiri-eşqi dildar olmuşam.  

 

(Təhmina gedir. Marş çalınır. Rüstəm və qeyriləri daxil olur.) 



 

Xor 


 

Xoş gəldin bizə Rüstəm, xoş gəldin sən (2)  

Bizləri eylədin sən sərəfraz (2)  

Bir belə sən bizə etdin lütfi təvazöh  

Xoş gəldin bizə Rüstəm, xoş gəldin sən. (2)  

(Rüstəm rast oxuyur.) 

 

Rüstəm 


 

Mənəm Rüstəm ki qeyzimdən bütün məxluq 

lərzandır 

Atam seyf, anam qalxan, məkanım qanlı 

meydandır 

Şərabım ruzi dəvada olur düşmənlərin qanı  

Kəməndimdən xilas olmaz əgər kim şirigərrandır  

Küdurətlə dolub qəlbim itibdir  

Rəxş rəxşanım 

Mənə hər kəs xəbər versə ona bezmim 

firavandır. 

 

(Təsnif) 



 

Rəxşim, Rəxşim şiri-jəyanım  

Sənsiz olmaz rahat canım Raxşim,  

Rəxşim ahu maralım  

Sənsiz gəlməz səbrü qərarım. 

 

Xor 



 

Hər yerdə dəvadəsən  

Düşmənlərə qalibsən 


__________________Milli Kitabxana___________________ 

157 


 

Heç kəsə olmaz kim cürət, Rəxşim, Rəxşim (2) 

 Canın edə bəxş, canın edə bəxş. 

 

P a d ş a h 



 

Gəl ey aləmdə fərzane  

Ki sənsiz gəlmişik canə  

Bizim bu bezmi-şahanə  

Səfa goldiıı, səfa Rüstəm  

Nədən tərk etdin  

İranı Diyarı qürbətə gəldin  

Şücaət qeyrətin kanın  

Dilirü əjdaha Rüstəm  

Əgər sən olmasan İran  

Yəqin eylə olur viran  

Bizə gəl olginən mehman Sərvi vəfa Rüstəm. 

 

(M u s i q i)  



 

Xor 


 

Sənə yoxdur heç kəs  

Ola büsiıı həmta  

Girə bilsin cəngə  

Meydana tək-tənha. 

 

(M u s i q i) 



 

Budur işdə meydan.  

 

(M u s i q i) 



 

Düzəlibdir min can  

Hər biri bir arslan. 

 

(M u s i q i) 



 

Edə bilməz heç kəs cürət  

Qədəmin qoysun. (2 dəfə) 


__________________Milli Kitabxana___________________ 

158 


 

Rüstəm 


 

İtibdir Rəxşi Rəxşanım  

Ki qəmdən inciyib canım  

Gərək Rəxş olsun  

Ki etsin canımı rahət. 

 

Padşah 



 

Bütün dünyanı axtarram  

Sənin Rəxşini tapdırram  

Günahkarın başın vurram  

Nədir qəm çəkməyə hacət.  

Gedək biz Rəxş dalınca  

Sən ol rahət bu İranda  

Tapıb Rəxşi gətirdirrəm  

Əyər olmuşsa hər yanda. 

(M u s i q i)  

 

Xor 


 

Sənə yoxdur heç kəs  

Ola bilsin həmta  

Girə bilsin cəngə  

Meydanə tək-tənha. 

 

Rüstəm 



 

Budur iştə meydan. (2) 

 

Xor 


 

Budur İştə meydan. 

 

Rüstəm 


 

Düzülübdür min can. 

 

Xor 


 

Düzülübdür min can  

Hər biri bir arslan. 

 


__________________Milli Kitabxana___________________ 

159 


 

 Rüstəm 


 

Edə bılməz heç kəs cürət  

Oədəm qoysun. 

 

Xor 



 

Edə bilməz hcç kəs cürət  

Qədəmin qoysun. 

 

(Hamısı gedirlər, Rüstəmi yuxu tutur, Təhminə yavaş-yavaş daxil olub kürd-şahnaz 



oxuyur.) 

 

Təhminə 



 

Bəski dərdi, qəmi eşqində pərişan oldum  

Pəhləvanım, belə axir ürəyi qan oldum. 

Hər gələn söylədi avareyi nami nəsəbin  

Mən də nadidə sənə aşiq nalan oldum  

Həsrətin canda çəkirdim, neçə vaxt yarım  

Şimdi görcək səni pek valehi heyran oldum  

Dedilər adını Rüstəm mənə təsir etdi  

Bənd olub adına kim həsrəti didar oldum. 

 

Təsnif 

 

Aldı məni eşqi dərdi saldı bir müşkül işə 



Olmadı bir çarə səndən yandı qəlbim atəşə (2)  

Görməmişdim aşiqindim gönmüşəm kim qurbanın  

Getdi əldən tabü taqət yandı canım atəşə (2)  

Dur əlac et mən fəqjrə qoyma zari giryanam  

Dut əlimdən qoyma zinhar yandı canım atəşə. 

(Rüstəm oyanıb təəccüblə baxıb şur ilə oxuyur.)  

 

Rüstəm 


 

Kimsən ey meh, belə xurşid kimi rəxşansan  

Mənə bu şihridə bir canalıcı canansan 

Gər desəm huri sənə huri yer üzrə olmaz    

  


__________________Milli Kitabxana___________________ 

160 


 

Ya pərisən sən haşa demərəm insansan  

Vəh nə ziba nə gözəl ahu baxışlı dilbər  

Bu vacahətlə yəqin padşahi xubansan  

De adın bircə mənə getdi qəranın əldən  

Mən sənə valehi şeyda nə sən heyransan 

 

(Təhminə simayi-şəms oxuyur.)  



 

T ə h m i n ə 

 

Sənə cy şiri jəyan sevgili bir dildaram  



Aşiqi namin olub eşqinlə xumbarım  

Şükr lillah səni gördüm ürəyim şad oldu.  

Möhnəti hicri çəkib vəslinə minnətdaram. 

 

Rüstəm 



 

Mənə sən aşiq olubsan, bunu bildim söylə  

Kimsən a, mənzilimə sən necə gəldin söylə. 

 

Təhminə 



 

Mənəm ol şah qızı ismim kim  

Söyləyir bər bilən amma yüzmi kimsə  

Görməyibdir görə bilməz sən ancaq Rüstəm  

Eylədim faş bu sirri bunu əfv eylə mənə. 

 

(Təhminə - təsnif oxuyur, yıxılıb diz üsle) 

 

Elə gəl Rüstəm sən məni qəbul (2 dəfə)  



Rədd etmə Təhminəni sən.  

Layiq bilməsəm gər özümü mən (2)  

Qoymaram olam mən məqbul. 

 

Rüstəm 



 

Dur ayağa ey nazlı dilbərim  

Eyləmə məni xəcalət. 

    


  

Milli Kitabxana  

 

 



(qucaqlaşırlar) 

 

Qoy mən sənə öz canımı verim (2) 

Söz söyləməyə nə hacət. (  Bazubəndi verir.) 

 

Rüstəm (şur ilə) 

 

Budur Təhminə məndən bu bazubəndi 



al saxla 

Əyər oğlan əta olsa onu bazusuna bağla 

 

Əyər davada mən görsəm bu bazubəndi bir 



kəsdə 

Odur oğlum deyib bağrıma basmaqdır 

xəyalımda. 

(İkisi bir yerdə təsnif oxuyurlar.) 

Allah eyləsin o günlər olsun (2 dəfə) 

Qəlbimiz şadlıq ilə dolsun. (2 dəfə) 

 

 

(Qucaqlaşıb qalırlar.) 



 

PƏRDƏ 


 
1   ...   4   5   6   7   8   9   10   11   ...   21


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə