Hörmətli hakim sizi və sizin timsalınızda auditoriyada olan hər kəsi salamlayıram.Mən A Snowless day komandasının 1-ci spikeri Heydərov Mirsaleh
2-ci spikerimiz Naxçıvani Miryusif
3-cü spikerimiz Həmzəyeva Nərmindir
Bugün Dövlətin cəza tədbirlərini ağırlaşdırması cinayət hallarının azalmasına effektiv təsir göstərir mövzusuna inkar mövqedən yanaşacağıq.
Aktuallıq: Dünyada baş verən cinayət halları və bu cinayət hallarının azaldılmasında dövlətlərin cəza tədbirlərinin sərtləşdirilməsi və bu sərtləşdirmənin effektiv rol oynayıb-oynamaları mövzumuzu kifayət qədər aktual edir.
Opponentin əsas anlayışlarına münasibət :
Əsas anlayışlar.
Dövlət- siyasi quruluşa malik, toplumun xüsusi sistem ilə idarə olunmasını müəyyənləşdirən təcəssüm
*Cəza tədbirləri - məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli üsullar
Ağırlaşdırma- edilən təsirin daha da gücləndirilməsi
Cinayət hallarının azalması - Cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin təqsirli olaraq törədilməsinin əksilməsi.
Effektiv təsir göstərir- nəticədə özünü doğruldur.
Opponentin meyarına münasibət :
Opponentin arqumentlərinin təkzibi:
Meyar : Çəkindirmə mifi
Çəkindirmək - cinayət halını törədən cinayətkarın bir daha cinayət törətməkdən çəkindirilməsidir.
Professor Braun deyir ki, ümumi çəkindirmə, yəni geniş əhali kütləsini çəkindirmək məqsədi daşıyan daha sərt cəzalar əsassızdır.
“Marjinal(ağırcəzalarla)çəkindirməkimi tanınan cəzanın şiddətinin heç bir real çəkindirici təsiri və ya təkrar cinayəti azaltma təsiri yoxdur”.
Cinayətdən çəkindirmək üsullarından , arqumentimizdə daha ətraflı danışacayıq.
Arq 1-Ölkədəki insanların iqtisadi vəziyyətinin, rifah səviyyəsinin, sosial , mənəvi və s. dəyərlərinin , həyatdan razılıqlarının aşağı olmasına görə baş verən cinayət hallarının qarşısını almaq üçün görülən ağırlaşdırılmış cəza tədbirləri heç bir nəticə vermir.
Hörmətli hakim , ağırlaşdırılmış cəza tədbirləri heçdə cinayət hallarının azalmasına effektiv təsir göstərmir.Cinayət hallarının azaldılması üçün onun baş vermə səbəbi araşdırılmalıdır.
Cinayətlər bir çox səbəblərdən baş verə bilər.Bu səbəblərə narkotik , rifah səviyyəsi , dəhşətli aqresiya , neqativlik , və s. aiddir.Buna görədə dövlət əvvəlcə ,cəmiyyətə göstərdiyi daxili siyasətini dəyişdirməlidir.Dövlət rəsmisi çıxışlarında düzgün üslub işlədərsə , xalqı arasında ayrıseçkilik (dini , irqi , cinsi və s. cəhətdən) etməzsə , məktəblərdə alkoqola , narkotikə və s. psixoloji təsirlərə qarşı fənnlər tədris etdirərsə - bir sözlə cinayətlərin səbəblərinin həllinə çalışarsa, burada cəza tədbirlərini azaltmağa ehtiyac qalmayacaqdır.
Əgər dövlət insanların həyatdan olan razılıqlarının artırılmasına çalışarsa , cinayət hallarında xeyli azalma baş verəcək.Cinayət hallarından biridə olan oğurluqdur ki , insanların ehtiyacına görə baş verir.Baxın hörmətli hakimlər , bugün bir insan evə gedərkən ailəsinə çörək apara bilmirsə , həyata qarşı baxışı mənfidirsə o verilən cəzanı nəzərə almadan , cinayətə əl atacaq.Buda marjinal-ağırlaşdırılmış effektiv təsir vermədiyini göstərir.
__________________________
Hörmətli hakimlər ağırlaşdırılmış cəzalardan biridə edam cəzasıdır.Sizə bir misal üzərindən , bu cəzanın həqiqətdə nə qədər effektsiz olduğunu izah edəcəyəm.Bildiyiniz kimi , xərçəng xəstəliyinin yaranma səbəblərindən biridə siqaretdir.Lakin bu demək deyilki , bir insan siqaret çəkirsə onda mütləq xərçəng yaranacaq vəya çəkmirsə bu insanda heç vaxt xərçəng yaranmayacaq.Buna görədə insanlar siqaret çəkməyə davam edirlər.Biz nə qədər cəzalarıda ağırlaşdırsaq bu insanlara siqaretin zərərlərini öyrədə bilməyəcəyik və bu insanlar yenədə öz bildiklərini edəcəklər.Lakin biz olan cəzalarl ağırlaşdırmayıb, onun yerinə sosial təlimlərlə ziyanları izah etsək , insanlarımızı maarifləndirsək , insanlar bu vərdişdən uzaqlaşacaqlar.Cinayət hallarıda belədir , əgər maariflənmələr aparsaq , insanlar cinayətdən uzaqlaşacaqlar.Həmçinin danışdıqlarım haqqında faktlmızda budur hörmətli hakim.Burada isə danışdıqlarıma Amerikadan misal çəkilib.Həmçinin Amerikada edam cəzası olan əyalətlərdə , cinayət hallarının digər əyalətlərə nisbətdə çoxluğundanda danışılıb.
Fakt 1.Hörmətli hakimlər faktımızda dövlətlər,xalqlarının razılıq səviyyəsinə görə sıralanıblar.Burada razılıq səviyyəsi ilə yanaşı , xalqın təhlükəsizliyi , orta hesabla neçə il yaşaya biləcəyi , həmin dövlətlərdəki cinayət hallarının 100 min nəfər üçün hesabatı və s. göstərilib.Fikir versəz xalqın razılığı çox olan , rifahı yerində olan ölkələrdə (xüsusən ilk 10-luqda) cinayət halları 100 min nəfərdən 1-də belə baş verməyə bilər.Həmçinin digər faktımızda həmin ölkələrdən biri olan FILAN ölkədə cəza tədbirlərinə baxsanız , burada humanist cəzaların tətbiq edildiyini görəcəksiniz.Buda onun göstərir ki, cəzaları ağırlaşdıraraq , insanların həyatdan razılıqlarını azaldacayıq , insanlarda gələcəkdə onlarda yarana biləcək psixoloji gərginlikdən cinayətə əl atacaqlar.Beləliklə cinayət hallarının azaldılması , cəzaların azaldılmasından yox , xalqın razılığının əldə olunmasından keçir.
https://stats.oecd.org/viewhtml.aspx?datasetcode=BLI&lang=en
Fakt 2. https://www.theaustralian.com.au/inquirer/the-vanishing-criminal-explains-the-decline-of-crime/news-story/96f867bc47c187602a02209a368d171f
Dostları ilə paylaş: |