Dp-5V cihazı, taktiki-texniki xarakteristikası, dəsti, işə hazırlanması və cihazla işləmə qaydası



Yüklə 415,08 Kb.
səhifə1/3
tarix16.10.2023
ölçüsü415,08 Kb.
#156216
  1   2   3
Dp-5V cihaz , taktiki-texniki xarakteristikas , d sti, i haz r


DP-5V cihazı, taktiki-texniki xarakteristikası, dəsti, işə hazırlanması və cihazla işləmə qaydası
Doza gücü ölçücüsü DP-5V (DP-5B) qamma-şüalanmanın ekspozisiya doza gücünü ölçmək üçündür. Bundan başqa, cihaz beta-şüalanmanı da təyin edir.
Cihazın dəstinə ölçmə pultu (futlyar və qayışlarla), detektirləmə bloku (birləşdirici kabellə), uzandırıcı ştanqa, gərginlik bölücüsü (birləşdirici kabellə), TQ-7M növlü telefon (baş telefonu), ehtiyat alətləri və ləvazimatlar (EAL), texniki təsvir və istismar təlimatı, formulyar və yerləşdirmə yeşiyi daxildir. Ölçmə diapazonu 0,05 mr/saat-dan 200 r/saat-a qədərdir və 6 yarımdiapazona bölünüb:

Yarımdiapa- zonlar

Çevircəyin qolunun vəziyyəti

Göstərişin götürüldüyü şkala

Ölçü vahidi

Ölçmə həddi

1

200

0-200

r/saat

5-200

2

x1000

0-5

mr/saat

500-5000

3

x100

0-5

mr/saat

50-500

4

x10

0-5

mr/saat

5-50

5

x1

0-5

mr/saat

0,5-5

6

x0,1

0-5

mr/saat

0,05-0,5


İş prinsipi. Beta-hissəciklərin və qamma-kvantların təsirin­dən qazboşal­dıcı sayğacların verdiyi elektrik impulsları gücləndirici-normalıza­tora daxil olub orada güclənir və normallaşdırılır, sonra inteqrallaşdırıcı konturda impulsların cərəyanı ortalaşdırılır. Ortalaşdırılmış cərəyanın qiyməti qamma-beta şüalarının ekspozisiya dozasının gücünə proporsionaldır və bu cərəyan mikroampermetrdə qeyd olunur. Gərginlik bölücüsü cihazın xarici mənbədən (maşınların bort şəbəkəsindən, akkumlyatjrundan) qidalanması üçündür.
Cihaz KB-1 növlü 3 elementdən və ya gərginlik bölücüsü vasitəsilə gərginliyi 12, yaxud 24 V olan xarici qida mənbəsindən qidalanır.






Doza gücü ölçücüsü DP-5V:
1 – ölçmə pultu; 2 – birləşdirici kabel; 3 – silmə düymə­si; 4 – yarımdiapazonlar
çevircəyinin qolu; 5 – mikroampermetr; 6 – futlyarın qapağı; 7 – obyektlərin icazə verilən zəhər­lənmə dərəcəsinin qiymətlərinin cədvəli; 8 – detektirləmə bloku; 9 – fırlanan ekran; 10 – cihazı yoxlamaq üçün radioaktiv mənbə; 11 – mikroampermetrin şkalasını işıqlandırmaq üçün tumbler; 12 – uzandırıcı dəstək (ştanqa); 13 – baş telefonları; 14 – futlyar; 15 – gərginlik bölücüsü;
16 – yerləşdirmə yeşiyi


DP-5V cihazının işə hazırlanması və iş qabiliyyətinin yoxlanılması (məşğələ materialı)

Yüklə 415,08 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin