Ümumi ekologiya fənninin məqsəd və vəzifələri



Yüklə 72,91 Kb.
səhifə14/20
tarix19.06.2023
ölçüsü72,91 Kb.
#132689
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
Ümumi ekologiya

14. Torpağın mühafizəsi

Planetimizin 510 milyon kvadrat kilometr sahəsi vardır. Bunun 149 mln.km2 quru, 361 mln km2 isə sudur. Diametri isə 40 min km – ə yaxındır. Yer 3 qatdan ibarətdir: bərk qabıq hissə, mantiya və nüvə. Yerin qabıq hissəsi planetin 0,8 % - ni, yerin ümumi kütləsinin 41 % - ni isə mantiya təşkil edir. Nüvənin radiusu 35000 km – ə yaxındır. Yerin üst bərk qabığı litosfer (litos – yunanca daş deməkdir) və su örtüyü hidrosferdən (hidro – yunanca su deməkdir) ibarətdir. Günəş və yerin qarşılıqlı təsiri və ilk canlılar əmələ gəldikdən sonra onların fəaliyyəti nəticəsində yerin qaz örtüyü – atmosfer yaranmışdır. Yerin içərisinə doğru getdikcə, temperatur orta hesabla hər 100 m – də 3°S artır. Hesablamalar göstərir ki, 70 km dərinlikdə yerin temperaturu 2000°C , nüvədə isə 4000 – 5000°C – dir. Yerin içi (mantiya) od kimi mayedən ibarətdir. Litosferdə yüngül kimyəvi elementlər vardır. Bu elementlər sırasında ən əsas yeri silisium və alüminium tutur.Litosferin üst münbit qatı torpaq adlanır. Torpaq xarici mühitin əsas amillərindən biri olmaqla, təbiətin başlıca nemətidir. Torpaq insanın mühiti deyil, üzərində gəzdiyi substratı, məkanı və istifadə etdiyi sərvətidir. Qədim zamanlarda, insanlar torpağı sağlam və sağlam olmayan torpaqlara bölmüşlər. Hava və suyu asan keçirən qrut suları dənizdə yerləşən torpaqları sağlam torpaqlar, su və havanı keçirməyən və ya pis keçirən, rütubətli torpaqları isə sağlam olmayan torpaqlar adlandırmışlar. Torpağın insanların, heyvanların və bitkilərin sağlamlığında və məhsuldarlığında əhəmiyyətini dərk etmək üçün onun mexaniki tərkibini, struktrunu və uduculuq qabiliyyətini, fiziki, kimyəvi və bioloji xassələrini, çirklənmə və xarabolma səbəblərini, torpaq ehtiyatlarını, onun istifadə və mühafizə tədbirlərini bilmək lazımdır.Torpaq yer səthində litosferin mineral və biosferin üzvi maddələrinin təkamül nəticəsində birləşməsindən əmələ gəlmiş, özünəməxsus xassələrə malik olan təbii törəmədir. Müasir elmi dildə torpaq – yerin biokos hissəsi (canlı və cansızların qarışığı) adlanır.Torpaqların mühafizəsi və kənd təsərrüfatı istehsalının səmərəliliyinin yüksəldilməsində əhəmiyyətli problemlərdən biri də torpaqların deflyasiyasının öyrənilməsi və ona qarşı səmərəli mübarizənin təşkilidir. Torpağın deflyasiyası planetar miqdarda təzahür edən prosesdir. Deflyasiya və onunla əlaqədar olan dezertifikasiya prosesi daim güclü küləklər əsən quraq – arid iqlimli ərazilərdə, torpaqların mühafizəsi üzrə tədbirlər tətbiq edilmədikdə baş verir. Məşhur qara yel, qum tufanı və s. Deflyasiyanı törədən başlıca amillərdir. Keçmişdə deflyasiya prosesi otlaqların həddən artıq yüklənməsi və primitiv kənd təsərrüfatı ilə əlaqədar idi. Hazırda nəqliyyat və ağır maşınların tətbiqi, mədən işlərinin genişlənməsi və s. İlə əlaqədar olaraq bu proses surətlərin. Bu isə külli miqdarda maşın, gübrə, enerji istehsal edilməsi, geniş suvarma sistemləri yaradılması, eroziyanın və toz tufanlarının qarşısını alan kompleks proqramların tətbiq edilməsi nəticəsində mümkündür.




Yüklə 72,91 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin