Ümumi ekologiya fənninin məqsəd və vəzifələri


Abiotik Faktorlar – Fiziki,kimyavi, edafik faktorlar



Yüklə 72,91 Kb.
səhifə3/20
tarix19.06.2023
ölçüsü72,91 Kb.
#132689
1   2   3   4   5   6   7   8   9   ...   20
Ümumi ekologiya

3.Abiotik Faktorlar – Fiziki,kimyavi, edafik faktorlar
Abiotik amillər canlı orqanizmə bir başa vədolayısı ilə təsir göstərən cansız təbiət təzahürləriolmaqla iqlim, torpaq – suxur və su mühiti amillərinəbölünürlər.
Verilmiş ərazidə coğrafi şəraitlə müəyyən olunanatmosfer təzahürlərinin çoxillik rejiminə iqlim deyilir.
Yerin iqlimi olduqca müxtəlif olmaqla, bir sıraamillərə (günəşin şüalanma enerjisi, işıqlanma, atmosferhavasının nəmliyi, yağıntılar, atmosferin qaz tərkibi, yersəthinin temperaturu, külək və atmosfer təzyiqi) səciyyələndirilir:


1.Günəşin şüalanma enerjisi  -  Bütün canlıorqanizmlərə həyat fəaliyyətlərini yerinə yetirmək üçünkənardan daxil olan enerji lazımdır. Bunun da əsasmənbəyi günəş şüalanmasıdır.


2.Yer səthinin işıqlanması – şüalanma enerjisindənasılı olmaqla işıq selinin sürəkliliyindən (müddətindən) və intensivliyindən asılıdır. Yerin fırlanması nəticəsindəgünün işıqlı və qaranlıq vaxtları dövrü olaraq növbələşir. İşıqlanma bütün canlılar üçün həyatı əhəmiyyətəmalikdir və orqanizmlər fizioloji olaraq gecə və gündüzəuyğunlaşmışdır. Bütün canlıların gecə və gündüzlə bağlıgündəlik fəallıq ritmi mövcuddur.
​3.Atmosfer nəmliyi – onun tərkibindəki subuxarının miqdarı ilə müəyyən edilir. Yer atmosferində12000 – 13000 km3 su buxarı vardırki, bunun datəxminən 50 % - i onun aşağı qatlarında (1,5-2,0 kmyüksəklikdə) cəmlənmişdir. Su buxarı atmosferə yersəthindən buxarlanma və bitkilərin transprirasiyasınəticəsində daxil olur. Buxarlanma prosesi sumalekullarının şişmə qüvvəsini dəf edərək su səthindənayrılması və atmosferə keçməsi ilə bağlıdır. Buxarlanmasəthinin temperaturu artdıqca buxarlanmanın intensivliyidə artır. 1 m3 havanın tərkibində olan su buxarınınmiqdarına mütləq nəmlik (q/m3) deyilir. Hər hansımüəyyən temperaturda havanın su buxarı ilə doymahəddi var ki, buna da maksimal nəmlik deyilir.
Adətən havada maksimal nəmlik olmur. Maksimalnəmliklə mütləq nəmlik arasındakı fərq nəmlik qıtlığıadlandırılır. Nəmlik qıtlığı vacib ekoloji parametrolmaqla iki kəmiyyəti – temperatur və nəmliyi eynizamanda səciyyələndirir. Nəmlik qıtlığı yüksəldikcəquraqlıq da artır və əksinə. 

4. Yağıntılar havanın nəmliyi ilə bağlı olmaqlakondensasiya və sublimasiya prosesləri nəticəsində başverir. Kondensasiya su buxarının su damcılarınaçevrilməsi prosesidir. Bu proses atmosferdə 100 % - əyaxın nisbi nəmlik olduqda temperaturun aşağı düşməsi zamanı baş verir. Su buxarının kondensasiyası üçünhavada xırda hissəciklərin olması vacibdir. Yaxınlığındaxırda su damcıları (0,005 – 0,1 mm diametrli) əmələgələn bu həssəciklərinə kondensasiya „nüvəsi” deyilir. Bu xırda damcılar birləşərək daha iri damcılar əmələgətirir və buludlardan yağış şəklində yer səthinə düşür.


Suyun buxar halından bərk halına keçməsi, yəninəm havadan buz ayrılması prosesi sublimasiya adlanır. Buludlarda sublimasiya prosesi baş verdikdə və bərk sukristalları Yer səthinə çatana qədər tam ərimədikdə bərkyağıntılar (dolu, qar) şəklində düşür. Buludlar günəşradiasiyasının bir hissəsini saxlayır və yerin istilikşüalanmasının qarşısını alır. Buludlar külək vasitəsiləböyük məsafələrə yerdəyişmə edə bilir.



Yüklə 72,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin