4. Biotik Faktorlar
Biotik amillər dedikdə canlı orqanizmlərin həyatfəaliyyətlərinin bir – birinə təsirinin məcmusu başadüşülür. Biotik amillər bölünür: bitkilər, heyvanlar, mikroblar aləminin amilləri və antropogen amillər. Heyvanlar, bitkilər və mikroorqanizmlərin qarşılıqlımünasibətləri olduqca müxtəlifdir. Bunları birbaşa vədolayı əlaqələrə ayırmaq olar. Birbaşa əlaqə dedikdə birorqanizmin digərinə bilavasitə təsiri nəzərdə tutulur. Birorqanizmin abiotik amillərin rejimini dəyişməklə digərorqanizmlərə təsir dolayısı ilə təsir adlanır.
İstənilənbitki qrupu mühitin abiotik səviyyəsinə təsir göstərir. Məlumdur ki, eyni coğrafi ərazidə yerləşmiş meşədəkiabiotik amillə çöldəki abiotik mühit eyni deyil.Canlı orqanizmlərin qarşılıqlı təsirini onların bir – birlərinə göstərdiyi reaksiya ilə təsnifata bölürlər. Eyninövə məxsus fərdlər arasındakı münasibətlər homotip, ayrı – ayrı növlərin fərdləri arasındakı münasibətlər isəheterotip reaksiyalar adlanır.Bitkilər yerdə ilkin üzvimaddələri yaradır və digər canlı orqanizmləri enerji ilətəmin edərək, onlar üçün qidaya çevrilir. Qida amilimiqdar, keyfiyyət və əlverişlilik nöqteyi – nəzərindən müxtəlif ola bilər (tropik zəncirdən bəhs etdikdə buməsələlər ətraflı izah olunacaqdır).
Biotik təsirnövdaxili və növlərarası olur. Biotik faktorlar 3 əsasistiqamətdə inkişaf edir, yəni 3 əsas səbəbdən əmələgəlir:
1. qida əlaqəsi;
2. sahə əlaqəsi;
3. reproduktiv əlaqə, yəni nəsl vermək üçün yarananəlaqələr.
Qida əlaqəsi növlər arasında sahəyə görə və reproduktivəlaqələr isə növ daxilində, yəni eyni növün fərdləriarasında daha çox təsirlidir. Unutmaq olmaz ki, biotikəlaqələrin qanunauyğunluqları təbii sistemlərə aiddir. Onlar süni şəraitdə məcburiyyət qarşısında qalıb pozulabilər. Qida əlaqədərində hər hansı bir iştirakçınınzəifləməsi, sonrakı heyvanların qida əlaqəsini dəyişəbilər. Qida rəqabətini təbiət özü tənzim edir. Heyvanlarqidalanma vaxtını və onun qaydasını dəyişməklərəqabətdən qaçırlar. Məsələn: qaranquş və yarasa. Hərikisi gündüz heyvanı olmuşlar. Onlar havadan həşəratovlayırlar. Qaranquş surətlə uçduğu üçün həşəratovlaması effektli olmuş, ona görə də qalib gəlmiş, gündüz fəallığını saxlamışdır. Lakin yarasa zəif uçduğuüçün ac qalıb məhv olmalı və ya gecə ov etməli idi. Onagörə gecə heyvanı olmuşdur.Təbiətdə formalaşansahə əlaqələri növ daxilində çox təsirli, növlər arasındaisə az təsirlidir. Ona görəki eyni sahədə bu və ya digərnövün fərdləri həddindən artıq çoxaldıqda onlarınarasında rəqabət güclənir, yaşama effekti aşağı düşür.
Eyni sahədə növlərin sayı nə qədər çox olsa bir oqədər yaxşı olar. Eyni sahədə bioloji növlərin sayıçoxaldıqca onların köməkli yaşaması asanlaşır.Reproduktiv əlaqələr növ daxilində, yəni eyninövlərin fərdləri arasında çox təsirlidir.
Mühitin insanın əmək fəaliyyəti nəticəsində əmələgəlmiş xassələrinə antropogen təsirlər və ya antropogenamillər deyilir. Antropik amillər insanın (cəmiyyətin) onu əhatə edən canlı aləmə özünəməxsus təsiridir(Antropik faktorlar əslində biotik fakrorlara daxildir). Butəsir dörd cür ola bilər; öldürüb istifadə olunması (balıqovu, meşənin qırılması, ot çalınması və s.); heyvanlarınəhliləşdirilməsi və bitkilərin mədəniləşdirilməsi, canlıların introduksiyası; seleksiya – yeni cins və sortyetişdirilməsi. İnsanın atmosferə, litosferə, hidrosferə, litosferə və ya kosmosa təsiri antropik faktor deyilir, onagörə ki, bunlar canlıya birbaşa təsir etmir, vasitəlitəsirlərdir. Belə hallarda insanın özünə təsiri baş verir. Buna antropik yox antropogen təsir deyilir. Antropogenfaktorlar ilk növbədə canlı sistemdə gedən biokimyəvivə fizioloji proseslərə (tənəffüs, fotosintez, həzm, və s.) təsir edir.
Dostları ilə paylaş: |