V. PARLAMENT SECKİLƏRİNƏ HAZIRLIQ
A. SEÇKİ ADMİNİSTRASİYASI
Parlament seçkiləri Mərkəzi Seçki Komissiyası (MSK), 125 Dairə Seçki Komissiyası
(DSK) və seçkilər gününə yaxın formalaşan məntəqələr də daxil olmaqla təxminən 5300
Məntəqə Seçki Komissiyasından (MnSK) ibarət üç pilləli struktura malik qurum tərəfindən idarə
olunur. Bütün komissiyalar beşillik müddətə seçilən, müvafiq olaraq 18, 9 və 6 nəfərdən ibarət
daimi orqanlardır. MSK üzvləri, DSK sədr və katibləri istisna olmaqla, digər komissiya üzvləri
daimi əməkhaqqı almır, sadəcə, seçkilər dövründə qısamüddətli əməkhaqqı alırlar. MSK üzvləri
parlament tərəfindən seçilir, DSK-lar Mərkəzi Seçki Komissiyası və MnSK-lər isə müvafiq
DSK-lar tərəfindən təyin edilir. Komissiya üzvlərinin üçdə biri parlament çoxluğunu, üçdə biri
parlament azlığını və üçdə biri isə müstəqil deputatları təmsil edir. Qanuna əsasən, bütün
komissiya sədrləri parlament çoxluğunun namizədidirlər. Beləliklə, parlament çoxluğu “de-
fakto” bütün seçki komissiyalarında səs çoxluğuna malikdir.
Seçki üçün texniki hazırlıq prosesi gedir, seçki administrasiyası müvafiq son tarixləri
gözləməklə bərabər, tələb olunan əlavə normativ sənədləri qəbul etməkdədir. MSK iclasları
mətbuat və müşahidəçilərə açıqdır. Qərarlar dövlətin maliyyələşdirdiyi mətbuat və MSK-nın
internet səhifəsi vasitəsilə ictimaiyyətə açıqlanır. Bununla belə, MSK üzvləri çox vaxt iclasdan
əvvəl müzakirə üçün zəruri olan ilkin qərarlar və bütün sənədlərlə təmin edilmirlər. MSK DSK
və MnSK-lar üçün səsvermə prosedurları haqqında ümumrespublika təlimləri silsiləsindən
birincisini artıq avqust ayında keçirmişdir.
B. SEÇİCİ QEYDİYYATI
Məhkəmə qərarı ilə bu hüquqdan məhrum olan şəxslər istisna olmaqla, 18 yaşına çatmış
Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək hüququ vardır. Seçici qeydiyyatı passiv
8
xarakter daşıyır və seçici siyahıları MSK-nın idarə etdiyi seçicilərin daimi qeydiyyat bazası
əsasında tərtib olunur. Vətəndaşın seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilməsi üçün
həmin vətəndaşın yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanın
müəyyənləşdirdiyi müvafiq seçki məntəqəsinin ərazisində daimi yaşaması (seçkilərin elan
olunması günündən əvvəlki 12 ayın azı 6 ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması)
faktı əsas götürülür.
Secki Məcəlləsinə əsasən seçicilərin daimi siyahısı MSK-nın muəyyənləşdirdiyi formada
hər il mayın 30-dək hər bir secki məntəqəsi uzrə təsdiq edilir və səsvermə gününə azı 25 gün
qalmış dəqiqləşdirilir. 2015-ci il may ayının 27-də təsdiq olunmuş məlumata görə, ölkə üzrə
vahid seçicilər siyahısına 5093289 seçici daxil edilib ki, onların da 48,3 faizi kişi, 51,7 faizi isə
qadınlardır. Ancaq bu rəqəm Azərbaycan Respublikası Dovlət Statistika Komitəsinin acıqladığı
rəqəmlə kəskin surətdə fərqlənir. Dövlət Statistika Komitəsinin verdiyi məlumata gorə, əhalinin
(9 593 000) 6 715 400 – nün yaşı 18-dən yuxarıdır.
2
Yəni əhalinin 70 faizi (49,78 % kişi, 50,22
% qadın) seçicidir. Ancaq MSK-nın acıqladığı rəqəmdən məlum olur ki, seçicilər əhalinin 53
faizini təşkil edir. Bununla da ölkədə seçicilərin sayı ilə bağlı yuxarıda adı cəkilən orqanların
acıqladığı rəqəmlərdə 17 faiz fərq ortaya cıxır. Qeyd edək ki, seçkilərdə iştirak edən tərəflərin,
yerli QHT-lər və media təmsilcilərinin, ATƏT/DTİHB-nin SMM-nın narahatlıqlarına
baxmayaraq, yuxarıda adı çəkilən orqanlar bu uyğunsuzluqlara aydınlıq gətirməyiblər.
Məntəqə seçki komissiyası səsvermə gününə azı 35 gün qalmış seçicilərin tanış olması və
əlavə dəqiqləşdirmələr aparılması üçün seçici siyahılarını səsvermə otağından kənarda,
seçicilərin yaxşı görə biləcəyi və gediş-gəliş üçün asan olan yerlərdə məlumat lövhələrində
yerləşdirməlidir. Seçicilər adlarının siyahıda olub-olmamasını MSK-nın İnternet səhifəsi və
yaxud “qaynar xətt”i vasitəsilə də yoxlaya bilərlər.
Seçki məntəqəsinin ərazisində yaşamalarını təsdiq edə bilən və seçki hüququ olan
vətəndaşlar adı daimi seçici siyahısında yoxdursa seçki günü MnSK-da olan əlavə seçici
siyahısında qeydiyyatdan keçə bilərlər.
C. SEÇKİ DAİRƏLƏRİNİN TƏŞKİLİ
IDI seckiqabağı dövrdə bəzi dairə secki komissiyalarının təşkili ilə bağlı catışmazlıqlar
qeydə alıb. Belə ki, Secki Məcəlləsinin 29.5-ci maddəsində qeyd edilir: “Mərkəzi Seçki
Komissiyası, seçicilər barəsində məlumatlar əsasında, hər beş ildən bir, vahid seçicilər siyahısı
tərtib edildikdən sonra 30 gün müddətində seçki dairələrinin yaradılması sxemini və onun qrafik
təsvirini təsdiq etməlidir.”
Həmin Məcəlləsinin 29.1-ci maddəsində göstərilir: “MSK hər 5 ildən bir 125 secki
dairəsi yaradır. Secki dairəsi bir qayda olaraq secicilərin orta təmsilcilik norması əsasında
yaradılır. Secicilərin orta təmsilcilik norması secicilərin sayının 125-ə bolunməsi yolu ilə
muəyyənləşdirilir.”
Məcəlləsinin 29.3.1-cu maddəsinə gorə isə “Azərbaycan Respublikasının inzibati ərazi
vahidinin hududları daxilində, bir qayda olaraq, orta təmsilcilik normasından 5 faizdən, yolu
cətin və ucqar yerlərdə isə 10 faizdən cox (az) olmamaq şərti ilə onların ərazisində qeydə
alınmış secicilərin sayı secki dairələrində təqribən bərabər olmalıdır”.
Araşdırma zamanı məlum olur ki, seçki dairələrinin yaradılması sxemini və onun qrafik
təsvirini təsdiqi sonuncu dəfə 18 avqust 2010-cu il tarixdə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 17/65 saylı Qərarı ilə həyata keçirilmişdir. Buradan aydın olur ki, 27 may
2015-ci il tarixdə təsdiq olunmuş vahid seçicilər siyahısının tərtib edilməsindən sonra 30 gün
yox, artıq 3 ay müddət keçmişdir. Həmçinin Məcəllənin 29.1-ci maddəsinin tələblərində olan 5
ildən bir müddəti də keçmişdir.
2
http://www.azstat.org/MESearch/details
9
Belə olduğu halda, MSK bəzi seçki dairələrini qanunun tələb etdiyi qaydada təşkil
etmədiyinə görə, seçki dairələri ərazində seçicilərin sayında uyğunsuzluqlar yaranıb. Məsələn,
adıgedən maddəyə əsasən seçki dairələri ərazisində seçicilərin orta təmsilçilik sayı 40746 nəfər
olmalıdır. Ancaq MSK-nın açıqladığı son rəsmi məlumatda seçki dairələri üzrə seçicilərin
sayında orta təmsilçilik norması pozularaq kəskin fərqlər muşahidə olunub. Məsələn, 5 saylı
Şahbuz-Babək seçki dairəsi ərazisində seçicilərin sayı 26980 nəfər, 78 saylı Lerik seçki dairəsi
üzrə - 30093, 38 saylı Nizami birinci seçki dairəsi üzrə isə - 31943 nəfər göstərilib. Ancaq 9 saylı
Binəqədi ikinci seçki dairəsi - 48053, 26 saylı Sabuncu birinci seçki dairəsi – 49042, 54 saylı
Şabran-Siyəzən seçki dairəsi – 49599, 125 saylı Zəngilan – Qubadlı seçki dairəsində isə
seçicilərin sayı 50579 nəfərdir.
3
Qeyd edək ki, qanunda istisna hallar kimi göstərilmiş, hətta 10 faiz dəyişikliyin tətbiq
olunması zamanı belə, bu qədər fərq yaranmır. Çunki 10 faiz fərq olduğu təqdirdə 40746 nəfərin
uzərinə ya 4075 nəfər əlavə edilir və ya cıxılır.
Nəticə isə onu ifadə edir ki, seçki dairələri arasında olan balansın pozulması həm seçilən,
həm seçən tərəflər üçün bərabərlik prinsipini pozmuş olur, həm də işləmək imkanlarını
çətinləşdirir və bu da səsvermə hüququnun bərabər olmasını şübhə altına qoyur.
VI. SECKİQABAĞI SİYASİ-HÜQUQİ MUHİT
A. SİYASİ ŞƏRAİT
1 noyabr 2015-ci ildə Milli Məclisə keciriləcək seçkilər insan hüquq və azadlıqları
sahəsində 9 oktyabr 2013 prezident seckilərdən sonra yaranmış siyasi böhran dövrünə təsadüf
edir. Prezident seçkilərindən sonra Azərbaycanda siyasi hüquqlar və fəaliyyət azadlıqları ciddi
şəkildə məhdudlaşdırılmış, siyasi rəqiblərə qarşı təqib və təzyiqlər genişlənmişdir. Bu dövrdən
etibarən, vətəndaş cəmiyyəti institutları, müstəqil media və müxalif təşkilatlar təzyiq siyasətinin
hədəfinə çevrilmişdir. İctimai sektorda, media sektorunda fəaliyyət göstərən çoxsaylı beynəlxalq
QHT-lərin hesablarına həbs qoyulmuş, ofisləri bağlanmış, avadanlıqları zəbt olunmuş və
fəaliyyətləri dayandırılmışdır. Donorların ölkə QHT-lərinə qrant verilməsi yolları hüquqi
baxımdan əngəllənmişdir. Nəticədə tanınmış hüquq müdafiəçiləri, ekspertlər, hüquqşünaslar,
vəkillər və ictimai şəxslərin daxil olduğu İşçi Qrupunun 12 avqust 2014-cü il tarixdə hazırladığı
98 nəfərlik siyasi və vicdan məhbusunun siyahısı meydana gəldi.
4
Sənəd siyasi işlərə çıxan vəkil,
hüquqşünaslar və hüquq müdafiəçiliyi ilə məşğul olan QHT təmsilçisi olan 28 nəfər tərəfindən
imzalanıb. Siyasi məhbuslar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-
ci il tarixli 1900 saylı Qətnaməsində təsbit edilmiş kriteriyalar əsasında müəyyən edilib. Xeyli
sayda yerli və beynəlxalq təşkilatlar bu siyahını Azərbaycanda siyasi məhbusların vahid siyahısı
kimi qəbul edib.
Bu il Mayın 8-də siyasi məhbusların vahid siyahısını hazırlayan İşçi Qrupu bəyan edib ki,
indiyədək verilən əfv sərəncamları ilə və cəza müddətlərinin başa çatması nəticəsində elan
olunmuş 98 nəfərlik siyahıda adları olan şəxslərdən 26 nəfəri azadlığa çıxıb. Buna görə də
onların adları siyahıdan çıxarılıb. Amma siyasi məhbusların vahid siyahısı hazırlanıb
ictimaiyyətə təqdim ediləndən sonra da siyasi motivli həbslər davam edib. AŞPA Qətnaməsində
təsbit edilmiş kriteriyalara görə siyasi məhbus hesab edilən 8 nəfərin adını qeyd olunan siyahıya
3
https://www.infocenter.gov.az/page/voters/
4
.
file:///C:/Users/Master/Downloads/Siyasi%20Mehbuslar%20Siyahisi-
Hesabat%202014%20(1).pdf
10
əlavə edib və daha bir neçə nəfərin həbsinin motivləri ilə bağlı araşdırmalar davam etdirilir.
