Ismn genericon



Yüklə 33,74 Kb.
Pdf görüntüsü
tarix25.03.2017
ölçüsü33,74 Kb.
#12463

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

(xəstələr üçün) 

 

 

İSMN GENERİKON     20 mq, 40 mq tabletlər 



ISMN GENERICON 

 

 



Tərkibi 

İSMN Generikon 20 mq tabletlər

Təsiredici maddə: hər tabletin tərkibində 20 mq izosorbid-5-mononitrat vardır. 

Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, həll olan nişasta, hipromelloza, kolloidal silisium 

4-oksid, maqnezium-stearat. 

 

İSMN Generikon 40 mq tabletlər

Təsiredici maddə: hər tabletin tərkibində 40 mq izosorbid-5-mononitrat vardır. 

Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, həll olan nişasta, hipromelloza, kolloidal silisium 

4-oksid, maqnezium-stearat. 

 

Farmakoterapevtik qrupu 

Ürək xəstəliklərində istifadə olunan damargenişləndirici preparatlar. 

Üzvi nitratlar. 

 

Farmakoloji xüsusiyyətləri 



Farmakodinamikası 

Venoz damarlara üstün təsirli periferik damargenişləndirici. Damar endotelisində azot oksidinin (endotelial 

relaksasiyaedici faktor) əmələ gəlməsini stimulə edərək hüceyrədaxili quanilatsiklazanı aktivləşdirir, nəticədə 

sQMF-in (damargenişləndirici mediator) artmasına səbəb olur. Ön yüklənmə və postyüklənmənin azalması 

hesabına miokardın oksigenə olan tələbatını azaldır. Koronar damarları genişləndirici təsirə malikdir. Sağ 

qulaqcığa qanın axınını  aşağı salır, kiçik qan dövranında təzyiqin aşağı düşməsinə  və  ağciyərlərin ödemi 

zamanı simptomların geriləməsinə  şərait yaradır. Qan dövranı  zəifləmiş sahələrə koronar qanın 

bölüşdürülməsinə səbəb olur. ÜİX, stenokardiya olan xəstələrdə fiziki yüklənməyə qarşı tolerantlığı yüksəldir. 

Baş beynin, beynin sərt qişasının damarlarını genişləndirir, bu da baş ağrısı ilə müşayiət oluna bilər. Digər 

nitratlarda olduğu kimi çarpaz tolerantlıq inkişaf edir. Qəbuldan sonrakı fasilədən sonra ona qarşı həssaslıq 

tez bərpa olunur. Antianginal təsir daxilə qəbulundan 30 dəqiqə sonra baş verir və 6-8 saat davam edir. 

Farmakokinetikası 

İzosorbid-5-mononitratın oral dozaları tamamilə sorulur. 

Mənimsənilmə 90–100% təşkil edir. İzosorbid-5-mononitrat demək olar ki, tamamilə qaraciyərdə metabolizə 

olunur. Yekun metabolitlər qeyri-fəaldır. T

1/2 

4-5 saat təşkil edir. İzosorbid-5-mononitrat demək olar ki, 



metabolitlər  şəklində böyrəklərlə xaric olunur. Yalnız təxminən 2%-i böyrəklərlə  dəyişilməmiş  şəkildə xaric 

olunur. 


Böyrək çatışmazlığı olan xəstələrdə T

1/2


 yüksələ bilər. 

 

İstifadəsinə göstərişlər 

• miokard 

işemiyasının uzunmüddətli müalicəsi (ürəyin işemik xəstəliyi); 

• stenokardiya 

tutmalarının profilaktikası; 

• stenokardiya 

simptomlarının davamlı olduğu hallarda ürək tutmalarının gələcək müalicəsi; 

•  kiçik qan dövranında təzyiqin yüksəlməsi hallarında; 

•  eyni zamanda digər ürək dərmanları ilə zəif ürək əzələsinin müalicəsi zamanı. 

 

Əks göstərişlər 

• nitrat birləşmələrinə (izosorbid-5-mononitrat, izosorbid dinitrat) və ya preparatın istənilən digər 

komponentlərinə qarşı yüksək həssaslıq; 

• yaxın keçmişdə baş vermiş ürək tutması; 

•  aşağı qan təzyiqi (ağır arterial hipotenziya); 

•  kəskin qan dövranı çatışmazlığı (şok və ya kollaps); 

• dövr 

edən qanın həcminin azalması (hipovolemiya); 



•  ağır qan çatışmazlığı (anemiya); 

• baş travmaları; 

• serebral 

qansızmalar; 

• qlaukoma 

(gözdaxili 

təzyiqin yüksəlməsi riski); 

• qlükoza-6-fosfatdehidrogenaza 

çatışmazlığı (maddələr mübadiləsinin nadir pozğunluğu). 


 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

Qan təzyiqini aşağı salan dərmanlar, damargenişləndirici preparatlar, kalsium antoqonistləri, beta-

reseptorların blokatorları, sidikqovucu vasitələr, həmçinin antidepressantlar və antipsixotik preparatlar 

hipotonik effekti ağırlaşdıra bilər. 

Erektil disfunksiyanın müalicəsi zamanı istifadə olunan sildenafil preparatının həyat üçün təhlükəli olan 

arterial təzyiqin enməsi riskinə görə  İSMN Generikon tabletləri ilə eyni zamanda istifadəsi məsləhət deyil. 

Əgər buna baxmayaraq sildenafil istifadə olunursaİSMN Generikon tabletləri ilə müalicə istifadədən 24 

saatdan tez olmayaraq davam etdirilməməlidir. 

Trisiklik antidepressantların (TSA) eyni zamanda istifadəsi hallarında, preparat antixolinergik təsirə malik ola 

bilər (ağızda quruluq). 

Asetilsalisil turşusu və indometasin İSMN Generikon tabletlərinin effektivliyini aşağı salır. 

 

Xəbərdarlıqlar 

Əgər hər hansı digər xəstəliklərdən  əziyyət çəkirsinizsə, hamiləsinizsə  və ya südəmər uşağınız varsa, bu 

preparatı qəbul etməzdən əvvəl həkimə məlumat verin. 

Böyrək funksiyalarının pozulması və kəllədaxili təzyiqin yüksəlməsi zamanı preparatı ehtiyatla qəbul edin. 

Kəskin stenokardiya tutmalarında tez təsirli nitrat preparatlarının istifadəsi göstərişdir. 



İSMN Generikon tabletləri ilə müalicə dövründə sildenafil istifadə etməyin, belə ki, bu həyat üçün təhlükəli 

olan arterial təzyiqin enməsinə gətirib çıxara bilər. 



İSMN Generikon  tabletlərinin qəbulunu qəfil kəsməyin, belə ki, bu stenokardiya tutmalarının tezləşməsinə 

və ağırlaşmasına gətirib çıxara bilər.

Güclü baş  ağrıları, taxikardiya (tezləşmiş ürəkdöyünmə), narahatlıq və istilikgəlmə (üzün qızarması, istilik 

hissiyyatı) hallarında düz uzanmaq məsləhət görülür. 

Qlaukomanın müalicəsi üçün preparatlar qəbul edən pasiyentlərə İSMN Generikon tabletlərinin qəbuluna o 

zaman icazə verilir ki, gözdaxili təzyiqə müntəzəm olaraq nəzarət edilsin.

Effektivliyin azalması (tolerantlıq) müalicə prosesi zamanı baş verə bilər, hansı ki, digər nitratlara da təsir 

göstərir. Bu effektivliyin azalması müalicənizin müvəqqəti dayandırılması ilə aradan qaldırılacaq.  Əgər siz 

hiss edirsiniz ki, preparatın effektivliyi azalıb (ürək tutmalarının çoxluğu, fiziki yüklənməyə qarşı tolerantlıq) 

dərhal həkimə müraciət edin! 

Alkoqollu içkilər İSMN Generikon tabletlərinin hipotenziv effektini artıra bilər. 

 

İstifadə qaydası və dozası 

Eyni zamanda çovdar mahmızı alkaloidlərinin (dihidroergotamin) istifadəsi bu dərmanın damargenəldici 

təsirini gücləndirə bilər. 



İSMN Generikon tabletlərini həmişə həkimin təyinatı əsasında qəbul edin. 

Tabletləri çeynəmədən kifayət qədər su ilə yeməkdən sonra qəbul etmək lazımdır. 



İSMN Generikon 20 mq tabletlər

Gündəlik doza gündə iki dəfə 1 tablet təşkil edir. Bəzi hallarda doza 3-4 tabletə qədər artırıla bilər. 

Pis qan dövranından  əziyyət çəkən pasiyentlər və ya nitratlar hesabına yaranan baş  ağrılarından uzaq 

olmağa çalışan pasiyentlər müalicəni gündə iki dəfə ½ tabletlə başlaya bilərlər. 



İSMN Generikon 40 mq tabletlər

Gündəlik doza gündə iki dəfə ½ tablet və ya gündə bir dəfə 1 tablet təşkil edir. Bəzi hallarda doza gündə iki 

dəfə 1 tabletə qədər artırıla bilər. 

Pis qan dövranından  əziyyət çəkən pasiyentlər və ya nitratlar hesabına yaranan baş  ağrılarından uzaq 

olmağa çalışan pasiyentlər müalicəni İSMN Generikon 20 mq tabletləri ilə başlaya bilərlər. 

 

Xüsusi göstərişlər 



İSMN Generikon  tabletlərinin tərkibində laktoza monohidrat vardır.  Əgər sizdə  bəzi  şəkərlərə qarşı 

dözümsüzlük varsa, preparatın qəbulundan əvvəl həkimə müraciət edin. 

