baş telefonlarını ölçü pultuna birləşdirib geyirik (əvvəlcədən geyilməyibsə);
uzandırıcı dəstəyi birləşdiririk;
obyekt qamma-fon ölçülən yerə qoyulur (obyekti qamma-fon ölçülən yerə gətirmək mümkün deyilsə, ona yaxınlaşırıq);
detektirləmə blokunu obyektin səthindən 1-1,5 sm məsafədə gəzdirməklə maksimum radiasiya səviyyəsi – telefonun səsvermə tezliyi ən çox olan yerdə cihazın göstərişini qeyd edirik.
formulu ilə obyektin səthinin zəhərlənmə dərəcəsini təyin edirik. Harada: Pö – texnikanın səthinin ölçülmüş zəhərlənmə dərəcəsidir. K – ekranlaşdırma əmsalıdır: zirehli obyektlər (tank, BMP və s.) üçün – 2-yə, avtomobillər üçün – 1,5-ə, FMV və paltar üçün isə 1,2-yə bərabərdir.
Beta-şüalarının təyin olunması Beta-şüalarını təyin etmək üçün detektirləmə blokunun ekranının "Q" və “B” vəziyyətlərində radiasiya səviyyələrini ölçürük. "B" vəziyyətində ölçülmüş radiasiya səviyyəsinin qiymətindən "Q" vəziyyətində ölçülmüş radiasiya səviyyəsinin qiymətini çıxıb beta-şüalanmanın doza gücünü tapırıq.