Ümumi ekologiya
Ekologiya fənninin məqsəd və vəzifələri
Ekologiya - ətraf mühitin tarazlığını və bu tarazlığın pozulmasına təsir edən təbii, antropogen və fiziki prosesləri öyrənən elmdir. Ekologiya orqanizm səviyyəsindən yuxarıdakı sistemlərin quruluşunu, fəaliyyətini, daha çox orqanizmlər arasında və orqanizm ilə ətraf mühit xüsusisən insanla biosfer arasındakı qarşılıqlı münasibətləri öyrənir. Ekologiya ümumi və xüsusi bölmələrə ayrılır. Ümumi ekologiya orqanizm səviyyəsindən yuxarıdakı müxtəlif sistemləri, xüsusi ekologiya isə müxtəlif orqanizmlərin ətraf mühitlə münasibətlərini tədqiq edir. Ekologiyanın ən mühüm sahəsi insan ekologiyasıdır. Ətraf mühitin radioaktiv çirklənməsi təhlükəsinin artması, biosferdə radioaktiv izotopların keçmə yollarının və radioaktivliyin ekosistemə təsirinin öyrənilməsi də çox vacib sahə sayılır. Ekologiyaya bu cür yüksək marağın artması başlıca olaraq elm-texniki inqilabın və demoqrafik partlayışın nəticəsində təbiətə dəyən dağıdıcı təsirin getdikcə kəskinləşməsi olmuşdur. Təbiətə vurulan ağır zərbə ətraf mühitə acı təsirini göstərməyə başlamışdır. Ümumi ekologiyada bir – birləri ilə qarşılıqlı əlaqədə olan bir neçə bölmələri ayırmaq olar ki onlara bəzən ayrıca fənn kimi baxırlar, “Ümumi ekologiyanın quruluşu” belədir: faktorial ekologiya; orqanizmlərin ekologiyası və ya autekologiya; populyasiyanın ekologiyası və ya demekologiya; biosfer haqqında elm, və ya qlobal ekologiya: Faktorial ekologiya elmi mühit faktorları və onların orqanizmlərə təsir qanunauyğunluqlarını öyrənir. Autekologiya elmi və ya orqanizmlərin ekologiyası ayrı – ayrı orqanizmlərin yaşayış mühiti arasındakı qarşılıqlı əlaqələr ekologiyasıdır. Populyasiyalar və ya demoqrafiya – eyni növə mənsub orqanizmlərin nisbətən xüsusiləşmiş qruplarının ekologiyası; əhalinin tərkibini, sayını və onun tərkibindəki dəyişiklikləri öyrənən şöbə (demoqrafiya elmi). Biosenozlar – müxtəlif növlərin öz aralarında qarşılıqlı əlaqədə olan populyasiyaların ekologiyası Ekosistemlər və ya sinekologiya elmi biosenozlara yaşayış mühiti ilə qarşılıqlı əlaqədə baxır. Ekologiyanın əsas və ən ali dərəcəsi böyük ekosistem olan biosfer haqqında elm isə qlobal ekologiya adlanır.Ekologiyanın əsas tədqiqat obyekti orqanizm səviyyəsindən yüksək olan canlı ekoloji sistemlərdir: Populyasiya, biosenoz, biosfer. Bu elm orqanizmlərin əmələ gətirdiyi birliklərin öz aralarındakı və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqəsini öyrənir. Ekologiyanın obyekti- insan ilə təbiətin əsaslı fundamental xarakterli qarşılıqlı münasibətlərdir, yaxud orqanizmlər ilə mühit arasında əlaqənin birliyi və ya strukturundan ibarətdir.
Dostları ilə paylaş: |