BİTKİ MÜHAFİZƏSİ
M Ü H A Z İ R Ə 6
Viruslar - bitkilərin xəstəlik törədiciləridir
VİRUSLAR VƏ ONLARIN TÖRƏTDİKLƏRİ XƏSTƏLİKLƏR
P L A N
Viruslar və onlarin törətdikləri xəstəliklər
Viruslarin bioloji səciyyəsı
Viruslarin yayılması
Əsas ədəbiyyatlar
1. 1. İbrahim Cəfərov Ümumi fitopatologiya. Bakı: «Elm», 2007, 388 s.
2. İbrahim Cəfərov Fitopatologiya (fənnin öyrənilməsinə dair metodik
vəsait). Bakı: «Elm», 2008, 181 s.
3. İbrahim Cəfərov Fitopatologiya. Bakı: «Şərq-Qərb», 2012, 561s.
4. M.Timur Döken, Erkol Demirçi, Hüseyn Zengin Fitopatoloji.
Erzurum: 2010, 256 s.
Köməkçi ədəbiyyatlar
1. Семенкова И.Г., Соколова Э.С. Фитопатология. М.: Изд.
Академия, 2003, 496 с.
2. Чикин Ю.А. Общая фитопатология. Томск: 2001, 171 с.
3. Charles Lane Fungal Plant Pathogens. 2012.
4. George Nichelas Agrios Plant Pathology. 2005, 952 p.
5. www. stavropolye.tr
6. www. nbcnews.ru
VİRUSLAR VƏ ONLARIN TÖRƏTDİKLƏRİ XƏSTƏLİKLƏR
Viruslar çox kiçik (submikroskopik) orqanizmlər olmaqla insan, heyvan və bitkilərin xəstəlik törədicilərdir. Onlar hüceyrəvi quruluşa malik deyil. Süni qida mühitlərində becərilmir, yalnız sahib bitkinin canlı hüceyrələrində çoxalırlar.
Virusologiyanın inkişaf tarixi XIX əsrin sonlarından başlayır. Holland alimi M.Beyernik 1899-cu ildə «virus» terminini işlətmişdir. Virusların öyrənilməsində M.Beyernik, D.İvanovskinin ardınca növbəti addımı amerikan biokimyaçısı və virisoloqu U.Stenli atdı. 1935-ci ildə U.Stenli kimyəvi üsullarla tütün mozaika virusu ilə yoluxmuş yarpaqların şirəsindən həmin virusun xassələrini daşıyan kristallik zülal preparatı aldı. Bu kristalları suda həll etdikdə ondan alınan məhlul ilə tütün yarpaqlarını yoluxmaq və mozaika xəstəliyinin xarakterik simptomlarını almaq mümkün idi. U.Stenlinin işləri virusların xassələrinin öyrənilməsinə başlanğıc verdi. Çoxlu sayda kristallik şəkildə belə orqanizmlər alındı və onların kimyəvi tərkibi öyrənildi. 1937-ci ildə ingilis alimi F.Bouden müəyyən etdi ki, virus kristalllarına zülaldan başqa nuklein turşusu da daxildir. Bu nuklein turşuları zülalla birlikdə bütün canlı hüceyrələrdə iştirak edir və orqanizmin irsi xassə-lərinin götürülməsində əhəmiyyətli rol oynayırlar.
Son illərdə fitopatogen virusların sayı xeyli artmışdır. Q.T.Loydinovanın (1986) məlumatlarına əsasən əgər 1955-ci ildə virusların sayı 200 idisə, 1980-ci ildə 600-ü ötmüşdür. Hazırda elə bir bitki tapmaq çətindir ki, onda bu və ya digər virus xəstəliyi aşkar edilməsin.
M.N.Rodigin (1978), E.Qoymanın (1954) məlumatlarına əsaslanaraq gös-tərilir ki, Mərkəzi Avropada ən çox təsadüf edilən parazit xəstəliklərin 15-i və ya 9%-i viruslar tərəfindən törədilir.
Ədəbiyyat məlumatlarında nəzərə çatdırılır ki, virus xəstəliklərinin diaqnostikası heç də həmişə düzgün təyin edilmir. Buna görə də belə təsəvvür edilir ki, virusların vurduqları zərər daha böyük iqtisadi zərərlə ölçülməlidir. Bəzən tədqiqatçılar virusların vurduğu zərəri meteoroloji amillərlə əlaqələndirirlər. Lakin belə faktlar da məlumdur ki, bitkilərə mikroorqanizmlər tərəfindən vurulan ümumi zərərin artıq 20%-i virusların payına düşür. Ayrı-ayrı bitkilərə viruslar tərəfindən vurulan zərər daha böyük rəqəmlərlə ölçülür. Məsələn, ABŞ-da tütün mozaika virusunun verdiyi itki 18143,7 ton təşkil edir, İngiltərədə həmin virus istixana şəraitində məhsuldarlığı ən azı 10% aşağı salır (F.Bouden, 1952).
Son illər respublikamızın müxtəlif bölgələrindən becərilən tərəvəz bitkilərində virus mənşəli xəstəliklərin sürətlə artdığı haqqında məlumatlar daxil olur.
Dostları ilə paylaş: |