 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləliyin ilk üç ayı ərzində İSMN Generikon tabletlərini qəbul etməyin. 



İSMN Generikon tabletlərinin qəbulu zamanı ana südü ilə qidalandırmanı dayandırın. 

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri 



İSMN Generikon tabletləri nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə 

qabiliyyətinə təsir göstərə bilər. 

Ürək tutmalarının qarşısını almaq üçün maşınları idarəetmə və istifadə zamanı bu preparat mütəmadi olaraq 

fasilələrlə qəbul edilməlidir. 

 

Əlavə təsirləri 

Qan və limfa sistemi 


Az rast gələn:  İrsi qan xəstəliyi (methemoqlobin reduktazanın çatışmazlığı, diaforaza çatışmazlığı  və 

hemoqlobinin anormal quruluşu) olan pasientlərdə qanda methemoqlobin yüksələ bilər (qanda oksigenin 

miqdarının aşağı düşməsi, dəridə mavi-qırmızı rəngli ləkələr). 

Sinir sistemi 

Tez-tez rast gələn: baş ağrısı, başgicəllənmə. 

Çox rast gələn: halsızlıq. 

Az rast gələn: başda gərginlik və istilik hissi. 



Ürək pozğunluqları 

Çox rast gələn: tezləşmiş ürək döyünməsi. 

Nadir hallarda: stenokardiya tutmalarının güclənməsi, müalicənin qəfil dayandırılmasından sonra 

stenokardiya tutmaları. 



Damar pozğunluqları 

Çox rast gələn: arterial təzyiqin kəskin enməsi, huşun itməsi. 

Az rast gələn: ortostatik tənzimlənmənin pozulması (ayağa durarkən başgicəllənmə). 

Mədə-bağırsaq pozğunluqları 

Tez-tez rast gələn: ürəkbulanma. 

Çox rast gələn: qusma. 

Nadir hallarda: reflüks ezofaqit (qıcqırma). 



Dəri və dərialtı toxumaların pozğunluqları 

Az rast gələn: dəri səpgisi, istilik hissinin gəlməsi ilə üzün qızarması. 

Nadir hallarda: ödem. 

 

Doza həddinin aşılması 

Doza həddinin aşılması arterial təzyiqin enməsinə, nəbzin tezliyinin artmasına, baş  ağrısına, dərinin 

qızarmasına, dəri və selikli qişalarda mavi-qırmızı  rəngli ləkələrin olmasına (methemoqlobinin əmələ 

gəlməsi) gətirib çıxara bilər. Əgər belə simptomları hiss edirsinizsə həkimə müraciət edin və düz uzanın. 

Müalicə simptomatikdir. Methemoqlobinemiya hallarında: daxilə və ya venadaxili 1 q C vitamini (natrium duzu 

şəklində) istifadə olunmalı; toluidin mavisi yavaş-yavaş venadaxili (3-4 mq/kq bədən çəkisinə) yeridilməlidir. 

Ehtiyac olarsa, bu proseduru 30 dəqiqədən sonra təkrar edin. Bundan başqa 1-2 mq/kq bədən çəkisinə 1%-li 

metilen abısı məhlulunu venadaxili (5 dəqiqə müddətində yavaş-yavaş) istifadə etmək və əgər ehtiyac olarsa 

hər 4 saatdan bir təkrarlamaq olar. 

 

Buraxılış forması 

İSMN Generikon 20 mq tabletlər

Bir blisterdə 10 tablet. 2 və ya 6 blister içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır. 



İSMN Generikon 40 mq tabletlər

Bir blisterdə 10 tablet. 2 və ya 6 blister içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır. 

 

Saxlanma şəraiti 

25ºС-dən yuxarı olmayan temperaturda, işıqdan qorumaq məqsədi ilə orijinal qablaşdırmada və uşaqların əli 

çatmayan yerdə saxlamaq lazımdır. 

 

Yararlılıq müddəti 

5 il. 

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 



 

Aptekdən buraxılma şərti 

Rеsеpt əsasında buraxılır. 

 

 

İstehsalçı 



Genericon Pharma Gesellschaft m.b.H. 

A-8054, Graz, Avstriya 

E-mail: genericon@genericon.at

 

Azərbaycanda rəsmi distribyutor 



«TETRADA» MMC - dir. 

AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan 

Теl.: (+994 12) 431-59-24, 431-05-41 

Faks: (+994 12) 430-80-51 

Е-mail: info@tetrada-az.com 

www.tetrada-az.com



 

Document Outline

  • Farmakoloji xüsusiyyətləri 
  • Eyni zamanda çovdar mahmızı alkaloidlərinin (dihidroergotamin) istifadəsi bu dərmanın damargenəldici təsirini gücləndirə bilər. 
  • Əlavə təsirləri 
  • Buraxılış forması 
    • Saxlanma şəraiti 

Yüklə 33,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin