Ümumi ekologiya fənninin məqsəd və vəzifələri


Ekoloji təhlükəsiz məhsul anlayışı



Yüklə 72,91 Kb.
səhifə16/20
tarix19.06.2023
ölçüsü72,91 Kb.
#132689
1   ...   12   13   14   15   16   17   18   19   20
Ümumi ekologiya

16. Ekoloji təhlükəsiz məhsul anlayışı

Ekoloji tarazlığın formalaşması və qorunması üçün vacib olan amillərə diqqət yetirən insanlar və məhsullar ekoloji cəhətdən təmiz adlanır. Ətraf mühitin tarazlığını pozmaq, resursları istehlak etməmək və ətraf mühiti çirkləndirməmək üçün hamımızın üzərinə düşən müəyyən vəzifələr var. Ekoloji cəhətdən təmiz məhsulların seçilməsi bizim öhdəliklərimizdən biridir.İkinci əl mallardan istifadə etməklə biz lazımsız xammal və enerji sərfinin qarşısını ala bilərik. Dəyişən vərdişlər, istehlak çılğınlığı, diqqətsiz istehsal işləri təbiətin tarazlığını hər gün bir az daha pozur. İstehlak olan hər sahədə istehsal olunacaq məhsulların ekoloji cəhətdən təmiz məhsullar olması və istehlakçıların bu məhsullar arasından seçim etməsi bu prosesin qarşısını alacaq.Yəni istehsalçının da, istehlakçının da məsuliyyəti var.Ekoloji məhsullar bütün istehsal mərhələləri ilə təbiətə zərər verməyən, tərkibində kimyəvi maddələr olmayan, təbiətə və insan sağlamlığına zərərli heç bir qatqı olmayan məhsullardır. Onlar mümkün olan ən az enerji ilə istehsal olunur, təbii ehtiyatların qorunmasına diqqət yetirilir və təkrar emal edilə bilər.



17. Modifikasiya olunmuş məhsul anlayışı

GMO qida sahəsində dünyanın üzləşdiyi ən böyük problemlərdəndir desək, yanılmarıq. Onu, hətta ərzaq terrorizmi də adlandırırlar.GMO müasir biotexnologiya üsulu ilə müxtəlif mənşəli canlı orqanizmlərin geninin kombinasiyası vasitəsilə əldə edilmiş istənilən canlı orqanizmdir. Bu zaman heyvan geninin bitkiyə və əksinə, bitki geninin bitkiyə, heyvan geninin heyvana köçürülməsi baş verir. İlk GMO 1973-cü ildə Salmonella genlərinin E.Coli bakteriyasına köçürülməsi nəticəsində alınıb. 1983-cü ildə transgen bitki, 1987-ci ildə transgen heyvan yaradılıb, 1996-cı ildən isə GMO (pomidor) bazara çıxarılıb. Dünyada əsas becərilən GMO bitkiləri qarğıdalı, soya, pambıq, şəkər çuğunduru, raps, yonca, kartof, düyü, pomidor, tütündür. Hazırda 120-dən artıq ən müxtəlif kənd təssərrüfatı bitkilərində genetik modifikasiya olunmuş analoqlar yaradılıb. Bunun 64-ü son məlumatlara görə, təsərrüfatlarda tətbiq olunur. Hazırda bu sahədə aktivlik göstərən 15-dək şirkət var. GMO ən çox inkişaf etmiş ölkələrdə becərilir. ABŞ, Çin, Hindistan və Kanadada GMO ǝkin sahələri milyon hektarlarla ölçülür. Avropa Birliyi ölkələrindən Portuqaliya, İspaniya, Çexiya, Slovakiya və Rumıniya, Afrika qitəsində Misir, Sudan, Cənubi Afrika və Burkino-Faso GMO becǝrǝn ölkələrdir. ABŞ və Avropada transgen məhsullar ayrıca satılır.




Yüklə 72,91 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin