Tələbə: Abasov Asim. Qrup: 714. Fənn


Bitki və heyvan kulturlarının becərilməsi



Yüklə 118,93 Kb.
səhifə4/5
tarix02.01.2022
ölçüsü118,93 Kb.
#46667
1   2   3   4   5
12.03.2021 Biotexnoloji istehsalın elmi və praktiki aspektləri

Bitki və heyvan kulturlarının becərilməsi
Heyvan hüceyrələri virusların becərilməsində, vaksin istehsalında, interferon alınması üçün və s. istifadə edilir. Ayrı-ayrı hüceyrələrin suspenziyası embrionun xırdalanmış toxumasının həzm fermenti olan tripsinlə emalından alınır. Əgər belə suspenziyada olan hüceyrə qida mühiti olan qabın səthinə yerləşdiirilsə, onda hüceyrə bərpa olunur və bölünərək birqat əmələ gətirir. Adətən metodikaya uyğun becərilmə üçün silindrik butillər tətbiq olunur, butil öz oxu ətrafında yavaş hərəkət edir. Hüceyrənin böyüməsini və biokütlənin çıxımını artırmaq üçün suspenziyaya aşqar - inert sintetik polimerin mikroskopik hissəcikləri əlavə olunur və hüceyrələr onlarda yapışaraq qalır. Məməlilərin hüceyrələri sutkada bir dəfə bölünür. Məməlilərin hüceyrələrinin bölünməsi üçün çoxlu qida maddələri lazım gəldiyindən qida mühitinə amin turşular, zülal və nuklein turşularının sintezi üçün - purin və pirimidin qarışığı; karbohidrat və enerji mənbəyi kimi - qlükoza; osmotik təzyiqi və pH mühitini 7,2-də saxlamaq üçün vitaminlər və mineral duzlar əlavə edilir. Mühitdə bakteriyaların inkişafının qarşısını almaq üçün az miqdarda antibiotiklər və 5-20% zərdab olmalıdır. Optimal inkişaf üçün 370 C temperatur saxlanılır, 360 C-dən aşağı temperaturda hüceyrə çox yavaş, bəzən heç bölünmür, 380 C-də isə hüceyrə məhv olur. İnsan və məməlilərin hüceyrələri xüsusi mühitdə 1800 C-də dondurulmuş halda uzun müddət saxlanır.

Bitki hüceyrələrinin böyük miqyasda becərilməsi yapon alimləri tərəfindən 1976-cı ildə öyrənilmişdir. Onlar bitki hüceyrə biokütləsinin 20 m3 həcmində alınmasına nail olmuşdular. Bitki hüceyrəsi biokütləsinin alınması, həmin miqdarda bakteriya və ya maya hüceyrələrinin alınmasından, bir qədər baha başa gəlir. Buna görə də alimlər insan üçün lazım olan birləşmələrin hüceyrələrdən dağıdılmadan çıxarılmasına çalışırlar. Bununla əlaqədar olaraq bitki hüceyrələrini məsaməli polimerlərin daxilində immobilizə edirlər . Sübut olunmuşdur ki, belə vəziyyətdə hüceyrələrin həyat qabiliyyətini bir neçə yuz gün saxlamaq mümkündür. Burada yalnız bir problem qalır ki, o da hüceyrə daxilində sintez olunan metobolitlərin mühitə keçə bilməməsidir.

Bitki hüceyrə kulturu müxtəlif maddələrin sintezində tətbiq edilir. Belə maddələrə misal olaraq alkoloidlər, digər ikinci metabolitlər, fitohormonlar və s. göstərmək olar. Bitki hüceyrələrindən istifadə edilməsi biotexnologiyanın perspektivli istiqamətlərindən hesab olunur. Belə ki, kulturada böyüyən bitki hüceyrələri bütün bitkinin özündə olmayan maddələr sintez edə bilir.


Yüklə 118,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin