Tələbə: Abasov Asim. Qrup: 714. Fənn



Yüklə 118,93 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü118,93 Kb.
#46667
  1   2   3   4   5
12.03.2021 Biotexnoloji istehsalın elmi və praktiki aspektləri




Layihə İşi.

Fakültə: Magistratura mərkəzi.

Tələbə: Abasov Asim.

Qrup: 714.

Fənn: Biotexnoloji metodların tətbiqi ilə qida məhsullarının istehsalı.

Müəllimə: Dosent Qədimova Natəvan.

Mövzu: Biotexnoloji istehsalın elmi və praktiki aspektləri.

Biotexnologiya, canlı sistemlərin və orqanizmlərin məhsulların hazırlanması və istifadəsini əhatə edən geniş bir biologiya sahəsidir. Biotexnologiya termini ilk dəfə 1919-cu ildə Karl Ereky tərəfindən işlədilmişdir. O, donuzların şəkər çuğunduru yemindən istifadə edilməklə bəslənmə prosesini təsvir etmək üçün bu termindən istifadə edir. Biotexnologiya biologiya və texnika sahələrinin ortaq mövqeli elm sahəsidir.

Biotexnologiyanın əsas məqsəd və vəzifələri bioloji fəal birləşmələrin alınması, həmçinin yeni maddə molekullarının qurulması və təbiətdə olmayan yeni orqanizm formalarının yaradılmasına yönələn metod və üsulların işlənib hazırlanmasından ibarətdir.

Yüksək əlavə dəyərli məhsulların planlaşdırıla biləcəyi biokimya mühəndisliyi vasitəsi ilə hər hansı bir canlı orqanizmdən və hər hansı bir biokütlə mənbəyindən kəşfiyyat, hasilat və istehsal üçün bioinformatikdən istifadə edərək laboratoriyada aparılan tədqiqat və inkişaf kimi biotexnologiya mikroorqanizmlər, yosunlar, göbələklər haqqında da öyrənir.

Qıcqırma proseslərinin törədiciləri də göbələk, bakteriya və mayalardır. Qıcqırma qədim zamanlardan çörək bişirmədə, pivə və şərabçılıqda tətbiq olunmuşdur. Vavilonda qazıntılar zamanı 6000 il bundan əvvələ aid edilən və pivə hazırlanmasına dair yazısı olan avadanlıq, Misir piramidalarında isə həmin dövrdə qurulmuş çörək sobası aşkar edilmişdir. 3-4-cü minillikdən lifli bitkilərin isladılmasının əsasında duran pektin qıcqırması prosesləri insanlara məlum idi.

Biotexnoloji istehsal prosesləri müxtəlifdir, amma onların hamısı məhsuldan və alınma üsulundan asılı olaraq bir-birindən fərqlənir.

20-ci illərin sonu və 21-ci əsrin əvvəllərində biotexnologiya genomik, rekombinant gen üsulları, tətbiqi immunologiya və əczaçılıq terapiyası və diaqnostik testlərin inkişafı kimi yeni və müxtəlif elmləri əhatə edərək genişləndi. Amerika Kimya Cəmiyyəti biotexnologiyanı bioloji orqanizmlərin, sistemlərin və ya proseslərin müxtəlif sahələr tərəfindən həyat elmini öyrənməyə və dərman, məhsul və heyvandarlıq kimi materialların və orqanizmlərin dəyərinin yaxşılaşdırılmasına tətbiq etməsi kimi təyin edir.

Mikroorqanizmlər, bir canlı tipləri olaraq 1675-ci ildə Antoni van Levenhuk tərəfindən kəşf olunub. Ölçüləri çox kiçikdir və həyat üçün əhəmiyyətli mövqe tuturlar. Müasir dövrdə onlardan qida kimi və qidalı maddə alınması üçün geniş istifadə olunur. İstifadə edilən mikroorqanizmlərin hər bir konkret növü qida maddələrinə görə ciddi fərqlənir. Mikroorqanizmlərin bu və ya digər birləşməyə təlabatı mikrobun fizioloji xüsusiyyətlərinə görə müəyyən edilir, ancaq bütün hallarda mühit bu maddələrin sulu məhlulu olmalıdır və onların hüceyrəyə müəyyən miqdarda daxil olması təmin olunmalıdır. Mikroorqanizmlərin qida maddələrinə fizioloji təlabatını, ən yaxşı formada mikrob hüceyrəsinin kimyəvi tərkibinin təyin edilməsi ilə müəyyən etmək olar.



Mikroorqanizmlər çox müxtəlifdir, onlara bakteriyalargöbələklərmamırlar və sularda yaşayan kiçik canlılar daxildir. Bəzi mikrobioloq alimlər ora virusları da əlavə edirlər. Mikroorqanizmlər həmçinin  suqruntistilik olan biosferin hər yerində yaşayırlar. 

Bioloji texnologiya insan həyatının müxtəlif sahələri üçün faydalı məhsulların idarə olunmaqla alınmasını təmin edir. Bu texnologiya müxtəlif bioloji agent və sistemlərin-mikroorqanizmlər, viruslar, bitki və heyvan hüceyrə və toxumları, həmçinin hüceyrədən kənar maddələr komponentlərinin katalitik potensialından istifadəyə əsaslanır.

Bakteriyalar

Bakteriyalar növ müxtəlifliyi diqqət çəkən canlılardır və dünyanın hər yerində mikroskopla baxıldıqda rast gəlmək mümkündür.

Qida sənayesində istifadə olunan maddə və birləşmələrin bəziləri biotexnoloji istehsal məhsuludur. Ümumi olaraq isə 50 adda müxtəlif turşular mikroorqanizmlər vasitəsilə alınır. Üzvi turşular əczaçılıq, kimyəvi, toxuculuq və digər sənaye sahələrində geniş tətbiq tapmışdır.

Bu bakteriyalardan Acetobacter sirkə turşusu alınmasında istifadə olunur, Qida sirkə turşusunun alınmasında xammal kimi üzüm şərabı, pivə şirəsi bal spirt qıcqırmasından sonrakı müxtəlif meyvə və giləmeyvə şirələri, ağ sirklə turşusunu almaq üçün isə etil spirtinin sulu məhlulundan istifadə edilir.

Süd turşusu bakteriyalarından sənaye üsulu ilə 1881-ci ildə süd turşusu istehsal olunmuşdur. Süd turşusunun sənayedə alınması üçün homofermentativ süd turşu bakteriyaları yararlıdır. Onlar 98% süd turşusu almağa imkan verir. Süd turşusu bakteriyaları müxtəlif karbohidratlardan süd turşusu əmələ gətirir. Sənayedə melassa, süd zərdabı, qlükoza, maltoza, saxaroza, laktoza və şəkərləşmiş nişastadan istifadə edilməklə süd turşusu hazırlanır. Qlükoza və maltoza üçün Lactobacillus delbrueckii, L.leichmammi və ya L.bulgaricis ştammından, şəkərləşmiş nişasta üçün L.delbrueckii ya L.bulgaricis və ya Streptococcus lactis ştammından istifadə edilir. Maltozanın qıcqırmasında L.bulgaricus və ya L.casei ştammından istifadə edildikdə süd turşusu çıxımı çox olur.

Mikroskopik Aspergillus niger göbələyi qida mühitindəki şəkəri qıcqırdaraq limon turşusu əmələ gətirir. Qlükozanın qlikolizi nəticəsində piroüzüm turşusu əmələ gəlir.

Mikroorqanizmlər vasitəsilə lipidləri də almaq mümkündür. Mikroorqanizmlər tətəfindən alınan lipidlər ehtiyat qida kimi hüceyrənin daxilinə toplanır. 2 istiqamətdə istehsal olunur. Xüsusi təyinatlı istehsal lipidlər mikob hüceyrələrindən biosintezlə alınır. Digərində isə əsas alınan məhsul mikrob lipidi olur və produsent kimi Cryptococcus, Rhodotorula, Lupomyces, Candida cinsindən olan mayalardan istifadə olunur.

Bundan başqa hazırda B12, B2 , D vitamini və s. vitaminlər mikrob sintezi vasitəsilə alınır. B12 vitaminin mənbəyi kimi Propionibacteriumpseudomonas bakteriyaları hesab edilir. Dünyada istehsal olunan bütün amin turşuların təqibən 60%-i mikrobioloji sintezlə alınır.




Yüklə 118,93 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin