1
DEMOKRATİK TƏŞƏBBÜSLƏR İNSTİTUTU (IDI)
AZƏRBAYCAN RESPUBLİKASI
PARLAMENT SEÇKİLƏRİ
1 noyabr, 2015-ci il
SEÇKİLƏR ÖNCƏSİ
H E S A B A T
Bakı şəhəri
31 avqust 2015-cu il
Ünvan: Azərbaycan, Bakı, AZ 1026, Nobel pr-ti 84/9
Tel: (+994 55) 234 76 76;
E-mail:
demti.info@gmail.com
Facebook page:
https://www.facebook.com/AKIFIDI?pnref=lhc
2
MÜNDƏRİCAT
I. XÜLASƏ
.............................................................................................................3
II GİRİŞ
..................................................................................................................4
III. SİYASİ KONTEKST
......................................................................................5
IV. SEÇKİ SİSTEMİ VƏ HÜQUQİ ÇƏRÇİVƏ
.......................................................6
A. SEÇKİ SİSTEMİ
........................................................................................6
B
.
HÜQUQİ ÇƏRÇİVƏ
..........................................................................................6
V. PARLAMENT SECKİLƏRİNƏ HAZIRLIQ
.........................................................7
A. SEÇKİ ADMİNİSTRASİYASI
.......................................................................7
B. SEÇİCİ QEYDİYYATI
................................................................................7
C. SEÇKİ DAİRƏLƏRİNİN TƏŞKİLİ
...............................................................8
VI. SECKİQABAĞI SİYASİ-HÜQUQİ MUHİT
.........................................................9
A. SİYASİ ŞƏRAİT
..........................................................................................9
B. MƏHKƏMƏ HAKİMİYYƏTİNİN DURUMU
...............................................10
C. İHAM SEÇKİ QƏRARI
............................................................................11
D. VƏTƏNDAŞ CƏMİYYƏTİ
.........................................................................11
1. HÜQUQİ ÇƏRÇİVƏ
..............................................................................11
2. İÇTİMAİ MÜHİT
.................................................................................12
E. SƏRBƏST TOPLAŞMA
.............................................................................13
1. HÜQUQİ ÇƏRÇİVƏ
............................................................................13
2. SƏRBƏST TOPLAŞMA MÜHİTİ
...........................................................13
VII. MEDİA
........................................................................................................14
A. HÜQUQİ ÇƏRÇİVƏ
..................................................................................14
B. MEDİA MÜHİTİ
..................................................................................14
VIII. SECKİÖNCƏSİ VƏZİYYƏTİN MONİTORİNQİ ÜZRƏ NƏTİCƏLƏR
VƏ TÖVSİYYƏLƏR
..................................................................................15
3
I. XÜLASƏ
Azərbaycanın tək palatalı parlamenti olan Milli Məclis 125 bir mandatlı seçki dairəsindən
beş illik müddətə seçilir. Əvvəlki parlament seçkiləri 2010-ci ilin 7 noyabrda keçirilmişdir. 2015
Parlament seçkiləri isə 29 avqust 2015-ci il tarixdə imzalanmış Prezident sərəncamı ilə
Konstitusiyaya uyğun olaraq noyabr ayının ilk bazar günü - 1 noyabr 2015-ci ilə təyin edildi.
Seçkilərin texniki təşkilini təkmilləşdirmək üçün tədbirlər görülsə də, Azərbaycanda hələ
də seçkilərin demokratik mühitinin yaradılmasında ciddi çətinliklər mövcuddur.
Son 12 ildə 17 dəfə Seçki Məcəlləsinin 200-dək müxtəlif maddəsinə ictimai konsensuns
əldə etmədən əlavə dəyişikliklər edilmişdir. Məcəlləyə edilən dəyişikliklər isə çox halda mövcud
olan normaları daha da antidemokratik vəziyyətə gətirən, azadlıqları daraldacaq normalar ol-
muşdur. Seçki müddətinin 60 günədək qısaldılması, buna uyğun olaraq imza toplama müddətinin
2 dəfə azaldılması, siyasi təşviqat müddətlərinin 22 günə salınması, təşviqat üçün mövcud olan
platformaların sayının azaldılması, sərbəst toplaşma yerlərinin hər rayonda cəmi bir yer ilə
məhdudlaşdırılması, dövlətin Kütləvi İnformasiya Vasitələrində (KİV) təşviqat imkanlarının mə-
cəllədən çıxarılması, könüllü pul depozitinin ləğv olunması və digər mövcud imkanların məh-
dudlaşdırılması baş vermişdir.
Rəsmi kampaniya dövrü yığıncaqlar və toplantılar keçirmək və kütləvi informasiya
vasitələrində çıxış etmək imkanı nöqteyi-nəzərindən namizədlərə və partiyalara xüsusi hüquqlar
verir. Seçkilər arasındakı müddətdə mülki və siyasi hüquqların icrası ilə bağlı mövcud maneələri
nəzərə alaraq, Seçki Məcəlləsindəki son dəyişikliklər namizədlər və partiyaların öz fikirlərini
seçicilərə çatdırmaq imkanını faktiki olaraq məhdudlaşdırır.
Mərkəzi Seçki Komissiyasının (MSK) qəbul etdiyi bəzi normativ xarakterli aktlar
qanunvericiliklə uyğunsuzluq yaradaraq Seçki Məcəlləsinin tələblərini daha da
məhdudlaşdırmaqla seçki prosesinin demokratikliyinə mənfi təsir edir.
Azərbaycanda seçkilər Mərkəzi Seçki Komissiyası Dairə Seçki Komissiyaları və
Məntəqə Seçki Komissiyalarından ibarət olan üçpilləli seçki administrasiyası tərəfindən həyata
keçirilir. Seçki komissiyalarının tərkibi problemli məsələ olaraq qalır, çünki təcrübədə bu format,
hökumət tərəfdarı olan qüvvələrə bütün səviyyələrdə həlledici üstünlük verir və seçki
administrasiyasının tərəfsiziliyinə və qərəzsizliyinə olan etimadı sıfıra endirir.
Seçkilər üçün hazırlıqlar 2015-ci ilin yanvar ayından etibarən davam etməkdədir və MSK
aşağı səviyyəli komissiyalar üçün təlimlər təşkil edir. Seçicilərin siyahısı yenilənsə də, dövlət
qurumları arasındakı seçici sayındakı fərq qalmaqdadır. Seçicilərin siyahıda adlarını yoxlamaq
və düzəlişlər, əlavələri tələb etməsi üçün imkanlar mövcuddur.
Qarşıdan gələn seçkilər beynəlxalq qurumların və yerli ictimai-siyasi təşkilatların
çağırışlarına baxmayaraq, hakim partiya ilə əsas müxalif qüvvələr və vətəndaş cəmiyyəti
arasında dialoqun yoxluğu ilə səciyyələnən siyasi mühitdə cərəyan edir.
Ölkədə siyasi məhbus probleminin ciddi hal aldığı və onların azad olunması barədə yerli
və beynəlxalq ictimaiyyətin mütəmadi çağırışları durmadan artmasına baxmayaraq əhəmiyyət
verilmir.
Müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti iflic edilib və onların gələcək
fəaliyyət imkanları qeyri-müəyyən vəziyyətə salınıb.
Ölkə miqyasında sərbəst toplaşmaq azadlığı tam şəkildə məhdudlaşdırılıb, yalnız Bakı
şəhərində 1 məkanda yarımqapalı mitinqlər keçirilməsinə imkan verilir. Müxalif siyasi
partiyaların və müstəqil QHT-lərin bir çoxunun Bakıda ofis yerləri yoxdur və fəaliyyətləri
regionlarda davamlı məhdudlaşdırılır. Həmçinin qapalı məkanlarda konfrans, dəyirmi masa və s.
formatlarda ictimai toplantılar keçirmək sadəcə siyasi partiyalar deyil, vətəndaş cəmiyyəti
təmsilçiləri üçün də demək olar ki, mümkünsüz hala gəlib. Siyasi gündəmli toplantıların hətta 5
ulduzlu brend markalı otellərin toplantı salonlarında belə keçirilməsinə imkan verilmir.
Həbslər, diffamasiya üzrə məhkəmə prosesləri, maliyyə sanksiyaları, bank hesablarına
həbs qoyulmalar, müəyyən bəhanələrlə uzun-uzadı istintaqlara cəlb edilmələr və jurnalistlər
4
üzərində digər təzyiq formaları Azərbaycanda media azadlığına ciddi təsir edir və demokratik
seçki prosesinə xas olan ideyaların sərbəst ifadə edilməsi üçün əlverişli olmayan mühit yaradır.
Məhkəmələr hakimiyyətin üçüncü müstəqil qolu və ədalətin bərpası olmaqdan çıxaraq
ələbaxımlı duruma düşmüşdür. Cəmiyyətdə məhkəmələrə etibar ciddi şəkildə sarsılmış
vəziyyətdədır.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (İHAM) bu yaxınlarda 2010-ci il seçkiləri ilə
əlaqədar iş üzrə qərar çıxarmışdır ki, bu da namizədlər üçün seçki hüququnun təmin edilməsində
məhkəmələr və seçki komissiyalarından həlledici üstünlüyə malikdir.
Avropa Şurası Nazirlər Komitəsi İHAM tərəfindən pozuntu kimi müəyyən edilmiş seçki
işləri üzrə baş vermiş pozuntuların struktural/kompleks xarakterli olduğu nəticəsinə gəlmişdir.
II. GİRİŞ
Demokratik Təşəbbüslər İnstitutu (IDI) 05.11.2013-cü ildə bir qrup tanınmiş hüquqşünas
və ictimai xadim tərəfindən yaradılıb. Rəsmi qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə
dəfələrlə müraciət edilməsinə baxmyaraq, qanunsuz olaraq təşkilatın qeydiyyata alınmasından
imtina edilmişdir. Ona görə də bununla əlaqədar məhkəməyə müraciət olunmuşdur. Bütün daxili
məhkəmə instansiyalarına baş vurulsa da, məhkəmə Ədliyyə Nazirliyinin imtinasını qüvvədə
saxlamışdır. 06 aprel 2015-ci il tarixdə IDI hüquqarının təmin olunması üçün İnsan Hüquqları
üzrə Avropa Məhkəməsinə (IHAM) müraciət etmişdir. Təşkilatın fəaliyyətinin əsas məqsədi
demokratik təsisatların, vətəndaş cəmiyyəti və seçki institutlarının səviyyəsinin yüksəldilməsinə;
insan huquqları və ifadə azadlığının təmininə; yerli özünü idarənin təkmilləşməsinə, ölkənin
sosial-iqtisadi və hümanitar inkişafına; bütün sahələrdə şəffaflığın artırılmasına; problemlərin
həllində gənclərin və qadınların rolunun artırılmasına; konfliktlərin dinc yolla həllinə dəstək
verməklə sülh və barışın qorunmasına; Azərbaycan cəmiyyətinin demokratik dünyaya
inteqrasiyasına yardım etməkdən ibarətdir.
IDI aşağıdakı istiqamətlər uzrə fəaliyyət gostərir:
Demokratik təsisatların formalaşdırılmasına yardım etmək;
Vətəndaş cəmiyyətinin inkişafına dəstək olmaq;
İdarəetmədə şəffaflığın təmin olunmasına kömək etmək;
Liberal islahatların həyata keçirilməsinə təkan vermək;
İnsan hüquq və azadlıqlarının təmin olunmasına çalışmaq;
Söz və mətbuat azadlığı da daxil olmaqla, ümumən ifadə azadlığının təmininə yardım
etmək;
Azad, ədalətli və şəffaf seçkilərin keçirilməsinə yardım etmək;
Seçən və seçilən tərəflərlə mütəmadi işləmək və onlar arasında qarşılıqlı görüş və
tədbirlərin keçirilməsinə nail olmaq, seçkili orqanların fəaliyyətini araşdırmaq və tədqiq
etmək.
Cəmiyyətdə humanizmi, bəşəri dəyərləri və sülhü təbliğ etmək;
Konfliktlərin dinc yolla həllinə dəstək vermək;
IDI 23 dekabr 2014-cü il tarixdə keçirilmiş Bələdiyyə seçkilərini müşahidə edib. Bu seckilər
dövründə 78 nəfər künüllü muşahidəçiyə 15 təlim kecirilib və onların seçki komissiyalarında
akkreditə olunmaları ucun hüquqi-texniki yardım gostərilib.
Bundan əlavə, ölkədə seçicilərin sayına dair real vəziyyəti öyrənmək məqsədilə IDI 2014-cü
ildə “Seçici Qeydiyyatının Auditi” adlı araşdırma aparmışdır. SQA seçicilərin qeydiyyatının
kəmiyyət və keyfiyyət baxımından monitorinqi prosesidir. Araşdırmanın nəticələrini 2015-ci
ildə Azərbaycan və ingilis dillərində kitab formasında nəşr etdirmişdir.
1
1
http://cloud.arqument.az/file/files/KITAB%20CAP%20VARIANTI.pdf
5
İDİ 2015-ci ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərinin azad, ədalətli və şəffaf
keçirilməsinin təmin edilməsi üçün seçkiöncəsi mühitin və seçki prosesinin gedişini
tənizimləyən mövcud qanunvericilik bazasının beynəlxalq standartlar çərçivəsində götürülmüş
öhdəliklərə cavab verməsi istiqamətində araşdırma aparmışdır. Araşdırmanın ilkin nəticələrinin
ayrı-ayrılıqda seçkinin əsas tərəfləri olan 12 siyasi partiya və təşkilat rəhbərlərilə, 10-dan artıq
Vətəndaş Cəmiyyəti (VC) liderlərilə müzakirə etmişdir. Görüşlərdən sonra araşdırmanı
yekunlaşdıraraq 18 avqust 2015-ci il tarixdə ölkənin aparıcı siyasi partiya və VC liderlərinin
iştirakı ilə “Seçkilərə dair qanunvericiliyin analizi: beynəlxalq normalar, problemlər və
perspektivlər” adında geniş ictimi müzakirə (forum) təşkil etmişdir. Hazırda həmin araşdırmanın
nəticələri Azərbaycan və ingilis dillərində kitab formasında nəşr edilməkdədir.
IDI Azərbaycan Respublikasının 12 bölgəsində - Bakı, Sumqayıt, Gəncə, Qazax, Şəki, Qax,
Cəlilabad, Goycay, Beyləqan, Tərtər və Xacmaz şəhər və rayonlarında, həmçinin Naxçıvan MR
ərazisində yerli vətəndaş qrupları, habelə mustəqil KİV və yerli QHT-lər ilə əməkdaşlıq edir.
1 noyabr 2015-ci ildə keciriləcək Parlament seckiləri ilə bağlı IDI şərtlər imkan verdiyi
çərçivədə, daxili resurslar hesabına seckilərin muşahidəsilə yanaşı, seçkidə iştirak edən tərəflərin
– seçicilərin, seçki komissiyasının üzvlərinin, siyasi partiya nümayəndələrinin, namizədlərin,
səlahiyyətli nümayəndələrin, vəkil edilmiş şəxslərin, məşvərətçi səs hüquqlu komissiya
üzvlərinin, müşahidəçilərin və QHT təmsilçilərinin maarifləndirilməsinə yardım edəcəkdir.
Həmçinin qeyd olunan tərəflərin seçki hüquqlarının pozulması zamanı onlara hüquqi yardım
göstərməyə çalışacaqdır.
III. SİYASİ KONTEKST
Prezidentli respublika olan Azərbaycanda hakimiyyətin üç əsas qolu var: icraedici,
qanunverici və məhkəmə hakimiyyətləri (məhkəmə hakimiyyətindən başqa digər hakimiyyət
orqanları seckili orqanlardır). Azərbaycan Respublikası icraedici hakimiyyətin daha geniş
səlahiyyət həyata keçirdiyi güclü prezident sisteminə malikdir. Digər çoxsaylı öhdəlikləri və
səlahiyyətləri ilə yanaşı, Prezident Nazirlər Kabinetini təyin edir, mərkəzi səviyyədə icra
hakimiyyətini təyin edir və regionlarda icra səlahiyyətini həyata keçirən İcraedici
Hakimiyyətlərin başçılarını vəzifəyə təyin edir, vəzifədən azad edir və onların səlahiyyət
dairəsini müəyyən edir.
Qarşıdan gələn seçki bir siyasi qüvvənin üstünlük təşkil etdiyi bir mühitdə baş verir.
Parlamentdə təmsil olunan 11 partiyadan biri olan hakim Yeni Azərbaycan Partiyasının (YAP)
rəhbəri hazırkı dövlət başçısıdır və bu partiya 125 yerlik ölkə parlamentində 69 deputatla çoxluq
təşkil edir. Parlamentdə təmsil olunan sayca ikinci böyük qrup 42 müstəqil deputatdan ibarətdir
ki, onlar da, adətən, səsvermədə hakim partiyanın tərəfində çıxış edirlər. Qalan 12 yeri on siyasi
partiya tutmuşdur. Mövcüd parlamentdə 5 yer hal-hazırda boşdur. Müxalif siyasi partiyalar olan
Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) 2010-cu il seçkilərində parlamentdə
təmsil olunmaq imkanını itirmişdirlər. 2009-cu ildə yaradılmış müxalif Respublikaçı Alternativ
(REAL) Hərəkatının sədri və prezidentliyə namizədi İlqar Məmmədov 2013-cü ilin fevral
ayından barəsində İHAM-ın dərhal azad olunmasıyla bağlı qərar olmasına baxmayaraq, hələ də
həbsdə saxlanılır. O, İsmayıllıda baş verən vətəndaş etiraz aksiyalarından bir gün sonra ora
gedib, vətəndaşlarla görüşdüyünə görə “hadisələrin təşkilatçısı” kimi qondarma ittihamla 7 il
həbs cəzasına məhkum edilib.
Parlament seçkiləri Ermənistanla Azərbaycab arasında davam etməkdə olan Qarabağ
münaqişəsi və Azərbaycan ərazisinin 20%-ə yaxın hissəsinin işğal olunduğu bir şəraitdə həyata
keçiriləcək. Bu vəziyyət həmin ərazilər üzrə seçkilərin keçirilməsini, xüsusilə də, çox saylı
məcburi köçkünlər üçün səsvermənin təşkilini çətinləşdirir. Həmçinin işğal faktı Dağlıq
Qarabağın erməni əhalisinin seçkilərdə iştirakına şərait yaratmağa imkan vermir.
6
IV. SEÇKİ SİSTEMİ VƏ HÜQUQİ ÇƏRÇİVƏ
A. SEÇKİ SİSTEMİ
Tək palatalı parlament olan Milli Məclis beşillik müddət ərzində fəaliyyət göstərən 125
deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi üzrə birmandatlı seçki dairələrindən
birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə secilirlər. Seçkilərdə ən çox səs toplamış
namizəd seçilmiş hesab edilir. Əgər seçki dairəsində heç bir namizəd qeydiyyata alınmayıbsa və
ya yalnız bir namizəd qeydiyyata alınıbsa, o zaman həmin dairədə seçkilər təxirə salınır və
proses təkrarlanır. Seçkilərin baş tutmuş hesab edilməsi üçün yetərsay tələb olunmur.
Əvvəlki parlament seçkiləri 7 noyabr 2010-cu il tarixdə keçirilmişdir. Beşinci cağırış
Parlament seckiləri 29 avqust 2015-ci il tarixdə imzalanmış Prezident sərəncamı ilə ölkə
Konstitusiyasının 84-cu maddəsinə uyğun olaraq noyabr ayının ilk bazar günü - 1 noyabr 2015-
ci ilə təyin edildi.
B. HÜQUQİ ÇƏRÇİVƏ
2015-ci il parlament seçkilərinin keçiriləcəyi əsas qanunvericilik Azərbaycan
Respublikasının Konstitusiyası (1995, son dəfə 2009-cu ildə dəyişikliklər edilmişdir) və Seçki
Məcəlləsindən (2003, son dəfə 2015-ci ildə dəyişikliklər edilmişdir) ibarətdir. Seçkilər üçün
hüquqi çərçivəyə “Sərbəst toplaşma azadlığı haqqında” Qanun, “Televiziya və radio yayımı
haqqında” Qanun, “Kütləvi informasiya vasitələri haqqında” Qanun, Mülki Prosesual Məcəllə,
Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinin müvafiq müddəaları, habelə Mərkəzi Seçki
Komissiyasının (MSK) normativ xarakterli aktları daxildir.
Seçki Məcəlləsinə əlavə və dəyişikliklər
Bütün növdən olan seçkilərin keçirilməsini tənzimləyən Seçki Məcəlləsi 27 may 2003-cü
il tarixdə təsdiq edilmiş və qüvvəyə minmişdir. Aradan keçən 12 ildə 17 dəfə Seçki Məcəlləsini
dəyişdirən və ya əlavələr edən təşəbbüslər Milli Məclis tərəfindən reallaşmışdır. Ən son
dəyişiklik 03 aprel 2015-ci il tarixdə edilmişdir.
Ümumiyyətlə, son 12 ildə Seçki Məcəlləsinin 200-dək müxtəlif maddəsinə əlavə, dəyi-
şiklik və ya düzəliş edilmiş, yaxud bütünlüklə maddə Məcəllədən çıxarılmışdır. Lakin bütün bu
addımlar atılmamışdan öncə, cəmiyyətdəki alternativ siyasi fikir daşıyıcılarının, seçki sahəsində
ixtisaslaşmış ictimai qurumların, beynəlxalq seçki missiyalarının fikirlərinə əhəmiyyət verilmə-
miş, edilən dəyişikliklər üçün ictimai konsensus axtarılmamışdır. Halbuki Məcəllənin qəbulun-
dan keçən 12 ildə cəmiyyətin müxtəlif siyasi təbəqələrindən, ictimai institutlardan, hüquqşünas-
lardan, habelə beynəlxalq və regional təşkilatlardan, onların seçki sahəsindəki peşəkar qurum və
ekspertlərindən Azərbaycanda seçki sisteminin təkmilləşdirilməsi, seçki məcəlləsinin ciddi şəkil-
də yenilənməsi və ictimai-siyasi konsensus yaradılaraq, cəmiyyətin seçkilərə, onun nəticələrinə
olan inamsızlığını aradan qaldıracaq səmərəli təkliflər gəlmiş, layihələr hazırlanıb, ictimai müza-
kirələrə çıxarılmış, tövsiyələr təqdim etmişdır. Lakin rəsmi iradə sahibi olan tərəf bu təkliflərə
hər zaman qapısını bağlamış, cəmiyyəti rahatladacaq, siyasi tərəflərdə inam yaradacaq ciddi də-
yişikliklərə getməmişdir.
Məcəlləyə edilən dəyişikliklər isə bir çox halda mövcud olan normaları daha da anti-
demokratik vəziyyətə gətirən, yaxud imkanları, azadlıqları daraldacaq şəklə salan normalar ol-
muş, yaxud şəxslərə nəzərən qanunvericiliyə gətirilmişdir. Seçki müddətinin 60 günədək qısal-
dılması, buna uyğun olaraq imza toplama müddətinin 2 dəfə azaldılması, siyasi təşviqat müddət-
lərinin 22 günə salınması, təşviqat üçün mövcud olan platformaların sayının azaldılması, sərbəst
toplaşma yerlərinin hər rayonda cəmi bir yerə düşürülməsi, dövlət kütləvi informasiya vasitələ-
7
rində təşviqat imkanlarının məcəllədən çıxarılması, könüllü pul depozitinin ləğv olunması və di-
gər mövcud imkanların məhdudlaşdırılması bunlardan, sadəcə, bəziləridir.
Müsbət irəliləyiş kimi 2008-ci ildə keçirilmiş prezident seçkilərindən sonra Mülki
Prosessual Məcəlləyə Seçki Məcəlləsində seçki ilə bağlı mübahisələrlə əlaqədar məhkəmə
yurisdiksiyasına dair müddəalardaki ziddiyətlər aradan qalxdı və bu müvafiq müddəanın
tətbiqini asanlaşdırdı.
MSK-nın normativ xarakterli aktları
Seçki Məcəlləsinin 25.3-cü maddəsinin tələblərinə əsasən MSK öz səlahiyyətləri
daxilində bu Məcəllənin həyata keçirilməsinə dair təlimatlar və metodiki göstərişlər qəbul edir
və onları dərc etdirir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası
Konstitusiya Qanununun 4.3-cü maddəsinə uyğun olaraq, normativ hüquqi akt əsasında qəbul
edilməlidir və onun müvafiq normasına istinad etməlidir. Həmin Qanunun 4.4-cü maddəsinə
uyğun olaraq, Komissiyanın aktları Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə o
cümlədən Seçki Məcəlləsilə ziddiyyət təşkil edə bilməz. Ancaq təsdiq olunmuş Komissiyanın
aktlarının monitorinqi zamanı məlum olmuşdur ki, həmin aktlarla seçkilərə dair əsas normativ
hüquqi akt hesab olunan Seçki Məcəlləsinin tələbləri arasında ciddi uyğunsuzluqlar var. Bu
uyğunsuzluqlar və Seçki Məcəlləsinin tələblərinin daha da məhdudlaşdırılması daha çox “Seçki
komissiyası protokolunun doldurulması”, “Exit-poll”, “Seçki komissiyalarında şikayətlərin
araşdırılması”, “Mətbuat qrupu”, “Veb-kamera” və “Səlahiyyətli nümayəndələrinin statusu”
haqqında olan normativ xarakterli aktlarda rast gəlinir. Bu barədə daha ətraflı məlumatı İDİ-nin
apardığı araşdırmadan əldə etmək olar.
.
Dostları ilə paylaş: |