11. Xəzər dənizinin ekoloji vəziyyəti
Xəzər dənizinin ekoloji vəziyyətinin dəyişməsində dənizin səviyyəsinin tərəddüdü və çirklənməsi əsas rol oynayır. Qlobal miqyasda isə Xəzərin dəyişməsi dənizin və onun hövzəsinin çirklənməsinin artması nəticəsində baş vermişdir. M.Ə.Salmanovun (1999) qeyd etdiyi kimi Xəzərin çirklənməsi barədə olduqca çoxlu məlumatlar mövcuddur, bu məsələ ilə yüzlərlə mütəxəssislər məşğul olmuş, onlarla simpozium, konfranslarda müzakirə olunmuş, ən yüksək səviyyədə qərarlar qəbul edilmişdir. Xəzərin təmiz saxlanmasının vacibliyi bütün Xəzəryanı dövlətlər tərəfındən təsdiq edilsə də o, yenə də həmişə olduğu kimi çirklənməkdə davam edir. Xəzərin çirklənməsində başlıca yeri neft və neft məhsulları, sonrakı yeri isə kimyəvi çirklənmə tutur. Hazırda Xəzərə tökülən çaylar dənizi üzvi raaddələıiə, biogen elementlərlə də zənginləşdirir. Apardığı tədqiqatlara əsaslanaraq M.Ə.Salmanov (1999) belə nəticəyə gəlir ki, Xəzərin ekosistemlərinin sabitliyini bərpa etmək üçüri çayların axınına sanitar nəzarət ən mühüm tədbirlərdən biri sayılmalıdır. Tədqiqatçının Volqa, Kür, Ural və Terek çaylannda apardığı kompleks tədqiqatlar göstərdi ki, hazırda bu çaylarda özünütəmizləmə prosesləri hər yerdə pozulmuşdur. Xəzər dənizinin çoxkomponentli çirklənməsi bir çox sənaye obyektləri növlərinin məskunlaşdığı mühitin sanitar- gigiyena vəziyyətinin dəyişməsinə təsir göstərən amil olmuşdur. Qiymətli balıq növlərinin kütləvi qırılması adi hadisəyə çevrilmişdir. Bir sıra alimlərin məlumatına görə bir çox hidrobiontların orqanizmində insanın sağlamlığı üçün təhlükəli parazitlərin böyük bir siyahısı var: anizakidlər, psevdoamfistomidlər, eustronqilidlər və s. Dəniz suyunda və balıqlarda patagen bakteriyalar, məs, ptoteilər, vibrionlar, proteivulqaris və b. Vardır.Xəzərin neftlə çirklənməsi problemi özünün qədimliyi, fauna-floraya, suyun fiziki – kimyəvi xassələrinə, dəniz dibi çöküntülərə çoxtərəfli təsirinə görə başlıca yeri tutur. Hazırda demək olar ki, Xəzərin bütün akvatoriyası və ora axan bütün çaylar neftlə çirklənməyə məruz qalmışdır. 1950-60-cı illərdə neftlə çirklənmə yalnız dəniz neft yataqları akvatoriyası və neft emalı müəssisələrinin çirkab suları tökülən zonaya xas idisə, 1980-cı illərdə belə çirklənmə dənizin hər yerində yayılmışdır. Məlum mənbələrə əsaslanan hesablamalara görə Xəzər–xvalın epoxasının neft kəşfindən bəri dənizə 2,5 milyon ton xam neft axmışdır. Yalnız 1969-cu ildə neftdaşıyan tankerlərin ballastik suyu ilə dənizə 47 min ton, gəmilərin suyundan isə 7 min ton neft axıdılıb. Dənizdə olduqca çoxlu qəza hadisələri baş verir, onlardan ikisini göstərək: 60-cı illərdə Xəzərin Orta və Cənub şelfində qəza nəticəsində dənizə 4000 ton neftb , aylarla mənbədən sönməyən yanğın, fəaliyyətdə olan qrifonlardan 20 min ton qaz-neft kondensatı axmışdır. 1983-cü ildə Oqurçinsk adasının cənub-qərbində 200 m dərinliyində qruntda – 1 kq lildə 1,43q, 1995-ci ildə Cənubi və Orta Xəzərin sərhədində qruntda 270 m dərinlikdə 1 kq lildə 0,86q konsentrasiyalı neftin olması qeydə alınmışdır.
Dostları ilə paylaş: |