Daha sonra isə ilahiyyatçı Taleh Bağırzadənin həbs müddətinin bitməsilə siyahıdan 1 nəfərin də
adı çıxarılmışdır. Beləliklə, yenilənmiş siyasi məhbusların vahid siyahısına 79 nəfər siyasi
məhbusun adı daxildir.
5
Siyahıda siyasilərdən - REAL Vətəndaş Hərəkatının sədri, prezidentliyə keçmiş namizəd
İlqar Məmmədov, Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov; hüquq
müdafiəçilərindən - Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat
yoldaşı, tarixçi alim Arif Yunus, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev,
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri, həm də seçki məhbusu
hesab edilən Anar Məmmədli, İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərov; jurnalistlərdən -
“Azadlıq” radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıl, “Yeni Müsavat” qəzetinin
əməkdaşı və Müsavat Partiyası başqanının mavini Tofiq Yaqublu, “Azərbaycan saatı” televiziya
proqramının əməkdaşı və AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi, “Bizim Yol” qəzetinin
əməkdaşı Pərviz Həşimli, “Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov, “Tolışi Sədo”
qəzetinin baş redaktoru Hilal Məmmədov, blogerlər Fərəc Kərimli, Əbdül Əbilov, Ömər
Məmmədov, Rəşad Ramazanov; gənc fəallar - NİDA Vətəndaş Hərəkatının üzvləri Rəşadət
Axundov, İlkin Rüstəmzadə, Rəşad Həsənov, Məmməd Əzizov, ilahiyyatçı və inanclı şəxslər,
digər AXCP və Müsavat Partiyası üzvləri və başqalarının adı yer almışdır.
Adları qeyd olunanlar da daxil “Amnesty İnternational” Azərbaycanda həbsdə olan 20
nəfər şəxsi “vicdan məhbusu” adlandırıb.
6
Barələrində cinayət işi qaldırılmış və hökm çıxarılmış ictimai-siyasi fəalların ittiham
olunduqları maddələr ağır cinayətlər kateqoriyasına daxil olduğundan, həmin şəxslər indi və
məhkumluqları üzərlərindən götürülməyəcəyi təqdirdə gələcəkdə də Parlament və Prezident
seçkilərində namizəd kimi iştirak edə bilməyəcəklər. Belə ki, Konstitusiyanın 85 və 100-cü
maddələrinə əsasən, ağır cinayətlərə görə məhkum edilmiş şəxslər Azərbaycan Respublikası
Milli Məclisinin deputatı və Azərbaycan Respublikasının Prezidenti seçilə bilməzlər.
Beləliklə, qarşıdan gələn seçkilər beynəlxalq qurumların və yerli ictimai-siyasi
təşkilatların çağırışlarına baxmayaraq, hakim partiya ilə əsas müxalif qüvvələr və vətəndaş
cəmiyyəti arasında dialoqun yoxluğu ilə səciyyələnən siyasi mühitdə cərəyan edir.
B. MƏHKƏMƏ HAKİMİYYƏTİNİN DURUMU
Təəssüf ki, məhkəmələrin müstəqilliyi ciddi problem olaraq qalmaqdadır. Son
seçkilərdən sonra pozuntuları görməzlikdən gələn seçki komissiyalarının qərarları məhkəmələrə
daşınsa da, bütün məhkəmələrdə tək tip qərarlar qəbul edilmiş, pozuntular tanınmamış,
vətəndaşların pozulan hüquqları bərpa edilməmiş və məsul şəxslər barəsində ölçü
götürülməmişdir. Bu dövrdə heç bir vətəndaşın pozulan seçki hüququ daxili məhkəmə tərəfindən
bərpa edilməmişdir. Halbuki Avropa İnsan Hüquqları Məhkəməsinə gedən və pozuntu olduğu
aşkarlanan şikayətlərin hər biri bütün daxili məhkəmə instansiyalarından keçmiş, lakin heç bir
instansiya bu pozuntuları “görməmişdir”.
Ölkədə siyasi məhbusların sayının çoxluğu ədalətli məhkəmə sistemi probleminin
aktuallığını qoruyur. Son illər bir qayda olaraq ictimai çıxışlarında sərt tənqidi fikirləri ilə,
korrupsiya araşdırmaları ilə, insan hüquqları müdafiəsi fəaliyyəti ilə, pozulan hüquqların bərpası
5
http://arqument.az/az/iqtidar-meshur-dustaqlar-azad-etmeye-hazrlasr/#.Vd3R_CXtmko
6
file:///C:/Users/Master/Downloads/EUR5517322015ENGLISH.PDF
11
işi, aktiv siyasi fəaliyyəti ilə önə çıxan onlarla ictimai-siyasi xadim, jurnalist, QHT rəhbəri,
hüquq müdafiəçisi, gənc bloger və s. müxtəlif “ittihamlarla” bu məhkəmələr tərəfindən
həbsxanalara göndərilmiş, obyektiv araşdırma aparılmadan, ədalətli baxış sərgilənmədən
uzunmüddətli azadlıqdan mərhum edilmişdir. İctimai əhəmiyyət daşıyan bu şəxslərin mühakimə
prosesi demək olar ki, yarı-qapalı keçirilmiş, təqsirsizlik prizumpsiya hüququ kobud şəkildə
pozularaq, onlar hətta məhkəmənin gedişində cəmiyyət üçün təhlükəli “cani” kimi xüsusi
qəfəslərdə, hətta öz vəkillərindən də təcrid edilmişdir.
İnzibati qərarların mübahisələndirilməsində, dovlət qurumlarının və vəzifəli şəxslərin
qanunsuz hərəkətlərinin mübahisələndirilməsində məhkəmələr demək olar ki, həmişə tərəf
tutmaqda, bu tip iddiaları obyektiv araşdırmadan rədd etməkdə, yaxud iddiaları qəbul
etməməkdədir. 2014-cü ildə xüsusilə QHT-lərə, onların rəhbər və işçilərinə, jurnalistlərə qarşı
atılan hüquqazidd əməllər, bank hesablarına həbs qoyulması, ofislərdə texnika və sənədlərin
götürülməsi əməllərinə dair bütün məhkəmə işlərində bir qayda olaraq qərarlar inzibati
orqanların lehinə olmuş, hətta bir çox halda hüquqları pozulan tərəfin şikayət vermə hüququ da
tanınmamışdır.
Məhkəmələr hakimiyyətin üçüncü müstəqil qolu və ədalətin bərpası olmaqdan çıxaraq
ələbaxımlı duruma düşmüşdür. Cəmiyyətdə məhkəmələrə etibar ciddi şəkildə sarsılmışdır.
C. İHAM SEÇKİ QƏRARI
2005-ci il parlament seçkilərindən sonra pozuntulara dair şikayətlərə baxan İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinə (İHAM) 11 qərarında seçki hüququnun pozuntusunu
tanıyıb. Bəzi şikayətlərə baxılarkən qərar qəbul edilmədən Azərbaycan tərəfi pozuntunu qəbul
etdiyindən, qərar mərhələsinə keçilməyib. 2010-ci il 7 noyabrda kecirilən parlament seckilərinin
nəticələri və secki dövründə qeydə alınmış pozuntularla bağlı onlarla deputatlığa namizəd İHAM
- a şikayət gondərib. 44 saylı Sumqayıt-Abşeron secki dairəsindən namizədliyini irəli surən
Oqtay Tahirovun işi uzrə 11 İyun 2015-ci ildə İHAM qərarını acıqlayıb. Avropa Məhkəməsi
O.Tahirovun iddiası əsasında Konvensiyanın 1 saylı Protokolunun 3-cu maddəsi ilə təminat
verilən secki huququnun pozulduğunu və dövlətin ərizəçiyə mənəvi ziyana gorə 7.500, hüquqi
xidmətə görə isə 3000 avro məbləğində kompensasiya ödənilməsini qərara alıb.
AŞ NK-nin İHAM tərəfindən pozuntu müəyyən edilmiş seçki işləri üzrə baş vermiş
pozuntuların struktural/kompleks xarakterli olduğu nəticəsinə gəlmişdir. AŞ NK seçki
komissiyalarında və məhkəmələrində həyata keçirilən icraat zamanı lazımi qanunvericilik
dəyişiklərinin edilməsini Azərbaycan Hökumətindən tələb edir. Azərbaycan Hökumətinin icra işi
üzrə həyata keçirdiyi addımlar isə natamamdır. Nəticə etibarilə, AŞ NK Azərbaycan
Hökumətinin seçki komissiyalarında gördüyü işlərin yetərsiz olduğu qənaətinə gəlib.
Xatırladaq ki, hazırda Avropa Məhkəməsinin icraatında Azərbaycanda seckilərlə bağlı
artıq kommunikasiya mərhələsi başa catmış və Hökumətin pozuntuları tanıdığı 35-dən artıq iş
var. IDI hesab edir ki, əgər bu şikayətlərin hamısı təmin edilərsə və ərizəçilərin hüquqlarının
pozulduğu təsdiqlənərsə, həmin qərarların Azərbaycan seçki qanunvericiliyinə ciddi təsiri ola
bilər və bundan nəticə çıxarmağa çağırır.
D. VƏTƏNDAŞ CƏMİYYƏTİ
1. HÜQUQİ ÇƏRÇİVƏ
17 dekabr 2013-cü ildə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar)
haqqında” Azərbaycan Respublikasının Qanununa 22, 17 oktyabr 2014-cü il tarixdə isə 4
olmaqla ümumilikdə cəmi 26 fərqli məhdudlaşdırıcı norma əlavə edildi və ya dəyişikliyə məruz
qaldı. Qanunun qəbul edildiyi 2000-ci ildən bəri bir təşəbbüsdə ən çox dəyişiklik bu zaman
12
kəsiyində oldu. Təəssüf ki, məhdudlaşdırıcı əlavə və dəyişikliklər bu Qanuna olanlarla
yekunlaşmayıb. Keçən qısa dövr ərzində “Qrant haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı
və dövlət reyestri haqqında” Qanunlara və İnzibati Xətalar Məcəlləsinə də müvafiq
məhdudlaşdırıcı əlavə və dəyişikliklər edilib. Dəyişiklik və əlavələrin böyük əksəriyyəti qanunla
müəyyən edilmiş birləşmək azadlığının sərhədlərini daraldan, tamamilə bu sektorun fəaliyyətini
hökumət nəzarəti altında almaq, müstəqil mənbələrdən maliyyələşərək, ictimai sektorda nərarətçı
funksiyası həyata keçirən QHT-lərin fəaliyətini minimuma endirmək, yaxud tamamilə
dayandıran, icra hakimiyyəti orqanlarına sərhədsiz imtiyaz və səlahiyyətlər verən və demokratik
cəmiyyətin davamlılığı üçün zərurilik şərti ilə ayaqlaşmayan, birləşmək azadlığını tamamilə
icazə sisteminə bağlayan dəyişikliklərdir.
Qanunvericiliyə edilən əlavə və dəyişikliklərin bir hissəsi xarici dövlətlərin qeyri-
hökumət təşkilatlarının filial və nümayəndəliklərinin yaradılması və fəaliyyət göstərilməsi ilə
bağlı münasibətlərin yeni müstəviyə daşınması ilə bağlıdır. Daha öncə bu Qanun xarici
dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə şamil edilmir, sadəcə, yerli
QHT və ictimai birliklərə, fondlara şamil edilirdi. Yeni dəyişikliklər müxtəlif hökumətlərarası
Sazişlərlə ölkədə fəaliyyəti hüquqi çərçivəyə salınan və Azərbaycan Respubilkası Humanitar
yardım Komissiyası tərəfindən koordinasiya edilən bu qurumlara ciddi nəzarət və
məhdudiyyətlər gətirilmiş, bir çox halda daha geniş məhdudiyyətlərə məruz qoyulmuşdur.
Təəssüf ki, gətirilən kütləvi məhdudiyyətlər birləşmək azadlığının mahiyyətinə uyğun
gəlmir. Birləşmək azadlığı 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasının
58-ci maddəsində hüquqi təminat altına alınmış, hüquqi və fiziki şəxslərin bu hüquqdan sərbəst
faydalana biləcəyi nəzərdə tutulmuşdur. Azərbaycanın 2001-ci ildə ratifikasiya etdiyi Avropa
İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyasının 11-ci
maddəsində də birləşmək azadlığı hüququ təminat altına alınmışdır. Bu hüquqdan istifadənin
məhdudlaşdırılması Konvensiyanın 11-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş əsaslarla
mümkündür. 24 dekabr 2002-ci il tarixdə Azərbaycan Respublikasında insan hüquq və
azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Konstitusiya Qanununun 3.6-cı
maddəsində də Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndində göstərilən eyni əsaslar
sadalanmışdır.
2. İÇTİMAİ MÜHİT
Demokratik Təşəbbüslər İnstitutu (IDI) 05.11.2013-cü ildə təsis edildikdən dərhal sonra
dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq
qanunsuz olaraq təşkilatın qeydiyyata alınmasından imtina edilmişdir. IDI bununla əlaqədar
daxili məhkəmə instansiyalarına müraciət etsə də, məhkəmələr Ədliyyə Nazirliyinin imtinasını
qüvvədə saxlamışdır. 06 aprel 2015-ci il tarixdə IDI hüquqarının təmin olunması üçün İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmişdir.
Qeyri-rəsmi araşdırmalara gorə hazırda ölkədə 3500-dən artıq QHT movcuddur. Onların
2500-ə yaxın QHT qeydiyyatdan keçib, 1000- dən yuxarı QHT isə dovlət qeydiyyatına
alınmayıb. 150 - yə qədər daxili məhkəməyə müraciət edib. AHİM –nə isə hüquqlarını müdafiə
etmək üçün 70 yaxın QHT baş vurub.
Seçkiqabağı vəziyyətdə ictimai mühit ondan ibarətdir ki, hüquqi çərçivənin xeyli
dərəcədə məhdudlaşdırılması ilə yanaşı, ölkədə müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının
fəaliyyəti iflic edilib və onların gələcək fəaliyyət imkanları qeyri-müəyyən vəziyyətə salınıb.
Ölkənin tanınmış vətəndaş cəmiyyəti institutlarının bəzilərinin rəhbərləri həbs edilib, çoxunun
bank hesabları dondurulub, müstəqil QHT-lərin xarici donorlarla işləməsinin qarşısı kəsilib.
Eyni zamanda, xarici donorların (Qərb mənşəli) Azərbaycanda fəaliyyəti də demək olar
ki, qadağan edilib, onların bəzilərinin nümayəndəliklərinə qarşı da əsassız cinayət işləri
qaldırılıb. Nəticədə ölkədə demokratikləşməyə və vətəndaş cəmiyyətinin inkişafına çox mühüm
dəstək verən ABŞ Beynəlxalq Əlaqələr Üzrə Milli Demokratiya İnstitutu, Açıq Cəmiyyət
13
İnstitutu-Yardım Fondu (Soros Fondu), İREX Təşkilatı, “World Vision” təşkilatı, Fridrix
Nauman Fondu və bu kimi başqa təşkilatlar ölkəni tərk ediblər.
Vətəndaş cəmiyyətinə qarşı basqılar nəticəsində ölkədə müstəqil hüquq müdafiə institutu
da sıradan çıxarılır. Ona görə də hazırda bu sahədə fəaliyyət göstərən müstəqil və peşəkar hüquq
müdafiəçiləri demək olar ki, qalmayıb. Eyni zamanda, siyasi məhbusların hüquqlarını müdafiə
edən vəkillərə qarşı da geniş təzyiq kampaniyası aparılır. Müstəqil vəkillər Xalid Bağırov, Əlayif
Həsənov, Namizəd Səfərov, Aslan İsmayılov, Elçin Namazov, Qurban Məmmədov və başqaları
siyasi məhbusları müdafiə etdikləri üçün cəzalandırılaraq Vəkillər Kollegiyasından xaric
ediliblər.
Dostları ilə paylaş: |